Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Güllələnmə təxirə salınır!... (film, 2002)
Güllələnmə təxirə salınır! — Rejissor Ələkbər Muradovun filmi. == Məzmun == Həyat onları özgə cür yaşamağa və tanımağa məcbur etmişdi. Zaman o kəslərin taleyinə biganə idi, cəmiyyət o adamlara inanmaq istəmirdi. Onlar isə çətin gündə insanların köməyinə çatmaq üçün qəribə bir yol seçmişdilər... 1941-1945-ci illər müharibəsindən sonra bir qrup gənc "varlıların" əllərindən artıq mal-dövlətlərini alıb kasıblara paylayır. Eyni zamanda onlar qadın və gəlinlərin, xüsusilə ərləri cəbhəyə getmiş ana və bacıların namusunu qoruyurlar... Hüquqi baxımdan bu cavanlara "oğru" damğası vurulsa da, camaatın əksəriyyəti onların bu hərəkətinə haqq qazandırır... Filmdə həmin gənclərin cinayət tərkibli xeyirxah əməllərindən söhbət açılır. == Film haqqında == Filmin çəkilişlərinə Əmircan kəndinin sakinləri köməklik göstərmişdir.
Cəzirə
Cəzirə, əl-Cəzirə (ərəb. الجزيرة "ada") — Mesopotamiyanın şimal hissəsində İraq, Suriya, Türkiyədə yayla. Bağdaddan Şimalda, Dəclə ilə Fərat çayları arasında olan ərazi. Şimalda və şərqdə Tavr və Zaqros dağları ilə məhdudlaşır, qərbdə və cənub-qərbdə Suriya səhrasının və Ərəbistan yarımadasının platosuna keçir, cənub-şərqdə aşağı, cənub Mesopotamiyadan çıxıntı ilə ayrılır. Cəzirə, şimal-qərbdəki 480 m-cənub-şərqdəki 200 m qədər enən düzənlikdir. Ayrı zirvələr 1463 m çatır –Sincar massivində olan Şelmirav dağı. Cəzirə terrasavari Dəclə və Fərat vadiləri, onların qolları, eləcə də quru çay yataqları ilə kəsişir. Plato qumdaşı, təbaşir və miosen dövründən qalma qatlardan, eləcə də alluvium və bazalt sahələrdən ibarətdir. Şimalda platonun İraq hissəsində, böyük neft yataqları var. Subtropik, yayda çox quru və isti, qışda mülayim rütubətli Aralıq dənizi iqlimi var.
Nəzirə
Nəzirə — hər hansı bir sənətkarın əsərinin təsiri altında yazılmış əsər. Divan və aşıq ədəbiyyatında nəzirə yazmanın özünün qədim və tarixi ənənəsi vardır. Aşıq yaradıcılığında da hansısa şeirin, bədii nümunənin təsiri altında çoxsaylı şeirlərin yazılma ənənəsi vardır. M.P.Vaqifin “Oynasın” rədifli şeirinin təsiri altında onlarla aşıq şeiri qoşulmuşdur. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Valeh, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı kimi ustad aşıqların şeirlərinə həm aşıq ədəbiyyatının özündə, həm də yazılı ədəbiyyatda çoxsaylı nəzirələrin yazıldığı görünməkdədir.
Zəncirə
Zəncirə — en cəhətdən "mədaxil"dən bir və ya bir yanım dəfə böyük olan haşiyə zolaqlarına deyilir. Zəncirə haşiyələr bir qayda olaraq çoxzolaqlı haşiyə qurşaqlarında istifadə edilir. Zəncirə haşiyə zolaqlarının "qarış" adlı bölmələri digər haşiyələrə nisbətən çox mürəkkəbdir. Zəncirə haşiyə zolaqlarına XV əsrdən etibarən mürəkkəb quruluşlu və böyük ölçülü xalılarda rast gəlmək olur.
Zərifə
Zərifə — qadın adı. Zərifə Əliyeva — tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. Zərifə Salahova — Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri. Zərifə Cəbrayılova — texnika elmləri doktoru, dosent . Zərifə Ağayeva — Azərbaycanın qadın jurnalisti. Zərifə Budaqova — AMEA­-nın müxbir üzvü.
Zəvarə
Zəvarə — İranın İsfahan ostanının Ərdistan şəhristanının Zəvarə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,806 nəfər və 2,197 ailədən ibarət idi.
Zəviyə
Zaviyə
Cəzirə BK
Cəzirə - Qahirə şəhərini təmsil edən Misir basketbol klubu, Misir çempionatında çıxış edir.
Nəzirə Yaqubova
Yaqubova Nəzirə Qulamşah mirzə qızı (28.1.1898 - 1990) - Azərbaycanın ilk pianoçu xanımlarından biri, Gürcüstanın əməkdar həkimi, poliqlot. == Həyatı == Nəzirə xanım Qulamşah mirzə qızı 1898-ci ildə Tiflis şəhərində dünyaya gəlmişdi. Atası Qulamşah mirzə Qacar Bəhmən mirzə Qovanlı-Qacarın nəvəsi idi. 1910-cu ildə Tiflis Musiqi məktəbinə, 1914-cü ildə Petroqrad konservatoriyasına daxil olmuşdu. Bir müddət özünü tibbdə də sınamışdı. Petroqrad Tibb institutunu da bitirmişdi. Nəzirə xanım azərbaycan, fars, ərəb, rus, gürcü, ingilis, fransız və alman dillərini bilirdi. == Fəaliyyəti == Köhnə qəzetləri vərəqləyərkən, adlarını xalqımızın tarixinə yazan adamlara rast gəlirik. Budur, səksən il bundan əvvəl çap olunmuş "Veçerniy Tbilisi" qəzetinin saralmış vərəqlərində oxucu məktubları. Zaqafqaziya dəmir yolu xəstəxanasının pasiyentləri Koroxaşvili, Lomidze və digərlərinin səmimi məktublarını daxili həyəcansız oxumaq olmur.
Qırmızıdöş zəlicə
Qırmızıdöş zəlicə (lat. Oulema melanopus) — Yarpaqyeyən böcəklər fəsiləsinə (lat. Chrysomelidae) mənsub olub, dənli bitkilərin əsas zərərvericilərindən biridir. İlk dəfə 1758-ci ildə Karl Linney tərəfindən təsvir olunub. == Biologiyası == Oliqofaq növdür. Demək olar ki, bütün yabanı və mədəni dənli bitkilərlə qidalanır. Lakin buğda, arpa, çovdar və yulafa daha çox ziyan vurur. İldə bir nəsil verir. Qışı keçirmiş yetkin dişi fərdlər yumurtalarını qrup şəklində və ya tək-tək yarpağa qoyurlar. Yumurtalar silindr və ya şarşəkilli olub, parlaq sarı rəngdən başlayaraq tədricən tündləşir.
Qənirə Abbasova
Qənirə Yusif qızı Abbasova — kolxozçu, 9-cu çağırış Azərbaycan SSR Ali Soveti deputatı, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). == Həyatı == 1952-ci ildə kəndli ailəsində anadan olmuşdur. Azərbaycanlıdır, ÜİLKGİ üzvü olmuşdur. Orta təhsili var. Əmək fəaliyyətinə 1970-ci ildə başlamışdır. Zərdab rayonundakı K. Marks adına kolxozun üzvü olmuşdur. Azərbaycan SSR Ali Soveti səhiyyə və ictimai təminat komissiyasının üzvü olmuşdur. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Məlikli seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış.
Qənirə Ataşova
Qənirə Ataşova (14 dekabr 1979, Aşağı Surra) — jurnalist, ssenari müəllifi, ANS TV-nin ABŞ-dakı bürosunun rəhbəri (2015). == Həyatı == Qənirə Ataşova 1979-cu il dekabrın 14-də Neftçala rayonun Aşağı Surra kəndində anadan olub. 1996-cı ildə orta məktəbi bitirərək elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə jurnalistikaya böyük maraq göstərib. Məhz bu maraq sayəsində ANS-də işləmək şansı əldə edib. ANS-ə işə qəbul olunduqdan sonra isə jurnalist dərslərini burda alıb. Stajçı müxbir kimi işə başlayan Qənirə Ataşova bu kanalda baş aparıcı-redaktor vəzifəsinədək yüksəlib. Müxtəlif vaxtlarda dövrünün tarixi hadisələrində jurnalist kimi fəal iştirak edib. ANS-də "80 kilometr yerin altı ilə" filmini hazırlayıb, "Nəzər nöqtəsi" və "Xəbərçi" proqramlarında aparıcılıq edib. Hazırda "Xəbərçi" informasiya proqramında çalışır.
Qənirə Paşayeva
Paşayeva Qənirə Ələsgər qızı (24 mart 1975, Düz Qırıqlı, Azərbaycan SSR, SSRİ – 28 sentyabr 2023, Bakı) — Azərbaycan siyasətçisi, jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı. == Həyatı == Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirdi. 24 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilmişdir. 28 sentyabr 2023-cü ildə müalicə olunduğu həmin xəstəxananın reanimasiya şöbəsində vəfat etmişdir. === Ölümü === Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülmüşdür. 28 sentyabr 2023-cü il tarixində Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişmişdir. 29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.
Qənirə Pirquliyeva
Qənirə Pirquliyeva (Qənirə Əli qızı Pirquliyeva; d. 30 yanvar 1963, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanın numizmat alimi, tarix üzrə fəlsəfə doktoru, BDU-nun "Arxeologiya və Etnoqrafiya" kafedrasının dosenti. == Bioqrafiya == Pirquliyeva Qənirə Əli qızı 1963-cü il yanvarın 30-da Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Daşkənd Dövlət Universitetinin tarix fakültəsinin arxeologiya bölməsini bitirmişdir. 1998-ci ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında “XIV-əsrin sonu- XV əsrin əvvəllərində Azərbaycanda sikkə dövriyyəsi və metrologiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2016-cı ildə dosent elmi adını alıb. == Fəaliyyəti == “Şirvanşahlar sarayı” tarix-memarlıq qoruq muzeyində bələdçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışıdır. Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışıdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğu idarəsi Elmi –Mədəni mərkəzin arxeologiya üzrə baş elmi işçi vəzifəsində çalışmışıdır. 2013-cü ilin noyabr ayından Bakı Dövlət Universitetinin “Arxeologiya və Etnoqrafiya” kafedrasının baş müəllimi vəzifəsində çalışır.
Səbirə Sərdarova
Səbirə Sərdarova (tam adı: Səbirə Əbdüləli qızı Sərdarova) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, baş elmi işçi, kimya üzrə elmlər doktoru. == Həyatı == Sabirə Sərdarova 1940-cı il yanvarın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 134 və 6 saylı məktəblərdə aldıqdan sonra, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) kimya fakultəsinə qəbul olunub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra “Üzvi kimya” kafedrası üzrə aspiranturaya daxil olub (1962-ci il). 1965-ci ildə aspiranturanı bitirdikdən sonra elmi rəhbəri akademik Ə.M. Quliyevin dəvəti ilə Aşqarlar Kimyası İnstitutuna mühəndis vəzifəsinə qəbul olunub. 1967-ci ildə “Tiotetralollar (sintezi, xassələri və tədqiqi)” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və elmlər namizədi elmi dərəcəsini almışdır. 1994-cü ildə “Aminometilləşdirilmiş hidroksiasetofenonlar (sintezi, xassələri, tədqiqi)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Sabirə Sərdarova 1967-2010-ci illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik, böyük və aparıcı elmi işçi vəzifələrində, 2010-cu ildən bu günə kimi isə baş elmi işçi vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Baş elmi işçi Sabirə Sərdarova üzvi kimya sahəsində mütəxəssisdir.
Səbirə Əliyeva
Səbirə Əliyeva (25 sentyabr 1995, Bakı) — Azərbaycanı təmsil edən qadın güləşçi. == Karyerası == Səbirə Əliyevanın birinci beynəlxalq turniri 2013-cü ilin fevralında Sofiya şəhərində (Bolqarıstan) baş tutan D. Kolov — N. Petrov beynəlxalq turniri oldu. Səbirə Əliyeva həmin turniri beşinci pillədə başa vurdu. Daha sonra Belarusda baş tutan A. Medved beynəlxalq turnirinin bürünc medalına sahib olan Səbirə Əliyeva, martda Tbilisi şəhərində (Gürcüstan) baş tutan Avropa Çempionatını yeddinci pillədə başa vurdu. İyulda gənclər arasında Avropa Çempionatının qalibi olan Səbirə Əliyeva avqustda gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. 2014-cü ildə Səbirə Əliyeva əvvəlcə Paris şəhərində (Fransa) Fransa Qran-Prisinin bürünc medalına sahib oldu. Daha sonra Klippan Lady Open beynəlxalq turnirini 8-ci, gənclər arasında Avropa Çempionatını beşinci pillədə başa vuran Səbirə Əliyeva, avqustda Zaqreb şəhərində (Xorvatiya) gənclər arasında Dünya Çempionatını bürünc medalla başa vurdu. İlin sonunda isə o, Rusiyada Moscow Lights beynəlxalq turnirinin gümüş medalına sahib oldu. 2015-ci ilin əvvəlində Səbirə Əliyeva Fransasa Paris Qran-Prisində 8-ci, Polşada U23 Avropa Çempionatında 5-ci, Bolqarıstanda isə D. Kolov — N. Petrov beynəlxalq turnirində 5-ci oldu. Daha sonra Səbirə Əliyeva iyunda İstanbul şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının qızıl, avqustda Salvador şəhərində baş tutan gənclər arasında Dünya Çempionatının isə gümüş medalına sahib oldu.
Zamirə Hacıyeva
Zamirə Hacıyeva (tam adı: Zamirə Şirəli qızı Hacıyeva; d. 18 iyul 1963) — Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı və Böyük Britaniyanın korrupsiyaya qarşı mübarizə qanunu olan İzahedilməmiş Sərvət Sərəncamının şərtlərinin ilk hədəfi olan şəxs. Britaniya KİV-ləri Zamirə Hacıyevanı "Missis Makmafiya" (ing. Mrs McMafia), Avropa KİV-ləri isə "Ledi Şoppinq" (ing. Lady Shopping) kimi işıqlandırıblar. == Həyatı == Zamirə Hacıyeva 1963-cü il iyulun 18-də anadan olub. Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevlə ailə qurub və bu cütlüydən bir qızı və iki oğlu dünyaya gəlib. Qızı Leyla Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu ilə ailə qurub. Zamirə Hacıyevanın həyat yoldaşı Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə 15 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. O, 42 mln.
Zəkiyə Sultan
Zəkiyə Sultan (12 yanvar 1871, Konstantinopol – 13 iyul 1950, Po[d]) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. == Həyatı == Zəkiyə Sultan 12 yanvar 1871-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Əbdülhəmid Əfəndi, anası isə onun üçüncü xanımı Bədrifələk Qadınəfəndidir. Atasının taxta çıxmasından bir il sonra 1877-ci ildə Sultan Əbdülhəmidin digər ailə üzvləriylə birlikdə Ulduz sarayına köçürülən Zəkiyə Sultan ilk təhsilini qardaşı Səlim Əfəndi, Sultan Əbdüləzizin övladları Şövkət Əfəndi, Seyfəddin Əfəndi və Əsma Sultanla birlikdə İhlamur sarayında almağa başladı. Burada coğrafiya, din, musiqi və Osmanlı türkcəsi dərsləri alan Zəkiyə Sultan eyni zamanda ingilis və fransız dillərini də öyrəndi. 1889-cu ildə atasının istəyilə Qazi Osman Paşanın böyük oğlu Əli Nurəddin Paşayla nişanlandı. Cütlüyün toy mərasimi 20 aprel 1889-cu ildə Ulduz sarayında baş tutdu. Eyni mərasimlə Sultan Əbdüləzizin qızları Saliha Sultan, Nazimə Sultan və Əsma Sultan da evləndirildilər. Nikah mərasimində bəyin vəkili olaraq dövrün sədrəzəmi Mehmed Kamil Paşa iştirak etdi.
Zəminə Aslanova
Zəminə Sərdar qızı Aslanova (20 iyun 1940, Qalaqayın, Sabirabad rayonu – 23 iyun 2019, Qalaqayın, Sabirabad rayonu) — Azərbaycan-sovet pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR pambıq ustası (1973), SSRİ Dövlət mükafatı laureatı (1976). == Həyatı == Zəminə Aslanova 1960-cı ildən Sabirabad rayonundakı 26 Bakı komissarı adına kolxozun üzvü, 1963-cü ildən həmin kolxozda briqadir işləmişdir. 1976-cı ildə pambıqçılıq sahəsində yüksək əmək göstəriciləri əldə etmişdir. Kolxozçuların 3-cü Ümumittifaq qurultayının(1969, Moskva), həmçinin Sov.İKP 24 və Azərbaycan KP 28 və 29-cu qurultaylarının nümayəndəsi olmuşdur. Azərbaycan KP MK təftiş komissiyasının üzvü olmuşdur(1976). Azərbaycan SSR Ali Sovetinin(7, 8 və 9-cu çağırış) deputatı olmuşdur. 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. Zəminə Aslanova 23 iyun 2019-cu ildə vəfat etmişdir. == Mənbə == Зәминә Сәрдар гызы Асланова // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш.
Zəminə Cavanşir
Zəminə Rəşid ağa qızı Cavanşir – Rəşid ağa Cavanşirin qızı.“Gənclik” nəşriyyatında redaktor Rəşid ağanın birinci qızı Zəminə bəyim 1933-cü il fevralın 18-də Bakı şəhərində doğulmuş, Azərbaycan Dövlət Universitetinin (İndiki BDU) filologiya fakultəsini bitirmiĢdi. Uzun illər “Gənclik” nəşriyyatında redaktor işləmişdir. Zəminə bəyim tanınmış şair Rasim Kərimli (1932-1996) ilə ailə qurmuşdu... Zəminə xanım hazırda Bakıda yaşayır.
Zəviyə (Həştrud)
Zəviyə (fars. زاويه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 70 nəfər yaşayır (18 ailə).
Zəviyə (Kəleybər)
Zəviyə (fars. زاويه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 63 nəfər yaşayır (11 ailə).
Zəviyə (Miyanə)
Zəviyə (fars. زاويه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 233 nəfər yaşayır (56 ailə).
Zəviyə (Xoy)
Zəviyə (fars. زاويه‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.417 nəfər yaşayır (293 ailə).
Zəviyə (Əcəbşir)
Zəviyə (fars. زاويه‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 299 nəfər yaşayır (68 ailə).
Əl Cəzirə
Al Jazeera Ərəbcədə "ada" mənasını verən, mərkəzi Qətərdə olan TV kanalıdır. Əl Cəzirə ilk olaraq yalnız Ərəb dünyasına bağlı aktual xəbərlərlə yayıma başlamış olsa da, o zamandan günümüzə gələnə qədər başqa tematik kanalları da tərkibinə qatan bir şəbəkə halına gəlmişdir. Kanal etdiyi yayımlarla və xüsusilə Əl Qaidə lideri Usamə bin Ladenin video görüntülərini və etdiyi şərhləri, xüsusilə 2001-ci ildə ABŞ-nin Dünya Ticarət Mərkəzinə edilən 11 sentyabr terror hadisələrindən sonra dünya səviyyəsində diqqət çəkmişdir. Əl Cəzirə ingilis dilində yayımları və yayım keyfiyyəti ilə dünyanın ən mühüm televiziya kanalları sırasına daxil oldu. Şəbəkə bəzən pan-sünni və anti-şiə təmayüllü Müsəlman qardaşları təşviq edən materiallar hazırlayıb, yayımlayır. == Tarixi == Əl Cəzirə ilk olaraq Qətər əmirinin 150 milyon dollarlıq maliyyə yardımıyla 1996-cı ildə yaradılmışdır. 1996 aprel ayında BBC World'ün Səudiyyə Ərəbistanı mərkəzli ərəbcə yayımlanan kanalı 2 il yayımlandıqdan sonra bağlanmış, kanal işçilərinin çoxu da Əl-Cəzirə kanalına keçmişdir. 1996-cı ilin sonlarına doğru Əl Cəzirə yayıma başlamışdır. Əl-Cəzirənin peyk vasitəsilə Orta Şərqdə izlənilməsi bölgədəki media tarixini də dəyişdirmişdir. Əl Cəzirə yayıma başlamamışdan əvvəl Orta Şərqdə dövlətin əngəllədiyi televiziya kanalları xaricindəki kanallara baxılmazkən, Əl Cəzirənin yayıma başlamasıyla birlikdə televiziya dünyasına ifadə azadlığı baxımından yeniliklər gəlməyə başladı.
Zıxır
Zıxır — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Zuxur oyk., sadə. Quba r-nunun Rük i.ə.v.-də kənd. Qudyal çayının sahilində, dağətəyi ərazidədir. Yerli adı Züxürdür. Kənd mənşəcə həmin r-ndakı Xanəgah kəndindən köçmüş bir qrup ailənin Züxür adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerin adı isə tat dilindəki zil (dərə) və xiir (qüllə, saray) sözlərindən ibarət olub, “qüllə dərəsi** mənasındadır. Kəndin yaxınlığında Kəllahi adlı qəd. qala xarabalıqları var. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 116 nəfər əhali yaşayır.
Casearia mexiae
Casearia mexiae (lat. Casearia mexiae) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin kaseariya cinsinə aid bitki növü.
Dezire Klari
Bernardin Ojeni Dezire Klari (fr. Désirée Clary; 8 noyabr 1777[…], Marsel – 17 dekabr 1860[…], Stokholm) — Napoleon Bonapartın bir zaman nişanlısı və keçmiş fransız generalı və Bernadotlar sülaləsinın qurucusu, XIV Karlın həyat yoldaşı kimi İsveç və Norveç Kraliçası olmuş fransız qadın idi. O, rəsmi olaraq orada adını Dezideriyaya çevirdi, hansı ki, bir Latın adı idi çevirdi amma özü bu addan istifadə etmədi.
Ficus mexiae
Ficus enormis (lat. Ficus enormis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Rita Zeqiri
Rita Zeqiri (8 dekabr 1995) — Kosovolu üzgüçü. Rita Zeqiri Kosovonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rita Zeqiri birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 1:12.31 saniyəlik nəticəsi ilə 34-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Sen-Dezire
Sen-Dezire (fr. Saint-Désiré) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03225. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 470 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 275 nəfər (15-64 yaş) arasında 187 nəfər iqtisadi fəal, 88 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68.0%, 1999-cu ildə 67.8%). Fəal 187 nəfərdən 170 nəfəri (95 kişi və 75 qadın), 17 nəfəri işsizdir (6 kişi və 11 qadın). 88 hərəkətsiz 18 nəfər arasında şagird və ya tələbə, 45 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Valentina Zenere
Valentina Zenere (15 yanvar 1997, Buenos-Ayres) — Argentinalı aktrisa, model və müğənni. O, əsasən Soy Luna və Juacas seriallarında Amber Smit və Casi Angeles teleserialında Alai İnkausti rolları ilə tanınır. == Karyerası == Zenere 2014-cü ildə hələ məktəbdə oxuyarkən müxtəlif reklamlarda rol almışdır. 2010-cu ildə ona ən çox uğur qazandıran serialı Casi Angeles-də Alai İnkausti rolunda yer aldı. Bundan başqa teatr və televiziya çəkilişlərində kiçik rollar almışdır. Həmçinin Les Miserables-də də rol almışdır. Zenere hazırda İspaniyanın Madrid şəhərində yaşayır.
Zexara Sitçin
Zaxariya Sitçin (ing. Zechaira Sitchin; 11 iyul 1920, Bakı – 9 oktyabr 2010[…], Nyu-York, Nyu-York ştatı) — şumerşünas, yazıçı, şumeroloq-alim və astrofizik. == Həyatı == 1920-ci il iyunun 11-də Bakıda anadan olub. Onun müəllifi olduğu “Dünya tarixçəsi” adlı kitab böyük qalmaqala səbəb olub. Yazıçı kitablarında iddia edir ki, Anunnaki adlı yadplanetlilər yer kürəsini işğal edib və qızıl mədənlərdə işlətmək üçün insanları yaradıblar. Onun bütün yaradıcılığı yadplanetlilərlə insanlar – Yer kürəsi arasındakı münasibətlərin araşdırılmasından ibarət olub. Z.Sitçin 2010-cu il oktyabrın 9-da ABŞ-də vəfat edib. Zaxariya Sitçin on cildlik "Dünya Tarixçəsi" adlı kitabı ilə böyük qalmaqal yaratmışdır. Sitçin pre-astronomiyanın tanınmış bir nümayəndəsidir. Kitablarında, xristianlıqdan əvvəli antik Sümer mixi yazılı mətnlərin tərcüməsinə söykənən nəzəriyyəsində, tarix əvvəli çağlardakı güman edilən bir on ikinci planet olan Nibiru tərəfindən Anunaki adındakı yadplanetlilər dünyamız torpaqlarını işğal edib mədənlərdə işlətmək üçün kölə əmək olaraq insanı yaratmışdı.