Abxaziya estonları (est. Eestlased Abhaasias) — Abxaziyada yaşayan etnik estonlara verilən ümumi ad. Gürcüstanın şimal-qərbində yerləşən Abxaziya de-yure olaraq Gürcüstanın hüquqi ərazisi hesab olunsa da, de-fakto olaraq müstəqil şəkildə idarə olunur. Abxaziya bölgəsinə estonların köçürülməsi prosesi bölgə Rusiya imperiyasının hakimiyyəti altında olduğu dövrdə baş vermişdir.[1]
Abxaziya estonları |
---|
Abxaziyada müharibə zamanı və ondan sonra bir çox estoniyalı Estoniyaya getmişdir. 1992-ci ildə bir əməliyyatda Estoniya hakimiyyəti 170 estoniyalını təxliyə etmişdir.[2]