Azərbaycan Dövlət Estrada Orkestri — 1956-cı ildə Bakıda yaradılmış orkestr.
Azərbaycan Dövlət Estrada Orkestri | |
---|---|
Əsas məlumatlar | |
Üslub | estrada |
Fəaliyyət illəri | 1956–1974 |
Ölkə | Azərbaycan SSR |
Heyət |
Bədii rəhbər: Rauf Hacıyev (1957–1966) Rəşid Behbudov (1958) Hacı Xanməmmədov (1966–1968) Anatoli Kalvarski (1968–1971) Əziz Əzizli (1971–1972) |
Orkestr Azərbaycan estrada musiqisinin inkişafında rol oynamışdır. Repertuarında Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnı və rəqsləri lə yanaşı müxtəlif xalqların musiqisi və caz kompozisiyaları geniş yer tutmuşdur. Musiqiçilərdən K. Manaflı, K. Qasımov, R. Seyidzadə, Ş. İbrahimov, Tofiq Şabanov, L. Lubenski, İ. Hüseynov, müğənnilərdən Lütfiyar İmanov, Mirzə Babayev, Elmira Rəhimova, Oqtay Ağayev, Natəvan Şeyxova, "Qaya" kvartetinin üzvləri Tofiq Mirzəyev, Arif Hacıyev, Rauf Babayev, Lev Yelisavetski, Y. Devis, N. Andreyeva, Z. Nurullayev, S. Həsənova, rəqqas K. Dadaşov müxtəlif vaxtlarda kollektivin heyətində çıxış etmişlər.[1]
1957–1966-cı illərdə qısa fasilələrlə Rauf Hacıyev, 1958-ci ildə Rəşid Behbudov, 1966–1968-ci illərdə Hacı Xanməmmədov, 1968–1971-ci illərdə Anatoli Kalvarski, 1971–1972-ci illərdə isə Əziz Əzizli orkestrin bədii rəhbəri olmuşdur.[1]
Orkestr "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?", "Bizim küçə", "Uzaq sahillərdə" və başqa filmlərdə musiqili epizodlara çəkilmiş, bir sıra ölkələrdə qastrol səfərində olmuşdur. Orkestr 1974-cü ildə fəaliyyətini dayandırmışdır.[1]