I BOĞAZ (anat.) Saldı boğazına siçanlar tənab; Vəhşət edib etdi iztirab (S.Ə.Şirvani); HÜLQUM [Cəlil:] ...atılıb yapışdım onun nazik hülqumundan, Balağa gəlib bizi ayırmasaydı, kim bilir nə olacaqdı (H.Abbaszadə); XİRTDƏK Qəndab: Hər günün öz poçtu var. Bu gün gələni sabaha saxlasaq, sahibləri xirtdəyimizi üzərlər, nə danışırsan (B.Bayramov); BOYUN (bax).
II BOĞAZ (heyvanlar haqqında: balası olan) Əmniyyələr boğaz inəyi, eşşəyi və qoyunları tövlədən çıxardılar (M.İbrahimov); İKİCANLI Yazağzı molla bazardan bir ikicanlı keçi alır ki, südü ilə uşaqlarını dolandırsın (M.N.lət.).