Er-Fors adası (ing. Air Force Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012).
Er-Fors adası | |
---|---|
ing. Air Force Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 1720 km² |
Uzunluğu |
|
Eni | 62 km |
Hündür nöqtəsi | 20 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
67°58′ şm. e. 74°05′ q. u.HGYO | |
Ölkə | Kanada |
Vilayət | |
Akvatoriya | |
|
Er-Fors adası Foks körfəzinin şimal-şərq hissəsində, Baffin Torpağının cənub-qərb sahillərində yerləşir və Verdi körfəzinin cənub sərhədini təşkil edir. Baffin Torpağına minimum məsafə 20 km-dir. 11 km enində olan Koçram boğazı adanı qərbə doğru böyük Şahzadə-Çarlz adasından ayırır. Adanın sahəsi 1720 km²-dir. Sahil xəttinin uzunluğu 201 km-dir[1]. Er-Fors adasının uzunluğu 62 km (şərqdən qərbə) və orta eni təxminən 30 km-dir (şimaldan cənuba). Adanın relyefi alçaqdır və nadir hallarda dəniz səviyyəsindən 20 metrdən yuxarı qalxır[2].