Elmin Saleh oğlu Nəcəfov (30 yanvar 1999, Həsənabad, Neftçala rayonu – 9 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Elmin Nəcəfov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 yanvar 1999(1999-01-30) |
Doğum yeri | |
Vəfat tarixi | 9 oktyabr 2020(2020-10-09) (21 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019–2020 |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ • Suqovuşan |
Təltifləri | 2020 2020 2020 2020 |
Elmin Nəcəfov 30 yanvar 1999-cu il tarixində Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuşdur. Atası Saleh dülgər, anası isə Səidə idi. Ailədə 3 qardaş olan Elmin onlardan ən kiçiyi idi. O, təhsilini 2005-ci ildə Şəmsəddin Orucov adına Həsənabad tam orta məktəbində almış, 2016-cı ildə həmin məktəbin məzunu olmuşdur.
Elmin Nəcəfov 31 yanvar 2017-ci il tarixində Neftçala RHK-dan xidmətə yollanmışdır. O, xidmətini əvvəlcə Gəncədə, daha sonra Qazaxda çəkmiş, baş atıcı vəzifəsində qumbaraatan olmuşdur. 1 iyul 2018-ci ildə xidmətini başa vuran Nəcəfov əsgərlikdən qayıtdıqdan sonra dülgərliklə məşğul olmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Nəcəfov 29 sentyabrda könüllü olaraq doyüşlərə qatılmış, xüsusilə Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir. O, müharibə zamanı manqa komandiri vəzifəsində çalışmışdır. Elmin Nəcəfov 9 oktyabrda Cəbrayıl uğrunda gedən döyüşlərdə Ermənistan qüvvələri tərəfindən atılan artilleriya mərmisi nəticəsində həlak olmuşdur. O, 21 noyabrda anadan olduğu Neftçala rayonunun Həsənabad qəsəbəsində dəfn olunmuşdur.[1]