Mekanlar və ya Meenlər – Efiopiyanın cənub-qərbində yaşayan etnik azlıq. 1998-ci ildə aparılmış sorğuya əsasən Efiopiyada 56.585 mekan yaşayır.
Omo vadisində yaşayan biri qəbilə üzvü. | |||
Ümumi sayı | |||
---|---|---|---|
56.585 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
İrqi | |||
neqroid |
Xalqın danışdığı dil Nilo-Saxara dil ailəsinin Surmi qoluna daxil olan Meen dilidir. İki əsas xalqdan ibarətdir: dağlıq bölgədə yaşayan Tişana xalqı (aqrikulturalistdirlər) və düzənlikdə yaşayan Bodi xalqı (köçəri həyat tərzi keçirirlər).
Qəbilə içində qaydaları isə yaşlılar müəyyən edir. Aralarında mübahisə yarandıqda dava etmək yerinə bir-birlərinə iribuynuzlu heyvan hədiyyə edir, münaqişəni bu şəkildə həll edirlər.[1]
Qarğıdalı, qəhvə və kalış kimi bitkilər becərməyə üstünlük verirlər.[1]
Köçəri həyatı heyvanlardan öyrənib. Heyvanlar fəsil dəyişkənliyi zaman yer dəyişdirdikdə qəbilə də onlarla birlikdə köçür. Bunun sayəsində onların qanı ilə qidalanırlar. Qəbilənin nümayəndələri kol-kosdan, ağac budaqları və təzəkdən hazırlanmış evlərdə yaşayırlar. Evlərdəki təkgöz otaqlarda ana, ata və uşaqlar, evin girişində isə inəklər və başqa heyvanlar qalır.[1]
Əsasən çılpaq gəzən qəbilə üzvləri digər qəbilələr kimi xaricilərə qarşı soyuq münasibət bəsləmirlər. Əksinə qonaqları evlərində qarşılayırlar. Bəzən turistləri də inək qanına qonaq edirlər.[1]
Kişilərsə ovçuluqla məşğul olurlar. Beləcə dolanışıqlarını çıxarırlar. Qadınlar keçi dərisindən düzəltdikləri paltarları geyir, kişilər isə sadəcə bellərinə bağladıqları incə parça ilə gəzirlər.[1]
Qəbilənin qadınları daha çox evdə qalaraq müxtəlif bəzək əşyaları düzəldirlər. Düzəltdikləri muncuqları, ovçuluq alətləri, müxtəlif heyvanlara aid diş, dırnaq və fil tükündən hazırladıqları bilərzik və başqa zinət əşyalarını bölgəyə gələn turistlərə satırlar. Hətta marketləri belə var.[1]
Enqai adlı tanrıya inanırlar.[1]
Qəbilədə gombul olmaq qızıl qaydadır. Qəbilədə yeni il şənlikləri zamanı gənclər arasında "Gombul adam" yarışı keçirilir. Kökəlmək üçün qan içirlər. Gənclər altı ay boyu fasiləsiz şəkildə qan içir, bununla da çəkiləri ikiqat artır. "Kael" adlanan mərasim zamanı isə altı ay boyunca ən çox kökəlmiş şəxs mükafatlandırılır. Qəbilə bu mərasim zamanı çoxlu turist qəbul edir.[1]
Qəbilənin dünyaya tanınmasında fransız fotoqraf Erik Lafforqun müstəsna xidmətləri olub.[1]