Elmin Əlizadə

Elmin Samir oğlu Əlizadə (18 mart 2003; Mingəçevir, Azərbaycan16 noyabr 2021; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 16 noyabr 2021-ci ildə Kəlbəcər-Laçın istiqamətində qarşı tərəfin təxribatının qarşısı alarkən şəhid olmuşdur.

Elmin Əlizadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Mingəçevir, Azərbaycan
Vəfat tarixi (18 yaşında)
Vəfat yeri Laçın rayonu, Azərbaycan
Dəfn yeri Mingəçevir Şəhidlər Xiyabanı
Dəfn tarixi 18 noyabr 2021
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Samir Əlizadə
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2021
Rütbə Əsgər
Vəzifəsi atıcı
Döyüşlər 16 noyabr hadisələri
Təltifləri "Vətən uğrunda" medalı — 2021

Həyatı[redaktə | mənbəni redaktə et]

Elmin Əlizadə 18 mart 2003-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur.[1] Əslən Ağdam rayonunun Papravənd kəndindəndir. Kənd işğal olunduqdan sonra Elminin ailəsi Mingəçevirdə məskunlaşmışdır. Elmin Əlizadə 15 sentyabr 2009-cu ildə Kəlbəcər rayon 118 nömrəli tam orta məktəbin 1-ci sinfində təhsil almağa başlamışdır. 2013-2016-cı illərdə UGİM Mingəçevir komandasının tərkibində milli assosiasiyanın keçirdiyi liqalarda iştirak etmişdir.[2] 15 iyun 2020-ci ildə məktəbin 11-ci sinfindən məzun olmuşdur. Subay idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Elmin Əlizadə 1 aprel 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan-Ermənistan sərhədində, Laçın-Kəlbəcər istiqamətində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.[3]

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində genişmiqyaslı təxribat törədib 2021-ci il noyabrın 16-sı qəfil hərbi əməliyyatlara başlamışdır. Ermənistan hərbçiləri bu istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə hücum etmişdir. Başlanan hərbi əməliyyatlarda iştirak edən əsgər Elmin Əlizadə 16 noyabr 2021-ci ildə cəbhənin Laçın rayonu istiqamətində antiterror əməliyyatını yerinə yetirərkən şəhid olmuşdur. 18 noyabr 2021-ci ildə onun nəşi ailəsinə təhvil verilmiş və Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilmişdir.[4]

2021-ci il noyabrın 16-da KəlbəcərLaçın rayonları ərazisindəki AzərbaycanErmənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması, dövlət sərhədinin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə verilən döyüş tapşırığını uğurla yerinə yetirmiş, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Elmin Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin 27.12.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Vətən müharibəsində şəhid olmuş Ağdam rayonundan olan hərbçilərin siyahısı". www.agdam-ih.gov.az (az.). 17.11.2021. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.04.2022.
  2. "Şəhid olan əsgər Elmin Əlizadə keçmiş futbolçu olub". www.ikisahil.az (az.). 17.11.2021. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.04.2022.
  3. Esmira Hidayətqızı. ""Ata, şəhid olub gələcəm, mənimlə fəxr edəcəksən" – Şəhid Elmin Əlizadə". www.yeniavaz.com (az.). 17.11.2021. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.04.2022.
  4. "Şəhid Elmin Əlizadə dəfn edilib - FOTOLAR". www.azvision.az (az.). 18.11.2021. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.04.2022.
  5. Azərbaycan Prezidenti cənab İlham Əliyev. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.)). 27.12.2021. 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.12.2021.
  6. Azərbaycan Prezidenti cənab İlham Əliyev. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.)). 27.12.2021. 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.12.2021.