Təzə İbiş

Təzə İbiş, İbiş — İbiş - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd.[1]

Tarixi Azərbaycan əraziləri
Təzə İbiş
Ümumi məlumatlar
Bölgə Ağbaba mahalı
İndiki adı Dayrik
Adının dəyişdirilmə tarixi 1991
Əhalisi 580 (1987)
Xəritədə yeri
Təzə İbiş xəritədə
Təzə İbiş
Təzə İbiş

Təzə İbiş kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Təzə İbiş kəndidə dağıdılmışdır və erməniləşdirilmişdir. Hazırda Ermənistanda mövcud olan kənddir.

Kənd rayon mərkəzindən 14 km şimal-qərbdə, Türkiyə sərhəddində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir. Kəndin digər adı Ayçınqılı olmuşdur[3]. Kəndin sakinləri yalnız azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir[3]. Qarapapaqlar azərbaycanlılarn etnoqrafik qruplarından biridir.

Toponim şəxs adı əsasında əmələ gəlmiş antropotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Yerizak qoyulmuşdur.

Ağbaba mahalının xəritəsi

Kənddə 1897-ci ildə 118 nəfər, 1906-cı ildə 460 nəfər, 1914-cü ildə 568 nəfər azərbaycanlı yaşamışdır[4]. 1916-cı ildə azərbaycanlılar qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri öz kəndlərinə qayıtmışdır. 1922-ci ildə kənddə 221 nəfər, 1926-cı ildə 300 nəfər, 1931-ci ildə 275 nəfər[4], 1970-ci ildə 382 nəfər, 1987-ci ildə 580 nəfər[5] azərbaycanlı yaşamışdır.

1989-cu ilin yanvarında azərbaycanlılar öz doğma torpaqlarından ermənilər tərəfindən qovulmuşdur. İndi ermənilər yaşayır.

Şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Tacir Səmimi - Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü.
  • İlham Əhmədov (şəhid) - şəhid
  • Hidayət İsayev - Tibb elmləri doktoru, professor, M.Topçubaşov adına ET Professor H.B.İsayev Kliniki Təbabət İnstitutunun elmi işlər üzrə direktor müavini 
  • Katib Şamilov - Tibb elmləri namizədi, 1-ci dərəcəli cərrah, Həştərxan şəhəri Kirov adına klinik xəstəxananın cərrahiyə şöbəsinin müdiri.
  1. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı
  2. Azərbaycan Respublikası prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı
  3. Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XYI - начале XIX в., Ленинград, 1949
  4. Байбуртян В.А., Армянская колония Новой Джульфы в XYII веке, Иряван, 1969
  5. Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963
  6. Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898
  7. Мамедов С.А., Азербайджан по источникам XV - первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852
  8. Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989
  9. Enikolopov İ.K., Qriboedov i Vostok, İrəvan 1954
  10. Qлинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831
  11. Kemal Beydilli, 1828-1829. Osmanlı - Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T.T.K. konqresinde sunulan tebliğ, Ankara,1986
  12. Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976
  13. Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836
  14. Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885
  15. Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904
  16. "Армянский геноцид". Миф и реальность. Справочник фактов и документов, Б.1992
  17. Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992
  18. Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992
  19. Заварян С., Экономические условия Карабаха и голод 1906-1907 г., Перевод с армянского, С.Петербург, 1907
  20. Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, М.1960
  21. Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989
  22. Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и английского командования на Кавказе, Bakı, 1990
  23. Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918-1920-ci illər, Bakı, 1993
  24. Məmməd Sadıq Aran. "Qardaş köməyi" məqaləsi;1951; Bax: "Ədəbiyyət və incəsənət" qəzeti, 2 oktyabr 1990-cı il.
  25. Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце XIX начале XX в.), Bakı, 1993
  26. Грибойедов А., Seçilmiş əsərləri, 2-ci cild, Moskva, 1977.
  1. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  2. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, s.100
  3. 1 2 Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.20 (erm.)
  4. 1 2 Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.20-21, 104-105 (erm.)
  5. Bayramov A. Qədim Oğuz ellərinin - Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları (toponimləri), Sumqayıt, 1996, s.171

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]