Call of Duty 2

Call of Duty 2 (azərb. Döyüş tapşırığı 2‎) — "Infinity Ward" tərəfindən hazırlanmış və dünyanın əksər regionunda "Activision" tərəfindən yayımlanmış 2005-ci il birinci şəxs atıcı videooyunu. Bu, "Call of Duty" videooyun seriyasındakı ikinci epizoddur. 7 aprel 2005-ci ildə "Activision" tərəfindən açıqlanan videooyun 25 oktyabr 2005-ci ildə "Microsoft Windows" və 22 noyabr 2005-ci ildə[1] "Xbox 360" konsolunun buraxılış titulu kimi satışa çıxarılmışdır. Digər versiyalar sonradan "OS X", mobil telefonlar və "Pocket PC"-lər üçün buraxılmışdır.

Call of Duty 2
"Call of Duty 2" videooyununun rəsmi afişası
"Call of Duty 2" videooyununun rəsmi afişası
Hazırlayan Infinity Ward
Yayımlayan
Lokalizator
Seriya "Call of Duty"
Anons tarixi 25 mart 2013
Buraxılış tarixi
Sonuncu versiya 1.3
Sonuncu beta-versiya
  • 1.3
Janrlar Birinci şəxs atıcı
Yaş reytinqləri BBFC: 18
ESRB: TTeen
PEGI: 16+
USK: 18
Rejissorlar Ceyson Vest
Dizaynerlər
  • Ziyed Rik
  • Stiv Fukuda[2]
Ssenaristlər Michael Schiffer
Proqramçılar Eric Pierce
Rəssamlar
  • Michael Boon
  • Ursula Escher
Bəstəkarlar Graeme Revell
Texniki məlumat
Platformalar
Mühərriklər IW engine v2.0
Oyun rejimləri
  • Birnəfərli oyun
  • Çoxnəfərli oyun
İnterfeysin dili ingilis dili[3], fransız dili[3], alman dili[3], italyan dili[3], ispan dili[3], rus dili
Daşıyıcılar CD, DVD və ya rəqəmsal dağılım
Sistem tələbləri
İdarəetmə Klaviaturasiçan
geympad
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oyunun hadisələri İkinci Dünya müharibəsində cərəyan edir və kampaniya rejimi dörd əsgərin nöqteyi-nəzərindən təsvir edilir. Onlardan biri Qızıl Ordu, biri ABŞ Ordusu və ikisi Britaniya Ordusu sıralarında xidmət edir. Bu, cəmi 27 missiya üçün üç hekayəyə bölünmüş dörd ayrı kampaniyadan ibarətdir. Sağlamlığın bərpası və partlamaq üzrə olan ən yaxın əl qumbarasını göstərən ikona kimi bir çox funksiyalar orijinal "Call of Duty" videooyunundan edilmiş və dəyişdirilmişdir.

"Call of Duty 2" tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Müsbət fikirli tənqidçilər oyunun qrafikaları, səs rejimi və bərpa olunan sağlamlıq sistemini tərifləmişdir. Oyunun buraxılış titulu kimi yayımlanan "Xbox 360" versiyası ilk həftəsində 250 mindən, 2008-ci ilin yanvarına qədər isə 2 milyondan çox kopya satmışdır. 2013-cü ilin noyabrına aid olan məlumatlara görə, videooyun 6 milyondan çox kopya satmışdır.[4]

"Call of Duty 2" birnəfərli hekayə rejimi və çoxnəfərli rejiminə malik birinci şəxs atıcıdır. Oyunçu İkinci Dünya müharibəsində cərəyan edən müəyyən missiyalarda Antihitler koalisiyasında vuruşan bir neçə protaqonisti idarə edir. "Call of Duty 2" İkinci Dünya müharibəsində vuruşan dörd əsgərin yaşadıqlarını əhatə edən, ümumi 27 missiyası olan üç ayrı kampaniyadan ibarətdir. Oyunun dörd çətinlik səviyyəsi var: Asan, adi, bərkimiş və veteran.[5][6] Oyunçu personaj əyilə və meyilli uzana, həmçinin alçaq divarları və digər maneələri keçə bilər.[7] Oyunçu personaj döyüş meydanında qalanlarla dəyişdirilə bilən iki dənə odlu silah, həmçinin əl qumbarası və duman bombası daşıya bilər. Daha dəqiq nişan almaq üçün nişangahlarından istifadə etmək olar. Oyun interfeysindəki kompas həm müttəfiqləri, həm də düşmənləri, həmçinin oyunçunun çatmalı olduğu yerləri, müdafiə olunmalı əraziləri və ya oyunçunun onları sıradan çıxarmaq üçün üzərinə partlayıcı yerləşdirməli olduğu düşmən toplarını və ya tanklarını göstərən tapşırıq markerləri göstərir. Düşmən qoşunlarını məhv etmək üçün bəzi yerlərdə pulemyotlarhava hücumundan müdafiə silahları kimi quraşdırılmış silahlar mövcuddur. Bundan əlavə, bəzi missiyalarda oyunçu tank idarə edir.[8]

Oyunçu personajda durbin dəsti var. Adətən piyadaya məhdudlaşmış geympley zamanı nəzərə alınmasa da, bu, "Crusader" tankları idarə edərkən baş tutan uzun məsafəli döyüş zamanı və oyunçunun şəhəri müdafiə etmək üçün artilleriya atəşini yönəltməli olduğu missiyalardan birində vacib rol oynayır. Bu, kəşfiyyat üçün də vacibdir, baxmayaraq ki, oyunun çox hissəsi şəxsi, yaxın döyüş vəziyyətlərində oynanılır ki, bu da belə bir taktikanın əhəmiyyətini azaldır.[9]

Oyunçu personaj ağır zədə alırsa, ekran qırmızı rəngə dönür və personajın ürək döyüntüsünün səsi artır. Bu, oyunçu personajın sağlamlığının aşağı səviyyədə olduğunu göstərir. Oyunçu personaj yenidən döyüşə qoşulmazdan əvvəl sağalmaq üçün açılan atəşlərdən uzaq durmalıdır, əks halda o, ölür və sonuncu kontrol nöqtəsindən yenidən oyuna başlayır. Sağlamlıq səviyyəsi yalnız oyunçu personaj atəş altında olmadığı halda avtomatik bərpa olunur. Əl qumbarası və ya mərmi kimi bəzi hücumlar oyunçunu onlara çox yaxın olanda dərhal öldürür.[10]

"Call of Duty 2" videooyununun çoxnəfərli rejimi bir neçə oyun növünə malikdir. Onlar: Ölüm maçı, Komanda ölüm maçı, Axtar və məhv et, Bayrağı tut və Qərargah.[11] Buradakı xəritələrə Normandiya, AfrikaRusiya daxildir. Hər komanda xəritədən asılı olaraq müxtəlif silahlar seçə bilər. Oyunçular Antihitler qüvvələrdən ABŞ əsgərləri, SSRİ əsgərləri və Britaniya əsgərləri arasında seçim edə bilər, Ox qüvvələri arasından yalnız Almaniya əsgərləri kimi oynamaq mümkündür.[12]

Kompüterlərdə hər bir çoxnəfərli rejim serveri altmış dörd oyunçu saxlaya bilir; "Xbox"da bu məhdudiyyət səkkiz oyunçudan ibarətdir.[13] Videooyunun "Xbox 360" versiyasında oyunçular "Xbox Live" xidmətində oynaya və yeni xəritə paketləri ala bilərlər. Ümumilikdə on üç rəsmi xəritə var, onlardan üçü orijinal "Call of Duty" videooyunundan remeyklərdir. Oyuna cəmi səkkiz xəritə əlav ədən "Bonus paketi", "Atışma paketi" və "İstila paketi" adlı üç əlavə xəritə paketi də mövcuddur.[14]

Sovet kampaniyası

[redaktə | mənbəni redaktə et]

Oyunçu 13-cü Qvardiya Atıcı Diviziyasından əsgər Vasili Kozlovu idarə edir. Əvvəlcə o, irəliləyən alman qoşunlarına qarşı Moskvanın müdafiəsində iştirak edir. Növbəti missiyada Kozlov 1942-ci ilin sentyabrında Stalinqrad şəhərində nasist qalasının dağıdılmasında iştirak edir. Növbəti missiyanın tapşırıqlarına 1942-ci ilin dekabrında Stalinqradda qalalar uğrunda mübarizə, o cümlədən kəsilmiş telefon naqillərinin yenidən qoşulması və dəmiryol vağzalının yenidən ələ keçirilməsi daxildir. Sonuncu missiya 1943-cü ilin yanvarında Qızıl Ordunun Stalinqrad şəhərindəki son hücumunu əhatə edir. Burada Kuzlov şəhər bloklarının, eləcə də Stalinqrad meriyasının yenidən tutulması və müdafiəsində iştirak edir

Britaniya kampaniyası

[redaktə | mənbəni redaktə et]

Oyunçu Kapitan Praysın başçılıq etdiyi, Şimali Afrikada yerləşdirilən 7-ci Zirehli Diviziyadan Britaniya əsgəri, serjant Con Devisi idarə edir. Birinci missiyada oyunçu personaj Alman Afrika korpusuna gizli hücumda iştirak edir və bu, Almaniyanın təchizat stansiyasının məhv edilməsi ilə başa çatır. Növbəti missiyada oyunçu personaj bir şəhəri şimaldan, qərbdən, cənubdan və şərqdən əks-hücumlar həyata keçirən böyük alman canlı qüvvəsindən müdafiə edir. Missiya oyunçu personajın Almaniya tank qüvvələrinin əksəriyyətini artilleriya vasitəsilə məhv etməsilə sonlanır. Bunun ardınca gələn missiyanın hadisələri İkinci Əl-Əlameyn döyüşündə cərəyan edir. Burada oyunçu personaj bir neçə xəndək, pulemyot yuvası və döyüş topundan keçərək Almaniyanın sahə qərargahını ələ keçirməlidir. Onlar tezliklə Əd-Dabaaya hücum edərək Misirdə qalan Almaniya qüvvələrinin qarşısını alır və bir neçə döyüş topunu məhv edirlər. Bununla da birinci Britaniya kampaniyası başa çatır.[15] İkinci missiyaya əlavə olaraq, oyunçu Britaniya tank komandiri Devid Velşi idarə edir və Liviyada Almaniya qüvvələri ilə düyüşür. Üçüncü kampaniyanın birinci missiyasında oyunçu personaj Tunisin Tucan kəndində vuruşarkən dəstəsi ilə birlikdə dərhal atəşə tutulur, çıxıb ikinci dəstə ilə görüşənə qədər qaldıqları evi müdafiə edir. Onlar növbəti gün əlavə canlı qüvvə ilə Tucanı geri alır, sonra isə Matmataya hücum edir. Sonuncu Britaniya kampaniyasının hadisələri "Overlord" əməliyyatının bir hissəsi olaraq Kan uğrunda döyüşdə cərəyan edir.

ABŞ kampaniyası

[redaktə | mənbəni redaktə et]

Oyunçu 2-ci Reyncer Batalyonundan kapral Bill Teyloru idarə edir. Oyunçu personaj bir Almaniya artilleriya batareyasını məhv etmək üçün "Neptun" əməliyyatı çərçivəsində Puent-dü-Oka hücum edir və növbəti missiyada onu kütləvi alman əks-hücumundan qoruyur. Tezliklə oyunçu yaxınlıqdakı şəhəri ələ keçirir və əlavə canlı qüvvə gələnə qədər minaatan ekipajlarına qarşı snayper olaraq vuruşur. İkinci tapşırıq 400-cü təpədə mərkəzləşmiş, burada oyunçu Berqşteyni tutur, 400-cü təpədəki bunkerlərə hücum edir və buranı almanların əks hücumundan müdafiə edir. Oyunçu personaj bir daha alman minaatan qruplarına qarşı snayper işi görür, düşmən zirehlərini məhv edir və təpəni kütləvi əks-hücumdan qoruyur, eyni zamanda artilleriya və çoxlu sayda alman əsgəri ilə məşğul olur. Sonuncu missiyada ABŞ qoşunları Reyn keçidində Almaniyaya doğru irəliləyir, burada çayın sahilinə çatana qədər alman qoşunları tərəfindən atəşə tutulur. Missiyanın sonuncu döyüşündə oyunçu personaj iki alman "Tiger I" tankını məhv edir.

Son titrlarda Kapitan Praysın bir qrup ABŞ əsgəri tərəfindən almanlardan dramatik şəkildə xilas edilməsini təsvir edir. Titrlar bitdikdən sonra orijinal "Call of Duty"də olduğu kimi, "Bu oyunun hazırlanmasında heç bir inək zərər görməmişdir" sözləri görünür. Bu, Normandiya missiyalarında görülən ölü mal-qaraya istinaddır.[7]

7 aprel 2005-ci ildə "Activision" şirkəti 2005-ci ilin payızında kompüterlər üçün satışa çıxarılması planlaşdırılan "Call of Duty 2" videooyunun "Infinity Ward" studiyası tərəfindən istehsal edildiyini açıqlamışdır. "Infinity Ward" studiyasının sikvelin istehsalına "Call of Duty: United Offensive" videooyununu istehsal edən "Gray Matter Interactive" ilə eyni vaxtda başladığı güman edilirdi. "Infinity Ward" prezidenti Qrant Kolyer demişdir:

" Bizim "Infinity Ward"dakı komandamız oyunçuları başqa heç yerdə görülməyən döyüşün qızğınlığına və oyunçuları hər kəsin nəfəsini kəsəcək adrenalinlə dolu gəzintiyə soxmağa sadiqdir. "Call of Duty 2" ilə biz misilsiz orijinallıq səviyyəsi üçün heyrətamiz vizual mühit və təkmilləşdirilmiş texnologiya ilə təsəvvür edilə bilən ən gərgin və real ekşn oyunu yaradırıq.[16] "

Press-relizdə bildirilmişdir ki, oyunçular daha qeyri-xətti döyüş meydanında düşmənlərlə vuruşacaq, əsas döyüşlərdə xronoloji ardıcıllıqla iştirak edəcək və əvvəlki "Call of Duty" oyunlarında mövcud olmayan heyət taktikalarından istifadə edəcəklər. "Infinity Ward" həmçinin, komanda üzvlərinin mövcud vəziyyət haqqında məlumatlılığını artırmaq üçün "Medal of Honor: Pacific Assault" videooyunundakına oxşar olaraq "döyüş söhbəti sistemi"nin yaradılmasını təsdiqləmişdir.[16]

Videooyunda istifadə olunan "IW engine 2.0" oyun mühərriki "Infinity Ward"a məxsusdur və birinci "Call of Duty" videooyununda istifadə edilmiş "id Tech 3" mühərrikinin modifikasiya edilmiş versiyasıdır. Yeni oyun mühərriki ilə "Infinity Ward" real döyüş təcrübəsi və təkmilləşdirilmiş vizuallar təmin etmək üçün döyüş çərçivəsini genişləndirmişdir. Mühərrik sayəsində istehsalçılar tüstü bombalarının tüstüsü ilə görmə sahəsini bağlaya, qum fırtınasıçovğun kimi hava effektləri yarada bilmişdir.[17]

Videooyun oyunçulara bir çox kampaniyalarda keçilməz maneələri dəf edərkən dörd fərdi əsgər hekayəsini təcrübə etməyə imkan verməsi ilə tanınırdı. Oyunçuların qəti personaj əsaslı təcrübəsini yaşamaları üçün dörd hekayə xəttinin hər birini izləmək və ya sürətli müharibə döyüşləri üçün xronoloji ardıcıllıqla tarixi döyüşlərdə iştirak etmək azadlığı var idi. Dəstələrin artıq çoxlu cığırları olan geniş döyüş meydanlarında müxtəlif missiya tapşırıqlarını yerinə yetirmək və cinaha keçərək atəş açmaq və manevr imkanları kimi faktiki döyüş taktikalarından istifadə etmək azadlığına malik idi.[18]

"Call of Duty 2" videooyunun orijinal "Call of Duty"dən daha təsirli olması planlaşdırılırdı. "Infinity Ward" studiyasının kreativ direktoru Vins Zampella demişdir ki, "biz "Call of Duty"ni bu qədər yaxşı edən hissələrin heç birini çıxarmaq istəmədik, lakin bizim daha yaxşı tətbiq edilə biləcəyini düşündüyümüz bir neçə şey var idi". Oyunun demosunda daha açıq geympley stili və oyunçunu aktiv şəkildə təqib edən düşmənlərin təkmilləşdirilmiş süni intellekti nümayiş olunmuşdur. Xəritədə açılan ilk atışdan sonra oyunçunun varlığına reaksiya verməyə başlayacaq müəyyən sayda düşmən təyin olunur. Daha uzaqda olan düşmən qrupları nə baş verdiyini görmək və döyüşə qoşulmaları üçün bölmələr göndərir, eyni zamanda birbaşa oyunçunun qarşısında dayanan düşmənlər də döyüşə qoşulacaq cəld bir şəkildə mövqe tutur.[19]

"Infinity Ward" studiyasının istehsalçı komandası İkinci Dünya müharibəsinin gerçək döyüş meydanlarında çox vaxt keçirmiş, gerçək döyüş meydanlarının öz təsəvvürlərində olanlardan çox fərqli olduğunu dərk etmişdir. Bu, onların oyunun Fransada cərəyan edən hissələri üçün bütün səviyyələri ləğv etmələrinə səbəb olmuşdur.[20]

Komandanın əlavə etdiyi detallardan biri də oyun boyu döyüş meydanında davam edən müharibədən sonrakı effektlərdir. Məsələn, küçələrdə toz və tüstü müşahidə olunur, görmə bulanıqlaşır, zibil və daşlar hər tərəfə səpələnir. Videooyunda 5.1 ətraf səs sistemi ilə səs-küyün yumşaldılması, eləcə də cəmi iyirmi min sətirlik dialoqa malik kontekstə həssas dialoq sistemi var. Oyunçu personaj ilə birlikdə döyüşən əsgərlərin hər biri düşmən əsgərlərinin mövqeyini ifşa edir, cinahdan gələn hücumlar barədə xəbərdarlıq verir və seriyanın birinci oyununda mümkün olmayan üsullarla oyunçuya kömək edir. Zampella demişdir ki, "biz həqiqətən də döyüşdə baş tutan real diskussiyanın təkcə əyləncəli olmasını yox, həm də oyun təcrübəsinə kömək etməsini istəyirdik. Beləliklə, indi siz eşidəcəksiniz ki, silah yoldaşlarınız sizə küçədə, oradakı paslı maşının arxasında iki əsgərin gizləndiyini və ya binanın ikinci mərtəbəsində bir nəfərin olduğunu söyləyirlər".[20]

Oyunçu personaj əl qumbarasının yaxınlığında olduqda ekranın mərkəzində kiçik, boz rəngli əl qumbarası işarəsi və onun istiqamətinə yönələn ox görünür. Bəzən düşmənlər ölmüş kimi görünə bilər, lakin onlar ikinci silahlarından istifadə edərək oyunçu personaja atəş açırlar. Bu, "son dayanış" adlanır və sonradan seriyanın növbəti epizodlarının çoxnəfərli rejimlərində oyunçular üçün əlçatan bir bacarıq olmuşdur.[21]

Videooyun ilk dəfə 2005-ci ildə keçirilən "Electronic Entertainment Expo" tədbirində təqdim edilmiş və qarşıdan gələn "Xbox 360" üçün buraxılış titulu kimi açıqlanmışdır.[22][23]

Videooyunun büdcəsi 14,5 milyon ABŞ dolları idi.[24] Onun istehsalı iki il çəkmiş və burada 75 nəfər iştirak etmişdir.[24] Videooyun yeni "Xbox 360" platformasında buraxılan birinci videooyun olsa da, onun istehsalında işçilər normal iş saat və həftəsindən artıq çalışmamışdır.[25]

Rəy aqreqatoru "Metacritic"ə görə, "Call of Duty 2" videooyunu "ümumiyyətlə müsbət" rəylər almışdır.[26][27] Videooyunun qrafikaları və səs sistemi təriflənmiş, bərpa olunan sağlamlıq sisteminə reaksiya əsasən müsbət xarakter daşımışdır. "GameSpot" və "GamePro"nun rəyçiləri bunu əvvəlki sağlamlıq bar sistemi ilə müqayisədə təkmilləşdirmə adlandırmışdır.[28][29]

Videooyunun "Xbox 360" versiyası üçün resenziya yazan "IGN" jurnalisti Duqlas Perri oyundakı təqdimatı "gözəl və yaxşı hazırlanmış" deyə təsvir etmiş, satışa çıxarıldığı zaman oyunun qrafikalarının "Xbox 360"-da mövcud ən yaxşılarından biri olduğunu söyləmişdir. O, oyunun səs effektlərini "inanılmaz" adlandırmış və oyunu "böyük miqdarda fəaliyyət" təsvir etmişdir.[30] "GameSpot" rəyçisi Bob Kolayko "Call of Duty 2"-nin "hamar, təfərrüatlı qrafikalar və əla səsə" malik olduğunu bildirərək rəyini yekunlaşdırmış, həmçinin kampaniyanın süni intellektini, realizmini və müxtəlifliyini yüksək qiymətləndirmişdir.[31] "GamePro" oyunu "nəfəs kəsən" deyə təsvir etmiş və oyunu "normal xəritələmə, müstəsna kölgələmə və işıqlandırma, şəffaf işıq effektləri və bəzi açıq-aşkar fenomenal hissəcik effektləri ilə vurğulanan heyrətamiz dərəcədə real silah və divar detalları"na görə tərifləmişdir.[32] "GameSpy" redaktoru Vill Tattl oyunu "indiyə qədər hazırlanmış ən yaxşı birinci şəxs atıcılardan biri" adlandırmış, əlavə etmişdir ki, "kəskin vizual görüntülər, diş qıcırtılı səs effektləri və düşmənin hiyləgər süni intellektinə görə siz hərəkətə keçdiyiniz andan son nəfəsinizə qədər ayaq üstə olacaqsınız".[33]

Videooyunun kompüter versiyası üçün resenziya yazan "IGN" redaktoru Tom MakNamara videooyunun təqdimat və qrafikasından heyran qaldığını qeyd etmiş, onları müvafiq olaraq "möhtəşəm" və "hamar" deyə təsvir etmişdir. O, həmçinin bildirmişdir ki, oyunun "360 üçün də istehsal edilməsinə baxmayaraq", bu, onun qrafikalarına təsir göstərməmişdir. MakNamara oyunun səs sistemini tərifləyərək onu "döyüş səs-küyü və əla səs ifaçılığı ilə özündə birləşdirən kədərli musiqi" deyə təsvir etmişdir.[34] "GameSpot"dan Bob Kolayko oyunun həm "Xbox 360", həm də kompüter versiyası üçün resenziya yazmışdır. O, burada da oyunun səs sistemini tərifləyərək oyunun təqdimatını "əla" adlandırmış və eyni zamanda süni intellektin aqressiyasını tərifləmişdir. Oyunun "Xbox 360" versiyası üçün yazdığı resenziyadan fərqli olaraq, Kolayko burada oyunun çoxnəfərli rejimini "əyləncəli" hesab etmişdir. Onun əsas tənqidi performansla bağlı olmuşdur. Kolayko yazmışdır ki, "performans bəzən ləngiyə bilər".[28] "GameSpy"dan Sal Akkardo qeyd etmişdir ki, oyun özünü "orijinal "Call of Duty"nin yenidən buraxılışı kimi hiss etdirmək və ya yarı yolda buxarını itirmək əvəzinə, başdan sona qədər bomba olmağı bacarır".[35] "GamesRadar" jurnalisti Coşua Latendress oyunun birnəfərli kampaniyanı "sarsıdıcı" adlandırmış və çoxnəfərli rejimin bundan daha da yaxşı olduğunu bildirmişdir.[36]

Bu təriflərə baxmayaraq, "IGN"dən MakNamara sağlamlığın bərpa edilməsi funksiyasının tətbiqinin "bir az narahatlıq törədən" olduğunu düşündüyünü qeyd etmiş, bunun oyunçulara "yalnız mifik bir super əsgərin dözə biləcəyi döyüş bacarığını təcrübə etməsi"nə imkan verdiyi, beləliklə, oyunu "sərt əsllikdən bir Con Vu fantaziyasına doğru apar"dığını vurğulamışdır.[34] "GameSpot" rəyçisi Kolayko oyunun "Xbox 360" versiyasının qiymətini tənqid edərək onun "kompüterdəki qarşılığından daha yüksək qiymət etiketi" daşıdığını bildirmişdir. O həmçinin, oyunun çoxnəfərli rejiminin yalnız səkkiz oyunçunu dəstəkləyə bilməsindən şikayətlənmişdir.[31] Kolaykonun oyunun kompüter versiyası üçün əsas tənqidi performansla bağlı idi və o, bu haqda yazmışdır ki, "performans bəzən aşağı düşə bilər".[28] Oyunun kompüter versiyasının çoxnəfərli rejimi "Call of Duty: United Offensive" videooyunundakından geriyə doğru bir addım kimi hesab edilərək tənqid olunmuşdur.[37][38]

"Call of Duty 2" videooyunu "Xbox 360"-da satışa çıxarılan ən populyar buraxılış titulu idi. Satışa çıxarıldığı ilk həftədə videooyunun 200 min kopya satılmışdır.[39] "Xbox 360" konsolunu satın alanların 77%-i oyunu da satın almışdır ki, bu da onun yüksək satış statistikasına töhfə vermişdir.[40] 2006-cı ilin iyul ayına olan məlumata görə, videooyunun "Xbox 360"-da 1,4 milyon kopyası satılmışdır.[41] 2008-ci ilin yanvar ayına olan məlumata görə, videooyunun 2 milyon kopyası satılmışdır.[42] 2013-cü ilin noyabr ayına olan məlumata görə, videooyunun 5,9 milyon kopyası satılmışdır.[43]

"Computer Games Magazine" jurnalının redaktorları "Call of Duty 2" videooyununu 2005-ci ilin ən yaxşı yeddinci videooyunu seçmiş və onu "elementar İkinci Dünya müharibəsi atıcısı" adlandırmışdır.[44]

Reklam qalmaqalı

[redaktə | mənbəni redaktə et]

"Call of Duty 2" üçün nəzərdə tutulmuş bir televiziya reklamı 2006-cı ildə mübahisələrə səbəb olmuşdur. Mərkəzi Los-Ancelesdə yerləşən "Rhythm və Hues Studios" animasiya studiyası tərəfindən istehsal olunan tanıtım videosunda oyunun özündən səhnələr yox, oyun zamanı baş verəcək hadisələrin birinci şəxs baxış bucağından görüntüsünün təsviri əks edilirdi. Bəzi istehlakçılar bu reklamın aldadıcı olduğuna inanmış və 2006-cı ilin fevralında Birləşmiş Krallığın Reklam Standartları Təşkilatı (RST) üç istehlakçının aldadıcı reklamla bağlı şikayətindən sonra şəbəkələrdən reklamı silməyi tələb etmişdir. RST sözçüsü Donna Mitçelin sözlərinə görə, "izləyicilər reklamın aldadıcı olduğuna inanırlar, çünki qrafikanın keyfiyyəti oyunun keyfiyyətindən üstün idi".[45] "Activision" səhnələrin oyun təəssüratı yaratmaq üçün nəzərdə tutulması haqqında fikirləri təkzib etmiş, şirkət rəsmiləri RST-nin tətbiq etdiyi qadağadan qısa müddət sonra mətbuata açıqlama verərək bildirmişdir ki, "material sırf oyunun mahiyyətini çatdırmaq üçün nəzərdə tutulmuşdur və gerçək geympleyi təmsil etmir".[46]

Digər versiyalar

[redaktə | mənbəni redaktə et]

Videooyunun kolleksiyaçı buraxılışı 25 oktyabr 2005-ci ildə "Microsoft Windows" və "Xbox 360" üçün "Xüsusi nəşr" adı altında satışa çıxarılmışdır. Buraya videooyunun özü və müsahibələr, videooyunun yaradılması haqqında film və iki missiyanın bələdçisi daxil olan bonus disk daxildir.[47] 17 may 2006-cı ildə "Activision" şirkəti "Xbox 360" üçün "İlin oyunu" buraxılışını elan etmişdir. Buraya "Xüsusi nəşr"dən olan məzmun, eləcə də "Atışma xəritə paketi"ni yükləmək üçün jeton daxildir.[48] 2006-cı ilin yanvarında "MFORMA" studiyası "Call of Duty 2"-ni mobil telefonlar üçün buraxmışdır.[49] Mobil versiya ikiölçülü yuxarıdan aşağıya baxış bucağında atıcıdır. "IGN" videooyun haqqında müsbət fikirlər bildirmiş, onun uzunluğunu və hekayəsini tərifləmişdir.[50]

  1. 1 2 "Microsoft Announces Xbox 360 Day One Launch Lineup — Strongest Launch in the History of Video Game Consoles". Microsoft. November 14, 2005. May 4, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 14, 2005.
  2. "Steve Fukuda". Metacritic. October 14, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 23, 2018.
  3. 1 2 3 4 5 Steam. 2003.
  4. "Farewell to the $60 Video Game". October 23, 2020. March 3, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 3, 2022.
  5. Sitat səhvi: Yanlış <ref> teqi; pcign adlı istinad üçün mətn göstərilməyib
  6. "IGN: Call of Duty 2 Introduction". IGN. June 25, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 19, 2007.
  7. 1 2 "GameSpot Call of Duty 3 Q&A". GameSpot AU. August 3, 2011. September 29, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 19, 2007.
  8. Rorie, Matthew. "Call of Duty 2 Game Guide - Page 20 - Game Guides at GameSpot". GameSpot AU. July 11, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 19, 2007.
  9. Melanson, Stevie. "Call of Duty 2 (Xbox 360)". Xbox Exclusive. December 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 28, 2011.
  10. "IGN: Call of Duty 3 PC Review". IGN. səh. 2. November 23, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 19, 2007.
  11. "Planet Call of Duty - Multiplayer". Planet Call of Duty. February 13, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 11, 2007.
  12. "IGN: Call of Duty 2 PC Review". IGN. səh. 3. November 22, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 19, 2007.
  13. "Call of Duty 2 Multiplayer Information". Xbox 360 Multiplayer Games. March 27, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 28, 2011.
  14. "Call of Duty 3 Bonus, Skirmish and Invasion Packs for Xbox 360 Review". Win Super Site. October 6, 2010. March 29, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 28, 2011.
  15. "Call of Duty 2 British Campaign Walkthrough". GameSpot. September 29, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 19, 2007.
  16. 1 2 McNamara, Tom. "Call of Duty 2 Announced". IGN. April 7, 2005. İstifadə tarixi: August 3, 2011.
  17. Berardini, César. "Infinity Ward in Development on Call of Duty 2". Team Xbox. April 20, 2005. January 11, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 16, 2011.
  18. "Call of Duty 2". IGN. April 7, 2005. March 14, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 3, 2011.
  19. Adams, Dan. "Call of Duty 2 - PC Preview at IGN". IGN. April 20, 2005. səh. 1. July 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 26, 2011.
  20. 1 2 Adams, Dan. "Call of Duty 2 - PC Preview at IGN". IGN. April 20, 2005. səh. 2. July 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 26, 2011.
  21. Butts, Steve. "Call of Duty 3 - PC Preview at IGN". IGN. September 27, 2005. July 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 26, 2011.
  22. Ocampo, Jason. "Call of Duty 2 E3 2005 Impressions - PC Previews at GameSpot". GameSpot. May 18, 2005. July 1, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 26, 2011.
  23. "Q&A: The Xbox 360". BBC. November 22, 2006. March 4, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 4, 2022.
  24. 1 2 Davidson, Neil. "Game's success sparks company's growth". North Bay Nugget. November 9, 2005. səh. 25. January 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 19, 2022Newspapers.com vasitəsilə.
  25. "Postcard From The Montreal Game Summit: Call Of Duty 2 Postmortem". Gamasutra. 24 November 2005. 2005-11-24 tarixində orijinalından arxivləşdirilib.
  26. Sitat səhvi: Yanlış <ref> teqi; MCPC adlı istinad üçün mətn göstərilməyib
  27. Sitat səhvi: Yanlış <ref> teqi; MCX360 adlı istinad üçün mətn göstərilməyib
  28. 1 2 3 Colayco, Bob. "Call of Duty 2 for PC". GameSpot. October 26, 2005. October 12, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 15, 2007.
  29. Mr. Marbles. "Review: Call of Duty 2 for PC on GamePro.com". GamePro. October 26, 2005. January 13, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 16, 2007.
  30. Perry, Douglass C. "Call of Duty 2 review for Xbox 360". IGN. January 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 15, 2007.
  31. 1 2 Colayco, Bob. "Call of Duty 2 for Xbox 360". GameSpot. November 16, 2005. February 18, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 15, 2007.
  32. Sitat səhvi: Yanlış <ref> teqi; gpro360 adlı istinad üçün mətn göstərilməyib
  33. Sitat səhvi: Yanlış <ref> teqi; gspy360 adlı istinad üçün mətn göstərilməyib
  34. 1 2 McNamara, Tom. "Call of Duty 2 review for PC". IGN. November 22, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 15, 2007.
  35. Sitat səhvi: Yanlış <ref> teqi; gspypc adlı istinad üçün mətn göstərilməyib
  36. Latendresse, Joshua. "Call of Duty 2, Call of Duty 2 PC Reviews". GamesRadar. February 25, 2006. May 21, 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 24, 2011.
  37. "Call of Duty 2 Review - PC Game Reviews - Best Buy Games". Best Buy Games. January 2, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 16, 2007.
  38. "Call of Duty 2". FileFactory Games. November 21, 2005. January 19, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 16, 2007.
  39. "Duty 2 Tops Xbox 360 Launch Sales". Next-gen. December 14, 2005. December 31, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 15, 2007.
  40. Perry, Douglass C. "The Live Chronicles, Ch. 4". IGN. February 28, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 15, 2007.
  41. Snider, Mike. "WWII shows no battle fatigue". USA Today. September 7, 2006. June 22, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 21, 2009.
  42. "Call of Duty 2 Hits 2 Million In Sales". PlayTM. January 25, 2008. March 12, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 24, 2011.
  43. "Call of Duty: A Short History". IGN. Ziff Davis. November 2013. March 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 23, 2014.
  44. Staff. "The Best (and Worst) of 2005; The 15th Annual Computer Games Awards". Computer Games Magazine (184). March 2006: 42–47.
  45. Parfitt, Ben. "TV ad 'lies' face ban". MCV. April 21, 2006. November 2, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 15, 2007.
  46. Patterson, Shane. "The 12 most useless game trailers". GamesRadar. November 18, 2008. səh. 2. January 11, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 28, 2011.
  47. "Call of Duty 2 (Collector's Edition)". IGN. December 13, 2005 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 23, 2009.
  48. Hatfield, Daemon. "New Edition for Call of Duty 2". IGN. May 17, 2006. June 1, 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 3, 2011.
  49. "Mforma Releases Call of Duty 2 Mobile Game - Mobile News at GameSpot". GameSpot. January 5, 2006. January 24, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 16, 2007.
  50. Buchanan, Levi. "IGN mobile review". IGN. February 14, 2006. August 25, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 19, 2007.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]