Dərin boğaz (film, 1972)

Dərin boğaz (ing. Deep Throat) — 1972-ci ilin yayında yayımlanan Amerika porno filmidir. Linda Lovelace (Linda Susan Boreman) adlı aktrisanın baş rol aldığı filmin ssenari müəllifi və rejissoru Cerard Damianodur. Ekranlara çıxdığı andan etibarən bir hadisə yaratmış, bir çox kinoteatrlarda nümayiş olunmuş və böyük müvəffəqiyyətlər qazanmışdır. Bütün dövrlərin ən təsirli və sensasiyalı porno filmi hesab olunur.

Dərin boğaz
ing. Deep Throat
Janr Pornoqrafik film
Rejissor
Ssenari müəllifi
Baş rollarda
Bəstəkar
Montajçı Cerard Damiano
İlk baxış tarixi 1972
Müddət 61 dəq.
Büdcə 24.000 HK$
Ölkə
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Mayami, Florida
IMDb ID0068468
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Böyük Britaniyada film nümayiş olunduqdan sonra qadağan edilmiş, 10 il sonra isə bu qadağa məhkəmələr tərəfindən təsdiqlənərək qüvvədə saxlanılmışdır. Filmin kəsilməmiş DVD-si nəhayət, 2000-ci ildə R18 reytinqi əldə etməyi bacarır və bu lisenziya ilə Böyük Britaniyada seks mağazalarında satılmağa imkan qazanır.

Süjet xətti və xülasəsi[redaktə | mənbəni redaktə et]

Cinsi problemləri olan qadın (Linda Lavleys, Linda personajını canlandırır) dostu Helendən (Dolly Sharp) kömək istəyir, o da öz növbəsində, Lindaya həkimə müraciət etməyi məsləhət görür. Həkim (Harri Reems) Lindanın klitorunun boğazında olduğunu görür. Daha sonra Linda evlənəcəyi kişini tapana qədər xüsusi oral seks (filmin adı da buradan götürülmüşdür) texnikasını tətbiq edir. Bu vaxt həkim sarışın tibb bacısı (Carol Connors) ilə yatır. Film “Son. Və hamınıza dərin boğaz seksi” (ingilis dilində: “The End. And Deep Throat to you all.”) sətri ilə bitir.

61 dəqiqəlik bu filmdə əyləncəli dialoqlar və musiqi mühüm rol oynayır. Filmdə anal, oral və vaginal seks səhnələri də mövcuddur.

Bu filmi məşhur edən Uotergeyt qalmaqalında jurnalistlərə məlumat sızdıran məmurun DƏRİN BOĞAZ (DEEP THROAT) ləqəbindən istifadə etməsi və yazılarda da bu şəkildə qeyd olunmasıdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 IMDb (ing.). 1990.