Xoxştetter adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan 3 adadan ibarət arxipelaq. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar kiçikdən böyüyə doğru şimal-qərbdən cənub-şərqə uzanır.
Xoxştetter adaları | |
---|---|
rus. Острова Хохштеттера | |
Ümumi məlumatlar | |
Adaların sayı | 3 |
Hündür nöqtəsi | 181 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
80°09′25″ şm. e. 60°07′27″ ş. u. | |
Ölkə | Rusiya |
Akvatoriya | |
|
Arxipelaqa daxil olan ən qərbdə yerləşən ada Albatros adlanır. O bir qayadan ibarətdir. Maksimal hündürlüyü 44 metrdir. Mərkəzdə yerləşən sahəsinə görə ikinci böyük ada Orta Xoxştetter adasıdır. Onun maksimal hündürlüyü 10 metrdir. Şərqdə yerləşən və arxipelaqın ən böyük adası isə Cənubi Xoxştetter adasıdır. Onun maksimal hündürlüyü 181 metrdir. Adada Ermak buzlağı yerləşir. Ada alman sülaləsi şərəfinə adlandırılmışdır.