Qənirə Ələsgər qızı Paşayeva (24 mart 1975[1], Düz Qırıqlı, Azərbaycan SSR, SSRİ – 28 sentyabr 2023[2], Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı (2005–2023).[3]
Qənirə Paşayeva | |
---|---|
2 dekabr 2005 – 28 sentyabr 2023 | |
Seçki dairəsi | III, IV, V və VI çağırış — 105 saylı Tovuz |
2006 – 2020 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 mart 1975[1] |
Doğum yeri | |
Vəfat tarixi | 28 sentyabr 2023[2] (48 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | jurnalist, siyasətçi, həkim |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirdi. 24 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilmişdir.[4] 28 sentyabr 2023-cü ildə müalicə olunduğu həmin xəstəxananın reanimasiya şöbəsində vəfat etmişdir.[5]
Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülmüşdür. 28 sentyabr 2023-cü ildə Qənirə Paşayeva 48 yaşında ölmüşdür.[5] 29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.[6]
Subay idi. Firuzə adlı mənəvi qızı var idi.[7]
1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır.
2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdur.
Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Mədəniyyət komitəsinin sədri olmuşdur.
Qənirə Paşayeva 2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım etmişdir.[8][9]