İbiş Məmmədov
İbiş Behbud oğlu Məmmədov (13 iyun 1961, Qafan – 20 yanvar 1990, Bakı) — 20 Yanvar şəhidi.
== Həyatı ==
İbiş Behbud oğlu Məmmədov 13 iyun 1961-ci ildə Ermənistan SSR Qafan rayonunda anadan olub.
1988-ci ildə Qafan şəhərində mitinq keçirən erməni ekstremistləri:
— deyəndə, İbiş cavab verib ki, mən Azərbaycanın oğluyam, Qarabağ da Azərbaycan torpağıdır. Onu Şəhidlər xiyabanına aparan yol da o cavabdan başlamışdı. İbiş öz dədə-baba yurdundan qovulmuşdu.
Doğma Bakıda fəhlə işləyirdi. Tale İbişə həmişə sərin üz göstərib. İki yaşından yetim qalıb. Ata qayğısı görməyib. 1981-ci ildə, 20 yaşında evlənib.