Qənirə Pirquliyeva

Qənirə Pirquliyeva (Qənirə Əli qızı Pirquliyeva; d. 30 yanvar 1963, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanın numizmat alimi, tarix üzrə fəlsəfə doktoru, BDU-nun "Arxeologiya və Etnoqrafiya" kafedrasının dosenti.[1]

Qənirə Pirquliyeva
Qənirə Əli qızı Pirquliyeva
Doğum tarixi (60 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
 Azərbaycan
Elm sahələri tarix,
numizmatika
Elmi dərəcəsi tarix üzrə fəlsəfə doktoru
Elmi adı dosent
İş yeri Bakı Dövlət Universiteti
Təhsili Daşkənd Dövlət Universiteti
Mükafatları "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Pirquliyeva Qənirə Əli qızı 1963-cü il yanvarın 30-da Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Daşkənd Dövlət Universitetinin tarix fakültəsinin arxeologiya bölməsini bitirmişdir. 1998-ci ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında “XIV-əsrin sonu- XV əsrin əvvəllərində Azərbaycanda sikkə dövriyyəsi və metrologiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2016-cı ildə dosent elmi adını alıb.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

“Şirvanşahlar sarayı” tarix-memarlıq qoruq muzeyində bələdçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışıdır.

Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışıdır.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğu idarəsi Elmi –Mədəni mərkəzin arxeologiya üzrə baş elmi işçi vəzifəsində çalışmışıdır.

2013-cü ilin noyabr ayından Bakı Dövlət Universitetinin “Arxeologiya və Etnoqrafiya” kafedrasının[2] baş müəllimi vəzifəsində çalışır.

1997-2001-ci illərdə Azərbaycan Kooperasiya Universitetində “Azərbaycan tarixi”, “İqtisadi təlimlər tarixi” fənlərindən, 2005-2010-cu illərdə Bakı Dövlət Universitetində (saat hesabı) Qafqaz arxeologiyası, Numizmatika, Muzeyşünaslıq fənləri üzrə mühazirələr oxumuş, məşğələlər keçirmişdir. Bu illərdə “Qafqaz arxeologiyası” dərsliyinin və proqramının həmmüəllifidir, “Numizmatikanın əsasları” dərs vəsaitinin və proqramının müəllifidir.

2011-ci ildə “ İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğu nəzdində yaradılan Tarix muzeyi ilə birgə Azərbaycanda ilk dəfə Numizmatika ekspozisiyasının elmi yaradıcısıdır. Ekspozisiya fəaliyyət göstərir.

Tədqiqat sahəsi[redaktə | mənbəni redaktə et]

  • Azərbaycanın orta əsrlərdə xarici ölkələrlə ticarət münasibətləri (numizmatik materiallara əsasən).
  • Azərbaycan xalqının etnogenezinin öyrənilməsində arxeoloji araşdırmalar.

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı[redaktə | mənbəni redaktə et]

  • Azərbaycanda, Gürcüstanda, Orta Asiya Respublikalarında, Gürcüstanda keçirilən elmi konfranslarda, simpoziumlarda  məruzələrlə, tezislərlə Azərbaycanın numizmatika və arxeologiya elmini təmsil etmişdir
  • 2014-cü ildən Benəlxalq "Gömrük, ticarət işi və tacirlər" Assosiasiyasının Azərbaycan üzrə nümayəndəsi seçilmişdir. Bu Beynəlxalq Assosiyaya Dünyanın 35-dən artıq ölkəsinin nümayəndələri daxildir.
  • Azərbaycanla Rusiya arasında XVI-XIX əsrlərdə ticarət əlaqələri( numizmatik materiallar əsasında) // Rusiyanın Kolomna şəhərində keçirilmiş III Beynəlxalq elmi konfransın məqalələr toplusu – Kolomna, 2014, səh.17-21. ( rus dilində).
  • “Qərbi azərbaycanlıların folklor nümunələri əsasında bəzi tarixi faktlar barəsində”// VII Uluslararası Türk kültürü, senat ve kültürel mirası koruma sempoziumu( sanat etkinleri) Azərbaycan və ingilis dillərində. Ankara, 2014, səh.575-578
  • “ Şamaxıdan tapılan nadir daş babalar” //“VIII Uluslararası türk kültüü, sanatı ve kültürel mirası koruma sempoziyum “ (15-17 may 2014-cü il)
  • “Ermənilər və Azərbaycan türkləri:nifrətin, soyqırımların əsas səbələri ( etnoqrafik materiallara əsasən) //İçərişəhər Dövlət Tarix-Memarlıq qoruğu idarəsi Elmi -Mədəni mərkəzin keçirdiyi” 31 mart - azərbaycanlıların soyqırımı günüdür” –Elmi-praktik seminarın toplusu. . Bakı, 2014. səh.17-20
  • “ Azərbaycan Respublikasının iqtisadi məsələlərinin pul işindəki təzahürü” // “ Şərqdə ilk demokratik Respublika-28 may Respublika günü ilə əlaqədar elmi-praktik konfrans materialları Bakı, Elm və Təhsil, 2014. səh.93-99. 10. ”Dövlətimizin pul tarixindən” // İçərişəhər Dövlət Tarix-Memarlıq qoruğu idarəsi Elmi -Mədəni mərkəzin keçirdiyi “ Azərbaycan paytaxtları” adlı elmi-praktik seminarın məruzələr toplusu. Bakı 2014, səh .118-138
  • ”Muzey fondlarının nümunələrinin bəzi təqdimat və təbliğat üsulları” // H.Əliyevin 90 illiyinə həsr edilmiş III respublika Elmi konfransın materialları. 2014, səh. 204-210.
  • Azərbaycanla Rusiya arasındakı XVI-XIX əsrlərdə olan ticarət münasibətlərində Bakının yeri (numizmatik materiallara əsasən)//2013-cü il 26-29 sentyabr aylarında Kolomnada “Rusiyanın XVI-XIX əsrlərdə gömrük işi və tacirləri” adlı keçirilən Beynəlxalq konfrans materiallarında. Kolomna, 2015, s.25-29 (rus dilində)
  • Şirvanşahların Bakı sarayı-külliyat, yoxsa xanəgah // AR Nazirlər Kabineti yanında İçərişəhər DTMQİ Elmi-Mədəni Mərkəzin keçirdiyi “ Şirvanşahlar sarayı:tarix, həqiqətlər, mülahizələr” adlı konfrans materialları. Bakı,19 oktyabr, 2015-ci il. (tezislər və məqalələr toplusu); s.283-289(məqalə), s.63-65
  • Kadınların aile ve aşiret bütcesindeki rolü ( Kafkasya bölgesi) // IV Uluslararası Türk sanatları, tarihi ve folkloru konqresi- Konya, 14 -16.05.2015
  • Kolomnada keçirilən Beynəlxalq konfransda və IV Beynəlxalq Avrasiya arxeologiyası Konfransında və IV Uluslararası Türk sanatları, tarihi ve folkloru konqresində iştirak edib
  • Из истории мультикультурализма в Азербайджане. Mədəni müxtəliflik:dünya və Azərbaycan. Beynəlxalq elmi-praktik konfrans 29 aprel 2016-cı il. S.148-150 Azərbaycanda 2016-cı il Multikulturalizm ili elan olunduğundan, Azərbaycan əhalisinin tarixən tolerant olması, multikulturalizmin inkişafı üçün dövlət tərəfindən yaradılmış şərait və s. bəhs olunur.
  • “Azərbaycanda tapılan nadir “daş babalar” haqqında”- Türkiyədə keçirilən VIII Uluslararası türk kültüru, sanatı və kulturel Mirası koruma sempoziuymunun materiallarında 10 fevral 2016-cı ildə çap olunmuşdur. Həmmüəllif- t.e.d.V.Quliyeva.s.901-903
  • “Kadınların Aile və Aşiret Bütcesindeki rolu(Kafkasya örnegi)”-25-27 mart 2016-cı ildə Türkiyənin Trakya Universitetində keçirilən “Halk kültüründe aile Uluslararası Sempozyumu” materiallarına qəbul edilmişdir.
  • Şirvan Azərbaycan Səfəvi dövlətinin tərkibində ( ticarət əlaqələri kontekstində) Şirvanın terixinə yeni baxış: faktlar, mülahizələr Beynəlxalq Elmi-Praktiki Konfransın Proqramı. 26-27 sentyabr 2017ş Bakı.
  • “Tarix fənninin tədrisində əsas və seçmə kurs problemi haqqında mülahizələr” adlı məruzə Lənkəran Dövlət Universitetinin H.Əliyevin 94-cü ildönümünə həsr etdiyi “Təbiət və humanitar elm sahələrinin inkişaf problemləri” mövzusunda keçirilən Respublika Elmi Konfransının toplusu. 112-113
  • “Bakı-İçərişəhər tarixi ən yeni arxiv sənədlərində”-adlı məruzə VII Beynəlxalq Türk sənəti, tarixi və folkloru adlı Bakıda (11-15 aprel 2017-ci ildə keçirilən kongresinin toplusu.
  • Numizmatik materiallar orta əsrlərdə Azərbaycanın ticarət əlaqələrinin əsas mənbəşünaslıq materialı kimi (IX-XIII əsrin əvvəlləri çərçivəsində)- AMEA-nın həqiqi üzvü Z.Bünyadovun xatirəsinə xatirəsinə həsr olunmuş “Müasir şərqşünaslığın aktual problemləri” adlı 16-17 oktyabr 2017-ci ildə Bakıda keçirilən beynəlxalq konfrans materialların. S.130-131.
  • Şah İsmayıl Azərbaycanın dövlətçilik ənənələrinin davamçısı kimi / Nizami adına Azərbaycan Ədəbiyyat Muzeyinin “Şah İsmayıl Xətainin qılıncı və qələmi” adlı Respublika Elmi-Praktiki Konfrans materialları.134-136
  • Azərbaycan Cümhuriyyətinin əmtəə-pul münasibətləri.Xalq Cümhuriyyəti - 100: Müsəlman Şərqində ilk Parlamenti Respublika 21-23 may 2018-ci il Beynəlxalq Elmi Konfransın Xülasələri s.50
  • Kafkazda numizmatik gelişme tarihi.10-12 may 2018-ci ildə İstanbulda keçirilən” V Uluslarası tarih egitimi Sempozyumu”nun materiallarında.İstanbul, 2018.s.71
  • Müstəqillik Dönəmlərində Azərbaycamçılıq İdeologiyasının Numizmatik Materiallarda Əksi. // Dünya Azərbaycanlıları: tarix və müasirlik, 21-22 dekabr 2018. s. 61-62.//
  • “Əfşarların pul sisteminin özəllikləri (ikonoqrafik və metroloji analizlər üzrə) - AMEA-nın Tarix İnstitutu və Türkiyə Cumhuriyyəti “Dünya Avşarlar Dərnəyi”nin Azərbaycan şöbəsi tərəfindən “Nadir şah Əfşar:Tarixin gedişini dəyişdirən dahi sərkərdə” adlı Beynəlxalq elmi konfrans 19-21 iyun 2019-cu il
  • “Azərbaycanın və Özbəkistanın epiqrafik abidələrinin müqayisəli analizi -22—27 avqust 2019-cu il tarixlərində Özbəkistanda  III “Özbəkistanın mədəni mirasının öyrənilməsi, qorunması və təbliğatı“ adlı Ümumidünya cəmiyyətin keçirdiyi – Özbəkistanın mədəni irs həftəsi-sivilizasiyalar və böyük yolların kəsişməsi:imperiyalar, dinlər, mədəniyyətlər” adlı Konqresin materiallar.
  • Epiqrafik abidələrin öyrənilməsi işində Məşədixanım Nemət tərəfindən işlənilən metodlar. Məqalə bu ilin 10-12 oktyabr tarixlərində Türkiyənin Tokat şəhərində yerləşən Qaziosmanpaşa universitetində İçərişəhər Dövlət Tarix Memarlıq qoruğu, Azərbaycan Milli tarix muzeyi ilə birgə keçirilən I Beynəlxalq Türk İslam sanatlarında epiqrafik çalışmalar Sempoziumu (Meşedihanım Nemet anısına)
  • Azərbaycanda muzey işinin tədrisi problemləri və onların həlli yolları - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycanda muzeylərin yaradılmasının 100 illiyinə həsr olunmuş “Muzeyşünaslığın tədrisi problemləri” mövzusunda keçirilmiş  III Respublika elmi konfransı 2019.səh.143-150.
  • Azərbaycanın Parfiya ilə münasibətləri numizmatik materialların sintezində / III Beynəlxalq Sosial elmlər Simpoziumu 20-21 aprel Sarayevo (Bosniya).

Seçilmiş əsərləri[redaktə | mənbəni redaktə et]

  • Материалы к каталогу монет Амира Тимура, чеканенные в Иране и в Западном Азербайджане. Ташкент , 1991
  • Денежное обращение и метрология монет Азербайджана в конце XIV- нач. .XV века    ( на основе нумизматических материалов). Баку, 2001
  • Медные монеты Азербайджана. Баку, 2007
  • Numizmatikanın əsasları. Bakı, 2009[3]
  • Qafqaz arxeologiyası (dərslik) . Bakı, 2011(həmmüəllif)[4]
  • “İçərişəhər” Tarix muzeyinin numizmatika fondunun sikkə kataloqu. Bakı, 2011
  • «Numizmatika» fənni üzrə metodiki vəsait.  Bakı, 2014
  • " Qafqaz Arxeologiyası" dərslik  Piquliyeva Q. Ə.  Avşarova İ. N. Bakı, 2014
  • Qafqaz arxeologiyası- dərslik.Rus dilində. Azərbaycan Respublikası Təhsil Nazirinin 10.07.2009-cu il tarixli 920 saylı əmri ilə təsdiq olunmuşdur. Həmmüəllif t.ü.f.d. dos., İ.Avşarovadır. Bakı, Azpoliqraf, 2014.
  • Numizmatika fənni üzrə metodik vəsait. Azərbaycan dilində. Bakalavr pilləsi üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirinin 30.04. 2014-cü il tarixli 521 –saylı əmri ilə təsdiq edilmişdir. Bakı, “Bakı Universiteti nəşriyyati”, 2014. 36 səh
  • “Azərbaycan tarixində sikkələr” // Vizion of Azerbaycan” –elmi-populyar dərgi. İngilis dilində. səh. 52-56. London, yanvar-fevral , 2014.
  • “ Balakəndə aşkarlanan nadir tapıntı haqqında( həmmüəllif M.Mustafayev) // ”Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş elmi konfransın materialları - səh. 98-101. Bakı, Azpoliqraf, 2014
  • “Muxor-təpə- klassik kənd tipli yaşayış yeri kimi.” // A.İmanquliyevanın 75 illik yubileyi münasibəti ilə keçirilən elmi konfransın materialları. -Bakı. 2014. səh. 280-282
  • “Azərbaycanın Orta Asiya ilə qədim dövrlərdə əlaqələri ( numizmatik materiallar əsasında) //”Prof.Q.İsmayılzadənin 80 illiyinə həsr olunan məqalələr toplusu. çapdadır.( rus dilində).
  • “ Balakəndən aşkar edilən bəzi başdaşları haqqında”. //“Azərbaycan Arxeologiyası”- Bakı, Xəzər press, 2013. 2-ci sayda, səh.32-36
  • “ Rusiya ilə Azərbaycan arasında VII-IX əsrlərdə ticarət əlaqələri”. Bakı Universitetinin “ Xəbərlər” topusu( Humanitar elmlər seriyasında) I sayı- Bakı, 2014. səh.113-118. (rus dilində).
  • . ”Dövlətimizin pul tarixindən” // İçərişəhər Dövlət Tarix-Memarlıq qoruğu idarəsi Elmi -Mədəni mərkəzin keçirdiyi “ Azərbaycan paytaxtları” adlı elmi-praktik seminarın Tezislər toplusu. Bakı 2014, səh .30-34
  • Azərbaycanın Sasanilər və Ərəb Xilafəti dövründə numizmatik materiallarının ikonoqrafik xüsusiyyətləri-“Azərbaycan arxeologiyası”- 17-ci 17, 2-ci sayında, Bakı, 2014, s.74-82 ( rus dilində)
  • "Bir Şirvanşahlar dəfinəsi", monoqrafiya. Bakı, 2015 "Afpoliqraf", 152 s.
  • Dünya siyasətinin Qafqaz kontekstində mart hadisələri // İçərişəhər DTMQİ-nin elmi konfrans materiallarının toplusu, Bakı, “ ELM VƏ TƏHSİL”, 2015, s.179-182-məqalə, s. 24- tezis
  • Şəmkir zərbxanasının numizmatika materiallarının bəzi ikonoqrafik özəllikləri // Bütöv Azərbaycan Ocaqları (elmi sayt), 25.08.2015 (rus dilində)
  • Azərbaycanın pul vahidləri (e.ə.III-e.XIX əsrləri)//Senet.az (elmi sayt)-11.02.2015
  • İstanbul mənim baxışlarımla- 5 hissə //Senet.az (elmi sayt)-19 fevral, 24 fevral, 5 mart, 7 mart, 11 mart 2015-ci il
  • İçərişəhərin numizmatikası // Senet.az(elmi sayt) -2.02.2015
  • Azərbaycanın silah nümunələri dünya muzeylərində // Senet.az(elmi sayt)-01.05.2015
  • İçərişəhərin-qədim Bakının öyrənilmə tarixindən. // BAO.az (elmi sayt)- 20.11.2015
  • Naxçıvan zərbxanasının Azərbaycan dövlətçilik tarixində yeri və əhəmiyyəti // BAO.az(elmi sayt)-- 02.05.2015
  • Bakı zərbxanası haqqında // BAO.az(elmi sayt)-- 09.05.2015
  • Bir Şirvanşahlar dəfinəsi Bakı 2015, AF Poliqraf, 152 səh.
  • Духовная культура азербайджанцев в письменных источниках 17 века // Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Təhsildə pedaqoji yanaşmalar: keçmişin təcrübəsi və gələcəyə baxış” adlı Konfransın materialları. 4-5 may 2016. s.127-129
  • Поддерживающее обучение как метод повышения качества образования в ВУЗе. // Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Təhsildə pedaqoji yanaşmalar: keçmişin təcrübəsi və gələcəyə baxış” adlı Konfransın materialları. (həmmüəlluf)4-5 may 2016. s.123-125
  • XIX əsrdə Qafqazda uşaqların ənənənvi tərbiyəsinin xüsusiyyətləri. // Cağdaş dövr və sosial elmlərin aktual problemləri Konfrans materialları 2016
  • Əlincə zərbxanası- AMEA-nın müxbir üzvü, t.e.d. V.Baxşəliyevlə müştərək Naxçıvanda çap olunan “Şərq qapısı” qəzeti, 13 yanvar 2016 –cı il
  • “Əlincə qalasının numizmatik materialları”- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik fondu tərəfindən Əlincə qalasına həsr edilmiş konfrans materiallarında çap olunmuşdur. Həmmüəllif AMEA-nın müxbir üzvü, t.e.d. V.Baxşəliyevdir.Məqalə azərbaycan, rus və ingilis dillərindədir.s/50-53(az/d), 146-151 (rus/d), 237-241(ing)
  • “Sara Aşurbəylinin fransız dili sevgisi mənim həyatımda”- “Bakı tarixinin ensiklopediyası-Sara Aşurbəyli-110 il” adlı elimi praktik konfrans materialları
  • “Şəmkir zərbxanasının numizmatik materiallarının bəzi ikonoqrafik xüsusiyyətləri”- AMEA-nın Naxçıvan bölməsinin “Xəbərlər”(ictimai və humanitar elmlər seriyası) 3-cü sayı 12-ci cild, 2016 s.217-223
  • “Azərbaycanın XV-XVII əsrlərində ticarət münasibətləri(numizmatik materiallara əsasən)”- Xəzər Universitetinin “Azərbaycan arxeologiyası”-dərgisinin 2016-cı ildə,N 1-2 s.58-63
  • “Bakı qalasının tarixinə dair bəzi yeni məlumatlar”- “Bütöv Azərbaycan ocaqları”-internet saytının 12.10. 2016- cı il . Həmmüəllif t.e.d. V.Quliyevadır.
  • “Balakənin bəzi alban dövrü kilsələri barəsində son məlumatlar”. “Azərbaycan arxeologiyası və etnoqrafiyası” adlı elmi dərginin 2014-cı ilin 1-ci sayı, t.ü.f.d. M.Mustafayevlə .s.69-74,
  • “Azərbaycanın xanım alimləri: Məşədixanım Nemət və kitabələr aləmi”- Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” DTMQİ-nin keçirdiyi elmi-praktik konfrans materialları. s. 142-146
  • “Azərbaycan numizmatika elminin ən son problemlərindən”- Tezis “Müstəqil Azərbaycanın 25 il ərzində keçdiyi yol”/ BDU-nun Tarix fakültəsinin keçirdiyi elmi konfrans 2016. s.67
  • Bakı Qalasının –İçərişəhərin tarixinə dair yeni arxiv materialları-(V.Quliyeva ilə birgə). İçərişəhər DTMQİ-də keçirilən elmi konfrans materialları. 2016 dekabr,s.28-35
  • Mədənuyyət incilərimiz dünya muzeylərində/ 1905.az. saytı, 04.12.2016 Azərbaycanın maddı mədəniyyət nümunələrinin dünya muzeylərində əksindəb bəhs olunur
  • “Qafqazın epiqrafik abidələri”- Proqram, Bakalavr pilləsi üçün, rus dilində. (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22.07.2015-ci il tarixli 803-saylı qərarı)Bakı.2016,
  • “Bakı qalasının tarixinə dair yeni məlumatlar”-“Tarix, insan və cəmiyyət” adlı Elmi-nəzəri və elmi-metodik jurnalın 2017-ci ilin 1-ci sayı. S.19-25.
  • Sikkələr tarix yazmaq üçün ən mühüm maddi-mədəniyyət nümunələridir. Azərtac, 21.10 2017.Xəbər agentliyi tərəfindən əldə edilən müsahibədə sikkələr və onların əhəmiyyəti araşdırılmışıdr.
  • Связи Азербайджана с Европейскими странами (на основе нумизматических материалов XV- первой половины XVIII веков- Rusiya EA-nın tarix və Arxeologiya İnstitununun Dağıstan bölməsinin “Xəbərlər” toplusu, N 3, səh.100-107.
  • Azərbaycan xanlıqları dövrünə aid bir maraqlı tapıntı barəsində (həmmüəllif İlham Məmmədov)// AMEA-nın Naxçıvan bölməsi Xəbərlər, 2017, N3, səh 155-161.
  • Şirvan Azərbaycan Səfəvi dövlətinin tərkibində-Ticarət əlaqələri kontekstində.(Yenə göstərilən konfrans materiallarında). S. 132-148.Həmmüəllif İ.Məmmədov.
  • Бакинская Крепость - Ичеришехер, həmmüəllif Asker Ələkpərov, Sankt-Peterburq, Petropolis, s. 264, 2019
  • Attempts at a Comparative Analysis of Epigraphy on Monuments of Azerbaijan of the Vth-XIIIth Centuries with Architectural Epigraphy of Uzbekistan. Open Access Journal of Archaeology and Anthropology // OAJAA, IRIS Publishers, US. San-Francisco, 2019.
  • Qarabağ. Elmi-populyar kitab.Redkollegiya. Kitabın arxeologiya və numizmatika bölməsinin müəllifidir. Səh.12-29; səh.110-123.
  • “Relationships between Parfiya and Ancient Azerbaijan in the Context of Synthesis materials” - “Open Access Jornal of Archaelogy and Antropology” jurnalı 2019/ 30 aprel tarixli sayı, Amerika. ((The journal is now indexed with and included in SCOPUS) 2019/ 30 aprel

Təltifləri[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Pirquliyeva Qənirə Əli qızı". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-31.
  2. "ARXEOLOGİYA VƏ ETNOQRAFİYA". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-31.
  3. "Qənirə Pirquliyeva. Numizmatikanın əsasları. Bakı, 2009" (PDF). 2017-09-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-01-31.
  4. "Qafqaz arxeologiyası (dərslik) . Bakı, 2011". 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-31.
  5. ""Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif olunanlar" (PDF). 2019-11-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-01-31.