dərhal
dərin
OBASTAN VİKİ
Dəri
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.
Dəri ağacı
Dəri ağacı (lat. Mimosa tenuiflora) — paxlakimilər fəsiləsinin mimoza cinsinə aid bitki növü. Braziliyanın şimali-şərq hissəsində, şimalda, Meksikanın cənub hissəsində 1000 m hündürlükdə, quru düzənliklərdə, seyrək meşələrdə bitir. Gövdəsinin üzərində az iynələri olan dekorativ, kiçik ağacdır. İynələri bünövrəsində enli, uzunluğu 3 mm-dir. Yarpaqları nazik bölünmüş, lələkvari, uzunluğu 3-5 sm-dir. Çiçəkləri ağ rəngli, silindrik, möhkəm olmayan sünbülvari çiçək qruplarında yerləşmiş, ətirlidir. Meyvələrin uzunluğu 2,5-3,0 sm, 4-6 hissəyə bölünmüşdür. Təbiətdə meyvə və toxumları ana bitkidən 5-8 m radiusda küləklə ətrafa yayılır. Sulfat turşusundan istifadə yolu ilə toxumların straitifikasiyası və ya onların qabığının mexaniki zədələnməsi cücərməni çox artırır.
Dəri dili
Dəri dili (dəri دری) — Əfqanıstanda yaşayan taciklərin, həzaraların, aymaqların və digər etnik qrupların dili. İran dillərindən biridir. Əfqanıstan Konstitusiyasında müəyyən edilibdir ki Əfqanıstanın iki rəsmi dillərindən biridir, digəri isə Puştu dilidir.
Dəri leyşmaniyası
L.tropica 2–8 mkm ölçüdə hüceyrədaxili parazitdir. Bədən xaricdən pellikula pərdəsi ilə örtülmüşdür, sitoplazması zəif rənglənir, nüvəsi zəif-qırmızı rəngə boyanır. İnsanda qamçısız formada olub, kiçik nüvəyə və kinetoplasta malikdir. Parazitin keçiricisi olan mığmığada isə onun bədəni uzunsov olur və qamçıya malikdir. Tripanosomlardan fərqli olaraq bunlarda titrəyici membran olmur. Dəri leyşmaniozu təbii ocaqlı xəstəlik olub, tropik və nisbətən isti ölkələrdə yayılmişdır. Bu parazitin inkişaf dövriyyəsi aşağıdakı kimidir. Səhra və yarımsəhrada yaşa-yan qum siçanı, sünbülqıran və digər gəmiricilər leyşmanioz xəstəliyinə tutulur. Phlebotomus pappatasii mığmığası bu gəmiricilərin qanını sorduqda parazitin qamçısız amastiqot (leyşmanial) forması mığmığanın həzm sistemində intensiv çoxalmağa başlayır. Parazit çoxalıb qamçısız oval vəziyətindən uzunsov, qamçılı forma alır.
Dəri xərçəngi
Dəri xərçəngi (ing. Skin cancer) — dəri xəstəliklərindən biri. Dəri hüceyrələrinin anormal böyüməsi olan dəri xərçəngi ən çox günəşə məruz qalan dəridə meydana gəlir. Ancaq, xərçəngin bu həddən artıq çox görülən növü normal şəraitdə günəş şüasına məruz qalmayan dəri nahiyələrində də meydana gələ bilməkdədir. Dəri xərçənginin bazal hüceyrəli karsinoma, skuamoz hüceyrəli karsinoma və melanoma olmaq üzrə üç əsas növü mövcuddur. Ultrabənövşəyi şüalara (UV-infra qırmızı) məruz qalmağı məhdudlaşdıraraq və ya məruz qalmaqdan imtina edərək dəri xərçəngi riskini azalda bilərsiniz. Dərinizin şübhəli dəyişikliklər cəhətindən araşdırılması xərçəngin ilkin mərhələlərdə müəyyən edilməsinə kömək edə bilər. Xərçəngin ilkin mərhələdə aşkar edilməsi sizə ən yüksək uğurlu müalicə imkanını verir. Dəri xərçəngi əvvəlcə saçlı dəri, üz, dodaqlar, qulaqlar, boyun, sinə, qollar və əllər və qadınlarda ayaqlar daxil olmaqla dərinin günəşə məruz qalan sahələrində ortaya çıxır. Ancaq ovuc, əl və ayaq dırnaqlarının altı və genital nahiyə kimi günəş şüasını nadir hallarda görən nahiyələrdə də meydana gələ bilər.
Dəri corab (epopeya)
Kuperin bədii yaradıcılığında əsas yeri "Dəri corab" haqqında romanlar silsiləsi təşkil edir. Kuper, sanki ona görə dünyaya gəlmişdi ki, hindu mövzusunu böyük ədəbiyyata gətirsin. O, hinduların həyat və məişətini, inam və etiqadlarını diqqətlə öyrənmişdir. Onların folkloru Kuper üçün mənəvi qida mənbəyi olmuşdur. Hinduların şifahi xalq ədəbiyyatının təsiri məhz "Dəri corab" haqqında romanlar silsiləsində daha qabarıq nəzərə çarpır. Kuper Natti Bampoya həsr olunan epopeya üzərində qısa fasilələrlə on səkkiz il çalışmışdır. Silsiləsinə 1823-cü ildə "Pionerlər" romanı ilə başlamış və 1841-ci ildə "Vəhşi heyvan ovçusu" əsəri ilə tamamlamışdır. Maraqlıdır ki, Kuper həmin silsilədən olan əsərləri xronoloji ardıcıllıqla deyil, özünəməxsus bir prinsip əsasında yazmışdır. Belə ki, 1827-ci ildə qələmə aldığı "Preriya" (Geniş çöl) romanında Natti Bamponun ölümünü təsvir etmişdir. Lakin Kuper bu obrazdan ayrıla bilməmişdir.
Dəri duyğusu üzvləri
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.
Dəri Corab (romanlar silsiləsi)
Kuperin bədii yaradıcılığında əsas yeri "Dəri corab" haqqında romanlar silsiləsi təşkil edir. Kuper, sanki ona görə dünyaya gəlmişdi ki, hindu mövzusunu böyük ədəbiyyata gətirsin. O, hinduların həyat və məişətini, inam və etiqadlarını diqqətlə öyrənmişdir. Onların folkloru Kuper üçün mənəvi qida mənbəyi olmuşdur. Hinduların şifahi xalq ədəbiyyatının təsiri məhz "Dəri corab" haqqında romanlar silsiləsində daha qabarıq nəzərə çarpır. Kuper Natti Bampoya həsr olunan epopeya üzərində qısa fasilələrlə on səkkiz il çalışmışdır. Silsiləsinə 1823-cü ildə "Pionerlər" romanı ilə başlamış və 1841-ci ildə "Vəhşi heyvan ovçusu" əsəri ilə tamamlamışdır. Maraqlıdır ki, Kuper həmin silsilədən olan əsərləri xronoloji ardıcıllıqla deyil, özünəməxsus bir prinsip əsasında yazmışdır. Belə ki, 1827-ci ildə qələmə aldığı "Preriya" (Geniş çöl) romanında Natti Bamponun ölümünü təsvir etmişdir. Lakin Kuper bu obrazdan ayrıla bilməmişdir.
Dəri və əzələ hissiyatı
Dəri və əzələ hissiyyatı — insan orqanizmində qıcıqlar. Dəridə və eləcə də, selikli qişalarda - ağız boşluğunun, dilin, udlağın, üzərini örtən selikli qişalarda çoxlu miqdarda dəri reseptorları yerləşir. Bu reseptorlar vasitəsilə çox müxtəlif qıcıqlar: istilik, soyuq, ağırlıq, mexaniki təzyiq və s. qəbul edilir. Bu reseptorlar sayəsində əşyalara əl vurmaqla onların səthinin xarakteri, onun ümumi forması, hətta hansı materialdan ibarət olduğu müəyyən edilir. Həmin reseptorlarda əmələ gələn oyanmalar mərkəzəqaçan neyronların uzun çıxıntıları ilə beyin yarımkürələri qabığının mərkəzi şırımının arxasında yerləşən dəri hisiyyatı nahiyəsinə ötürülür və burada qıcıqlar analiz olunur. Kor adamlarda dəri hissiyyatı daha yaxşı inkişaf edərək xarici aləmin müxtəlif əşyalarını hiss etdikdə onlara çox kömək edir. Müxtəlif əmək proseslərinin həyata keçirilməsində insana daha çox kömək edən əl barmaqlarının uclarında daha yaxşı inkişaf etmiş dəri hissiyyatıdır. Dəri reseptorları insanı xarici zədələrdən qorumaqda da ona kömək edir. Əzələ hissiyatı reseptorları əzələlərin özündə və ya onların səthində yerləşir.
Dəri və əzələ hissiyyatı

Sirli dəri
Sirli dəri (ing. Mysterious Skin) — Qreq Arakinin 2004-cü ildə ekranlara çıxan dram filmi. Uşaq yaşlarında eyni şəxs tərəfindən cinsi istismara məruz qalmış gənclərin yolları nəhayət kəsişir — biri fahişəlik edir, digərinin isə yadplanetlilərlə bağlı narahtlıqları var. Cozef Qordon-Levitt Brady Corbet Michelle Trachtenberg Jeff Licon Mary Lynn Rajskub Elizabet Şu Bill Sage antidotefilms.com/films/mysterious-skin/ — Sirli dərinin rəsmi saytı Sirli dəri — Internet Movie Database saytında.
Lırt dəri sindromu
Lırt dəri sindromu (ing. cutis laxa) – anadangəlmə və qazanılmış olub, fibulin-5 geninin mutasiyası nəticəsində dəri həddən artıq lırt və dartılmış olur, Elers-Danlosdan fərqli olaraq dəri geri qayıtmır (dartılmış dəri).
İçində yaşadığım dəri
İçində yaşadığım dəri (isp. La piel que habito) — ispan rejissoru Pedro Almodovarın filmi. Film "Tarantul" adlı azad bulvar hekayəsinin motivləri əsasında çəkilib. Dünya şöhrətli cərrah Robert Ledqard (Antonio Banderas) insan dərisinin süni yaradılması sirrini aşkar edir. O öz həmkarlarını əmin edir ki, təcrübələrini siçanlar üzərində aparır, lakin gizli şəkildə öz bağ evində Vera (Anaya) adlı qızı saxlayır. Bu qız onun eksperimentlərinin əsas obyektidir. Həkim olmadıqda ona Mariliya adlı yaşlı xadimə baxır. Həkimin evdə olmadığı bir gün pələng karnaval kostyumunda Mariliyanın oğlu Seka gəlir. O anasına yalvarır ki, onu evdə gizlətsin. Axşam Mariliya Veraya bütün sirləri açır — Robert və Seka anası bir atası ayrı olan qardaşlardır.
Budun bayır dəri siniri
İçində yaşadığım dəri (film, 2011)

Dərili (Xudafərin)
Dərili (fars. دریلو‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 429 nəfər yaşayır (84 ailə).
Dərili tısbağa
Dərili tısbağa (lat. Dermochelys coriacea) — dərili tısbağalar sinfinin (Dermochelyidae) yeganə çağdaş növü. Bunlar çağdaş dünyanın ən böyük tısbağalarıdır. Bədəninin ümumi uzunluğu 2,6 m, qabaq üzlükləri arasındakı məsafə 2,5 m, çəkisi 916 kq-dır. Digər mənbələrə görə bu tısbağaların gövdə uzunluğu 2,5 metrə, ön üzgəclərin uzunluğu 5 m-ə, çəkisi isə 600 kq-a çatır. Trias dövründən bəri bu heyvanların təkamülü ayrı bir yol keçdiyindən digər tısbağalardan əhəmiyyətli dərəcədə fərqlənir. Onların sümüyü skeletlə əlaqəli deyil və ən böyüyü uzununa silsilələr əmələ gətirən bir-birinə bağlı kiçik sümük lövhələrdən ibarətdir. Buynuzvari silsilələr yoxdur, çanağ sıx bir dəri ilə örtülmüşdür. Ehtimal ki sorulmuş buynuzvari qabıqdan əmələ gəlmişdir. Bədənin orta sıxlığı dəniz suyunun sıxlığı ilə təxminən eynidir.
Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu
Neft və Qaz İnstitutu — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisə. 1951-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Elmlər Akademiyasının Neft Ekspedisiyası təsis edildi. 1960-cı ildə Neft Ekspedisiyasının bazasında Neft və Qaz Yataqlarının İşlənməsi İnstitutu yaradıldı. 1965-ci ildə Neft və Qaz Yataqlarının İşlənməsi İnstitutu Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu adlandırıldı. 2003-cü ildə Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun fəaliyyəti dayandırıldı və Geologiya İnstitutu ilə birləşdirildi. 2015-ci il 17 noyabr tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun bazasında Neft və Qaz İnstitutu yaradıldı. Böyük dərinliklərin karbohidrogen sistemlərinin tədqiqi; Qeyri-ənənəvi karbohidrogenlərin (şist karbohidrogenlərin, qaz hidratların, yanar şistlərin) nəzəri və eksperimental tədqiqi; Neft və qaz yataqlarının işlənməsi sahəsində fundamental tədqiqatların aparılması; “Intellektual yataq” konsepsiyasının nəzəri əsasları; Neft-qaz sahəsinin iqtisadiyyatı və proqnozlaşdırılması; Sənayenin inkişafı ilə bağlı geoekoloji problemlər və onların iqlim dəyişməsinə təsiri. AMEA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu neft və qaz yataqlarının işlənməsinin nəzəriyyəsi və təcrübəsinə mühüm töhfə vermişdir. İnstitutda bir sıra yeni elmi istiqamətlərin əsasları qoyulmuş və inkişaf etdirilmişdir: Mürəkkəb karbohidrogen tərkibə malik (qazkondensat, kondensatneft) yataqların işlənməsinin elmi əsasları; Neft geologiyasında riyazi modelləşdirmə üsulları; Karbohidrogen yataqlarının geoloji modelləşdirilməsi və təbii neft və qaz rezervuarlarının xüsusiyyətlərinin proqnozlaşdırılması; Neft-qaz ehtiyatlarının mənimsənilmə prosesinin optimallaşdırılması məqsədi ilə iqtisadi-riyazi modellərin işlənməsi; Litosferin inkişafının qeyri-klassik nəzəri geomexaniki modelinin yaradılması; Çoxkomponentli qeyri-klassik üçölçülü seysmik kəşfiyyatın nəzəri əsasları və s. Akademik Fəxrəddin Qədirov Əbülfət oğlu Professor Vaqif Kərimov Yunus oğlu Professor Vaqif Qurbanov Şıxı oğlu Ehtibar Əliyev İbrahim oğlu Şəlalə Hüseynova Məhərrəm qızı Neft-qaz geofizikası şöbəsi* Struktur bölmənin rəhbəri - g.-m.e.d.
Dərin Paket Təftişi
Dərin Paket Təftişi (paketin tam təftişi və informasiyanın çıxarılması da adlanır) – şəbəkə paketlərinin süzülməsinin bir formasıdır; təftiş nöqtəsinə keçdikdə paketin məlumat hissəsini (və ehtimal ki, onun başlığını) paketin keçib-keçməyəcəyinə və yaxud başqa məntəqəyə yönləndirilməli olduğuna qərar vermək, yaxud statistik məlumatlar toplamaq üçün protokollara uyğunsuzluq, viruslar, spam, müdaxilələr və yaxud müəyyən olunmuş kriteriyalar yoxlanır. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Dərin Paket Təftişi (paketin tam təftişi və informasiyanın çıxarılması)
Dərin Paket Təftişi (paketin tam təftişi və informasiyanın çıxarılması da adlanır) – şəbəkə paketlərinin süzülməsinin bir formasıdır; təftiş nöqtəsinə keçdikdə paketin məlumat hissəsini (və ehtimal ki, onun başlığını) paketin keçib-keçməyəcəyinə və yaxud başqa məntəqəyə yönləndirilməli olduğuna qərar vermək, yaxud statistik məlumatlar toplamaq üçün protokollara uyğunsuzluq, viruslar, spam, müdaxilələr və yaxud müəyyən olunmuş kriteriyalar yoxlanır. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Dərin Web
Deep web — məzmunu standart veb axtarış mühərrikləri tərəfindən indeksləşdirilməyən Ümumdünya hörümçək toru hissəsidir. Termini elmə ilk dəfə kompüterşünas alim Maykl K. Berqman 2001-ci ildə, axtarış-indeksləmə termini kimi gətirmişdir. Brauzerlərin İnternetin ilk tarixlərindən indeksləşdirə bilmədiyi məlumatları ehtiva edən minlərlə əlaqədən ibarət olan bir sistemdir. Normal axtarış sistemləri ilə tapılmayan bütün saytlar Dark vebə daxil edilmişdir. Veb saytlar müxtəlif səbəblərdən görünməməsini istəyə bilər. Misal üçün; Kitabxana arxivləri, dövlət və özəl şirkət məlumatları kimi hər kəs tərəfindən tez-tez görünməsi istənilməyən və ya indeksləşdirilməsi çətin olan məzmunu ehtiva etdikləri üçün Brauzerlərdə göstərilmək istəmirlər. Bunlardan başqa flash saytlar, ajax olan saytlar (jQuery ilə işləyən), şifrə ilə daxil edilmiş saytlar, ftp saytları da Brauzerlər tərəfindən oxunması çətin olduğundan Deep veb-ə daxil edilir. Forumlardakı və saytlardakı sistem və admin qovluqları da təhlükəsizlik zəifliklərindən qaçınmaq üçün axtarış nəticələrində avtomatik olaraq göstərilmir. Fərqli axtarış sistemlərindən istifadə edərək dərin şəbəkəyə çatmaq mümkündür və istifadəçi təhlükəsizliyi üçün bu keçidlər normal brauzerlərdə açılmır. Kaliforniya Universitetinin bir araşdırmasına görə, 2001-ci ildə 7,5 petabayt məlumatın Dark webdə olduğu təxmin edilirdi.
Dərin boğaz (film, 1972)
Dərin boğaz (ing. Deep Throat) — 1972-ci ilin yayında yayımlanan Amerika porno filmidir. Linda Lovelace (Linda Susan Boreman) adlı aktrisanın baş rol aldığı filmin ssenari müəllifi və rejissoru Cerard Damianodur. Ekranlara çıxdığı andan etibarən bir hadisə yaratmış, bir çox kinoteatrlarda nümayiş olunmuş və böyük müvəffəqiyyətlər qazanmışdır. Bütün dövrlərin ən təsirli və sensasiyalı porno filmi hesab olunur. Böyük Britaniyada film nümayiş olunduqdan sonra qadağan edilmiş, 10 il sonra isə bu qadağa məhkəmələr tərəfindən təsdiqlənərək qüvvədə saxlanılmışdır. Filmin kəsilməmiş DVD-si nəhayət, 2000-ci ildə R18 reytinqi əldə etməyi bacarır və bu lisenziya ilə Böyük Britaniyada seks mağazalarında satılmağa imkan qazanır. Cinsi problemləri olan qadın (Linda Lavleys, Linda personajını canlandırır) dostu Helendən (Dolly Sharp) kömək istəyir, o da öz növbəsində, Lindaya həkimə müraciət etməyi məsləhət görür. Həkim (Harri Reems) Lindanın klitorunun boğazında olduğunu görür. Daha sonra Linda evlənəcəyi kişini tapana qədər xüsusi oral seks (filmin adı da buradan götürülmüşdür) texnikasını tətbiq edir.
Dərin dövlət
Dövlət içində dövlət — ölkədə hərbi qüvvələr, kəşfiyyat mərkəzləri və polis kimi daxili qüvvələrin ("Dərin dövlət") sivil hakimiyyətə tabe olmadığı siyasi vəziyyətdir. Digər siyasi terminlər kimi bu termin də yunan dilindən törəyib. (κράτος εν κράτει, kratos en kratei, latın dilinə imperioda imperium və ya statuda status kimi keçib). Fransa'da yeni tartışma 'derin devlet': Kavramın çıkış yeri Türkiye mi?
Dərin mavi dəniz (film, 1999)
82 milyon dollarlıq büdcəsi ilə Dərin mavi dəniz filmi, 1993 -cü ildə çəkilmiş Climber (Alpinist) filmindən sonra kommersiya baxımından uğurlu bir film çəkməmiş olan Renni Harlin üçün bir sınaq işi olmuşdur. Film əsasən Meksikanın Rosarito şəhərindəki Fox Baja Studiyalarında çəkilmişdir; Burada çəkiliş qrupu James Cameronun 1997 -ci ildə çəkdiyi “Titanik” filmi üçün tikilmiş böyük su çənlərinin üstündə setlər yaratmışdır. Filmin bəzi səhnələrində əsl köpək balıqlarından istifadə olunsa da, əksər köpək balığı səhnələri ya animatronik, ya da kompüter qrafikası ilə yaradılmışdır. Filmin musiqisini Trevor Rabin bəstələyib; LL Cool J “Deepest Bluest (Shark's Fin)” və “Say What” adlı iki mahnı ilə filmə öz töhfəsini vermişdir. Film sənayesinin yay mövsümündə kinoteatrlarda nümayiş etdirilən Dərin mavi dəniz filmi, ABŞ və Kanadada 73 milyon ABŞ dolları və dünya miqyasında 164 milyon ABŞ dolları gəliri ilə orta miqyasda ticarət uğuru əldə etmişdir. Süzen Makalister “Akvatika” adlı sualtı elmi laboratoriyaya başçılıq edir. Orada mako-köpəkbalığının beynindən hasil edilən maddə əsasında Altsheymer xəstəliyinə qarşı preparat hazırlanır. Həkim Makalister təbiət qaydalarını pozaraq, cövhərin həcmini artırmaq üçün gen mühəndisliyinə əl atır. Eksperiment nəticəsində köpəkbalıqları əsl ağıllı və hiyləgər qatillərə çevrilirlər. Dəniz yırtıcılarından birinin azadlığa çıxması ilə qanlı faciə baş verir.
Dərincə Bələdiyəspor
Dərincəspor
Dərindərə (Miyanə)
Dərindərə (fars. دريندرق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 701 nəfər yaşayır (136 ailə).
Dərinin xoşxassəli törəmələri
Dərinin xoşxassəli törəmələri — qocalıq ziyilləri, qocalıq keratoması, fibroma, lipoma, dəri buynuzu və s nəzərdə tutulur. Bunarın hər birininn özünəməxsus göstəriciləri və müalicə üsulları vardır. Qocalıq ziyilləri (lat. Verruca senilis)Başlıca olaraq qocaların gövdə nahiyəsində, üzündə və ətraflarda təsadüf edilir. Bir neçə mm- dən bir neçə sm-ə kimi olur. Ziyillər dairəvi və ya oval, sərhədləri kəskin konsistensiyası bərk olur, səthi isə parıldayır.Rəngi tünd qəhvəyi və ya qara olur. Müalicəsi diatermokoaqulyasiya üsulu ilə aparılır Qocalıq keratoması (lat. Keratosus senilis )-Bu orqanizmin acıq sahələrində müşahidə olunur. Xəstəlik müxtəlif formalarda yastı və quru , qəhvəyi rəngli kəpəklərlə örtülü düyüncüklərlə təzahür edir. Günəş şüalarının təsirindən epiteliomaya çevrilir.Müalicəsi diatermokoaqulyasiya üsulu ilə aparılır.
Dərinkabud (Germi)
Dərinkabud (fars. درين كبود‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 137 nəfər yaşayır (24 ailə).
Dərinlik-buruq süxurlar
Dərinlik-buruq süxurları (DBS) - neft mədəni yerlərində kəşfiyyat quyuları qazılarkən və istismarı dayandırılmış neft quyuluranın təkrar istismarı üçün aparılan yeraltı təmir işləri zamanı yerin səthinə lay suları ilə axıdılıb çala və çökəkliklərdə toplanan şlam çöküntüləridir. Həmin çöküntülər ikinci cahan müharibəsi dövründə Abşeron yarımadasında süni yaradılmış çalalarda xam neftin toplanması və çökdürülməsi zamanı da əmələ gəlmişdir. Ona görə də dərinlik-buruq süxurları genezislərinə görə iki tipə ayrılırlar: Neft buruqlarının qazılması və təmiri zamanı lay suları ilə yaranan DBS; Xam neftin çıxarılıb anbarlaşdırılması və çökdürülməsi zamanı yaranan DBS. Hər iki tipə məxsus DBS neft məhsulları ilə bu və ya digər dərəcədə hopmuşlar.

Digər lüğətlərdə