Heydər Əliyev. Azərbaycan elminin keşiyində (kitab)

"Heydər Əliyev. Azərbaycan elminin keşiyində"Heydər Əliyev irsinin arxiv materialları əsasında tərtib olunmuş ilk akademik nəşri.[1]

Heydər Əliyev. Azərbaycan elminin keşiyində
"Heydər Əliyev. Azərbaycan elminin keşiyində" kitabının üz qabığı
"Heydər Əliyev. Azərbaycan elminin keşiyində" kitabının üz qabığı
Müəlliflər Yaqub Mahmudov (layihənin rəhbəri, elmi red.) və başqaları
Mövzu Heydər Əliyev irsinin arxiv materialları əsasında tərtib olunmuş ilk akademik nəşri
Orijinalın dili Azərbaycan dili
Ölkələr Azərbaycan Azərbaycan
Nəşriyyat Turxan NPB
Nəşr 2013
Səhifə 668 (I cild),
640 (II cild)

Topluya Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikada elmin maddi-texniki bazasının və kadr potensialının inkişaf etdirilməsi, strukturu və təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin genişləndirilməsi və keyfiyyətcə yaxşılaşdırılması, elmi tədqiqat mövzularının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlar, sərəncamlar və proqramlar daxil edilmişdir. Topluda, həmçinin, Heydər Əliyevin həmin dövrdə Azərbaycanda elmin vəziyyəti və perspektivləri, elmi nəticələrin istehsalata tətbiqi və başqa məsələlər barədə müxtəlif toplantılarda, forumlarda etdiyi çıxışlara da geniş yer verilmişdir.[1]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Doğma Vətəninə iki dəfə: bir kommunist rejiminin hökmranlığı dövründə, 1969-1982-ci illərdə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsində; bir də müstəqil Azərbaycan Respublikasının Prezidenti (1993-2003) kimi rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev tarixçi Yaqub Mahmudov tərəfindən bütün zamanların və bütün məkanların Böyük Azərbaycanlısı kimi qiymətləndirilmişdir.

Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev Yeni Azərbaycanın Qurucusudur. O, bu quruculuğa hələ XX yüzilliyin 50-ci illərindən başlamışdır.[1]

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nəşri olan "Heydər Əliyev. Azərbaycan elminin keşiyində" sənədlər və materiallar toplusunun II cildinə Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin ikinci dövründə (1993-2003) həyata keçirdiyi elm siyasəti ilə bağlı sənədlər və materiallar daxil edilmişdir. Topluya daxil edilmiş sənədlər içərisində Ulu Öndərin imzaladığı fərmanlar, sərəncamlar, müxtəlif vaxtlarda söylədiyi nitqlər, alim və ziyalılarla görüşlərindəki çıxışları, görkəmli elm və mədəniyyət xadimlərinin yubileyləri ilə bağlı, eləcə də respublikada keçirilən simpozium və konfranslara təbrik məktubları və digər materiallar üstünlük təşkil edir.[1]

Azərbaycan xalqının, Azərbaycn torpağının misilsiz təəssübkeşi olan Heydər Əliyev dünyanın bütün başqa dahi şəxsiyyətlərindən fərqli olaraq iki müxtəlif ictimai-siyasi sistemdə yaşamışdır. Və hər iki sistemdə siyasət nərdivanının ən yüksək pilləsinə ucala bilmişdir.

Heydər Əliyev irsində elm tarixi məsələləri ilə bağlı ilk mənbə olan bu sənəd və materiallar toplusu tədqiqatçılar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.[1]

  1. 1 2 3 4 5 Heydər Əliyev. Azərbaycan elminin keşiyində: sənədlər və materiallar. 2 cilddə: toplu / Azərb. MEA, A.A.Bakıxanov adına Tarix İn-tu; layihənin rəhbəri, elmi red. və ön sözün müəl. Yaqub Mahmudov. – Bakı: Turxan NPB, 2013.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]