Ruzə İbişova (d. 10 mart 1967, Ağdaş rayonu, Ləki) — Azərbaycanlı xanəndə; Azərbaycan Respublikasının Əməkdar Artisti (2013)[1].
Ruzə İbişova | |
---|---|
İbişova Ruzə Məhərrəm qızı | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağdaş rayonu, Ləki |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə |
Fəaliyyət illəri | 1980-ci ildən |
Mükafatları |
İbişova Ruzə Məhərrəm qızı 10 mart 1967-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuşdur.
1984-cü ildə Ağdaş rayonunda keçirilən yeniyetmələrin Respublika baxış müsabiqəsində qatılaraq dahi müsiqiçi Niyazinin sədri olduğu munsiflər heyəti qarşısında ifası ona Respublika sarayında baş tutacaq yekun baxış konsertə vəsiqə qazandırmışdır. Yekun konsertdə çıxışı Niyazi və diğər tanlnmış musiqiçilər tərəfindən yüksək dəyəndirilmiş və o, Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin muğam şöbəsində təhsil almağa dəvət edilmişdir.
1986–1990-cı illərdə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində əməkdar müəllim Nəriman Əliyevin sinfində, 1990–1995-ci illərdə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xalq artisti İslam Rzayevin sinfində oxumuşdur.
1985–2010-cu illərdə "Humayun" xalq çalğı alətləri, "İrs" folklor ansambllarının və əməkdar kollektiv Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin solisti olmuşdur. Hazırda Azərbaycan Televiziyasının Baba Salahov adına "Araz"xalq çalğı alətləri ansamblı ilə çalışır.
2007-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muğam sənəti kafedrasında müəllim işləyir. ADMİU-nin doktorantıdır.
2010-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür[2]. Azərbaycan müğamlarının tarixi, muğam ifaçılarının yaradıçılığı həsr olunmuş məqalələrlə "Xalq qəzeti", "Mədəniyyət", "Palitra", "Azad Azərbaycan" və başqa qəzetlərdə müntəzəm çıxış etmişdir.
Umummilli lider Heydər Əliyevin xatirəsinə ithaf etdiyi "Əbədiyyət notları" kitabının müəllifidir[3]. İfasında səslənmiş "Mirzə Hüseyn seğahı", "Bayatı-kürd", "Bayatı-Şiraz", "Şur", "Mahur-Hindi", "Cahargah", "Xaric segah", "Humayun" muğam dəstgahları, "Kəsmə şikəstə", "Heyratı" zərb muğamları, yüzdən artıq bəstəkar, xalq mahnıları və təsniflər Azərbaycan Televiziyasının fondunda saxlanılır. "İrs" folklor ansamblının tərkibində Rusiya, Orta Asiya, Pribaltika ölkələrində qastrol səfərlərində olmuş, dəfələrlə Azərbaycan Televiziyasının Baba Salahov adına "Araz" xalq çalğı alətləri ansamblı ilə birlikdə Azərbaycan Milli Ordusunun qarşısında musiqi proqramları ilə çıxış etmişdir. 2005-ci ildə Azəbaycan Dövlət Filormoniyasında Aqşin Əlizadənin "Muğamvari" simfonik əsərini İsveç musiqiçisi Simon Comartinin dirijorluğu ilə ifa etmişdir.
Dördüncü muğam müsabiqəsinin "ən çox tamaşaçı rəğbəti qazanan işrirakçısı" Ayşən Mehtiyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Ruzə İbişovanın sinfində təhsil almışdır.
Ailəlidir. Bir qızı var.