HƏYYULAYİ
HƏZAQƏT
OBASTAN VİKİ
Cinsi həz
Orqazm (q.yun. ὀργασμός, ὀργάω sözündən — coşmaq, şişmək; bəzən seksual klimaks kimi qeyd olunur) — güclü məmnunluq, həzzi hissi ilə xarakterizə olunan cinsi coşqunun kuliminasiya zirvəsi. Kişilər və qadınlar tərəfindən yaşanan orqazmlar məcburi və ya avtonom sinir sistemi tərəfindən idarə olunur. Bunlar ümumiyyətlə bədənin bir çox bölgəsindəki əzələ spazmları, ümumi eyforik hiss və tez-tez bədən hərəkətləri və səsləndirmələr daxil olmaqla qeyri-iradi hərəkətlərlə əlaqələndirilir. İnsanlarda orqazmlar, ümumiyyətlə, kişilərdə penisin (adətən boşalma ilə müşayiət olunur) və qadınlarda klitorun fiziki cinsi stimullaşdırılması ilə nəticələnir.
Cinsi həz hissi

Ağbulaq-Həzbəri (Marağa)
Ağbulaq-Həzbəri — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında, Qaraağac qəsəbəsindən 29 km şimal-qərbdədir.
Aşağı Həzaran (Çaroymaq)
Aşağı Həzaran (fars. هزاران سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 33 nəfər yaşayır (6 ailə).
Aşağı Həzarrud
Bahadur Həziyev
Bahadur Salam oğlu Həziyev (d.1926) — Əməkdar məşqiçi, SSRİ və Azərbaycan SSR çempionu, Azərbaycan güləşçisi. Bahadur Bahadur oğlu Həziyev (d.1971) — Əməkdar məşqçi, İdman ustası, Azərbaycan çempionu.
Bahadur Həziyev (idmançı)
Bahadur Bahadur oğlu Həziyev (20 yanvar 1971, Qəzyan, Qubadlı rayonu – 14 noyabr 2023) — “Əməkdar məşqçi”, İdman ustası, Azərbaycan çempionu. == Həyatı == Bahadur Həziyev 20 yanvar 1971-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Yunan-roma güləşi ilə məşqul olur. İdman ustasıdır. 1988, 1989, 1990, 1991, 1993, 1994, 1997, 1998, 1999, 2001 və 2003-cü illərdə Azərbaycan çempionu olub. 2010-cu ildə “Əməkdar məşqçi” fəxri adı verilib. Qubadlı rayon Uşaq-Gənclər İdman məktəbində məşqiçi-müəllim işləyib.
Bahadur Həziyev (idmançı, 1926)
Bahadur Salam (Aslan) oğlu Həziyev (1 may 1926, Qəzyan, Zəngəzur qəzası – 1983) — Əməkdar məşqiçi, SSRİ və Azərbaycan SSR çempionu, Azərbaycan güləşçisi, Yunan-Roma güləşi, sərbəst güləş, milli güləş, ağır atletika üzrə SSRİ idman ustası adını qazanmışdır. == Həyatı == Bahadur Həziyev 1 may 1926-cı ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. Yunan-roma güləşi ilə məşqul olub. Əməkdar məşqiçi, Yunan-roma güləşi və sərbəst, milli güləş növləri və ağır atletkadan idman ustası, SSRİ çempionu, dəfələrlə Azərbaycan çempionu olmuşdur. B. Həziyev uzun müddət rayon Kənd Könüllü İdman Cəmiyyətinin sədri olmuşdur. 1983-cü ildə vəfat etmişdir. Bahadır Həziyev Qubadlının Qəzyan kəndində anadan olub. Hələ uşaqlıqdan fiziki cəhətdən tay-tuşundan fərqlənən Bahadır Həziyev 1946 - 1949-cu illərdə hərbi xidməti başa vurub idman ustası kimi respublika yığma komandasına cəlb olunur. İdman ustası Bahadır Həziyev on dəfə Azərbaycan çempionu adına layiq görülüb. Sonra Yunan-Roma güləşi, sərbəst güləş, milli güləş, ağır atletika üzrə SSRİ idman ustası adını alır.
Bahadur Həziyev (idmançı, 1971)
Bahadur Bahadur oğlu Həziyev (20 yanvar 1971, Qəzyan, Qubadlı rayonu – 14 noyabr 2023) — “Əməkdar məşqçi”, İdman ustası, Azərbaycan çempionu. == Həyatı == Bahadur Həziyev 20 yanvar 1971-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Yunan-roma güləşi ilə məşqul olur. İdman ustasıdır. 1988, 1989, 1990, 1991, 1993, 1994, 1997, 1998, 1999, 2001 və 2003-cü illərdə Azərbaycan çempionu olub. 2010-cu ildə “Əməkdar məşqçi” fəxri adı verilib. Qubadlı rayon Uşaq-Gənclər İdman məktəbində məşqiçi-müəllim işləyib.
Bahadır Həziyev
Bahadur Salam (Aslan) oğlu Həziyev (1 may 1926, Qəzyan, Zəngəzur qəzası – 1983) — Əməkdar məşqiçi, SSRİ və Azərbaycan SSR çempionu, Azərbaycan güləşçisi, Yunan-Roma güləşi, sərbəst güləş, milli güləş, ağır atletika üzrə SSRİ idman ustası adını qazanmışdır. == Həyatı == Bahadur Həziyev 1 may 1926-cı ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. Yunan-roma güləşi ilə məşqul olub. Əməkdar məşqiçi, Yunan-roma güləşi və sərbəst, milli güləş növləri və ağır atletkadan idman ustası, SSRİ çempionu, dəfələrlə Azərbaycan çempionu olmuşdur. B. Həziyev uzun müddət rayon Kənd Könüllü İdman Cəmiyyətinin sədri olmuşdur. 1983-cü ildə vəfat etmişdir. Bahadır Həziyev Qubadlının Qəzyan kəndində anadan olub. Hələ uşaqlıqdan fiziki cəhətdən tay-tuşundan fərqlənən Bahadır Həziyev 1946 - 1949-cu illərdə hərbi xidməti başa vurub idman ustası kimi respublika yığma komandasına cəlb olunur. İdman ustası Bahadır Həziyev on dəfə Azərbaycan çempionu adına layiq görülüb. Sonra Yunan-Roma güləşi, sərbəst güləş, milli güləş, ağır atletika üzrə SSRİ idman ustası adını alır.
General Həzi Aslanov (1945)
== Məzmun == Xüsusi buraxılışdır. Filmdə Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanovun dəfn mərasimi, xalqımızın bu igid sərkərdəyə olan dərin məhəbbət və ehtiramı öz əksini tapmışdır. Filmdə onun cənazəsinin təyyarə limanına gətirilməsi, Bakı Zabitlər Evində şəhər ictimaiyyətinin generalla son dəfə vidalaşması, dağüstü parkda dəfn prosesi, izdihamlı mitinq göstərilmişdir. Kinolentdə Həzi Aslanovun cəbhədə vuruşması anlarını canlandıran xronikadan da istifadə edilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Niyazi Bədəlov Operator: Seyfulla Bədəlov, Əlibala Ələkbərov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
General Həzi Aslanov (film, 1945)

Hafiz Həziyev
Hafiz Varoğlu oğlu Həziyev (23 oktyabr 1993, Yeni Qaradolaq, Ağcabədi rayonu – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hafiz Həziyev 23 oktyabr 1993-cü ildə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anadan olmuşdur. Məhəmməd Füzuli adına tam orta məktəbdə təhsil almışdır. 2010-cu ildə həmin məktəbdən məzun olmuşdur. == Hərbi xidməti == Hafiz Həziyev 2011–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Hafiz Həziyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq 29 sentyabrdan iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hafiz Həziyev 6 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anadan olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafiz Həziyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Həzar Məscid dağları
Həzar Məscid dağları (fars. رشته‌کوه هزارمسجد‎) — İranda dağ silsiləsi. Kopetdağ silsiləsinin cənub-şərq hissəsini təşkil edir. İranın Rəzəvi Xorasan ostanında, Dərgəzdən təxminən 20 kilometr (12 mil) şərqdə və Məşhəddən 70 kilometr (43 mil) şimalda yerləşir. Dağ silsiləsi ölkənin ucqar şimal-şərq hissəsində yerləşir. Hündürlüyü 3,040 metr olan Həzar Məscid dağı qrupun ən yüksək zirvəsidir və dağ silsiləsinin demək olar ki, mərkəzi hissəsində yerləşir. == Etimologiya == "Həzar Məscid" fars dilindədir və iki sözdən ibarətdir. Bunlar "min" mənasını verən "həzar" və "məscid"dir. Odur ki, . "Həzar Məscid" adı "min dənə məscid" deməkdir.
Həzaracat
Həzaracat. Həzaristan — Əfqanıstanın mərkəzində əsasən həzaraların yaşadığı tarixi ərazi.
Həzrət Peyğəmbər
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Həzrət Urtenov
Həzrət Urtenov(1907–1955) —qaraçaylı şairi. == Həyatı == Həzrət Urtenov qaraçay poeziyasının banilərindən biridir. O, Böyük Qaraçaydakı Kart Yurd (Kart-Curt) aulunda doğulduğundan əksər əsərlərini "Həzrət Kart-Yurdlu" təxəllüsu ilə yazmışdır. Doğma aulda mədrəsədə təhsil aldıqdan sonra, elə oradaca ibtidai məktəbi rus dilində başa vurub Simferopolda Krım-Tatar Pedaqoji Texnikumunda təhsilini (1926) davam etdirib. Ərəb, rus və bir sıra türk dillərini (qumux, Krım-tatar və s.) mükəmməl bilirdi. XX əsrin 20-ci illərindən Həzrət Urtenov Krım ədəbi həyatı ilə yaxından bağlı olur. Bu bağlılıq gənc H. Urtenovun istedadanın daha da çiçəklənməsinə və inkişafına kömək etməklə, onun poetik ustalığının formalaşmasında mühüm rol oynayır. Pedaqoji Texnikumda yerliləri – qaraçay şairi Həsən Bostanov və malkar şairi Səid Şahmurzayevlə birgə təhsil alır. Adları çəkilən bu ziyalılar arasındakı dostluq ömur boyu möhkəmləndirilib və inkişaf etdirilib. Qaynar Krım mühiti, burada vətənpərvər ruhlu insanlarla ünsiyyət, iştirak etdiyi ədəbi-bədii dərnəklərdə olan istedadlı tələblərlə apardığı diskussiya və mübahisələr Həzrətin dünyagörüşünün formalaşmasına güclü təkan verir.
Həzrət Zeynəb məscidi
Həzrət Zeynəb məscidi — Gəncə şəhərinin Böyük Bağmanlar məhəlləsində yerləşən məscid. Məscidin tikintisi əvvəllər başlansa da, 2006-cı ildə Heydər Əliyev Fondunun hesabına başa çatdırılaraq istifadəyə verilmişdir. Məscid iki mərtəbəlidir. İkinci mərtəbə günbəzin sol tərəfində birtərəfli balkonla tamamlanır. İki qoşa minarəsi vardır. Məsciddə dövlət qeydiyyatından keçmiş icma fəaliyyət göstərir.
Həzrət Zeynəb məscidi (Gəncə)

Həzrət İsa
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — İsa Məsih, Nazaretli İsa və bir çox başqa adlarla tanınan, birinci əsrdə yaşamış yəhudi təbliğçi və dini lider. O, dünyanın ən geniş yayılmış dini olan Xristianlığın əsas simasıdır. Əksər xristianlar İsanın Tanrının Oğlu və Əhdi-Ətiqə əsasən zühur etməsi gözlənilən peyğəmbər Məsih olduğuna inanırlar. Antik dövrlə məşğul olan bütün müasir elm adamları İsanın tarixən mövcud olması ilə razılaşır. İsanın həyatı haqqında məlumatlar İncillərdə, xüsusən də Əhdi-Cədiddəki dörd kanonik İncildə öz əksini tapır. Akademik araşdırmalar İncillərin tarixi etibarlılığına və onların İsanı tarixi bir şəxsiyyət olaraq nə dərəcədə düzgün əks etdirməsinə dair müxtəlif fikirlər ortaya qoyub. Səkkiz günlük ikən sünnət edilən və yetkinlik yaşına çatanda Vəftizçi Yəhya tərəfindən vəftiz olunan İsa 40 gün, 40 gecə səhrada oruc tutduqdan sonra öz xidmətinə başladı. Səyyah müəllim olduğu üçün onu adətən “ravvin” adlandırırdılar.
Həzrət Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir.
Həzrət Əli ibn Əbu Talibin (ə) ensiklopediyası
Həzrət Əli ibn Əbu Talibin (ə) ensiklopediyası ( trans.: Musuətul-imam Əli ibn Əbi Talib (ə) fil-kitabi vəs-sunnəti vəl-tarix) — Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhrinin Əli barədə yazdığı kitab. Kitab "Vilayət ilinin kitabı" müsabiqəsinin ikinci mərhələsinin mükafatına layiq görülmüşdür. == Haqqında == Reyşəhri kitabı 1992-2000-ci illərdə ərəbcə yazmışdır. == Nəşr və tərcümə == Kitab ilk dəfə 2000-ci ildə 12 cilddə ərəbcə İranda nəşr olunmuşdur. Ensiklopediya 2002-ci ildə "Daneşnameye Əmirəl-mominin (ə) bər-bayeye Quran və hədis və tarix" adı ilə 12 cild və əlavə 1 cildlik mövzu mündəricatı ilə birlikdə farsca nəşr edilmişdir. Kitabın hər iki mətnə malik 3-cü nüsxəsi "Daneşnameye Əmirəl-mominin (ə)" adı ilə, ərəb və fars dilində olmaqla, 1 cilddə 2007-ci ildə yenidən nəşr edilmişdir. Kitabın müxtəsər variantı Ağabala Mehdiyev tərəfindən azərbaycan dilinə tərcümə edilmiş və 2013-cü ildə Nurlar nəşriyyatında çap olunmuşdur.
Həzrətbaba piri
Babadağ — Quba və İsmayıllı rayonu ərazisində yerləşən, Böyük Qafqaz dağlarının cənub şərqində qərar tutan ən hündür zirvələrindən biri, ziyarətgah. == Ümumi məlumat == Dəniz səviyyəsindən 3629 metr hündürlükdə yerləşən Babadağdan Qaraçay, Vəlvələçay və Girdimançay çayları başlanır. İlin çox vaxtı qarla örtülü olur. == Adının mənası == Babadağ oronimi Azərbaycan dilindəki "baba" (hörmət bildirən titul mənasında) sözündəndir.>. == Həzrətbaba piri == Babadağ ziyarətgah yeridir və "Həzrətbaba piri" də adlanır. Keçmişdə Quba, İsmayıllı, Qəbələ və başqa rayonlardan gəlib bu piri ziyarət edirdilər. Rəvayətə görə, bu pir vaxtilə Şabranda rəncbər olmuş bir nəfər şəxsin qəbridir. O, bir dəfə plov yeyərkən təsadüfən bir düyünü taptalamış və bunu böyük günah sayaraq həmin dağa qalxmış və orada vəfat etmişdir. Başqa bir rəvayətə görə, Həzrət Baba Səudiyyə Ərəbistanında yaşayırmış. Sonralar söhbət gedən məkana gəlib.
Həzrəti-Zəhra məscidi
Həzrəti-Zəhra Məscidi – Naxçıvan şəhərinin Sarvanlar məhəlləsində ibadətgah və memarlıq ibadəsi. Xalq arasında "Heydər Məscidi" kimi tanınır. Məscidin heyətində qoyulmuş xatirə qraniti üzərindəki kitabədə onun tikilmə tarixi belə qeyd olunmuşdur: "Heydər Məscidi" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyərkən (1991-1993) möhtərəm Heydər Əliyevlə İran İslam Respublikasının "Bonyade Mostezəfan və Canbazane Enqelabe Eslami" fondunun prezidenti ağayı Mohsen Rəfiq Dust arasında 24 avqust 1992 il tarixdə Tehran şəhərində imzalanmış protokola əsasən Ayətulla Xamenei hyəzrətlərinin və Zati-aliləri Heydər Əliyevin himayəsi ilə tikilmişdir. Ümumi sah. – 6000 m²-dir. Məscidin böyük ibadət salonu (3300 m²) günbəzlə örtülmüşdür; hücrələri var. Bu möhtəşəm abidənin layihəsində Şərq Memarlıq ənənələrindən istifadə edilmişdir. Məscid binasının tikintisi, xaricə açılan dərin həcmli baştağ eyvanları, oyma bəzəkləri, şəbəkələri, xüsusilə minbərdə aparılmış bəzək işləri, həmçinin ümumi quruluşu memarlıq həllinə görə diqqəti cəlb edir. Bu müqəddəs ocaqda eyni vaxtda min nəfər dini ayinləri yerinə yetirə bilər. Burada müqəddəs Qurani-Kərim öyrədilir, islami dəyərlər təbliğ edilir.
Həzrəti Fatimə
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Həzrəti Hüseyn
Hüseyn ibn Əli (ərəb. حسين بن علي‎; 9 yanvar 626, Mədinə, Əl-Mədinə[d], Səudiyyə Ərəbistanı – 12 oktyabr 680, Kərbəla) (tam adı: Hüseyn ibn Əli ibn Əbu Talib əl-Haşimi əl-Qureyşi) — Şiələrin 3-cü imamı, xəlifəsi və 5-ci məsumu; Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Hüseyn adı, Əbu Abdullah künyəsi ilə məşhurdur. Şiələrin üçüncü imamı, Kərbəla şəhidi, Kisa Səhabələrindən, Əli və Fatimənin ikinci oğlu və İslam peyğəmbəri Məhəmmədin nəvəsidir. Məhəmməd onu və qardaşı Həsən ibn Əlini cənnət gənclərinin ağası adlandırıb. Siffeyn, Cəməl və Nəhrəvan döyüşlərində atasının yanında olmuş və döyüşmüşdür. Qardaşı Həsənin imaməti və xilafəti dövründə onun yanında olmuş və Müaviyə həyatda olduğu müddətdə onun Həsənlə bağladığı sülh müqaviləsinə sadiq qalmışdır. 680-ci ildə Müaviyənin ölümüylə birlikdə Yezidə beyət etməyi qanuni bilməmiş və kufəlilərin dəvətinin ardınca Məkkədən Kufəyə doğru yola çıxmışdır. Kərbəlada kufəlilərin xəyanət və sədaqətsizlikləri səbəbilə Aşura günü Əməvi ordusu ilə baş verən döyüşdə, Hüseyn və aralarında qardaşı, oğlanları və qardaşı oğlunun da olduğu təxminən 72 tərəfdarı ilə birlikdə öldürülmüşdür. Sağ qalan yaxınları, ailəsi və tərəfdarları əsir alınaraq əvvəlcə Kufəyə və oradan da paytaxt Şama (Dəməşq) göndərilmişdir.
Həzrəti Həmzə
Həmzə ibn Əbdülmüttəlib (568, Məkkə – 22 mart 625) — Məhəmmədin əmisi. Uhud döyüşündə Əbu Süfyanın arvadı Hindin göstərişi ilə Vəhşinin atdığı nizə ilə öldürülmüşdür. == İstinadlar == == Xarici keçidlər == Cavad Mühəddisi. "Seyyidüş-Şühəda Həmzə kimdir?" ( (az.)). islamazeri.com. 2019-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-25.