Təmam şud işi

Avstraliyanın Adelaida şəhərində yerləşən Somerton çimərliyi ərazisində aşkarlanış və gizli cibindən tamam şud yazısı çıxmış kişi cəsədi.

Təmam şud işi, həmçinin Somerton kişisinin sirri olaraq da bilinən Avstraliyanın Adelaida şəhərinin şimalındakı Somerton çimərliyində 1948-ci ilin 1 dekabr tarixində yerli vaxtla saat 06:30-da ölü şəkildə tapılmış kişinin üstü açılmamış cinayət işi. Kişinin şalvarının gizli cibindən bir ay sonra aşkarlanmış kağız parçası çap olunmuş və fars dilində "bitdi" və ya "tamamlandı" mənasını verən təmam şud sözünün şərəfinə adlandırılmışdır. Bu parça XII əsr şairi Ömər Xəyyama aid olan şeirlər toplusu - Rübailər kitabının bir nəşrinin son səhifəsindən çırılmışdı. İşin ilkin protokollarında Təmam sözü orfoqrafik səhv nəticəsində Təman olaraq qeyd edilmiş və bu səhv tez-tez təkrarlanır.[qeyd 1]

Tamam şud işi (ing. Tamam Shud case) - 1948-ci ilin 1 dekabr tarixində yerli vaxtla saat 06:30-da Avstraliyanın Adelaida şəhərində baş vermiş hadisə. Hadisə şəhərdə yerləşən Somerton çimərliyi ərazisində naməlum kişi cəsədinin tapılması ilə meydana gəlmişdir. Cəsədin üzərində şəxsiyyəti təsdiq edən heç bir sənəd aşkarlanmamışdır. 40-45 yaşlarında olan, qalın geyimli kişi cəsədinin ayaqqabılarının təmiz olması onun bura sonradan gətirildiyi ehtimalını gücləndirir. Cəsəddən götürülmüş diş və dırnaq nümunələri əsasında şəxsin ərazinin yerlisi olmadığı güman edilmişdir.

Hadisədən bir gün əvvəl havanın çox isti olmasına baxmayaraq şəxsin qalın geyimlərdən istifadə etməsi də bir başqa qəribə detaldır. Diqqəti cəlb edən bir digər məqam isə şəxsin şlyapasının olmamasıdır. 1948-ci ilin Avstraliyasında dəst kostyum geyinən şəxsləri şlyapadan istifadə etməməklərinə demək olar ki, rast gəlinmirdi. Hadisənin məhşurlaşmasında və mistik atmosfer qazanmasının əsas səbəbi isə naməlum kişinin kostyumunun gizli cibində aşkarlanmış tamam şud yazısı olmuşdur.

Tamam şud sözü XII əsr fars şairi və riyaziyyatçısı Ömər Xəyyamın rübahilərindən ibarət olan əsərinin son hissəsində işlədilir və Azərbaycan dilinə tərcümədə bitdi, tamamlandı mənasını verir. Cəsədin yarılmasından sonra daxili orqanların vəziyyətinə əsasən kişinin naməlum maddənin səbəb olduğu zəhərlənmədən dünyasını dəyişdiyi təxmin edilmişdir. Yerli polisin apardığı araşdırmalardan sonra kişi cəsədinin gizli cibindən çıxmış tamam şud yazısının Ömər Xəyyama aid olan bir kitabdan cırıldığı təxmin edildi. Jurnalistlərin qəzetlərə verdikləri elanlar nəticəsində kitabın son səhifəsindən cırılmış həmin kitab tapılmışdır.

Kitabın arxa hissəsində yazılan telefon nömrəsinin tibb bacısına aid olduğunu polis müəyyən etmişdir. Tibb bacısı cəsədin aşkarlandığı dəniz sahilinə yaxın ərazidə yaşayırdı. Tibb bacısı polisə verdiyi ifadəsində Sidney şəhərində işlədiyi müddətdə kitabı oxumaq üçün İkinci dünya müharibəsində iştirak etmiş Alfred Bozal adlı leytenanta verdiyini bildirmişdir. Alfred Bozalda verdiyi ifadəsində kitabın evində, şəxsi kitabxanasında olduğunu bildirmiş, kitaba baxıldıqda isə sonuncu səhifəsində olan tamam şud yazılı hissəsinin cırıldığı görülmüşdür.

Hadisələrdən 45 gün sonra şəhərdə yerləşən dəmiryolu stansiyasında qəhvə rəngli naməlum çanta aşkarlanmışdır. Çantaya keçirilən baxış nəticəsində, içindən alt-üst geyimləri və müxtəlif alətlər tapılır. Diqqəti cəlb edən məqam çantada aşkarlanmış Barbours markalı iplik olmuşdur. Bu markalı iplik 45 gün əvvəl dəniz sahilində aşkarlanmış cəsədin qollarındakı iplik ilə eynilik təşkil edirdi. Sahildə aşkarlanan kişi cəsədi ilə dəmiryolu stansiyasında aşkarlanmış naməlum çantada olan geyimlər arasındakı bir digər oxşarlıq isə hər ikisinin üzərində olan etiketlərin sökülməsi idi.

Cəsədin aşkarlanması

[redaktə | mənbəni redaktə et]

1948-ci ilin 1 dekabr tarixində yerli vaxtla səhər 06:30-da polisə verilmiş məlumata əsasən Avstraliyanın Adelaida şəhərində yerləşən Samerton çimərliyində naməlum kimi cəsədi aşkarlanmışdır. Cəsədin aşkarlandığı yer şəhərin 11 kilometr cənub-qərbində yerləşirdi. Naməlum kişi cəsədinin aşkarlandığı yer Esplanade və Bikford Terrasının kəsişməsində yerləşən Crippled Children's Home mülkinin qarşısı idi.[1] Uzanmış və sifəti ayazlamış vəziyyətdə olan cəsədə keçirilən ilkin baxış zamanı şəxsin yatmış vəziyyətdə vəfat etdiyi təxmin edilmişdir.

Bir digər detal isə hadisədən bir gün əvvəl, adətən avtomobilinin qapılarını bağlamayan bir şəxs, polisə verdiyi məlumatda avtomobilinin arxa oturacağında Ömər Xəyyamın rübahilərindən ibarət olan əsərin bir nüsxəsini tapdığını bildirmişdir. Keçirilən baxış zamanı kitabın sonuncu hissəsində olan tamam şud ifadəsinin yazıldığı səhifənin cırıldığı müəyyənləşir. Dedektivlər eyni zamanda cəsədin gizli cibindən aşkarlanmış kağız parcasının həmin kitabdan götürüldüyünü də müəyyənləşdirmişdir. Kitabın arxa hissəsində tapılmış və əl yazısı ilə yazılan hərf kombinasiyalarının ilk öncə təsadüfü olduğu ehtimal edilsə də, sonradan bu yazının bir kod olduğu təsdiqlənmişdir.

Polislər cəsəd və çanta arasında bir əlaqənin olduğunu hesab edirdilər. Çantadan tapılan qalstukun üzərində yazılmış (ing. keane) yazısı əsasında naməlum kişi cəsədinin adının Keane olduğu ehtimal edildi. Aparılan bütün araşdırmalara baxmayaraq XX əsrin 50-ci illərində Avstraliyada bu adda birinin itkin düşmədiyi də dəqiqləşdirildi.

  1. Rübailər əsərinin bitirən söz "təmam şud" (تمام شد) olsa da, mediada tez-tez "təman şud" kimi istinad edilirdi, bunun səbəbi isə ilkin qəzet məqalələrindəki orfoqrafik səhv olduğu ehtimal edilir. Fars dilində تمام təmam "sonluq" mənası verən isimdir və شد şud keçmiş zamanı bildirən köməkçi feildir, beləliklə təmam şud "bitdi" və ya "tamamlandı" mənasını verir.
  1. Dash, Mike. "The Body on Somerton Beach". Smithsonian. 12 August 2011. 27 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 July 2015.