Forstera hoveyası

Vətəni Avstraliyadır.

Forstera hoveyası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 12 m-ə çatır. Palmanın gövdəsi dairə formasında yarpaq yarıqları ilə örtülmüşdür. Bünövrəsində gövdəsi enlidir. Yarpaqları lələkvari, qövsvari əyilmişdir. Gövdə ətrafında düzülən yarpaq yarıqları gövdənin düz olmasını göstərir. Alt tərəfdən xırda nöqtələrlə örtülmüş, lələkvari, tünd-yaşıl yarpaqları uzun seqmentli olub, uzunluğu 25-60 sm-dir, horizantal yerləşir, bir az sallaqdır. Bircinsli çiçəkləri çiçək qruplarında üç ədəd (iki erkək və bir dişi) yığılmışdır. Meyvələri finik palmasının meyvələrinə bənzəyir. Toxumlar və kök zolağları ilə çoxaldılır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Soyuğu və küləyi sevmir. Quraqlığa davamlıdır. Düz günəş şüalarından orta dərəcədə qorunmalıdır. Havanı oksigenlə, ozonla, aeroionlarla zəzənginləşdirir, nəmişliyi artırır və ekoloji şəraiti yaxşılaşdırır.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Mərdəkan dendrarisində 2009-cu ildən introduksiya olunub. Bəzi rayonlarda mədəni şəraitdə becərilir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Alleyalarda dekorativ görünür. Tək və qrup əkinləri üçün faydalıdır.

Məlumat mənbəsi[redaktə | mənbəni redaktə et]