ELMİXAN
ELMİR
OBASTAN VİKİ
Elmin Bayramov
Elmin Elməddin oğlu Bayramov (24 iyun 2002; Əsgərabad, Biləsuvar rayonu — 6 oktyabr 2020; Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi == Həyatı == Elmin Bayramov 24 iyun 2002-ci ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuşdur. 2008-2019-cü illərdə Əsgərabad kənd tam orta məktəbində oxumuşdur. Subay idi. == Hərbi xidməti == 2020-ci ilin iyul ayından Ağcabədi rayonunda yerləşən N-saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamışdır. Elmin Bayramov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Elmin Bayramov 6 oktyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Əsgərabad kənd məzarlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmin Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmin Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmin Bayramov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elmin Mirzəyev
Elmin Əvəz oğlu Mirzəyev (20 fevral 1995; Əmiranlar, Xocavənd rayonu, Azərbaycan — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmin Mirzəyev 20 fevral 1995-ci il Xocavənd rayonunun Əmiranlar kəndində anadan olmuşdur. Orta təhsilini Xocavənd rayon Salakətin kənd tam orta məktəbdə başa vurmuşdur. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Elmin Mirzəyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun çavuşu olan Elmin Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elmin Mirzəyev 2 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.
Elmin Nəcəfov
Elmin Saleh oğlu Nəcəfov (30 yanvar 1999, Həsənabad, Neftçala rayonu – 9 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmin Nəcəfov 30 yanvar 1999-cu il tarixində Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuşdur. Atası Saleh dülgər, anası isə Səidə idi. Ailədə 3 qardaş olan Elmin onlardan ən kiçiyi idi. O, təhsilini 2005-ci ildə Şəmsəddin Orucov adına Həsənabad tam orta məktəbində almış, 2016-cı ildə həmin məktəbin məzunu olmuşdur. == Hərbi xidməti == Elmin Nəcəfov 31 yanvar 2017-ci il tarixində Neftçala RHK-dan xidmətə yollanmışdır. O, xidmətini əvvəlcə Gəncədə, daha sonra Qazaxda çəkmiş, baş atıcı vəzifəsində qumbaraatan olmuşdur. 1 iyul 2018-ci ildə xidmətini başa vuran Nəcəfov əsgərlikdən qayıtdıqdan sonra dülgərliklə məşğul olmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Nəcəfov 29 sentyabrda könüllü olaraq doyüşlərə qatılmış, xüsusilə Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir.
Elmin Quluzadə
Elmin Şəmsi oğlu Quluzadə (1 noyabr 1998, Kəngərli, Tərtər rayonu – 2020) — şəhid. == Həyatı == 1998-ci il noyabrın 1-i tarixində Tərtər rayonu Kəngərli kəndində anadan olub. Suqovuşan fatehlərindən olan Elmin Quluzadənin ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək olub. Elminin düşmənə nifrəti, vətənə sevgisi onu ikinci Qarabağ müharibəsinə göndərdi. Sevərək döyüşlərə qatılan Tərtərli gənc adını qəhrəmanlıq tarixinə yazdı. Tərtər rayonunun Kəngərli kənd sakini Elmin Quluzadə Sentyabrın 21 könüllü olaraq döyüşə yollanıb. Cəbhənin Ağdam və Tərtər rayonlarını istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə düşmənin müdafiə xəttini yarıb, istehkamlarını məhv edib və ağır zərbələr endirib. 17 oktyabr tarixində şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz doğulub boya -başa çatdığı Tərtər rayonunda dəfn edilib.
Elmin Səmədov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Elmin fəlsəfəsi
Elmin fəlsəfəsi — elmin fələsəfə üzərində sistematik inikası, dövrün sosial-mədəni kontekstində mövcud elmin nailiyyətlərinin nəzərə alınması (qeyd edilməsi) fəlsəfi və xüsusi biliklərin sintezinin həyata keçirilməsi. Həmçinin "Elm fəlsəfəsi" biliklərin xüsusi sahəsi kimi bəşəri mədəniyyətin birliyini təmin edən mühüm inteqrasiya funksiyasını yerinə yetirir. Elmin fəlsəfəsi fəlsəfə ilə elm arasında zəruri əlaqə formalarından biri kimi onların qarşılıqlı inteqrasiyasına və zənginləşməsinə xidmət edir. Elmin fəlsəfəsinin inkişafında həm fəlsəfə, həm də xüsusi elmlər maraqlıdır. "Elm fəlsəfəsi"nin problemlərinə elm üzərində fəlsəfənin inikası, elmin strukturunun inkişafı və məzmununun ayrıca elmi fənn kimi, bütövlükdə elm kimi öyrənilməsi daxildir. == Kateqoriyaları == "Elm fəlsəfəsi" fənninin üç mühüm səviyyəsini ayırmaq mümkündür: Bütövlükdə fəlsəfə; Ayrı-ayrı elm sahələrinin fəlsəfəsi (təbiətşünaslıq, humanitar elmlər). Bu da iki yerə bölünür. Ayrı-ayrı elmlər, fənlər (mexanika, astronomiya, tarix, sosiologiya, kitabxanaşünaslıq, filologiya, dilçilik və s.). Elm fəlsəfəsini, onun strukturunu, predmetini öyrənərkən ayrı-ayrı elmlərin klassik fəlsəfə tərəfindən öyrənilməsini, onların irəli sürdüyü ideyaları, gəldiyi nəticələri öyrənmək, onlara isnad etmək hər bir tədqiqatçı üçün zəruridir. == Hegelin nəzəriyyəsi == Belə fəlsəfi əsərlər içərisində görkəmli alman filosofu Hegelin "Hüquq fəlsəfəsi", "Tarix fəlsəfəsi", "Dinin flsəfəsi" böyük maraq doğurur.
Elmin Əlizadə
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Elmin İnkişafı Fondu
Azərbaycan Elm Fondu — Azərbaycan Respublikasının dövlət orqanıdır. Fond dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə elmi tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirməklə, elmin inkişafına xidmət edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir. Hüquqi yaradılma prosesi 2009-cu il 21 oktyabr tarixində başlamış və təşkilatlanma mərhələsi faktiki olaraq 2010-cu il 30 aprel tarixində başa çatmışdır. 15 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb. == Fondun vəzifələri == Elmin inkişafı ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın məqsədlərinə müvafiq olaraq təkliflər irəli sürmək, layihələr hazırlamaq, onların həyata keçirilməsini təmin etmək; Azərbaycan Respublikasında elmi tədqiqatların stimullaşdırılmasını, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azərbaycanda əldə edilmiş elmi nəticələrin layiqincə təmsil olunmasını öz səlahiyyətləri daxilində təmin etmək; Elm sahəsində araşdırmaların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə elmi tədbirlərin (konfransların, simpoziumların, seminarların və s.) təşkili üzrə layihələri dəstəkləmək; Öz fəaliyyəti haqqında ictimaiyyətə müntəzəm məlumat vermək; Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. == Elmin İnkişafı Fondu ilə bağlı sərəncam, fərman və qərarlar == Elmin İnkişafı Fondunun yaradılması və təşkilatlanması ilə bağlı və fəaliyyətini tənzimləyən aşağıdakı sərəncam, fərman və qərarlar verilmişdir: "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 526, 21 oktyabr 2009-cu il) (Əlavə 1). "E.S.Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 527, 21 oktyabr 2009-cu il) (Əlavə 2). "M.N.İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (20 sentyabr 2019-cu il) 5 "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı (№ 223, 19 fevral 2010-cu il) (Əlavə 3 və Əlavə 4). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi (19 fevral 2010-cu il) "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktorunun aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 742, 19 fevral 2010-cu il) (Əlavə 5). "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (№ 70, 20 aprel 2010-cu il) (Əlavə 6).
Siyasi elmin tarixi
Siyasi elm — termini ayrı bir elm sahəsi olaraq olduqca gec yaranan sahə olsa da, siyasi gücün və siyasətin tarixə təsirinin təhlili əsrlər boyu mövcud olmuşdur. Bununla birlikdə, "siyasi elm" termini həmişə siyasi fəlsəfədən fərqləndirilmirdi. Siyasi elm dünyanın hər yerində özünə məxsus müəyyən üzrə qaydalarla mövcud olsa da, eyni zamanda bəzi digər spesifik cəhətlərdə çatışmazlıqlar da mövcuddur. == Antik dövrlər == Qərb siyasətinin tarixi Sokrat siyasəti filosoflarından biri olan Aristotelə qədər ("Siyasi Elmlərin Atası") (e.ə. 384-322) gedib çıxır. Aristotel siyasət elminə istifadəyə yararlı tərif verən ilk insanlardan biri idi. O, siyasət elminin güclü bir elm sahəsi olduğuna inanırdı və hərb elmi kimi sahələrin üstündə xüsusi hakim mövqesi olduğunu düşünürdü. Platon və Aristotel kimi siyasi filosoflar siyasət anlayışını onlara qədər olan yunan filosoflarına zidd, siyasi elmin elmi aspektinə daha çox əhəmiyyət verən bir şəkildə təhlil etməyə başladılar. Platondan əvvəl siyasətə əsas izahat şairlərdən, tarixçilərdən və günün məşhur dramaturqlarından gəlirdi. Roma İmperiyasının ən çiçəklənən dövründə tarixdə baş verənləri sənədləşdirən insanlar, öz rəylərini, baş verənləri öz nöqteyi-nəzərindən qeyd edir, eyni zamanda günün siyasətini həyata keçirən və tarixə təsir edəcək məqamları da sənədləşdirirdilər.
Səmədov Elmin (əsgər)
Elmin İnkişafı Fondu (Azərbaycan)
Azərbaycan Elm Fondu — Azərbaycan Respublikasının dövlət orqanıdır. Fond dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə elmi tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirməklə, elmin inkişafına xidmət edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir. Hüquqi yaradılma prosesi 2009-cu il 21 oktyabr tarixində başlamış və təşkilatlanma mərhələsi faktiki olaraq 2010-cu il 30 aprel tarixində başa çatmışdır. 15 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb. == Fondun vəzifələri == Elmin inkişafı ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın məqsədlərinə müvafiq olaraq təkliflər irəli sürmək, layihələr hazırlamaq, onların həyata keçirilməsini təmin etmək; Azərbaycan Respublikasında elmi tədqiqatların stimullaşdırılmasını, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azərbaycanda əldə edilmiş elmi nəticələrin layiqincə təmsil olunmasını öz səlahiyyətləri daxilində təmin etmək; Elm sahəsində araşdırmaların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə elmi tədbirlərin (konfransların, simpoziumların, seminarların və s.) təşkili üzrə layihələri dəstəkləmək; Öz fəaliyyəti haqqında ictimaiyyətə müntəzəm məlumat vermək; Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. == Elmin İnkişafı Fondu ilə bağlı sərəncam, fərman və qərarlar == Elmin İnkişafı Fondunun yaradılması və təşkilatlanması ilə bağlı və fəaliyyətini tənzimləyən aşağıdakı sərəncam, fərman və qərarlar verilmişdir: "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 526, 21 oktyabr 2009-cu il) (Əlavə 1). "E.S.Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 527, 21 oktyabr 2009-cu il) (Əlavə 2). "M.N.İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (20 sentyabr 2019-cu il) 5 "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı (№ 223, 19 fevral 2010-cu il) (Əlavə 3 və Əlavə 4). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi (19 fevral 2010-cu il) "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktorunun aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 742, 19 fevral 2010-cu il) (Əlavə 5). "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (№ 70, 20 aprel 2010-cu il) (Əlavə 6).
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu

İblislərlə dolu dünya. Elmin şam işığında (əsər)
İblislərlə dolu dünya. Elmin şam işığında - əsər elmi metodu sadə insanlara izah etməyi və insanları tənqidi və şübhəli düşünməyi öyrənməyə təşviq etməyi hədəfləyir.
Heydər Əliyev. Azərbaycan elminin keşiyində (kitab)
"Heydər Əliyev. Azərbaycan elminin keşiyində" — Heydər Əliyev irsinin arxiv materialları əsasında tərtib olunmuş ilk akademik nəşri. Topluya Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikada elmin maddi-texniki bazasının və kadr potensialının inkişaf etdirilməsi, strukturu və təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin genişləndirilməsi və keyfiyyətcə yaxşılaşdırılması, elmi tədqiqat mövzularının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlar, sərəncamlar və proqramlar daxil edilmişdir. Topluda, həmçinin, Heydər Əliyevin həmin dövrdə Azərbaycanda elmin vəziyyəti və perspektivləri, elmi nəticələrin istehsalata tətbiqi və başqa məsələlər barədə müxtəlif toplantılarda, forumlarda etdiyi çıxışlara da geniş yer verilmişdir. == Ümumi məlumat == Doğma Vətəninə iki dəfə: bir kommunist rejiminin hökmranlığı dövründə, 1969-1982-ci illərdə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsində; bir də müstəqil Azərbaycan Respublikasının Prezidenti (1993-2003) kimi rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev tarixçi Yaqub Mahmudov tərəfindən bütün zamanların və bütün məkanların Böyük Azərbaycanlısı kimi qiymətləndirilmişdir. Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev Yeni Azərbaycanın Qurucusudur. O, bu quruculuğa hələ XX yüzilliyin 50-ci illərindən başlamışdır. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nəşri olan "Heydər Əliyev. Azərbaycan elminin keşiyində" sənədlər və materiallar toplusunun II cildinə Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin ikinci dövründə (1993-2003) həyata keçirdiyi elm siyasəti ilə bağlı sənədlər və materiallar daxil edilmişdir.
Kompüter elminin tarixi
Kompüter elminin tarixi, ümumiyyətlə riyaziyyat və ya fizika kimi formalarda görünən müasir informatika intizamından çox əvvəl başlamışdır. Əvvəlki əsrlərdəki inkişaflar indi kompüter elmləri kimi bildiyimiz intizamdan bəhs edirdi. Mexanik ixtiralardan və riyazi nəzəriyyələrdən müasir kompüter anlayışlarına və maşınlarına qədər olan bu irəliləyiş böyük akademik sahənin inkişafına, Qərb dünyasında kütləvi texnoloji tərəqqiyə və kütləvi dünya ticarətinin və mədəniyyətinin əsasına səbəb oldu. == Eradan əvvəl == Hesablamada istifadə üçün məlum olan ən qədim alət Şumerdə eramızdan əvvəl 2700-2300-cü illər arasında hazırlanmış abak idi. Şumerlərin abakusu, onların cinsi kiçik say sisteminin ardıcıl böyüklük sıralarını məhdudlaşdıran ardıcıl sütunlar cədvəlindən ibarət idi.:11 Onun ilkin istifadə tərzi qumda çınqıllarla çəkilmiş xətlərdən ibarət idi. Daha müasir dizaynlı abaklardan bu gün də Çin abakusu kimi hesablama alətləri kimi istifadə olunur. Eramızdan əvvəl 5-ci əsrdə Qədim Hindistanda qrammatik Panini Sanskrit dilinin qrammatikasını 3959-cu ildə Ashtadhyayi kimi tanınan qaydalarda tərtib etdi və bu, yüksək sistemləşdirilmiş və texniki idi. Panini metarullardan, çevrilmələrdən və rekursiyalardan istifadə etmişdir. Antikitera mexanizminin erkən mexaniki analoq kompüter olduğuna inanılır. Astronomik mövqeləri hesablamaq üçün nəzərdə tutulmuşdur.