Admiral Kuzneçov boğazı

Admiral Kuzneçov boğazı Komandor boğazı kimidə tanınır. Sakit okeanında yerləşir, Berinqa adası ilə Mednıy adasını ayırır. Berinq dənizi ilə Sakit okeanı birləşdirir. Komondor adaları hövzəsində ən iri boğazdır. Uzunluğu 30 km, minimum eni isə 50 km təşkil edir. Ən dərin yeri 142 m-dir. Boğazın sahilləri girintili-çıxıntılıdır, sahillərində Sulkovsk, Kotenok, Krasnıy, Neproxodimiy, Sivuciy, Monatı, Elina, Perqrebnıy və başqa burunları vardır. Boğaz ərazisinə çoxlu sayda çaylar axır: Pereqrebnaya, Mayatniknaya və Ozernaya. Qərbində Pereqrebnıy, Kazarma və Ozernaya, şərqində isə Reçnaya, Bobrovaya buxtaları vardır.

Admiral Kuzneçov boğazı
Ümumi məlumatlar
Eni minimum 50 km
Uzunluğu 30 km
Yerləşməsi
54°48′36″ şm. e. 168°04′43″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriyası
Ayırır Berinqa adasını Mednıy adasından
Admiral Kuzneçov boğazı xəritədə
Admiral Kuzneçov boğazı
Admiral Kuzneçov boğazı

Adlanmasına gəldikdə isə bu ad 2004-cü ildə Sovet admiralı Nikolay Qerasimoviç Kuzneçovun şərəfinə verilmişdir. Ərazi Rusiya Federasiyasının Kamçatka diyarının Aleut rayonuna daxildir.