Ağ dənizin boğazı (rus. Горло Белого моря) - Şimal Buzlu okeanında Kola yarımadasını materikdən ayırır. Ağ dəniz ilə Barens dənizini birləşdirir. Uzunluğu 160 km, eni 46–93 km, dərinliyi 130 m təşkil edir. Boğazda Sosnoves adası yerləşir. Barens dənizinin girəcək hissəsində Morjovrs adası mövqe tutur. Sahillərində Krasnıy, Babıy Nos, Nikodinskiy (Kola yarımadası), Voronov, Olennıy Nos, Meqorskiy Nos, İnsi, Medvejıy burnuları vardır. Zimnıy sahilləri hündür və parçalıdır. Qışda müəyyən müddətə buzla örtülü olur. Ərazidə Qrenlandiya suitisi, dəniz balıqları vardır. Boğazın sahillərində Ninodımskiy, Sosnovka, Veprevski, Nijnaya, Zolotisa, Tova, İnsi, Rusi, Meqra, Mayda və Voronovsk dəniz mayakları vardır. Ərasi Arxangelsk və Murmansk vilayətində yerləşir.
Ağ dənizin boğazı | |
---|---|
rus. Горло Белого моря | |
Ümumi məlumatlar | |
Eni | 46-93 km |
Uzunluğu | 160 km |
Yerləşməsi | |
66°09′00″ şm. e. 40°20′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Kola yarımadasını materikdə (Zimnıy sahilindən) |
|
|
Vikianbarda əlaqəli mediafayllar |