CALL-UP

call-up1

n hərb. hərbi xidmətə çağırış

call-up2

v 1. yada salmaq, xatırlamaq; 2. hərbi xidmətə çağırmaq; He was called up in 1992 O, 1992-ci ildə hərbi xidmətə çağırıldı; 3. amer. telefon / zəng etmək, zəng vurmaq; I'll call you up this evening Mən sənə / sizə bu axşam zəng edəcəm

CALL-GIRL
CALLER
OBASTAN VİKİ
Power-up
Power-up (ing. power – güc, up – yuxarı) — videooyunlarda oyun mexanikası olaraq oyunçu personaja müvəqqəti fayda və əlavə bacarıqlar verən əşya. Adətən oyunçunun ona toxunması ilə əldə olunan "power-up" əşyaları bəzən bir neçə əlaqədar əşyanın yığılması ilə də əldə oluna bilər. Populyar mədəniyyətdə öz yerini tapmış ən çox tanınan "power-up" əşyalarına "Pac-Man" seriyasındakı güc kürəcikləri və "Mario" seriyasındakı super göbələk aiddir. "Power-up" əşyaları adətən oyun dünyasına ya əvvəlcədən yerləşdirilirlər, ya ixtiyarı şəkildə spaun olurlar, ya döyülmüş düşmənlərdən düşürlər, ya da ki konteyleri qırdıqdan sonra düşürlər. "Power-up" adətən labirint, "shoot 'em up", birinci şəxs atıcı və platforma oyunları kimi döyüşəmeyilli videooyunlarda tapılır. == Tarixi == 1980-ci ildə satışa çıxarılmış "Pac-Man" videooyunu "power-up" mexanikasından istifadə edən ilk videooyun hesab edilir. Oyundakı hər labirintdə dörd güc kürəciyi var, hansı ki, baş qəhrəmana ruhları yemək bacarığını verir. Güc kürəcikləri populyar mədəniyyətdə öz yerini tapmış və videooyunların uşaqlara təsiri ilə bağlı bir zarafata çevrilmişdir. 1984-cü ildə satışa çıxarılmış "Sabre Wulf" videooyununda "power-up" əşyaları çiçəklənən zaman sürətlənmə və ölümsüzlük effektlərini verən çiçəklər kimi təqdim olunmuşdur.
Call-opsion
Live It Up
Live It Up (Azərbaycan türkçəsi: Həyatını Yaşa) — 2011 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edəcək olan "Yüksek Sadakat" qrupunun ifa edəcəyi mahnıdır.
Page Up klavişi
Page Up və Page Down klavişləri (bəzən qısaca PgUp və PgDn) iki geniş yayılmış kompüter klaviaturalarıdır. Page Down klavişi (Page Down key) – müxtəlif proqramlarda müxtəlif funksiyaları yerinə yetirən, ancaq ən çox mətn prosessorlarında sənədi bir ekran səhifəsi qədər aşağı fırlatmaq üçün istifadə olunan klaviş. IBM PC (və onlarda münasib) klaviaturalarında Page Down klavişi rəqəm klaviaturasının "3" klavişi ilə birləşdirilib (PgDn kimi nişanlanıb) və Num Lock indikatoru sönəndə aktivləşir. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended keyboard klaviaturasında daha bir Page Down klavişi var ki, o da əsas klaviatura ilə rəqəm klaviaturası arasındakı ayrıca redaktə klavişləri qrupunda yerləşir. Page Up klavişi (Page Up key)- klaviaturada klaviş; bu klaviş müxtəlif proqramlarda fərqli funksiyaları yerinə yetirir, ancaq çox zaman mətn redaktorlarında sənədi bir ekran səhifəsi qədər yuxarıya sürüşdürür. IBM PC (və onlarla münasibət) klaviaturalarında Page Up klavişi rəqəm klaviaturasının "9" klavişi ilə birləşdirilib (PgUp kimi işarələnib) və Num Lock indikatoru sönəndə işlək olur. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended Keyboard klaviaturasında əsas və rəqəm klaviaturalarının arasında yerləşən qrupda daha bir Page Up klavişi var.
Shake it up
Göstər özünü (ing. Shake It Up) — Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-cu ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orijinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orijinal serialıdır.
Call of Duty
Call of Duty (azərb. Döyüş tapşırığı‎) — ABŞ şirkəti "Activision" tərəfindən istehsal olunan birinci şəxs atıcı janrında videooyunlar seriyası. Bu seriyadakı oyunlar "Infinity Ward", "Treyarch" və "Sledgehammer Games" kimi studiyalar tərəfindən istehsal edilmişdir. 2003-cü ildə satışa çıxarılan ilk oyunla başlayan seriyanın ilkin epizodlarının məzmunu İkinci Dünya mharibəsinə yönəlmişdi. Seriyanın daha sonra buraxılan epizodlarının hadisələri Soyuq müharibə dövründə, yaxın gələcəkdə, hətta kosmosda cərəyan edirdi. Seriyadakı bir çox oyun müstəsna tənqidi tərif almış və çoxsaylı mükafatlar qazanmışdır. Seriyadakı oyunların adətən çoxnəfərli rejimi var və bu, Şimali Amerika və Qərbi Avropada kiberidman kimi populyarlıq qazanmışdır. 2021-ci ilə aid olan məlumata görə, seriyadakı oyunların ümumi satışları 400 milyon kopyanı keçmişdir. Ginnesin Rekordlar Kitabına dünyada ən çox satılan atıcı seriyası kimi daxil edilmişdir. Satılan kopyaların sayına görə ABŞ-də hazırlanmış ən uğurlu videooyun seriyasıdır.
Better Call Saul
Ən yaxşısı Sola zəng et (ing. Better Call Saul) — Vins Qilliqan və Piter Quld(en) tərəfindən yaradılmış amerikan cinayət–drama teleserialı. Qilliqanın yaradıcısı olduğu əvvəlki işi "BədBəxt"in (2008–2013) spin-offudur. "Ən yaxşısı Sola zəng et" AMC telekanalında 8 fevral 2015-ci ildən 15 avqust 2022-ci ilə qədər altı mövsüm 63 seriya yayımlanaraq sona çatmışdır. Hadisələr 2000-ci illərin əvvəllərində, "BədBəxt"dən illər öncə Albukerkedə cərəyan edir. Serial ağır cinayətləri örtbastır edən vəkil – hazırda Sol Qudman(en) kimi fəaliyyət göstərən keçmiş dələduz Cimmi MakQilldən (Bob Odenkirk(en)) bəhs edir. Serialın digər önəmli personajları arasında narkotik tacirləri ilə əməkdaşlıq edən korrupsiyoner polis məmuru Mayk Ermantraut(en) (Conatan Benks(en)), Cimminin sevdiyi həmkarı Kim Veksler(en) (Rey Sihorn(en)), öz doğma qardaşı və düşməni Çak MakQill(en) (Maykl Makkin(en)), Çakın hüquqşünası Hovard Hemlin(en) (Patrik Fabian(en)), narkotik satıcısı Naço Varqa(en) (Maykl Mendo(en)), narkobaron Qus Frinq(en) (Cankarlo Ezpozito(en)) və kartel rəhbəri Lalo Salamanka(en) (Toni Dalton(en)) var. Serialda həmçinin Solun narkobaron Volter Vayt (Brayan Krenston) ilə tərəfdaşlığı da işıqlandırılmışdır. == İstinadlar == == Xarici keçidlər == amc.com/shows/better-call-saul--1002228 — Ən yaxşısı Sola zəng et rəsmi saytı Ən yaxşısı Sola zəng et Netflix-də Ən yaxşısı Sola zəng et — Internet Movie Database saytında.
Head-up display (geyminq)
Oyun interfeysi və ya "heads-up-display" (head-up – başı əymədən baxmaq, display — indikasiya), həmçinin sadəcə HUD — videooyunun istifadəçi interfeysinin bir hissəsi kimi vizual vasitələrlə oyunçuya məlumat ötürmə üsulu. Adını müasir təyyarələrdə istifadə olunan baş üstü displeylərdən almışdır. "HUD" həmçinin bir çox məlumatın, o cümlədən qəhrəmanın sağlamlığı, obyektlər və oyunda irəliləyişin (məsələn, xal və ya səviyyə) göstərilməsinin bir hissəsidir.
Shake It Up Şekerim
Shake It Up Şekerim — 2007 Avroviziya Mahnı Müsabiqəsində Türkiyə müğənnisi Kənan Doğulu tərəfindən ifa edilmiş mahnı.
Up Where We Belong
Up Where We Belong – An Officer and a Gentleman filminin musiqisi. Mahnının musiqisi Jack Nitzsche və Buffy Sainte-Marie tərəfindən yazılmışdır.
Wake Up (Eliot mahnısı)
Wake Up (azərb. Oyan‎) — Belçikanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Eliot Vassamillet "Wake Up" mahnısı ilə Belçikanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı 2017 Avroviziya Mahnı Müsabiqəsində Belçikanın "City Lights" mahnısını bəstələyən Pyer Dumulinə aiddir.
Call of Duty 2
Call of Duty 2 (azərb. Döyüş tapşırığı 2‎) — "Infinity Ward" tərəfindən hazırlanmış və dünyanın əksər regionunda "Activision" tərəfindən yayımlanmış 2005-ci il birinci şəxs atıcı videooyunu. Bu, "Call of Duty" videooyun seriyasındakı ikinci epizoddur. 7 aprel 2005-ci ildə "Activision" tərəfindən açıqlanan videooyun 25 oktyabr 2005-ci ildə "Microsoft Windows" və 22 noyabr 2005-ci ildə "Xbox 360" konsolunun buraxılış titulu kimi satışa çıxarılmışdır. Digər versiyalar sonradan "OS X", mobil telefonlar və "Pocket PC"-lər üçün buraxılmışdır. Oyunun hadisələri İkinci Dünya müharibəsində cərəyan edir və kampaniya rejimi dörd əsgərin nöqteyi-nəzərindən təsvir edilir. Onlardan biri Qızıl Ordu, biri ABŞ Ordusu və ikisi Britaniya Ordusu sıralarında xidmət edir. Bu, cəmi 27 missiya üçün üç hekayəyə bölünmüş dörd ayrı kampaniyadan ibarətdir. Sağlamlığın bərpası və partlamaq üzrə olan ən yaxın əl qumbarasını göstərən ikona kimi bir çox funksiyalar orijinal "Call of Duty" videooyunundan edilmiş və dəyişdirilmişdir. "Call of Duty 2" tənqidçilər tərəfindən müsbət rəylər almışdır.
Call of Duty 3
Call of Duty 3 — Call of Duty seriyasının üçüncü oyunu. Treyarch tərəfindən inkişaf etdirilərək, Activison tərəfindən 10 dekabr 2005-ci ildə PlayStation 3, Xbox 360, Wii xaricində PlayStation 2 və Xbox üçün paylanan II. Dünya Müharibəsi mövzulu birinci şəxs nişancı növündən bir oyundur.
Ghost (Call of Duty)
Simon Ghost Riley— Call of Duty seriyasının hekayə xəttindəki uydurma personajdır . O, ilk dəfə 2009-cu ildə PC oyunu Call of Duty: Modern Warfare 2-də oynana bilən əsgər personajı kimi görünür .2019-cu ildə Call of Duty: Warzone seriyasının buraxılışndan yenidən xatırlandı və burada o, oynana bilən bir personaj oldu. Tam debütünü 2022-ci ildə Call of Duty: Modern Warfare II-də etdi . Simon Riley həmişə kəllə maskası taxır. Orijinal Modern Warfare 2 — də Ghost tünd eynəkdən istifadə edirdi. Ghost uşaq ikən atasının tərəfindən məişət zorakılığına məruz qalıb. Psixoloji problemlərlə mübarizə aparır. Riley Call of Duty: Mobile, Call of Duty: Infinite Warfare və Call of Duty: Ghosts onlayn rejimində görünür . Ghost tez-tez Call of Duty franşizasında ən populyar personajlardan biri kimi qeyd olunur . == Görünmələr == ==== Call of Duty: Modern Warfare 2 ==== Riley ilk dəfə Modern Warfare 2-nin beşinci missiyasında görünür .
Qoust (Call of Duty)
Simon Ghost Riley— Call of Duty seriyasının hekayə xəttindəki uydurma personajdır . O, ilk dəfə 2009-cu ildə PC oyunu Call of Duty: Modern Warfare 2-də oynana bilən əsgər personajı kimi görünür .2019-cu ildə Call of Duty: Warzone seriyasının buraxılışndan yenidən xatırlandı və burada o, oynana bilən bir personaj oldu. Tam debütünü 2022-ci ildə Call of Duty: Modern Warfare II-də etdi . Simon Riley həmişə kəllə maskası taxır. Orijinal Modern Warfare 2 — də Ghost tünd eynəkdən istifadə edirdi. Ghost uşaq ikən atasının tərəfindən məişət zorakılığına məruz qalıb. Psixoloji problemlərlə mübarizə aparır. Riley Call of Duty: Mobile, Call of Duty: Infinite Warfare və Call of Duty: Ghosts onlayn rejimində görünür . Ghost tez-tez Call of Duty franşizasında ən populyar personajlardan biri kimi qeyd olunur . == Görünmələr == ==== Call of Duty: Modern Warfare 2 ==== Riley ilk dəfə Modern Warfare 2-nin beşinci missiyasında görünür .
Light Me Up (Gromee mahnısı)
Light Me Up (azərb. Məni aydınlat‎) — Polşanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Gromee və Lukas Meyer "Light Me Up" mahnısı ilə Polşanın Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi Gromee və Lukas Meyerə və sözləri isə Mahan Moin və Kristian Rabba aiddir.
Never Give Up on You
Never Give Up on You (azərb. Səndən əsla imtina etmərəm‎) — Böyük Britaniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Lusi Cons "Never Give Up on You" mahnısı ilə Böyük Britaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı 2013 Avroviziya Mahnı Müsabiqəsinin qalibi olan Emmili de Forest tərəfindən bəstələnmişdir.
Call of Cthulhu (rol oyunu)
Call of Cthulhu (azərb. Ktulhunun çağırışı‎; həmçinin CoC) — H.F. Lavkraftın yazdığı "Ktulhunun çağırışı" hekayəsi və Ktulhu mifologiyası əsasında yaradılmış, qorxu janrında olan stolüstü rol oyunu. Oyun "Chaosium" tərəfindən ilk dəfə 1981-ci ildə nəşr edilmişdir və hal-hazırda yeddi buraxılışı mövcuddur. Oyun Təməl rol oyunu sistemindən istifadə edir. == Tarix == "Call of Cthulhu" oyununun ilk konsepsiyası "Dark Worlds" – "Chaosium" tərəfindən planlaşdırılan, ancaq nəşr edilməyən bir oyun idi. Sendi Petersen "RuneQuest" fentezi oyunu üçün Lavkraftın Yuxu diyarı dünyasında cərəyan edən əlavə buraxılış üçün ssenari yazmağı düşünürdü. === Buraxılışlar === Petersen "Chaosium" nəşriyyatını tərk etdikdən sonra "Call of Cthulhu" oyununun inkişafı Linn Uillisə verilmişdir. Son illərdə Pol Friker və Mayk Mason da bu heyətə qoşulmuşdur.
Call of Duty: Black Ops
Call of Duty: Black Ops (azərb. Borcun çağırışı: Qara əməliyyatlar‎) — "Treyarch" tərəfindən hazırlanan, "Activision" şirkəti tərəfindən nəşr olunan və birinci şəxs atıcı janrında olan videooyun. "Call of Duty" oyun seriyasındakı 7-ci əsas epizoddur və 2008-ci ildə satışa çıxarılan "Call of Duty: World at War" videooyununun davamıdır. Oyun 9 noyabr 2010-ci il tarixində Microsoft Windows, PlayStation 3, Xbox 360 və Wii platformaları üçün satışa çıxarılmışdır. Oyun daha sonra "Aspyr Media" tərəfindən 27 sentyabr 2012-ci il tarixində OS X platforması üçün satışa çıxarılmışdır. Oyunun əsas süjeti Soyuq müharibə dövründə, 1960-cı illərdə cərəyan edir. Oyunun protaqonisti MKİ əməkdaşı Aleks Meyson bir nömrəli radiostansiyanın mövqeyini müəyyənləşdirmək üçün bəzi xatirələrini xatırlamağa çalışır. Bu radiostansiya kimyəvi silahlarla ABŞ-yə hücum etmək istəyən agentlərə məlumat yayır. Meyson, başqa bir MKİ əməkdaşı olan Ceyson Hadson və Qızıl Ordu hərbçisi Viktor Reznov oyunun əsas idarə edilən personajlarıdır. Oyunun əsas süjeti Kuba, Rusiya, ABŞ, Qazaxıstan, Honkonq, Laos, Vyetnam və Arktikada cərəyan edir.
From Up on Poppy Hill (anime)
Kokuriko-Zaka Kara (コクリコ坂から, hərfi Kokuriko yamaclarından (fr. coquelicot - lalə gülünün yabanı növü)) — Takahaşi Tedzuranın illüstrasiyaları ilə olan Tetsuro Sayamanın şöco manqası və rejissor Qoro Miyazakinin eyniadlı tammetrajlı anime-filmi. == Manqa == Manqa Kodansha nəşriyyatının "Nakayoshi" jurnalında 1980-ci ilin yanvar ayından avqusta qədər çap olunmuşdur. Nakayoşi imprinti ilə 2 cild sayında çıxmışdır. == Məzmun == Gənc yaşlı Umi beş nəfərlik ailəsinin ən böyük qızıdır. Atasının gəmisi Koreya müharibəsi zamanı minaya düşmuşdü amma Umi onun dönəcəyinə inanır və atasının dönmə ehtimalına qarşı hər gün evlərinin önündəki bayrağı qaldırır. Bu günlərdə də oxuduğu liseyə yeni əmələ gələn bir şagird hərəkatına qatılıb, bir tərəfdən gənc Şuna aşiq olur. Amma onların aralarında heç birinin təxmin edə bilmədiyi fərqli bir bağlılıq ortaya çıxacaq. == Mükafatlar == Film Yaponiyada 4,46 milliard yen (57,81 million dollar) toplamağla 2011-ci ilin ən gəlirli filmi oldu.
Page Up və Page Down klavişləri
Page Up və Page Down klavişləri (bəzən qısaca PgUp və PgDn) iki geniş yayılmış kompüter klaviaturalarıdır. Page Down klavişi (Page Down key) – müxtəlif proqramlarda müxtəlif funksiyaları yerinə yetirən, ancaq ən çox mətn prosessorlarında sənədi bir ekran səhifəsi qədər aşağı fırlatmaq üçün istifadə olunan klaviş. IBM PC (və onlarda münasib) klaviaturalarında Page Down klavişi rəqəm klaviaturasının "3" klavişi ilə birləşdirilib (PgDn kimi nişanlanıb) və Num Lock indikatoru sönəndə aktivləşir. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended keyboard klaviaturasında daha bir Page Down klavişi var ki, o da əsas klaviatura ilə rəqəm klaviaturası arasındakı ayrıca redaktə klavişləri qrupunda yerləşir. Page Up klavişi (Page Up key)- klaviaturada klaviş; bu klaviş müxtəlif proqramlarda fərqli funksiyaları yerinə yetirir, ancaq çox zaman mətn redaktorlarında sənədi bir ekran səhifəsi qədər yuxarıya sürüşdürür. IBM PC (və onlarla münasibət) klaviaturalarında Page Up klavişi rəqəm klaviaturasının "9" klavişi ilə birləşdirilib (PgUp kimi işarələnib) və Num Lock indikatoru sönəndə işlək olur. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended Keyboard klaviaturasında əsas və rəqəm klaviaturalarının arasında yerləşən qrupda daha bir Page Up klavişi var.
Call and Response: The Remix Album
Call and Response: The Remix Album — Maroon 5 qrupunun remiks albomu. Albom Songs About Jane və It Won't Be Soon Before Long albomlardan remikslənmiş mahnılardan ibarətdir.
Call of Duty:World at War
Call of Duty: World at War - Treyarch oyun şirkəti tərəfindən 2008-ci ildə yaradılan, macəra-döyüş oyunudur. Oyun ilk dəfə 11 noyabr 2008-ci ildə buraxılmışdır. == Əsas personajlar == Sıravi Miller — ABŞ kampaniyasının protaqonisti. Sıravi Dmitri Petrenko — SSRİ kompaniyasının protaqonisti. Call of Duty: Black Ops oyununun hadsilərində iştirak edir. Serjant Viktor Reznov — Qızıl Ordunun əsgəri. Sovet kampaniyasının oyundakı əsas yönləndiricisi. Sevimli kəlimələri — "Əclaf" (rus. Мразь), "Miskin" (rus. Ничтожество), "Yaramazlar" (rus.
Call of Duty: Modern Warfare 3
Call of Duty: Modern Warfare 3, Infinity Ward və Sledgehammer Games tərəfindən hazırlanan və Activison tərəfindən paylanan birinci şəxs atıcı videooyunudur. MW3 olaraq da tanınır. Modern Warfare seriyasının üçüncü, Call of Duty seriyasının isə 8-ci oyunudur. 8 noyabr 2011 tarixində Xbox 360, Wii, PlayStation 3 və Microsoft Windows üçün Şimali Amerika və Avropada nəşr olunmuşdur. MW3, Call of Duty: Modern Warfare 2-nin davamı xüsusiyyətindədir. MW3, satışa təqdim edildiyi gün 24 saat içində ABŞ və Birləşmiş Krallıqda 6.5 milyon satmışdır. Sledgehammer Games oyunun tək multiplayer hissəsinin istehsalını boynuna götürərkən Raven Software çox multiplayer hissəsinin istehsalını boynuna götürmüşdür. Oyun cəmi 17 hissədən ibarətdir. Infinity Ward'dan edilən şərhə görə oyunun səsləndirmə heyətində Billy Murray, Kevin McKidd, Roman Varshavsky, William Fichtner, Timothy Olyphant kimi məşhur adlar vardır. == Oynanış == Oynanış baxımından digər oyunlarda oduğu kimi fps baxış açısına sahib oyun oyunçuya demək olarki hər dəqiqə başından ayrıla bilməyəcəyi aksiyon vəd edir.
Call of Duty: World at War
Call of Duty: World at War - Treyarch oyun şirkəti tərəfindən 2008-ci ildə yaradılan, macəra-döyüş oyunudur. Oyun ilk dəfə 11 noyabr 2008-ci ildə buraxılmışdır. == Əsas personajlar == Sıravi Miller — ABŞ kampaniyasının protaqonisti. Sıravi Dmitri Petrenko — SSRİ kompaniyasının protaqonisti. Call of Duty: Black Ops oyununun hadsilərində iştirak edir. Serjant Viktor Reznov — Qızıl Ordunun əsgəri. Sovet kampaniyasının oyundakı əsas yönləndiricisi. Sevimli kəlimələri — "Əclaf" (rus. Мразь), "Miskin" (rus. Ничтожество), "Yaramazlar" (rus.