Yekanlar — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd.[2][3]
kənd | |
Yekanlar | |
---|---|
40°38′55″ şm. e. 44°02′40″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Şörəyel mahalı]] |
Rayon | [[Ərtik rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.900 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rayon mərkəzindən 6 km şimal-şərqdə yerləşir. Erməni mənbələrində kəndin adı Yeğanlar, Yegilər, Yeginlər, Yeğanlar, Yegilar formasında da göstərilir[4][5]. Qafqazın 5 verstlik xəritəsində[6] qeyd edilmişdir.
Toponim yeqanlar tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.[7][8]. Yerli tələffüz forması Əkənlər. 1878-ci ildə kəndin əhalisi qovul-duqdan sonra 1880-cı illərdə Türkiyədən gəlmə ermənilər də yerləşdirilmişdir[9][10]. 1946-cı ildə kənd ermənicə Arevşat adlandırılmışdır. 1949-cu ildə kəndin əhalisi Azərbaycana köçürülmüşdür. Kəndin əsasını qoymuş nəslin adıdır. "Kitabi-Dədə Qorqud"da Qazılıq Qoca oğlu Yekən еponimi ilə səslənir. Qızılbaşların Ustaclı tayfasının Yeqan qolunun adındandır. XIX əsrdə Lənkəran qəzasında Yeqənkənd kənd adı[11][12] ilə mənşəcə eynidir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15.VII.1969-cu il fermanı ilə adı dəyişdirilib Arevşad qoyulmuşdur.
Kənddə 1828-ci ilə qədər yalnız azərbaycanlılar yaşamışdır. Buraya 1828–30-cu illərdə Qars vilayətinin Bqlek və Camışlı kəndlərindən, Sarıqamış və Ərzurum bölgələrindən köçürülmüş[5] və azərbaycanlılar deportasiya olunmuşdur.