Şeyx Təmin bin Həməd Al Sani — (ərəb. تميم بن حمد آل ثاني; 3 iyun 1980[1][2], Doha) — Qətər əmiri. Al Sani sülaləsinin 7-ci əmiri. keçmiş əmir Şeyx Həməd bin Xəlifə Al Saninin dördüncü, ikinci arvadı Moza bint Nasir əl-Misnəddən olan ikinci oğlu
Təmim bin Həməd Al Sani | |
---|---|
ərəb. تميم بن حمد آل ثاني | |
3 iyun 2013 – vəzifədədir | |
Əvvəlki | Həməd bin Xəlifə Al Sani |
Sonrakı | Abdullah bin Həməd Al Sani (varisi) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Doha, Qətər |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Atası | Həməd bin Xəlifə Al Sani |
Anası | Moza bint Nasir əl-Misnəd |
Həyat yoldaşları |
Cəvahir bin Həməd Al Sani (2005-ci ildən) Anud bin Mana əl-Həcri (2009-ci ildən) Nura bin Hathal əl-Dosari (2014-ci ildən) |
Uşağı | uşaqları |
Ailəsi | Al Sani sülaləsi |
Dini | Sünni İslam |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Təmim bin Həməd 3 iyun 1980-ci ildə Qətər əmirliyinin paytaxtı Doha şəhərində anadan olmuşdur[3]. O, Şeyx Həməd bin Xəlifə Al Saninin dördüncü oğlu, ikinci arvadı Şeyxa Moza bint Nasir əl-Misnəddən olan ikinci oğludur[4]. Təmim bin Həməd Al Sani, Böyük Britaniyanın Dorset şəhərindəki Şerborn Beynəlxalq Kollecində və Harrov məktəbində təhsil alıb. 1997-ci ildə burdakı təhsilini bitirib[3] Kral Hərbi Akademiyasına daxil olur və 1998-ci ildə zabit kimi buranı bitirir.
Qətər Silahlı Qüvvələrini ikinci leytenant kimi bitirir[4]. 2003-cü ilin avqustun 5-ində onun böyük qardaşı Şeyx Casimin vəliəhdlikdən imtina etməsi ilə o, Qətər taxt-tacına varis oldu[3][4]. Həmin vaxtdan etibarən o öz üzərinə çalışmaya başlayır, təhlükəsizlik və iqtisadiyyatla bağlı mövzuları daha dərindən öyrənməyə çalışır[5]. 2009-cu ildə Qətər Silahlı Qüvvələri baş komandanının müavini təyin olunur[4].
O, Qətərin beynəlxalq aləmdə nüfuzunu qaldırmaq üçün də çalışır. 2005-ci ildə Qətər İdman İnvestisiyaları İdarəsini təsis edir və Pari Sen-Jermen FK-a yatırımlar edir. 2006-cı ildə Dohada keçirilən 15-ci Asiya Oyunlarının təşkilati komitəsinə sədrlik edir. Onun sədrliyi ilə bütün üzv ölkələr ilk dəfə iştirak edib. Həmin il Misirin Əl-Ahram qəzetində Təmim, "Ərəb dünyasının ən yaxşı idman şəxsiyyəti" adına layiq görülüb. Onun rəhbərliyi ilə Qətər, 2014 FİNA Üzgüçülük üzrə Dünya Çempionatına və 2022 FİFA Dünya Çempionatına ev sahibliyi etmək hüququ qazandı. O, Beynəlxalq Olimpiya Komitəsinin və Qətər Milli Olimpiya Komitəsinin üzvüdür[5].
Şeyx Təmim, Qətər İnvestisiya Qrupu Direktorlar Şurasına rəhbərlik edir. Şeyx Təmimin rəhbərliyi altında təşkilatdakı ingilis investorlar xeyli sayda investisiya yatırırlar.
Şeyx Təmimin digər vəzifələri aşağıdakılar olub:
25 iyun 2013-cü ildə Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Saniyə, öz qohumları və köməkçiləri ilə məsləhətləşdikdən sonra taxtdan oğlu Təmimin xeyrinə imtina edir[6]. Az sonra televiziyada çıxışda Təmim hakimiyyəti atasından təhsil almasını bildirdi. O Al Sani sülaləsindən dövlət çevrilişi etmədən hakimiyyətə gələn ilk şəxs idi.
8 yanvar 2005-ci ildə Şeyx Təmim əmisinin ikinci qızı Şeyx Cəvahir bin Həməd bin Suheym Al Sani ilə evlənir. Onların bu evliliyindən iki oğlu və iki qızı dünyaya gəlir:
Şeyx Təmim 2009-cu ilin martın 3-də Hacri ailəsindən Şeyxa Anoud bint Mana ilə evlənir. Onun atası Mana bin Əbdül Hadı Al Hacrı Qətərin İordaniyadakı səfiri olmuşdu. Onların evliliyindən 1 oğlu və iki qızı dünyaya gəlir:
2014-cü ilin martında Şeyxa Nura bint Hathal Al Dosari ilə evlənir. Onların bir oğlu dünyaya gəlib: