essuyer
estime
OBASTAN VİKİ
Errare humanum est
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
C'est la vie
C'est la vie, Fransızcada həyat budur, əsl həyat, ya da həyat belədir! kimi bir məna daşıyan sözdür. Çox tez-tez istifadə edilən, birinin başına gəlmiş bir hadisə üzərinə söylənən və hadisəyə açıqlama gətirən qısa və aydın bir sözdür. Bu söz insanlara, başına gələnlərin bir tale olduğunu, əldən başqa birşey gəlmədiyini və hər kəsin başına gələ biləcəyini qısaca anlatmaq və təsəlli vermək məqsədilə deyilir. Həmçinin aşağıdakı mənalarda istifadə edilir: C'est la Vie, Kanada radio proqramı. C'est la Vie, Jennifer Babcockun cizgi serialı. C'est la Vie (Paryż z pocztówki)", 1987-ci ilə aid Andrzej Zaucha-nın bir mahnısı. C'est la Vie, Greg Lake-nin 1977-ci ildə çıxan albomu Works Volume I da bir mahnı. C'est la Vie, Beau Williams-ın Bodacious! Adlı albomundan 1984-cü ildə çıxan single.
Qrand Est
Qrand Est (fr. Grand Est), (keç. Elzаs — Şampа́n — Ardenlər — Lotarinqiya, fr. Alsace-Champagne-Ardenne-Lorraine, qıs. ACAL və ya ALCA) — Elzas, Lotarinqiya və Şampan-Arden bölgələrini birləşdirərək, 2014-cü ildə Fransada ərazi islahatı nəticəsində yaradılan region . Yeni bölgənin formalaşma tarixi 1 yanvar 2016-cı ildir . Ən böyük şəhər, bölgənin paytaxtı olan Strasburqdur.. == Adı == Qanunun mətni birləşmiş bölgələrin əksəriyyəti üçün Fransanın mövcud regionların adlarını birləşdirən «tire» ilə birləşdirən müvəqqəti adını müəyyənləşdirir. Regional kapitalın daimi adı və yeri 2016-cı il 1 iyul tarixinə qədər Regional Şuranın qərarı ilə müəyyənləşdirilməli və 2016-cı il oktyabrın 1-dək Fransa Dövlət Şurası tərəfindən təsdiq edilmişdir .. İnzibati bölmənin müvəqqəti adı Elza + Şampan + Ardenlər + Lotarinqiya tarixi ərazilərinin adlarından ibarət idi.
Il est là
Il est là (azərb. O, burdadır‎)— Fransanın 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Dani Doberson fransız dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil. Mahnının musiqisi və sözləri Simone Vallaurisə məxsusdur.
Dulce Et Decorum Est
"Dulce et Decorum est" - İngilis şairi, Birinci Dünya müharibəsi iştirakçısı Uilfred Ouenin yazdığı, müharibənin acı səhnələrini tərənnüm edən tənqidi ruhlu şeir. Şeir müəllifin ölümündən sonra - 1921-ci ildə çap edilmişdir. "Dulce et Decorum est" müharibə əleyhinə yazılmış ən təsirli və yüksək əsərlərdən biri hesab edilir. == Məzmun == Şeir oxucuya Birinci Dünya müharibəsinin qanlı döyüş səhnəsini çatdırır. Zəhərli qaz hücumuna məruz qalmış əsgərlərdən biri maskanı taxmağa çatmır və döyüş yoldaşlarının qarşısında acı və yavaş şəkildə tələf olur. Ouen bu səhnənin bütün yuxularında gözünün qabağına gəldiyini bildirir və sonda oxucuya, ələlxüsus müharibə tərəfdarlarına müraciət edir: onlar müharibənin dəhşətli səhnələrinin şahidi olsaydılar fəxrlə cəmiyyətə "Dulce et decorum est pro patria mori!" (Nə şirin və şərəflidir Vətənçün candan keçmək!) misrasını bəyan etməzdilər. == Başlıq == Əsərin sonundakı iki misra və əsərin adı Roma şairi Horatiusun "Qəsidələr" əsərindən götürülmüşdür.Dulce et decorum est pro patria mori: mors et fugacem persequitur virum nec parcit inbellis iuventae poplitibus timidoque tergo.Vətənçün candan keçmək necə şərəfli və şirin! Ölüm fərarini axtararaq eləyir təqib. Borcunu yetirməyən gənci eləməyir rəhm Baxmır aman diləklərinə uzun, mütəaqib.Birinci Dünya müharibəsi ərəfəsində və dövründə bu misralar müharibə tərəfdarları tərəfindən tez-tez istifadə olunurdu. Ouenin əsərində isə bu misralar kinayə ilə deyilir.
Lex iniusta non est lex
Lex iniusta non est lex (azərb. Ədalətsiz qanun, ümumiyyətlə qanun deyil‎) — standart hüquqi maksim. Prinsip Müqəddəs Avqustin tərəfindən ortaya atılmış və daha sonra Akvinalı Foma tərəfindən istifadə edilmişdir. Martin Luter Kinq bu deyimi mülki hüquqlar hərəkatı zamanı afroamerikalılara qarşı irqi seqreqasiya və ayrı-seçkiliyi təsvir etmək üçün sitat gətirmişdir. Bu nöqteyi-nəzər təbii hüquq nəzəriyyəçiləri olan Con Finnis və Lon Lüis Fuller ilə əlaqələndirilir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Law and Morality, Edited by Kenneth Einar Himma, Seattle Pacific University, U.S. and Brian Bix, University of Minnesota, U.S. Philosophical theory and the Universal Declaration of Human Rights, William Sweet (ed.).
"EKSPO-67" üçün estrada konserti (film, 1967)
2010 Yeniyetmələrin Yay Olimpiya Oyunları-Yüngül atletika(Kişilər,estafet)
2010 Yeniyetmələrin Yay Olimpiya Oyunları-Yüngül atletika (Kişilər, estafet)
2011-12 Estoniya Kuboku
2011-12 Estoniya Kuboku — Estoniya Futbol Federasiyası tərəfindən təşkil edilən, Estoniyanın mərhələli futbol turnirinin iyirmi ikinci mövsümüdür. Kubokun qalibi 2012-13 UEFA Avropa Liqası turnirinin birinci təsnifat mərhələsinə vəsiqə qazanmışdır. == 1/64 final == Heç-heçə iyunun 15-də Estoniya Futbol Federasiyası tərəfindən keçirilmişdir. 1 Luunya 1-0 hesabı ilə qalib gəlməsinə baxmayaraq, qeyri-münasib oyunçudan istifadə etdiyinə görə Elvaya 1-x kimi götürülmüşdür. == 1/32 final == Heç-heç oyunu 21 iyulda keçirilmişdir. == 1/16 final == Heç-heçə oyunu 4 avqustda keçirilmişdir. == 1/8 final == Heç-heçə 6 sentyabrda baş tutmuşdur. == 1/4 final == Heç-heçə oyunu 8 mart — yeni sezonun açılışında baş tutmuşdur. Oyunlar 24-25 apreldə baş tutmuşdur. == Yarımfinal == Yarımfinal oyunları 8 may 2012-ci ildə baş tutmuşdur.
Abxaziya estonları
Abxaziya estonları (est. Eestlased Abhaasias) — Abxaziyada yaşayan etnik estonlara verilən ümumi ad. Gürcüstanın şimal-qərbində yerləşən Abxaziya de-yure olaraq Gürcüstanın hüquqi ərazisi hesab olunsa da, de-fakto olaraq müstəqil şəkildə idarə olunur. Abxaziya bölgəsinə estonların köçürülməsi prosesi bölgə Rusiya imperiyasının hakimiyyəti altında olduğu dövrdə baş vermişdir. Abxaziyada müharibə zamanı və ondan sonra bir çox estoniyalı Estoniyaya getmişdir. 1992-ci ildə bir əməliyyatda Estoniya hakimiyyəti 170 estoniyalını təxliyə etmişdir.
Acacia estrophiolata
Acacia estrophiolata (lat. Acacia estrophiolata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Apocynum cannabinum var. estellinum
Kənafabənzər kəndir (lat. Apocynum cannabinum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin kəndir cinsinə aid bitki növü. == Sinonimləri == Apocynum album Greene Apocynum angustifolium Wooton [Illegitimate] Apocynum arenarium Greene Apocynum bebbianum Greene Apocynum bolanderi Greene Apocynum breweri Greene Apocynum canadense Shecut Apocynum cannabinum var. album (Greene) Bég. & Belosersky Apocynum cannabinum var. album (Greene) F.C. Gates Apocynum cannabinum var. angustifolium N.H.Holmgren Apocynum cannabinum f. arenarium (Greene) B.Boivin Apocynum cannabinum var. bolanderi (Greene) Bég. & Belosersky Apocynum cannabinum var.
Apocynum estellinum
Kənafabənzər kəndir (lat. Apocynum cannabinum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin kəndir cinsinə aid bitki növü. == Sinonimləri == Apocynum album Greene Apocynum angustifolium Wooton [Illegitimate] Apocynum arenarium Greene Apocynum bebbianum Greene Apocynum bolanderi Greene Apocynum breweri Greene Apocynum canadense Shecut Apocynum cannabinum var. album (Greene) Bég. & Belosersky Apocynum cannabinum var. album (Greene) F.C. Gates Apocynum cannabinum var. angustifolium N.H.Holmgren Apocynum cannabinum f. arenarium (Greene) B.Boivin Apocynum cannabinum var. bolanderi (Greene) Bég. & Belosersky Apocynum cannabinum var.
Azərbaycan-Estoniya futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan Dövlət Estrada Orkestri
Azərbaycan Dövlət Estrada Orkestri — 1956-cı ildə Bakıda yaradılmış orkestr. == Tarixi == Orkestr Azərbaycan estrada musiqisinin inkişafında rol oynamışdır. Repertuarında Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnı və rəqsləri lə yanaşı müxtəlif xalqların musiqisi və caz kompozisiyaları geniş yer tutmuşdur. Musiqiçilərdən K. Manaflı, K. Qasımov, R. Seyidzadə, Ş. İbrahimov, Tofiq Şabanov, L. Lubenski, İ. Hüseynov, müğənnilərdən Lütfiyar İmanov, Mirzə Babayev, Elmira Rəhimova, Oqtay Ağayev, Natəvan Şeyxova, "Qaya" kvartetinin üzvləri Tofiq Mirzəyev, Arif Hacıyev, Rauf Babayev, Lev Yelisavetski, Y. Devis, N. Andreyeva, Z. Nurullayev, S. Həsənova, rəqqas K. Dadaşov müxtəlif vaxtlarda kollektivin heyətində çıxış etmişlər. 1957–1966-cı illərdə qısa fasilələrlə Rauf Hacıyev, 1958-ci ildə Rəşid Behbudov, 1966–1968-ci illərdə Hacı Xanməmmədov, 1968–1971-ci illərdə Anatoli Kalvarski, 1971–1972-ci illərdə isə Əziz Əzizli orkestrin bədii rəhbəri olmuşdur. Orkestr "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?", "Bizim küçə", "Uzaq sahillərdə" və başqa filmlərdə musiqili epizodlara çəkilmiş, bir sıra ölkələrdə qastrol səfərində olmuşdur. Orkestr 1974-cü ildə fəaliyyətini dayandırmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Azərbaycan–Estoniya futbol matçları
== Kişilər ==
Azərbaycan–Estoniya münasibətləri
Azərbaycan–Estoniya münasibətləri — Azərbaycan Respublikası ilə Estoniya arasındakı mövcud ikitərəfli əlaqələr. Hər iki ölkə bir müddət Rusiya imperiyasının və SSRİ-nin bir hissəsi olmuşdur. Azərbaycanın Tallin şəhərində səfirliyi mövcuddur. Amma, Estoniya Azərbaycan ilə Estoniyanın Ankaradakı (Türkiyə) səfirliyi vasitəsilə əlaqə saxlayır. Hər iki ölkə Avropa Şurası-nın və ATƏT-in tam hüquqlu üzvüdür. Azərbaycan Gürcüstan ilə birlikdə Estoniyanın Cənubi Qafqazda müttəfiqidir. Estoniyada təxminən 2500 azərbaycanlı yaşayır. == Tarixi == Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.
Bartolome Esteban Murillo
Bartolome Esteban Murillo (isp. Bartolomé Esteban Murillo; dekabr 1617, Sevilya – 3 aprel 1682[…], Sevilya və ya Kadis, Əndəlüs) — məşhur İspaniya rəssamı, Seviliya məktəbinin banisi. == Həyatı == Bartolome Esteban Murillo ispan rəssamlarının parlaq şəxslərindən idi. 1660-cı ildə Seviliya Rəssamlıq Akademiyasının yaradıcılarından biri olmuşdu.
Beatriçe d'Este
Beatriçe d'Este (29 iyun 1475, Ferrara – 3 yanvar 1497, Milan) — Milan şəhərinin hersoqiniyası, İtaliya intibah dövrünün ən gözəl zadəgan qadınlarından biri.
Benin Estam Universiteti
Benin Estam Universiteti (ing. Estam University) — Benin Respublikasının Kotonu şəhərində yerləşən ali təhsil müəssisəsi.
Conatan Estrada
Conatan Estrada (28 noyabr 2000, Santa-Ana, Kaliforniya) — ABŞ Futbol Liqası təmsilçilərindən olan LA Qalaksi II klubunda hücumçu kimi çıxış edən peşəkar ABŞ-lı futbolçudur. == Klub karyerası == === LA Qalaksi === Estrada LA Qalaksi akademiyası vasitəsilə inkişaf etmişdir. Estrada öz peşəkar karyerasında debütünü 22 aprel 2017-ci ildə Oranj Kaunti klubuna qarşı oyunda etmişdir. O, 60-cı dəqiqədə Ariel Lassiteri əvəz etmişdir. Həmin görüşdə LA Qalaksi II liqa görüşündə rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 11 İyun 2017 tarixində yenilənib 1Sudamerikana Kuboku görüşləri daxildir. 2ABŞ Superkuboku görüşləri daxildir.
Drosera esterhuyseniae
Drosera aliciae (lat. Drosera aliciae) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Ellen Estes
Ellen Estes (d. 13 sentyabr 1978) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Ellen Estes, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Ellen Estes, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Estac
Estac — İranın Rəzəvi Xorasan ostanının Səbzivar şəhristanının Rudab bəxşinin Xaşəd dehestanında kənd. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 267 nəfər və 121 ailədən ibarət idi. Bu kəndin əhalisi Ustaclı elindən ibarətdir və fars dilində danışırlar.
Estadio El Sardinero
Estadio El Sardinero İspaniyanın Santander şəhərində 1988-ci ildə çox məqsədli olaraq inşa edilən bir stadion Əksəriyyətlə futbol oyununun keçirildiyi stadion, 22.400 tamaşaçı tutumuna malikdir.
Estadio Francisco Artes Carrasco
Estadio Francisco Artes Carrasco İspaniyanın Lorca şəhərində çox məqsədli olaraq inşa edilən stadion Stadionda əksəriyyətlə Futbol müsabiqələri oynanılmaqdadır. İspaniyanın Lorca Deportiva komandasının matçlarını oynadığı stadion 8.000 tamaşaçı tutumuna malikdir.
Estadio Multiusos de San Lázaro
Bələdiyyə Stadionu Verónica Boquete de San Lázaro — İspaniyanın La Coruña əyalətindəki Santiago de Compostela şəhərinin San Lázaro məhəlləsində yerləşən çox məqsədli bir stadiondur. 2018-ci ildən bəri Santiago oyunçusu Verónica Boquete'nin adını daşıyır. O vaxta qədər San Lázaro Multiuse Stadı olaraq bilinirdi. 16666 tamaşaçı tutumu var və hazırda SD Compostela futbol komandasının məmləkəti. Həm də bir neçə qurumun qərargahıdır.
Estadio Municipal de İpurua
Estadio Municipal de Ipurua İspaniyanın Eibar şəhərində 1947-ci ildə çox məqsədli olaraq inşa edilən bir stadion. Stadionda əksəriyyətlə futbol müsabiqələri keçirilməkdədir. İspaniyanın SD Eibar komandasının matçlarını oynadığı stadion, 5.250 tamaşaçı tutumuna malikdir.