Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yakanlar
Yakanlar (lat. Jacanidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Yekanlar
Yekanlar — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-şərqdə yerləşir. Erməni mənbələrində kəndin adı Yeğanlar, Yegilər, Yeginlər, Yeğanlar, Yegilar formasında da göstərilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim yeqanlar tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.. Yerli tələffüz forması Əkənlər. 1878-ci ildə kəndin əhalisi qovul-duqdan sonra 1880-cı illərdə Türkiyədən gəlmə ermənilər də yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Arevşat adlandırılmışdır.
Akanlar
Akanlar (özlərini akanfo) adlandırırlar) — Qana, Kot-d’İvuar, Toqo, Liberiya və Nigeriyada yaşayan xalqlar qrupu. Mərkəzi və Cənubi Qanadakı Akanlar (7,2 milyon nəfər) millət kimi formalaşmaqdadırlar. Ümumi sayları 11 milyon nəfərdir (1995). Dilləri kva dilləri qrupuna aiddir. Antropoloji cəhətdən zənci irqinə daxildirlər. Akanların əcdadları XI–XII əsrlərdə Komoe və Qara Volta çayları arasındakı savannalar zonasında formalaşmışlar. XV əsrdə salınan Bono şəhəri Akan sivilizasiyasının mərkəzi olmuşdur. XV–XIX əsrlərdə Akanların güclü dövlərləri (Aşanti və Fanti konfederasiyaları) mövcud idi. Akanlar, əsasən, tropik əkinçiliklə (kakao və s.) məşğul olurlar. Dindarların əksəriyyəti ənənəvi etiqadlarını saxlamışdır (77 faizi), bir qismi xristiandır, müsəlmanları da var.
Alkanlar
Alkanlar (Doymuş karbohidrogenlər və ya Parafinlər) — yalnız karbon (C) və hidrogen (H) elementlərindən təşkil olunmuş və CnH2n+2 formuluna cavab verən doymuş karbohidrogenlərdir. Məsələn bir karbonu olan metanın formulu CH4 Alkanlardan bir hidrogen çıxarılması ilə əldə edilən grupa alkil grupu (radikal qrup) deyilir ve 'R' ilə göstərilir. Məsələn metandan bir hidrogen çıxarılırsa metil (CH3), etandan bir hidrogen çıxarılırsa etil (C2H5) əldə edilir. Bu molekullar daha bir rabitə yaradaraq karbohidrogen zəncirinə bağlanır. CnH2n+2 kimi yazılır. Alkanların şaxələnməsi üçün, formuldakı n ədədi 3-dən böyük (n>3), halqalı (tsiklo) halında ola bilməsi üçünsə 2-dən böyük olmalıdır (n>2). == Alkanlarda izomerlik == Üç karbondan artıq karbonu olan alkanlarda izomerilik xüsusiyyəti vardır. Ən sadə izomer, şaxələnməmiş olan normal (n-) izomerdir. Bu izomer şaxələnərək çox saylı izomerlər yarada bilər. Karbonun sayı artdıqca şaxələnmə növü və sayı artdığından izomer sayı da artar.
Balkanlar
Balkanlar və ya Balkan yarımadası (sloven. Balkanski polotok, xorv. Balkanski poluotok, bosn. Balkansko poluostrvo, serb. Балканско полуострво, rum. Peninsula Balcanică, yun. Βαλκανική χερσόνησος, türk. Balkan Yarımadası, lat. Paeninsula Balcanica) — Avropanın cənub şərq hissəsi. Balkanlara Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya Respublikası, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya və Monteneqro daxildir.
Damanlar
Damanlar (lat. Hyracoidea) — afroterilər dəstəüstünə aid heyvan dəstəsi. == Haqqında == Xarici görünüşünə görə bir qədər marmota oxşayır. Bədəninin uzunluğu 30–60 sm, quyruğu qısa (1–3 sm), yaxud yoxdur. Kütləsi 2–4 kq-dır. Bədən quruluşu möhkəm, beli qövsşəkilli əyilmişdir. Başı iri, sifəti qısa, üst dodağı haçalanmışdır. Üst kəsici dişləri uzun, içəri tərəfdən minasızdır, bütün ömrü boyu böyüyür. Yastı dırnaqlı ön ətrafları dörd-barmaqlı, arxa ətrafları üçbarmaqlıdır. Pəncələrin çılpaq alt tərəfi tər vəzilərinin sekresiyası ilə daima nəmlənən qalın elastiki epiteli ilə örtülü olduğuna görə də Damanlar substrat üzərində möhkəm dayana bilirlər.
Dükanlar
Dükanlar — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dükanlar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə yaşayış məntəqəsində bir neçə dukan olduğu üçün belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir.
Kayanlar
Kayanlar — Cənub-Şərqi Asiyada yaşıyan bir xalq. Burma və Taylandda yaşamaqdadırlar. Kayanlar, Karenni olaraq da bilinən Qırmızı Karen xalqının bir alt qoludur. Tibet-Burma etnik mənşəyinə sahibdirlər. 90-cı illərin sonunda Myanmarda yaşanan qarışıqlıq sonrası çox sayda Kayan qəbiləsi Tayland sərhədini keçərək, Taylandın Mae Hong Son bölgəsinə yerləşmişdir. Dünyanın ən uzun boyunlu qadınları ünvanını daşıyan Padaunglar isə Red Karen (Karenni) Qəbiləsinin bir alt qrupudur. Şan dilində uzun boyun mənasını gələn Padaunglar eyni zamanda Zürafə Qızlar olaraq da bilinməkdədir. Bir Padaung qadını həyatı boyunca ortalama 20 halqa taxır. Təxminən 10-12 kiloqram ağırlığı tapan bu ağır düyü halqalar zamanla çiyinləri aşağı basdıraraq bədənin şəklini pozaraq boynu uzatmaqdadır. Hələ 5-6 yaşlarındaykən uşaqların boyunlarına halqalar ilişməyə başlanmaqdadır və hər il halqaların sayı artırılmaqdadır.
Mekanlar
Mekanlar və ya Meenlər – Efiopiyanın cənub-qərbində yaşayan etnik azlıq. 1998-ci ildə aparılmış sorğuya əsasən Efiopiyada 56.585 mekan yaşayır. Xalqın danışdığı dil Nilo-Saxara dil ailəsinin Surmi qoluna daxil olan Meen dilidir. İki əsas xalqdan ibarətdir: dağlıq bölgədə yaşayan Tişana xalqı (aqrikulturalistdirlər) və düzənlikdə yaşayan Bodi xalqı (köçəri həyat tərzi keçirirlər). == Həyat tərzi == Qəbilə içində qaydaları isə yaşlılar müəyyən edir. Aralarında mübahisə yarandıqda dava etmək yerinə bir-birlərinə iribuynuzlu heyvan hədiyyə edir, münaqişəni bu şəkildə həll edirlər. Qarğıdalı, qəhvə və kalış kimi bitkilər becərməyə üstünlük verirlər. Köçəri həyatı heyvanlardan öyrənib. Heyvanlar fəsil dəyişkənliyi zaman yer dəyişdirdikdə qəbilə də onlarla birlikdə köçür. Bunun sayəsində onların qanı ilə qidalanırlar.
Sasanlar
Sasanilər İmperiyası (pəhl. Ērānšahr) — 226-cı ildən 651-ci ilə qədər zaman-zaman müasir İran, İraq, Əfqanıstan, Pakistan, Türkmənistan və Azərbaycan ərazilərini əhatə etmiş tarixi dövlət. Fars mənşəli Sasanilər sülaləsinin əsasını 226-cı ildə I Ərdəşir (Ərdəşir Babəkan) Parfiyanın sonuncu şahı olan V Artaban məğlub etdikdən sonra qoymuşdur. Bununla da Parfiyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoymuş Sasanilər dövləti yaranmışdı == Tarixi == 224-cü ildə İranın cənubunda yerləşən Pars vilayətinin Sasan nəslindən olan hökmdarı I Ərdəşir Papakan Parfiya hökmdarı V Artabanı məğlubiyyətə uğratdı. Bununla da Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 226-cı ildə I Ərdəşir (226–241) özünü Ktesifon şəhərində İran şahənşahı elan etdi. Hakimiyyət Sasanilər sülaləsinin əlinə keçdiyindən bu dövlət də Sasanilər dövləti adlandırılmağa başlandı. Ktesifon şəhəri Mədain adlandırıldı və yenə də paytaxt şəhər oldu. Sasanilər Roma imperiyasına qarşı münasibətlərdə keçmiş Parfiya dövlətinin siyasətini davam etdirirdilər. I Ərdəşir Ermənistan və Azərbaycan torpaqlarından başqa keçmiş Əhəməni torpaqlarını da birləşdirmişdi.
Sikanlar
Sikanlar (lat. Sicani) — Siciliyada yaşamış qədim xalq. Onların qeyri-Hind-Avropa mənşəli olduğu güman edilir. Sikanlar e.ə. XIII əsrdə sikullar və elimlər tərəfindən qovulmuş və sonradan ellinləşdirilmişdir. Onlar Kastelluçço arxeoloji mədəniyyətinə uyğun gəlirlər. == Mənşə == Tavromeniyalı Timey sikanları Siciliyanın yerli əhalisi hesab edirdi. Onun əsəri dövrümüzə qədər gəlib çatmayıb, lakin Diodor ona istinad edir. Doğrudan da, arxeoloji tədqiqatlar onu göstərir ki, adada minilliklər boyu avtoxton mədəniyyət mövcud olmuşdur. Fukididin fikrincə, sikanlar Pireney yarımadasından (ehtimal ki, Kataloniyadan) köç etmişdir.
Tukanlar
Tukanlar (lat. Ramphastidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Xakaslar
Xakaslar - türk xalqlarından biri. Xakaslar türk boyu olub Cənub-Şərqi Sibirdə yaşayırlar. Onlar Rusiya Federasiyasının Krasnoyarsk şəhərinin Xakas Muxtar Vilayətinin məskunudurlar. Xakaslar Abakan Türkləri, Yenisey Qırğızları, Minusinsk Tatarları və ya Abakan Tatarları kimi fərqli adlarla adlandırılmışdılar. == Əhalisi == Xakas əhalisi 1939-cu il əhalinin siyahıya alınmasına görə 52.000 nəfəridi. 1959-cu ildə 56,600 nəfərlik əhalinin 40,000-i xakaslar idi. Ölkədə xakaslardan başqa ruslar, ukraynalılar və tatarlar da yaşayır. Əlbəttə ki, xakasların Xakas muxtariyyətinin xaricində, Krasnoyarsk və Tuvadada yaşadıqlarını qeyd etmək lazımdır. 1989-cu ildə Xakas dilində danışanların ümumi sayı 81.428 nəfər idi. == İdarə etmə forması == Abakan qəbilələri "yasaul (qadağan / yasavul)" adlı, bir köməkçisi olan şəxs tərəfindən idarə edilirlər.
Yakutlar
Saxalar (saxa сахалар) və ya Yakutlar — türk xalqı, Rusiya Federasiyasının subyekti olan Saxa Respublikasının yerli əhalisi. Saxaların dindarlarının bir qismi xristian-provoslav olsa da əsasən ənənəvi şamanizmə etiqad edirlər. Özlərini Saxa adlandıran Yakutlar Rusiya Federasiyasında muxtar quruma malikdirlər. Sahəsi 3103200 km², əhalisi 949280 nəfər(2002-ci il siyahıya almasına əsasən) olan Saxa Respublikasında türk xalqlarının toplam sayı 456564 nəfər və ya 48,1%-dir (2002-ci il siyahıya almasına əsasən) və onların da 432290 nəfəri və ya Saxa Respublikasının əhalisinin 45,54%-i saxalardır (2002-ci il siyahıya almasına əsasən).
Yamaclar
Yamaclar — Şərur rayonunun Xələc kəndində Son Tunc və İlk Dəmir dövrlərinə aid yaşayış yeri. Geniş arxeoloji axtarışlar və qazıntılar aparılmamışdır. Əldə olunmuş maddi-mədəniyyət qalıqlarına əsasən Yamaclar yaşayış yerinin e. ə. III-I minilliklərə aid olması ehtimal edilir.
Yaponlar
Yaponlar (yap. 日本人 nihoncin/nipponzin) — Yaponiya əhalisinin 98 % çoxunu təşkil edirlər. Yaponlar yapon dilində danışırlar. == Sayı və yayılması == Dünyada sayları 130 milyon nəfər təşkil edir. Bundan 127 milyonu Yaponiya, 1,2 milyonu ABŞ (Kaliforniya və Havay adaları), 1,5 milyonu Braziliya, 99 mini Kanadada yaşayır. Yaponlar Avropa, Asiya, Avstraliya və Amerika ölkələrində belə yaşayırlar. == Dövlət == Yaponların böyük əksəriyyəti Yaponiya ərazisində yayılmışlar. Dövlətin keçmiş adı Yaponiya imperiyası ("Day Hippon" yap. 大日本) olmuşdur. Yapon dilindən hərfi mənası "Böyük Yaponiya" adlanır.
Yunanlar
Yunanlar (yun. Έλληνες — ellines) — Cənub-Şərqi Avropada etnos. Ümumi sayı 14–19 milyon nəfərdir. Əsasən Yunanıstanda və Kiprdə yaşayırlar. Əksəriyyət yunan dilini ana dili sayır. Aralıq dəniz yanı ölkələrdə, həmçinin Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Kanadada və Avstraliyada böyük yunan icmaları mövcuddur. Yunanların əksəriyəti məşriqi məsihiliyə etiqad edir, lakin aralarında müsəlmanlar və aləmi məsihilər də var. == Yazıları == Yunanlılar Finikiya əlifbasını qəbul etməzdən əvvəl Girit və Kipr kimi iki növ yazı mövcud idi. Bununla birlikdə, hər iki növ də zamanla dəyişdirildi, qəbul edildi və dəyişdirildi (samitləri ifadə edən bir sıra hərflərin fonetik mənası səsli səslərə dəyişdirildi) Finikiya yazısı ilə. Vahid Yunan əlifbası olduqca gec ortaya çıxdı — uzun müddət bir neçə əlifba var idi — İon (İonya), Afina (Attica), Argos (Argolis), Korint.
Alanlar
Alanlar (q.türk As/Ar; q.yun. Ἀλανοί; lat. Alani) — İrandilli tayfalar. == Tarixi == Eramızın ilk əsrlərində köçəri alan tayfaları Azovyanı və Ön Qafqazın çöl bozqır rayonlarında məskunlaşmışdılar. I - II əsrlərdə alan tayfaları Cənubi Qafqaz ölkələrinə - Qafqaz Albaniyasına, İberiyaya, habelə Atropatenaya, Kiçik Asiyaya və Roma imperiyasının bir sıra əyalətlərinə tez-tez talançı basqınlar edirdilər. IV əsrin ikinci yarısında tayfalar hunlar tərəfindən darmadağın olundular və qismən hun tayfa ittifaqına daxil edildilər. Bundan sonra alanların xeyli hissəsi onlarla birlikdə Avropaya hərəkət edərək Qalliyadan, İspaniyadan keçib Şimali Afrikada vandallara qarışdı. Alanların digər hissəsi isə hunların təzyiqi ilə Şimali Qafqaz dağlarına köçdü. IV əsrdən alan tayfaları burada oturaq həyata keçməyə başladılar. Şimali Qafqaz alanları bir neçə tayfa ittifaqına bölündülər ki, bunların da ən iriləri Şərqi və Qərbi ittifaqlar idilər.
Yaralar
Yara — mexaniki təsirdən dəri və selikli qişaların, bədən boşluğunda yerləşən üzvlərin: ürək, ağciyər, qaraciyər, mədə-bağırsaq, böyrəklər, sidik kisəsi və s. tamlığının pozulmasıdır. Mexaniki zədə kəsici, deşici alətlərlə törənirsə və dəri tamlığı pozulursa, bu yaradır. Məsələn, qarına vurulan bıçaqla dəri tamlığı pozulur, mədənin divarında, qaraciyərin parenximasında yara törənir. Qarnın küt zədələnmələri zamanı dəri tamlığı pozulmur və yalnız dalağın zədələnməsi qanaxmaya səbəb olur, bu zaman söhbət yaradan deyil, dalağın cırılmasından getməlidir. Yaranın 3 əsas əlaməti vardır: ağrı, qanaxma, yara səthi. == Yaraların təsnifatı == Yaralar əmələgəlmə səbəblərinə, toxumaların zədələnmə xüsusiyyətinə, infeksiyalaşma ehtimalına, yara kanalının bədən boşluqlarına münasibətinə və s. görə təsnif olunur. Əmələ gəlməsinə görə bütün yaralar 2 qrupa bölünür: məqsədyönlü və təsadüfi yaralar. Məqsədyönlü yaralar — özləri də 2 qrupa bölünür: tibbi və kriminal yaralar (müharibələr, qəsd, intiqam, intihar).
Hidrotermal yataqlar
Hidrotermal-çökmə (stratiform) yataqları — bunlara hidrotermal çökmə mənşəyə malik və stratiform termini ilə adlandırılan yataqlar aiddir. Burada laylı yatım forması olmasına baxmayaraq mənşəyi qeyri — müəyyəndir. Bunların yaranması haqqında 3 hipotez var: İlkin — çökmə hipotez sonradan dəyişməyə məruz qaldığını göstərir. Yataqların hidrotermal, epigenetik əmələgəlmə hipotezi. Burada onların dərində yatmış püskürmə süxurların massivləri ilə əlaqədar olması söylənilir. Daha tutarlı hesab olunan yataqların poligen mənşəli olması haqqında hipotez. Burada fərz edilir ki, yataqlar çökmə qatların inkişaf etdiyi və püskürmə süxurların massivlərinin olmadığı səthlərdə yerləşir. == Yataqların tipləri == Bunlara aiddir: Qumdaşı və şist laylarından Bornit – Xalkofilli tip , karbonat süxurlarındakı qalenit – sfaleritli, Kinovar – antimonitli tiplər. Bornit — Xalkopiritli tipi — tərkibində yüksək miqdarda üzvi karbon qazı saxlayan, qumdaşı, şist və dolomitlərdən ibarət depresiyalarda yerləşir. Filiz cisimləri uyğun laylı, linzavari və lentvari, mayili yığımlarda yerləşir.
Müstəqil Yunanlar
Müstəqil Yunanlar (yun. Ανεξάρτητοι Έλληνες) - Yunanıstan fəaliyyət göstərən sağ meyilli siyasi partiya. 2015-ci ilin əvvəlində partiya ölkədə keçirilən növbədən kənar parlament seçkilərində parlamentdə olan 300 yerdən 13 yer əldə etmişdir.
Qulaqsız varanlar
Qulaqsız varanlar (lat. Lanthanotidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Sənədləşdirilməmiş imkanlar
Sənədləşdirilməmiş imkanlar – ( undocumented features) texniki qurğular və proqram təminatında rast gəlinən, ancaq sənədlərdə göstərilməmiş özəlliklər. Onların bəzilərinin sənədlərdə təsvir olunmaması, sadəcə, diqqətsizlik səbəbindən ola bilir. Başqa bir qismi isə onların son istifadəçilər üçün deyil, texniki dəstək mütəxəssisləri, yaxud gəlişdiricilər üçün nəzərdə tutulmasıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yunanlar (1973)
== Məzmun == Texniki-təbliğat filmi neft mədənlərinin əsaslı təmiri zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasından danışır. == Film haqqında == Film SSRİ Neft Sənayesi Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Vladimir İvçenko Operator: Eduard Qalakçiyev Rəssam: Firəngiz Qurbanova Cizgi rəssamı: Tahir Piriyev Səs operatoru: Akif Nuriyev == Sponsor == SSRİ Neft Sənayesi Nazirliyi == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Yəhudi-yunanlar
Romaniotlar (yun. Ρωμανιῶτες) — Əhəmənilər, Selevkilər və Roma imperiyalarından Bizans İmperiyası ərazilərinə (indiki Türkiyə, Yunanıstan və ətraf ərazilər) miqrasiya etmiş yəhudi etnik qrup. Öz aralarında işlətdikləri dil yunan dilinin bir ləhçəsi olan və içində ivrit dilindən də sözlər olan yevanikdir (yevanca, yəhudi yunancası da deyilir). Əsasən yaşadıqları şəhərlər Yunanıstanın Afina, Saloniki, Yanya şəhərləri olmuşdur. 1900-cü ildə Saloniki şəhərinin 173 000 əhalisinin 80 000-ə yaxını romaniotlar idi. İkinci dünya müharibəsi zamanı nasistlər 1941-ci ilin 9 aprelində Saloniki şəhərini tuturlar. 1943-cü ildə bütün şəhər yəhudiləri ölkədən deportasiya edilir. O zaman burada yaşayan 77 377 romaniotdan yalnız 10 000-i holokostdan xilas ola bilir.