Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Həzrət Zeynəb məscidi — Gəncə şəhərinin Böyük Bağmanlar məhəlləsində yerləşən məscid.
Məscidin tikintisi əvvəllər başlansa da, 2006-cı ildə Heydər Əliyev Fondunun hesabına başa çatdırılaraq istifadəyə verilmişdir. Məscid iki mərtəbəlidir. İkinci mərtəbə günbəzin sol tərəfində birtərəfli balkonla tamamlanır. İki qoşa minarəsi vardır.
Məsciddə dövlət qeydiyyatından keçmiş icma fəaliyyət göstərir. [1]