Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəraim dili
Kəraim dili — Kəraimlərin dili, Türk dillərinin Qıpçaq dilləri qrupuna aiddir. == Ümumi məlumat == Karaim dili və ya türkcəsi danışıq dili kimi işlədilir. Yəhudi dinindən olan karaimlər Litva, Ukrayna və Polşanın bəzi şəhərlərində yaşayırlar. Ədəbi dilləri yoxdur, amma yazıları vardır. Əvvəllər ibrani, sonralar isə kiril əlifbasını işlətmişlər. Əhalinin 1989-cu ildə həyata keçirilən ümumi siyahıya alınmasına görə keçmiş SSRİ-də 2600 nəfər karaim yaşamışdır. Onların 21 %-i karaim dilini işlətmişdir. == Dialektləri == Kəraim dilinin Krım dialekti mövcuddur.
Mustafa Zəmani
Mustafa Zamani (fars. مصطفی زمانی‎; 20 iyun 1982, Əmləş, Gilan ostanı) — İran aktyorudur. İlk dəfə filmlərdə tələbəlik illərində — 2005-ci ildə çəkilmişdir. == Həyatı == Mustafa Zamani 21 iyun 1982-ci il tarixində İranın Mazandaran vilayətində dünyaya göz açmışdır. Mustafa adı ona anası tərəfindən verilmişdir. O, öz soyadı (Zamani) ilə fəxr edir. Gənc yaşlarından hər kəs onun gözlərinin gözəlliyindən bəhs edərdi. Mustafa Zamani sənaye idarəçiliyi üzrə təhsil almışdır, mühasib vəzifəsində çalışmışdır. Hobbisi atçılıqla məşğul olmaqdır. Kamera qarşısına ilk dəfə 2005-ci ildə, tələbə ikən çıxmışdır.
Qəraim dili
Kəraim dili — Kəraimlərin dili, Türk dillərinin Qıpçaq dilləri qrupuna aiddir. == Ümumi məlumat == Karaim dili və ya türkcəsi danışıq dili kimi işlədilir. Yəhudi dinindən olan karaimlər Litva, Ukrayna və Polşanın bəzi şəhərlərində yaşayırlar. Ədəbi dilləri yoxdur, amma yazıları vardır. Əvvəllər ibrani, sonralar isə kiril əlifbasını işlətmişlər. Əhalinin 1989-cu ildə həyata keçirilən ümumi siyahıya alınmasına görə keçmiş SSRİ-də 2600 nəfər karaim yaşamışdır. Onların 21 %-i karaim dilini işlətmişdir. == Dialektləri == Kəraim dilinin Krım dialekti mövcuddur.
Bənu Təmim
Bəni Təmim (ərəb. بنو تميم‎ — tərc. Təmim övladları) — ərəb xalqının qolu. == Tarixi == Bəni Təmim qəbiləsinin kökü Müzərə bağlıdır. Təmim ibn Murra bin Udda bin Təbihə bin İlyas bin Mudar bin Nizar bin Maad bin Adnanın törəmələridirlər. Peyğəmbərin r vəfatından sonra Məkkə, Mədinə və Quba məscidlərinin camaatından başqa bütün ərəblər mürtəd olmuşdular (İslamdan üz çevirmişdilər). Bəzi ərəblər isə mürtəd olmamış sadəcə olaraq zəkatdan imtina etmişdilər. Hətta belə insanlardan bəziləri deyərdilər: Peyğəmbər r Allahın qulları arasında örtamövqeli olduğu halda ona itaət etmişdik. Əbu Bəkr nə etmək istəyir! Öz hakimiyyətini oğlu Bəkrə miras edəcək!
Suzanna Təmim
Suzanna Təmim(ərəb. سوزان تميم‎, 23 sentyabr 1977 – 28 iyul 2008) — Livan müğənnisi. == Həyatı == Suzanna Təmim 23 sentyabr 1977-ci ildə Livanın Beyrut şəhərində anadan olmuşdu. Suzanna Təmim 28 iyul 2008-ci ildə öldürülüb.
Bəni Təmim
Bəni Təmim (ərəb. بنو تميم‎ — tərc. Təmim övladları) — ərəb xalqının qolu. == Tarixi == Bəni Təmim qəbiləsinin kökü Müzərə bağlıdır. Təmim ibn Murra bin Udda bin Təbihə bin İlyas bin Mudar bin Nizar bin Maad bin Adnanın törəmələridirlər. Peyğəmbərin r vəfatından sonra Məkkə, Mədinə və Quba məscidlərinin camaatından başqa bütün ərəblər mürtəd olmuşdular (İslamdan üz çevirmişdilər). Bəzi ərəblər isə mürtəd olmamış sadəcə olaraq zəkatdan imtina etmişdilər. Hətta belə insanlardan bəziləri deyərdilər: Peyğəmbər r Allahın qulları arasında örtamövqeli olduğu halda ona itaət etmişdik. Əbu Bəkr nə etmək istəyir! Öz hakimiyyətini oğlu Bəkrə miras edəcək!
Bəni-Təmim
Bəni Təmim (ərəb. بنو تميم‎ — tərc. Təmim övladları) — ərəb xalqının qolu. == Tarixi == Bəni Təmim qəbiləsinin kökü Müzərə bağlıdır. Təmim ibn Murra bin Udda bin Təbihə bin İlyas bin Mudar bin Nizar bin Maad bin Adnanın törəmələridirlər. Peyğəmbərin r vəfatından sonra Məkkə, Mədinə və Quba məscidlərinin camaatından başqa bütün ərəblər mürtəd olmuşdular (İslamdan üz çevirmişdilər). Bəzi ərəblər isə mürtəd olmamış sadəcə olaraq zəkatdan imtina etmişdilər. Hətta belə insanlardan bəziləri deyərdilər: Peyğəmbər r Allahın qulları arasında örtamövqeli olduğu halda ona itaət etmişdik. Əbu Bəkr nə etmək istəyir! Öz hakimiyyətini oğlu Bəkrə miras edəcək!
Zəlim Kotsoyev
Zəlim Kotsoyev (9 avqust 1998, Beslan, Şimali Osetiya) — Rusiyanı və Azərbaycanı təmsil edən cüdoçu, 2023-cü il Avropa Çempionatının qalibi. == Karyerası == Zəlim Kotsoyevin beynəxalq turnirlərdə birinci uğuru 2013-cü ilin iyununda Estoniyanın Tallin şəhərində baş tutan U-18 Avropa Çempionatında imza atdı. Həmin turniri Zəlim Kotsoyev bürünc medalla başa vurdu. Bir il sonra, 2014-cü ilin iyulunda Yunanıstanın Afina şəhərində baş tutan U-18 Avropa Çempionatında Zəlim Kotsoyev bu səfər bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 2015-ci ildə sərbəst güləş üzrə Azərbaycan yığmasının lideri, əslən Şimali Osetiyadan olan Xetaq Qazyumovun məsləhətinə əsasən Zəlim Kotsoyev cüdo üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2015-ci ilin iyulunda Zəlim Kotsoyev Azərbaycan bayrağı altında Bolqarıstanın Sofiya şəhərində baş tutan U-18 Avropa Çempionatında turnirin qızıl medalına sahib oldu. Həmin ilin avqustunda Zəlim Kotsoyev həm də Bosniya və Herseqovinanın Sarayevo şəhərində baş tutan gənclər arasında Dünya Çempionatını gümüş medalla başa vurdu. Zəlim Kotsoyev IJF Qran-Pri seriyalı beynəlxalq turnirlərdə birinci qələbəsinə 2016-cı ilin iyulunda Monqolustanda baş tutan Ulan-Bator Qran-Prisində qızıl medal qazanmaqla imza atdı. 2017-ci ildə Zəlim Kotsoyev Tayvanda baş tutan Universiada Oyunlarının, Maribor şəhərində (Sloveniya) baş tutan gənclər arasında Avropa Çempionatının və Zaqreb şəhərində (Xorvatiya) baş tutan gənclər arasında Dünya Çempionatında qızıl medalların sahibi oldu. 2018-ci ilin aprelində Zəlim Kotsoyev Antalya şəhərində IJF Antalya Qran-Prisinin qalibi oldu.
Məmo bəy Məmai
Məhəmməd bəy Hacı Əhməd bəy oğlu (Məmo bəy Məmai) — şair. == Həyatı == Məmo bəy Məmai 1849-cu ildə Şuşa şəhərində dünyaya göz açmışdı. Ailədə Məmo çağrıldığından bu adla tanınmışdı. İbtidai təhsilini molla yanında almışdı. Məmai təxəllüsü ilə şeirlər yazırdı. Xurşidbanu Natəvanın başçılıq etdiyi "Məclisi-üns" şairlər birliyinin üzvü idi. O, sənətilə əlaqədar Rusiya, Orta Asiya, Türkiyə yə İranın bir çox şəhərlərini gəzmiş, aldığı təsssüratı, gördüyü şəxslərdən eşitdiklərini qələmə alaraq "Səyahətnamə" adlı əsər yazmışdır, lakin həmin əsər bu günə gəlib çıxmamışdır. Şair 1918-ci ildə Şuşada vəfat etmişdir. Əsərlərini klassik üslubda, Azərbaycan və fars dillərində yazan Məmainin bədii irsindən xeyli nümunə qalmışdır. == Yaradıcılığı == == Mənbə == Ənvər Çingizoğlu.
Təmam şud işi
Təmam şud işi, həmçinin Somerton kişisinin sirri olaraq da bilinən Avstraliyanın Adelaida şəhərinin şimalındakı Somerton çimərliyində 1948-ci ilin 1 dekabr tarixində yerli vaxtla saat 06:30-da ölü şəkildə tapılmış kişinin üstü açılmamış cinayət işi. Kişinin şalvarının gizli cibindən bir ay sonra aşkarlanmış kağız parçası çap olunmuş və fars dilində "bitdi" və ya "tamamlandı" mənasını verən təmam şud sözünün şərəfinə adlandırılmışdır. Bu parça XII əsr şairi Ömər Xəyyama aid olan şeirlər toplusu - Rübailər kitabının bir nəşrinin son səhifəsindən çırılmışdı. İşin ilkin protokollarında Təmam sözü orfoqrafik səhv nəticəsində Təman olaraq qeyd edilmiş və bu səhv tez-tez təkrarlanır. Tamam şud işi (ing. Tamam Shud case) - 1948-ci ilin 1 dekabr tarixində yerli vaxtla saat 06:30-da Avstraliyanın Adelaida şəhərində baş vermiş hadisə. Hadisə şəhərdə yerləşən Somerton çimərliyi ərazisində naməlum kişi cəsədinin tapılması ilə meydana gəlmişdir. Cəsədin üzərində şəxsiyyəti təsdiq edən heç bir sənəd aşkarlanmamışdır. 40-45 yaşlarında olan, qalın geyimli kişi cəsədinin ayaqqabılarının təmiz olması onun bura sonradan gətirildiyi ehtimalını gücləndirir. Cəsəddən götürülmüş diş və dırnaq nümunələri əsasında şəxsin ərazinin yerlisi olmadığı güman edilmişdir.
Təmim əd-Dari
Təmim əd-Dari (Fələstin – ən tezi 660 və ən geci 661, ərəb. تميم الداري‎) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biridir. Qəhtanilərə mənsub bir tayfadandır. O, Fələstində anadan olmuşdur. Mənbələrdə onun müsəlman olması ilə bağlı müxtəlif rəvayətlər olsa da, ən etibarlısı onun bir rahibin sözü ilə Mədinəyə gəlib müsəlman olmasıdır. İkinci dəfə Mədinəyə gələndə geri qayıtmamış, ona və dostlarına Xeybərin gəlirindən maaş Təmim əd-Dari verilmişdir. Təmim əd-Dari Dəməşqdən gətirdiyi çıraqlar hesabına Məscidül-Nəbini işıqlandırılır. O, Xəlifə Ömər ibn Xəttabın dövründə Peyğəmbər məscidində xətib olmuş, Osmanın dövründə də bu vəzifəni davam etdirmişdir.
Əl Zəman (dərgi)
Əl Zəman (dərgi) — Bağdadda ərəb dilində fəaliyyət göstərən dərgi == Haqqında == Müstəqil, gündəlik siyasi qəzetdir. Mətbu orqanın sahibi və təsisçisi Əl Bəzzazdır. 1997-ci il aprelin 10-u yaradılıb. “Zaman” müəssisəsi adı altında “Gündəlik Zaman”, “Gündəlik Zaman İdman”, “Yeni zaman” aylıq dərgi, “A-dan Z-yə” mədəniyyət dərgisi çapdan çıxır. Londonda fəaliyyət göstərən “Zaman”-ın nəşrləri bütün Avropa və Şimali Afrikaya yayılır.
Dərviş Zaim
Dərviş Zaimağaoğlu (1964, Famaqusta) — Kiprli türk film rejissoru və prodüseri. == Həyatı == Boğaziçi Universitetində Menecerlik fakültəsində oxumuş (1988), İngiltərə Warwick Universitetində mədəni çalışmalar fakültəsində master dərəcə almışdır (1994). Zaim İstanbulda yaşayır və müxtəlif universitetlərdə kinoşünaslıq dərsləri verir. == Kariyerası == Televiziya rejissorluğu və ssenaristliyi təcrübəsinə sahib olan Dərviş Zaimin bir romanı "Ares möcüzələr diyarında" (1995) çap olunmuşdur. İlk filmi "Tabutta rövaşata" (1996) ilə Türkiyədə və xarici ölkələrdə bir çox mükafat qazanmışdır. "Cənnəti gözləyərkən" rejissorun planlaşdırdığı bir trilogiyanın ilk filmidir. Ənənəvi ən işləmələri sənətinə əsaslanan trilogiyada Dərviş Zaim bu sənətlərin estetikasının film estetikası ilə harmoniya yaratmasına çalışmışdır. "Nöqtə" filmi isə trilogiyanın ikinci filmidir. Film işlərinə 1991-ci ildə təcrübi videosu "Hang the Camera" ilə başlayan Dərviş Zaim, sonra televiziya sənədli filmi olan "Məscidin ətrafındakı daş"a rejissorluq etmişdir. Bundan başqa, Dərviş Zaim, Londonda Hollivud Film İnstitutu tərəfindən idarə edilən müstəqil film prodüserliyi ilə əlaqəli bir kursa qatılmışdır.
Hindi Zəmi
Hindi Zəmi (fars. هندی‌زمین‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 192 nəfər yaşayır (66 ailə).
Məhracan Əl Təmim (qəzet)
"Məhracan Əl Təmim" (qəzet) — Kərkükdə çap olunmuş qəzet. == Məlumat == 1985-ci il mart ayının əvvəlində üç gün müddətində Kərkükdə təşkil edilmiş festivalla əlaqədar şənlik xəbərlərini işıqlandırmaq məqsədilə “Məhracan Əl Təmim” adlı ərəb dilində gündəlik qəzet işıq üzü görüb. Qəzet Kərkük Təbliğat və Mədəniyyət Mərkəzində formalaşmış heyət tərəfindən dərc edilmişdir. Qəzetin baş yazarı Muhsin Duvazə Əli olmuşdur. Şəkillərlə zəngin 4 səhifə şəklində Bələdiyyə mətbəəsində dərc edilmiş qəzetin festival günlərində cəmi 4 sayı işıq üzü görüb. İlk sayı 1985-ci il fevralın 28-i cümə axşamı dərc edilmiş qəzetin 4-cü son sayı, 1985-ci il martın 3-ü bazar günü dərc edilib. Festival xəbərlərindən başqa, yerli sənət xəbərlərini də əhatə edən “Məhracan Əl Təmim” xalqa pulsuz olaraq paylanılırdı.
Sevda binti Zəma
Sevda binti Zəma (ərəb. سودة بنت زمعة‎; 589, Məkkə – 1 sentyabr 674, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. == Bioqrafiyası == Məhəmməd peyğəmbər Xədicənin vəfatından və Mədinəyə köçməsindən sonra 53 yaşında Sevda ilə evlənir. O, ilk müsəlmanlardan olan Səkran ibn Amrın dul arvadı olur. Onun atası Qureyş qəbiləsindən idi. Sevda binti Zəma Efiopiyaya hicrət edən ilk müsəlman qadınlardan biridir. Onun birinci əri Məkkə müşrikləri tərəfindən zülmə məruz qalan əmisi oğlu Səkran ibn Amr idi. Məkkəyə qayıtdıqdan sonra Səkran vəfat edir. Sevda və Səkranın 637-ci ildə Cəlulə döyüşündə şəhid olan bir oğulları var idi. Məhəmməd peyğəmbər Xədicənin vəfatından bir neçə gün sonra peyğəmbərliyinin onuncu ilinin Şəvval ayında Sevda ilə evlənir.
Təmim bin Həməd Al Sani
Şeyx Təmin bin Həməd Al Sani — (ərəb. تميم بن حمد آل ثاني‎; 3 iyun 1980, Doha) — Qətər əmiri. Al Sani sülaləsinin 7-ci əmiri. keçmiş əmir Şeyx Həməd bin Xəlifə Al Saninin dördüncü, ikinci arvadı Moza bint Nasir əl-Misnəddən olan ikinci oğlu == Gəncliyi və təhsili == Təmim bin Həməd 3 iyun 1980-ci ildə Qətər əmirliyinin paytaxtı Doha şəhərində anadan olmuşdur. O, Şeyx Həməd bin Xəlifə Al Saninin dördüncü oğlu, ikinci arvadı Şeyxa Moza bint Nasir əl-Misnəddən olan ikinci oğludur. Təmim bin Həməd Al Sani, Böyük Britaniyanın Dorset şəhərindəki Şerborn Beynəlxalq Kollecində və Harrov məktəbində təhsil alıb. 1997-ci ildə burdakı təhsilini bitirib Kral Hərbi Akademiyasına daxil olur və 1998-ci ildə zabit kimi buranı bitirir. == Karyerası == Qətər Silahlı Qüvvələrini ikinci leytenant kimi bitirir. 2003-cü ilin avqustun 5-ində onun böyük qardaşı Şeyx Casimin vəliəhdlikdən imtina etməsi ilə o, Qətər taxt-tacına varis oldu. Həmin vaxtdan etibarən o öz üzərinə çalışmaya başlayır, təhlükəsizlik və iqtisadiyyatla bağlı mövzuları daha dərindən öyrənməyə çalışır.
Təmim bin Həməd əl-Tani
Şeyx Təmin bin Həməd Al Sani — (ərəb. تميم بن حمد آل ثاني‎; 3 iyun 1980, Doha) — Qətər əmiri. Al Sani sülaləsinin 7-ci əmiri. keçmiş əmir Şeyx Həməd bin Xəlifə Al Saninin dördüncü, ikinci arvadı Moza bint Nasir əl-Misnəddən olan ikinci oğlu == Gəncliyi və təhsili == Təmim bin Həməd 3 iyun 1980-ci ildə Qətər əmirliyinin paytaxtı Doha şəhərində anadan olmuşdur. O, Şeyx Həməd bin Xəlifə Al Saninin dördüncü oğlu, ikinci arvadı Şeyxa Moza bint Nasir əl-Misnəddən olan ikinci oğludur. Təmim bin Həməd Al Sani, Böyük Britaniyanın Dorset şəhərindəki Şerborn Beynəlxalq Kollecində və Harrov məktəbində təhsil alıb. 1997-ci ildə burdakı təhsilini bitirib Kral Hərbi Akademiyasına daxil olur və 1998-ci ildə zabit kimi buranı bitirir. == Karyerası == Qətər Silahlı Qüvvələrini ikinci leytenant kimi bitirir. 2003-cü ilin avqustun 5-ində onun böyük qardaşı Şeyx Casimin vəliəhdlikdən imtina etməsi ilə o, Qətər taxt-tacına varis oldu. Həmin vaxtdan etibarən o öz üzərinə çalışmaya başlayır, təhlükəsizlik və iqtisadiyyatla bağlı mövzuları daha dərindən öyrənməyə çalışır.
Qanlı zəmi (film, 1985)
Qanlı zəmi filmi rejissorlar Həsənağa Turabov və Əbdül Mahmudov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Kəskin süjetli filmdə xalq qisasçısı, əfsanəvi qəhrəman Qaçaq Nəbidən, onun dəstəsinin göstərdiyi igidliklərdən söhbət açılır. Film aktyor Həsənağa Turabovun quruluşçu rejissor kimi kinoda ilk işidir. Film 1-ci kateqoriyaya layiq görülüb. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Həsənağa Turabov, Mömünat Qurbanova, Gümrah Rəhimov, Ənvər Həsənov, Ömür Nağıyev, Eldəniz Quliyev, Rasim Balayev, Ramiz Əzizbəyli, Şahmar Ələkbərov ifa edirlər. == Məzmun == XIX əsrin sonlarında Azərbaycanın torpaqlarında çar canişinlərinin hakimiyyətinə, xalqın hesabına varlanan feodal əyanlarına və tacirlərinə qarşı silahlı kəndli dəstələri yaranırdı. Həmin dəstələrdən birinə xalq qəhrəmanı Qaçaq Nəbi başçılıq edirdi. Onun arvadı qorxmaz Həcər də əri ilə birgə həmin dəstədə vuruşurdu. == Film haqqında == O vaxtlar vəzifə sahibi olan ermənilər filmin istehsalata buraxılmasına əngəl törətməyə başlamışdılar.
İsalı-i Zəmi (Urmiya)
İsalı-i Zəmi (fars. عیسی‌لوی زمی‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (24 ailə).
Email
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur == Tarixi == İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.
Əhməd Zevail
Əhməd Zevayl (ərəb. أحمد حسن زويل‎, ing. Ahmed H. Zewail; 26 fevral 1946[…], Dəmənhur – 2 avqust 2016[…], Pasadena, Kaliforniya) — Misir-ABŞ kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1999). == Həyatı == === Uşaqlıq illəri === Əhməd Zevayl 1946-cı il fevralın 26-da Misirin şimalındakı Damanhur şəhərində anadan olub. Uşaqlıq illəri Nil çayının sahilində yerləşən Desuk qəsəbəsində keçib. Atası Xasan Zevayl və anası Rauxin Dar övladlarının gələcəyi barədə ciddi düşünür, Əhmədin elmlərə can atmasını hərtərəfli dəstəkləyirdilər. Həmyaşıdlarının xoşagəlməz təsiri altına düşməməsi üçün atası onu gözündən qoymayıb. Öz ailəsinə çox yaxşı qayğı göstərən atası onun üçün örnək idi. O, oğluna öz işinə sədaqətlə xidmət etməyi öyrədirdi. Əhmədin anası təhsil almamışdı, lakin o, övladlarının yaxşı təhsil almasına can atırdı.
Miloş Zeman
Miloş Zeman (çex. Miloš Zeman; 28 sentyabr 1944[…], Kolin[d], Bohemiya və Moraviya protektoratlığı, Üçüncü Reyx[…]) — çex yazıçısı və dövlət xadimi, 8 mart 2013-cü ildən Çexiya prezidenti. == Fəaliyyəti == Miloş Zeman 1996-cı ildən 1998-ci ilə qədər Çexiya parlamentinin alt palatası olan Nümayəndələr məclisinin sədri, 1998-ci ildən 2002-ci ilə qədər isə Çexiyanın baş naziri olmuşdur. Lideri olduğu Çexiya Sosial-Demokrat Partiyası 1990-cı illərdə ölkənin əsas partiyalarından biri idi. 1968-ci ildə Praqa baharı vaxtı, Çexoslovakiya Kommunist Partiyasının üzvü olsa da Çexoslovakiyanın SSRİ tərəfindən işğalına qarşı çıxdığı üçün 1970-ci ildə partiyadan uzaqlaşdırılmışdır. 1989-cu ildə dövlət telekanalında Çexoslovakiya iqtisadiyyatını tənqid etmişdir. Bu çıxışı qalmaqala səbəb olsa da, Məxməri inqilab zamanı onunla həmfikir olan Vətəndaş Forumu liderləri ilə yaxınlaşmasına yol açmışdır. 2013-cü ildə prezident seçkilərində səslərin 54.8 faizini toplayaraq Çexiya prezidenti seçilmişdir.
Zekai Aksakallı
Zekai Aksakallı (25 dekabr 1961, Ərzurum) — Türkiyə Xüsusi Təyinatlı Qüvvələri Komandanı. 4 avqust 2013-cü ildən bu vəzifədə xidmət göstərir. == Şəxsi həyatı == 17 yaşında olarkən Erzurum litseyində oxuduğu illərdə Avstraliyada baş tutan Dünya Qaçış Çempionatında Türkiyəni təmsil etmiş və 397 idmançı arasında 27-ci olmuşdur. Evli və 2 uşaq atasıdır. İngilis dilində sərbəst danışır. 1984-cü ildən bəri aktiv hərbi xidməti davam edir.
Çornıye Zemli Dövlət Təbiət Qoruğu
Çornıye Zemli Dövlət Təbiət Qoruğu — 11 iyun 1990-cı ildə yaradılmış dövlət təbii biosfer qoruğudur. Çornıye Zemli Təbiət Qoruğu Rusiyada çöl, yarımsəhra və səhra landşaftlarını öyrənmək, eləcə də kalmık sayqaqlarının populyasiyasını qorumaq və öyrənmək üçün yeganə sınaq poliqonudur. Qoruğun tərkibinə iki müxtəlif ərazi daxildir - "Çernye Zemli" əsas bölməsində sayqa populyasiyasının mühafizəsi və bərpası həyata keçirilir və "Manıç-Qudila gölü" ərazisi beynəlxalq əhəmiyyətli su-bataqlıqdır, burada yuva salmaq və qışlamaq üçün yerlər var. Ərazidə bir çox nadir su quşları və suya yaxın quşlar yaşayır. Sonuncu 1996-cı ilin mayında keçmiş “Manıç-Qudila” respublika qoruğunun ərazisinin qoruğa verilməsi ilə qurulmuşdur. Qoruğun əsas hissəsi Xəzər ovalığında, Kuma və Volqa çaylarının aşağı axarları arasında yerləşir. Qoruğun ümumi sahəsi 121,9 min hektardır. Torpaq sahələri: Çornıye Zemli (çöl) - 94,300 ha, Manyç-Qudilo (ornitoloji) - 27,600 ha. Qoruğun mühafizə zonası 91170 hektardır. Qoruq 3 dekabr 1993-cü ildə YUNESKO-nun rəsmi biosfer statusunu almışdır.