Azərbaycan–Estoniya münasibətləri — Azərbaycan Respublikası ilə Estoniya arasındakı mövcud ikitərəfli əlaqələr. Hər iki ölkə bir müddət Rusiya imperiyasının və SSRİ-nin bir hissəsi olmuşdur. Azərbaycanın Tallin şəhərində səfirliyi mövcuddur. Amma, Estoniya Azərbaycan ilə Estoniyanın Ankaradakı (Türkiyə) səfirliyi vasitəsilə əlaqə saxlayır. Hər iki ölkə Avropa Şurası-nın və ATƏT-in tam hüquqlu üzvüdür. Azərbaycan Gürcüstan ilə birlikdə Estoniyanın Cənubi Qafqazda müttəfiqidir. Estoniyada təxminən 2500 azərbaycanlı yaşayır.[1]
Azərbaycan–Estoniya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Estoniyadaki Azərbaycanin səfirliyi | |||||
Səfir | Anar Məhərrəmov[rus.] | ||||
Ünvan | Tallin, Pirita tee 20/2, 10127 | ||||
Türkiyədəki Estoniyanin səfirliyi | |||||
Səfir | Annely Kolk | ||||
Ünvan | Ankara, Çankaya, Qaziosmanpaşa, Gölgeli Sok., 16 100 Yıl Mahallesi 06700 | ||||
Digər | |||||
Quruluş tarixi | 20 aprel 1992 | ||||
Dövriyyə | 0,009 mlrd doll. (2022) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 20-də qurulmuşdur[2].
Azərbaycanın Estoniya Hökumətinə birinci səfəri 1996-cı ildə baş tutmuşdur. Səfərdən bir neçə gün əvvəl Estoniyanın Xarici İşlər Naziri Siym Kallas Azərbaycana rəsmi səfər etmişdir və bir sıra bəyanatlar imzalamışdır. 2000-ci ildə Azərbaycanın Milli Məclisində Azərbaycan-Estoniya parlamentlərarası işçi qrupu yaradılmışdır.[3] Estoniya Azərbaycanın Avropa Şurasında iştirakını və Avro-Atlantik strukturuna Azərbaycanın inteqrasiyasını dəstəkləyir.[4] Estoniya prezidenti Tomas İlves 2009-cu ildə Azərbaycana rəsmi səfər etmişdir. 2010-cu ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Estoniyaya səfər etmişdir.[5] Estoniya Dağlıq qarabağla bağlı olan məsələləri dəstəkləyir və danışıqların sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Estoniyanın keçmiş Xarici İşlər Naziri Kristina Oyland bildirir ki, Dağlıq Qarabağ azərbaycanın ayrılmaz bir parçasıdır.[6] Azərbaycan Estoniya ilə viza rejimini ləğv etmişdir. Estoniya həmçinin NATO-nun sülh missiyaları çərçivəsində Azərbaycan ilə əməkdaşlıq edir.[7] Azərbaycan yüksək səviyyədə siyasi dialoqları genişləndirir.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[8]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində "Azərbaycan-Baltikyanı ölkələri (Latviya, Litva, Estoniya) parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılmış və ilk rəhbəri Yusif Vəkilov olmuşdur[9]. Bu işçi qrupu indiki adla 5 dekabr 2000-ci il tarixindən adlandırılmışdır[10]. 4 mart 2016-cı il tarixindən Hacı Salayev işçi qrupunun rəhbəridir[8].
Estoniyaya gedən ümumi pasportlara, həmçinin xidməti və xüsusi pasportlar malik Azərbaycan vətəndaşları üçün Şengen vizası tələb edilir[11]. Diplomatik pasportlar üçün 90 günə qədər viza tələb edilmir[11].
Son illərdə iqtisadi münasibətlər o qədər də əhəmiyyət kəsb etmir, amma onlar böyük potensiala malikdirlər. Hər iki ölkə İnformasiya texnologiyaları və bank işi sahəsində yaxından əməkdaşlıq edir.[12]
İl | İxrac | Idxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[13] | 1 593,33 | 3 250,21 | 4 843,54 |
2021[14] | 1 796,74 | 4 334,63 | 6 131,37 |
2022[15] | 2 234,89 | 7 158,29 | 9 393,18 |
1990-cı ildən Tallində Azərbaycan Bazar məktəbi fəaliyyət göstərir. Şərq Mədəniyyəti Universitenin bir filialı da Estoniyada yerləşir. Bu universitet Zərifə Əliyevanın adını daşıyır.[16]