Forster işıq otu
Forster işıq otu (lat. Luzula forsteri) — cığkimilər fəsiləsinin luzula cinsinə aid bitki növü.
== Qısa morfoloji təsviri ==
Hündürlüyü 15-40 sm olan çoxillik çimli bitkidir. Gövdəsi düzdür, qaidə hissəsində tünd-qırmızı-bənövşəyi rəngli qın geyinmişdir.
=== Yarpaq ===
Yarpaqları xətvari, yastı, sivriləşmişdir, eni 1,5–5 mm-dir, qının kənarları və ağız hissəsi uzun tüklüdür.
=== Çiçək ===
Çiçək qrupu çəturşəkillisüpürgəvaridir; çiçək qrupunun budaqları nazikdir, çiçəkləmədən sonra üzüyuxarı dik qalxandır; çiçəkaltlığının yarpağı çiçək qrupundan qısadır. Çiçəkləri təkdir; çiçəkaltlıqları yumurtaşəkilli, sivri, qırmızımtıl rənglidir, demək olar ki, çiçək yanlığının yarısına bərabərdir. Çiçək yanlığının yarpaqcıqları neştərvaridir, eynidirlər və ya daxildəkilər bir qədər uzundurlar, qılcıqvari sivriləşmiş, şabalıdı rəngdədir, kənarlardan ensiz-ağ pərdəlidir.
=== Meyvə ===
Qutucuq enli yumurtaşəkillikonusvari, sarımtıl-yaşıl rəngli, sivriləşmiş və çiçək yanlığının yarpaqcıqlarına bərabər və ya ondan qısadır. Toxumları uzunsovyumurtaşəkilli, qırmızımtıl-qəhvəyi rəngli, xırda olub, qısa düz törəmələri vardır və kütdür.