Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xoxan (film, 2014)
Xoxan — rejissor Samir Kərimoğlunun filmi. Nizami Kino Mərkəzində filmin təqdimatı olub. == Məzmun == "Xoxan" filmi varlı bir qadının qızının bədəninə cin girməsindən bəhs edir. Milli mifologiyada "xoxan" sözü "xortdan" sözünün qısaldılmış forması kimi başa düşülür. Bu bəladan qurtarmaq üçün qadın yaşadıqları villanı satmaq qərarına gəlir. Amma cin bu işin alınmasına mane olur. Villanın satışıyla məşğul olan evsatan (rieltor), cinin qızın bədənindən qovulmasını yüz min manat pul mükafatı qarşılığında iki məşhur baxıcı — avantürist Rəftar və Qəhrəmana təklif edir. Və sonra nələrin baş verəcəyini heç kim bilmir...
Xoxanaberd
Xanabert qalası və ya Xoxanabert — Kəlbəcər rayonunun Vəngli kəndində, Gəncəsər monastırının cənub tərəfində yerləşən tarix-memarlıq abidəsi. Qala, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınmışdır. == Tarixi == XIII əsrdə Həsən Cəlal Gəncəsər monastırının inşa edildiyi təpənin qarşısında yerləşən təpənin zirvəsini qala divarları ilə əhatə edərək güclü müdafiə sistemi yaratmışdır. Keçaris monastırının bərpa edilməsi münasibətilə XIII əsrdə yazılmış kitabədə Həsən Cəlal özünü "Xoxanabert qalasının hakimi" adlandırır. Xanabert qalasının hakimləri eyni zamanda ətraf ərazilərdəki Qaxaç, Çiləbörd və digər qalalara da sahib olurdular. Xoxanabert qalası hökmdar iqamətgahı hesab edildiyindən Xaçın knyazları da özlərini "Xoxanabert hakimi" adlandırırdılar. Gəncəsər monastırı ətrafında inşa edilmiş bu qalalar, monastır və ətraf ərazilər üçün təhlükə yarandığı halda güclü müdafiə qalxanı yaradırdılar. Kirakos Qandzaketsi məlumat verir ki, "… monqolların birinci yürüşü zamanı Həsən Cəlal bütün Xaçın əhalisini fars dilində Xoxanaberd adlandırılmış qalada gizlətmişdi. Monqollar onu mühasirəyə almaq üçün gəldikdə gördülər ki, bu qalaları almaq mümkün deyil, buna görə də dostluq müqaviləsi bağlamağı təklif etdilər." Yerli əhali qalanı Tarxan qalası adlandırır. Rəvayətə görə, qala Həsən Cəlalın qızı Ruzan xatunun yay iqamətgahı olmuşdur.
Xoxştetter adaları
Xoxştetter adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan 3 adadan ibarət arxipelaq. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar kiçikdən böyüyə doğru şimal-qərbdən cənub-şərqə uzanır. == Təsviri == Arxipelaqa daxil olan ən qərbdə yerləşən ada Albatros adlanır. O bir qayadan ibarətdir. Maksimal hündürlüyü 44 metrdir. Mərkəzdə yerləşən sahəsinə görə ikinci böyük ada Orta Xoxştetter adasıdır. Onun maksimal hündürlüyü 10 metrdir. Şərqdə yerləşən və arxipelaqın ən böyük adası isə Cənubi Xoxştetter adasıdır. Onun maksimal hündürlüyü 181 metrdir.
Xoxan (film)
Xoxan — rejissor Samir Kərimoğlunun filmi. Nizami Kino Mərkəzində filmin təqdimatı olub. == Məzmun == "Xoxan" filmi varlı bir qadının qızının bədəninə cin girməsindən bəhs edir. Milli mifologiyada "xoxan" sözü "xortdan" sözünün qısaldılmış forması kimi başa düşülür. Bu bəladan qurtarmaq üçün qadın yaşadıqları villanı satmaq qərarına gəlir. Amma cin bu işin alınmasına mane olur. Villanın satışıyla məşğul olan evsatan (rieltor), cinin qızın bədənindən qovulmasını yüz min manat pul mükafatı qarşılığında iki məşhur baxıcı — avantürist Rəftar və Qəhrəmana təklif edir. Və sonra nələrin baş verəcəyini heç kim bilmir...
Yelena Xoxlatkina
Yelena Xoxlatkina (ukr. Олена Анатоліївна Хохлаткіна; 28 yanvar 1968, Xerson vilayəti) — Sovet və Ukrayna kino və teatr aktrisası, Ukraynanın Xalq artisti (2008). == Bioqrafiyası == Yelena Xoxlatkina 1968-ci ildə Xerson vilayətində anadan olub. Məktəbdən sonra 1989-cu ildə bitirdiyi Xerson mədəni-maarif məktəbində (A. A. Kaqanovun emalatxanası) oxumuşdur. Yelena Xoxlatkina yaradıcılıq fəaliyyətinə 1989-cu ildə Xerson Vilayət Ukrayna Musiqili və Dram Teatrının səhnəsində başlamış və 1999-cu ilə qədər burada çalışmışdır. 1996-cı ildə Ukraynanın əməkdar artisti adını aldı. 1997–1998-ci illərdə Adıge Respublikası (Maykop) Rus Dram Teatrında aktrisa işləyib.
Fox
Fox (Norveç) — Norveç əyləncə telekanalı. Fox (Türkiyə) — Türkiyə telekanalı. Fox Broadcasting Company — ABŞ telekanalı. 21st Century Fox — ABŞ-də kino şirkəti. White Fox — Qaku İvasa tərəfindən qurulmuş Yaponiya anime studiyası.
Xbox
Xbox — Microsoft firmasının oyun konsolu bazarında pay sahibi olmaq məqsədilə istehsal etdiyi və 2001-ci ildə bazara çıxartdığı yeni bir oyun konsolu. Digər oyun konsollarının çıxış tarixləri çox köhnədir. Ancaq Xbox yeni məhsul olmasına baxmayaraq, bu bazarda özünə yer tapmışdır. Başqa tərəfdən, bazarda PlayStation 2-nin qaldığı qədər uzun müddət qalmamışdır.
Xoa
Koa — Hindistan yarımqitəsinə məxsus süd məhsulu. Əsasən Hindistan, Nepal, Banqladeş və Pakistanda tədarük olunur. Qurudulmuş yağlı süddən və ya ağzı açıq dəmir tavada isidilərək qatılaşdırılmış süddən hazırlanır. Sululuq səviyyəsi tipik təzə pendirlərdən (məsələn, rikottadan) daha aşağıdır. == Hazırlanması == Koa istehsalında südün qatılığının 1/5 miqdarda olması kifayətdir. Koa bir sıra Hindistan şirniyyatlarının hazırlanması zamanı təməl inqrediyent kimi isifadə olunur. Hindistanda hər il təxminən 600,000 metrik ton koa istehsal olunur. Koa həm inək, həm də camış südündən hazırlanır. Koa tam yağlı südün böyük və dayaz dəmir qazanda bir neçə saat orta dərəcədə qaz üzərində qaynadılması ilə əldə edilir. Tərkibindəki suyun tədricən buxarlanması bərkimiş süd qalıqlarının qalması ilə nəticələnir.
Xok
Xok — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. == Toponimikası == Arazboyu düzənlikdədir. Qədim yaşayış məntəqələrindəndir. İlk vaxtlarda Kəngərli tayfası tərəfdən əsası qoyulub.Bəzi tədqiqatçılara görə, oykonim türk dillərindəki "çəmən, otlaq" mənasında işlənən xok/xak sözü ilə əlaqədardır. Toponimin İran dillərindəki xak (torpaq) sözündən olmasını da güman etmək olar.Qıvraq və Yeni Kərki arasında yerləşən bu kənd füsunkar gözəllikləri ilə insanların marağını cəlb edir. == Əhalisi == Əhalisi 5234 nəfərdir.
Xor
Xor (yun. χορός yığıncaq, camaat) — Vokal musiqinin kollektiv ifası. == Tarixçə == Yəhudilik, xristianlıq və islam oxumalarının əsasını birsəsli oxuma tərzi tutur. Bu həm şərq xalqlarının musiqi təfəkkürü ilə, həm də monoteizmin ideologiyası ilə əlaqədardır: Allah tərəfindən verilən səs ən mükəmməldir əqidəsi vokal ifanı. "Allah tərəfindən bəxş olunan səs, insan əməlinin nəticəsi olan alətlərdən mükəmməldir" əqidəsi instrumental müşayətsiz ifanı. Təksəsli oxuma, hətta xor (kollektiv) oxumaların unison ifası allahın vahidlik rəmzi ilə bağlı olub islam dini oxumalarının ifa qanunlarının əsasını qoyur. Təksəsli oxuma tərzi barəsində ədəbiyyatda belə yanlış fikirlərə rast gəlmək olur ki, təksəslilik musiqini çoxsəslinin o biri səslərlə birləşib çətinlik yaratmasından azad edib. Beləliklə, çoxsəslilik təksəslinin mürəkkəb forması kimi tarixin inkişaf mərhələsində meydana gəlməsi fikri ortaya atılır. M. Xarlap qeyd edir ki, musiqişünasları düşündürən "çoxsəslinin nə vaxt yaranması" problemini, təksəslinin nə vaxt yaranması ilə əvəz etsələr, daha düzgün olar. Belə ki, musiqi əvvəlcə çoxsəsli yaranmışdır".
Xot
Xotanan, Xot — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim xotan türk tayfa adına cəmlik bildirən -an şəkilçisinin artırılması ilə düzəlmişdir və «xotan tayfasının (Xotanların) yaşadığı yer» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 53 nəfər, 1886-cı ildə 58 nəfər, 1897-ci ildə 74 nəfər, 1904 - cü ildə 91 nəfər, 1914 - cü ildə 81 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünün qurbanı olmuş, sakinləri tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.
Xoy
Xoy (azərb. Xoy‎; fars. خوی‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı Xoy şəhristanının inzibati mərkəzi. Şəhər ərazisi 30 km².-dir. 2012-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 200,985 & 354,309 nəfərdir. == Tarixi == Xoy şəhərinin tarixi e.ə. 3000–4000-ci illərdən başlayır. Şumer mənbələrində adı çəkilən Arrata adlı bölgənin bugünkü Urmiya ilə Van şəhərləri arasındakı bölgə olduğu tarixçilər tərəfindən təsdiqlənmişdir. O illərdə bu bölgədə məskunlaşmanın olması da öz təsdiqi tapmışdır. Əvvəlcə Xoy şəhəri Azərbaycan ərazisində qurulan Manna dövlətinin sərhədləri içində olmuş, sonra Van və onun ətrafını özündə birləşdirən Urartu dövlətinin ərazisinə qatılmışdır.
Çox
Çox (avar. Чӏохъ) — Dağıstanın Qunib rayonundakı bir kənd (aul). Kommuna və Qamsutl kəndlərini də əhatə edən "Çox kənd sovetliyi" inzibati ərazi vahidliyinin inzibati mərkəzi. Dağıstanın əhəmiyyətli mədəniyyət mərkəzlərindən biridir. == Tarix == Çox yaşayış məntəqəsi Şimali Qafqazın ən qədim yerlərindən biridir. Burada Neolit dövrünə aid bir yer aşkar edilmişdir. Akademik Nikolay Vavilov Şimali Qafqaza etdiyi ekspedisiya nəticəsində Dağıstanın becərilən dənli bitkilərin mənşə mərkəzinin bir hissəsi olduğunu inandırıcı şəkildə sübut edir. Məhsuldar iqtisadiyyatın, əkinçilik və heyvandarlığın formalaşması məhz burada baş verdi. Eramızdan 6 min il əvvələ aid Çox kəndinin yaxınlığında bir yaşayış yerinin qalıqları aşkar olunmuşdur. Elm adamları 1300-cü ildən bəri Çoxun müstəqil bir yaşayış yeri olaraq qeyd edirlər.
Abati (Xoy)
Abati — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Rəhal bölgəsinin Nazlı kəndistanında, Xoy şəhərindən 16,5 km cənubda, Xoy-Şahpur avtomobil yolunun 5,5 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (22 ailə).
Adıyaman (Xoy)
Adıyaman (fars. كشك زر‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2020-ci il məlumatına görə kənddə 478 nəfər yaşayır (65 ailə).
Almadı (Xoy)
Almadı (fars. امينه ده‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 234 nəfər yaşayır (44 ailə).
Almalı (Xoy)
Almalı (fars. المالو‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 930 nəfər yaşayır (203 ailə).
Alsürmə (Xoy)
Alsürmə (fars. السرمه‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 730 nəfər yaşayır (114 ailə).
Ağbulaq (Xoy)
Ağbulaq (fars. اغبلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Ətraf bölgəsinin Vələdyan kəndistanında, Kəleybar qəsəbəsindən 29 km qərbdə, Xoy şəhərindən 25 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 652 nəfər yaşayır (165 ailə).
Ağcaqışlaq (Xoy)
Ağcaqışlaq (fars. آغچه‌قشلاق‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 408 nəfər yaşayır (71 ailə). == Coğrafi yerləşməsi == Xoy şəhristanının Ətraf bölgəsinin Kələdyan kəndistanında, Xoy şəhərindən 7,5 km cənub-şərqdədir.
Ağdaş (Xoy)
Ağdaş (fars. اغداش‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 399 nəfər (84 ailə) yaşayır.
Ağdərə (Xoy)
Ağdərə (fars. اغدره‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 71 nəfər yaşayır (11 ailə).
Balaban (Xoy)
Balaban (fars. بلبان‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 306 nəfər yaşayır (63 ailə).
Balacıq (Xoy)
Balacıq (fars. بلجوك‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 742 nəfər yaşayır (129 ailə).
Barıcıq (Xoy)
Barıcıq (fars. برژوك‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (54 ailə).
Batçı (Xoy)
Batçı (fars. بطچي‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (15 ailə).
Bağdərə (Xoy)
Bağdərə (fars. باغ درق‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 828 nəfər yaşayır (195 ailə).
Bozquş (Xoy)
Bozquş (fars. بزگوش‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 177 nəfər (41 ailə) yaşayır.
Buylapuş (Xoy)
Buylapuş (fars. بويلاپوش‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 238 nəfər yaşayır (40 ailə).
Bəxtiyaran (Xoy)
Bəxtiyaran (fars. بختياران‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 285 nəfər yaşayır (62 ailə).