Damanlar

Damanlar (lat. Hyracoidea) — afroterilər dəstəüstünə aid heyvan dəstəsi.

Damanlar
Elmi təsnifat
Beynəlxalq elmi adı

Xarici görünüşünə görə bir qədər marmota oxşayır. Bədəninin uzunluğu 30–60 sm, quyruğu qısa (1–3 sm), yaxud yoxdur. Kütləsi 2–4 kq-dır. Bədən quruluşu möhkəm, beli qövsşəkilli əyilmişdir. Başı iri, sifəti qısa, üst dodağı haçalanmışdır. Üst kəsici dişləri uzun, içəri tərəfdən minasızdır, bütün ömrü boyu böyüyür. Yastı dırnaqlı ön ətrafları dörd-barmaqlı, arxa ətrafları üçbarmaqlıdır. Pəncələrin çılpaq alt tərəfi tər vəzilərinin sekresiyası ilə daima nəmlənən qalın elastiki epiteli ilə örtülü olduğuna görə də Damanlar substrat üzərində möhkəm dayana bilirlər. Rəngi qəhvəyi-boz, tük örtüyü sıx və coddur. Bel hissəsində daha açıq rəngli tük lərlə örtülmüş iri vəzi var; qorxu, yaxud həyəcan zamanı tüklər pırpızlaşdıqda vəzi çılpaqlaşır və iyli maddə ifraz edir.

Dəstənin yeganə fəsiləsi olan Damanlara (Pro caviidae) 3 cins: ağac Damanları (Dend rohyrax), dağ Damanları (Heterohyrax), qaya Damanları (Procavia); 10-a qədər növ daxildir. Afrikada (Böyük Səhranın qumluq sahələrindən başqa) və Ərəbistan yarımadasının cənubunda yayılmışdır. Qayalıq yerlərdə, quru çöllərdə və meşələrdə yaşayır; dağlara 4500 m-ə qədər yüksəkliyə qalxırlar. Gündüzlər, bəzən də gecələr fəal olurlar. Çox hərəkətlidir, sıldırım qayalarda və ağacların budaqlarında asan və sürətlə qaça bilirlər. Damanların ağacda məskunlaşmış formaları tək-tək, yerdəkilər 60 fərddən ibarət dəstələrlə yaşayırlar. Müxtəlif bitki qidası, buğumayaqlılar və onların sürfələri ilə qidalanırlar. Suya ehtiyacları yoxdur. Ətinə görə ovlanır. 1–3 (6-ya qədər) bala doğur. Balalar gözləri açıq, yunla örtülü olur, doğulan kimi sürətlə qaça bilir. Damanların 4 növü BTMİ-nin "Qırmızı kitab"ına daxil edilmişdir.

  1. Integrated Taxonomic Information System (ing.). 2006.
  2. Wilson D. E., Reeder D. M. Class Mammalia Linnaeus, 1758. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 56–60. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7