– Qayadibi kəndinin əhalisi durub hərə öz işinə getdi…
Hərə bir iş görürdü: bir yanda xəmir yoğrulur, bir yanda yumurta çalınır, bu biri tərəfdə sabah xörəyi üçün düyü arıdılırdı.
Çəkdi bu milləti hərə bir yerə; Məqsəd – kürsü eşqi, amal – mənfəət.
// Hərəsi şəklində – ayrı-ayrılıqda, hər biri. Adamların hərəsi bir işlə məşğuldur.
– Paşanın adamları da hərəsi bir tərəfdə qərar tutdular. “ ”.
Sarı bülbüllər, torağaylar, göyçə qarğalar, … ənlikli bülbüllər hərəsi bir cür səslə oxuyub, səs-səsə verirlər.
Külək qalxmışdı. Hərəsi bir rəngdə, hərəsi bir biçimdə olan yarpaqlar xışıldaşırdı.
◊ Hərə bir zurna çalır – bax hər ağızdan bir avaz gəlir (“hər”də).
Hərə öz atını minib istədiyi yerə çapır – bir işdə birlik, həmrəylik, yekdillik olmadığını ifadə edir.
Hərənin ağzından bir avaz (hava) gəlir (çıxır) – bax hər ağızdan bir avaz gəlir (çıxır) (“hər”də).