iks
iks-şüalar
OBASTAN VİKİ
Şüa (həndəsə)
Şüa — düz xəttin üzərindəki hər hansı bir nöqtədən eyni tərəfdə yerləşən (həmin nöqtə də daxil olmaqla) nöqtələr çoxluğudur. Bir tərəfdən məhdud olan düz xəttt hissəsinə şüa və ya yarım düz xətt deyilir. Bir düz xətt üzərində olan ortaq başlanğıclı iki yarım düz xəttə tamamlayıcı yarım düz xətt və ya şüa deyilir. Şüanın mərkəzi simmetriyası yoxdur.
Şüa (texnika)
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. == Dirək növləri == === Dəmir-beton dirək === Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. ==== Dəmir-beton dirək növləri ==== Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
Şüa Hüseynov
Şüa Hüseynov (tam adı: Hüseynov Şüa Hüseyn oğlu; 27 fevral 1939, Kirovabad) — 1967-1995-ci ilə qədər Respublika Ağır atletika Federasiyasının prezidenti, Azərbaycan Respublikasının "əməkdar müəllimi", Beynəlxalq dərəcəli hakim. == Həyatı == Hüseynov Şüa Hüseyn oğlu 1939-cu il fevralın 27-də Gəncə şəhərində anadan olmuşdur. === Təhsili === O, 1952-ci ildə 15 saylı orta məktəbi bitirdikdən sonra Gəncə İnşaat Texnikumuna daxil olmuş, 1956-cı ildə həmin texnikumu bitirmiş, 1958-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstiutuna daxil olub, 1962-ci ildə institutu bitirmiş, həmin ili Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olmuş, 1967-ci ildə universiteti müvəffəqiyyətlə bitirmişdir. == Fəaliyyəti == 1961-ci ildən Ali məktəbdə işləyir. 1967-ci ildə Azərbaycan DBTİ-da müəllim, baş müəllim 1969-ci ildə, elmlər namizdə 1974-ci ildə dosent (1980), 1994-cü ildən professor adına layiq görülmüşdür. 1978-2015-ci illərə kimi “Ağır atletika və boks” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 50-dən çox elmi əsərin müəllifidir. Bu əsərlərdən 80 çap vərəqi həcmində tədris və tədris-metodiki vəsaitdir ki, idman mütəxəssisləri respublikamızda bu əsərlərldən səmərəli istifadə edirlər. === İdman fəaliyyəti === İdman sahəsində bir mütəxəssis kimi 1955ci ildən fəaliyyət göstərməyə başlayıb. 1969-ci ilə qədər müxtəlif idman cəmiyyətlərində baş məşqçi işləyib və 15 nəfərdən artıq idman ustası hazırlamışdır.
Şüa izləmə
Şüa izləmə (ing. ray tracing) — görüntünün renderinq (RENDERİNG) olunmasının iki əsas üsulundan biri. Kompüter qrafikasında: görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritm. Bu atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklərin izlənməsi yoluyla hesablanır. Bundan sonra obyektin atributlarından ekranda görüntünü əmələ gətirən piksellərin rəngini və intensivliyini ölçmək üçün istifadə olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, gürününün elementlərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Malkolm İks
Malkolm X və ya Malkolm İks (ing. Malcolm X, Malcolm Little, sonradan əl-Hac Malik əl-Şahbaz ; 19 may 1925[…], Omaha, Nebraska – 21 fevral 1965[…], Manhetten, Nyu-York ştatı) — ABŞ-nin müsəlman icmasının rəhbərlərindən biri və afroamerikalı insan haqları hərəkatının tanınmış fəalı. O, ən çox qaradərililərin hüquqlarının müdafiəsi məsələsində mövcud olan mübahisələrə görə tanınır. Bəziləri onu ağdərili amerikalıları qaradərili amerikalılara etdiklərinə görə çox sərt tərzdə tənqid edən şəxs kimi, bəziləri isə irqçiliyi və şiddəti təbliğ edən şəxs kimi qəbul edirlər. Malkolm Littl Nebraska ştatının Omaha şəhərində anadan olmuşdur. Atasının ölümündən və anasının xəstəxanaya düşməsindən sonra yeniyetməlik illərini qoruyucu evlərdə keçirmişdir. 1943-cü ildə Nyu-York şəhərinin Harlem məhəlləsinə köçmüşdür. Nyu-Yorkda bəzi qeyri-qanuni işlərlə məşğul olmuşdur. 1946-cı ildə oğurluğa, şəxsi mülkə icazəsiz daxil olmaya görə 10 il həbsə məhkum edilmişdir. Həbsxanada "İslam milləti" hərəkatına qoşulmuş və adını Malkolm X etmişdir.
Professor İks
Professor Çarlz Frensis Xavier (ing. Charles Francis Xavier) və ya Professor İks (ing. Professor X) — Marvel Comics tərəfindən yaradılmış personaj, İks-adamların lideri. Yazıçı Sten Li və rəssam Ceyk Kyörbi tərəfindən yaradılan personaj ilk dəfə 1963-cü ildə nəşr olunmuş "İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur. Xavier qeyri-insani güclərlə dünyaya gələn uydurma mutantlardan biridir. O, mutantlar və insanların sülh və bərabərlik şəklində yaşaması üçün vuruşan İks-adamlar komandasının yaradıcısıdır. Xavier güclü telepatiya qabiliyyətinə malik olan mutantdır. O, digər insanların düşüncələrini, yaddaşını oxuya bilir və hətta onları idarə edə bilir. Xavier bütün dünyadan olan mutantlara sığınacaq olması və mutant güclərini məşq etmələri üçün Nyu-Yorkda İks-İqamətgah adlı özəl məktəb açmışdır. Xavier paraplegik xəstəsidir və əlil arabası ilə hərəkət edir.
İks-23
İks-23 (ing. X-23) — Marvel Comics tərəfindən yaradılmış xəyali super qəhrəman. İlk dəfə 2004-cü ildə "X-Men: Evolution" çizgi filmində, daha sonra "NYX" komiksinin 3-cü buraxılışında peyda olmuşdur. == Bioqrafiya == Şimal porsuğu kimi yeni silah hazırlamaq məqsədiylə Martin Satter məşhur genetik Sara Kinniyə onun oxşarını (klonu) yaratmaqa dəvət edir. Nəticədə Y-xromosomunu xilas edə bilmədiyinə görə qadın oxşarını yaratdı. Əvəldən Zander Rays buna razı olmadı, amma Martindən razılıq alan Sara layihəni davam etdirdi. Daha sonra Rays bunu öyrəndikdən sonra onu cəzalandırmaq məqsədi ilə ona qulaq asmadığına görə uşaqın daşıyıcısı olmasına məcbur etdi. Bağlı qapıda yetiştirilən X-23 silah kimi istifadə etməyə hazırlayırdılar, amma Kinni əllindən qələn hər şeyi edirdiki o silah kimi yox, insan kimi yetişdirsin. Yeddi ildən sonra Zander Rays mutasiyanı gücləndirmək üçün şüalanmayaş, daha sonra isə onun caynaqlarını adamantiumla ortdü. Daha üç ildən sonra isə onu ilk tapşırıqına göndərdi — prezidentliyə namizəd olan Qreq Consonu öldürmək idi.
İks-adamlar
İks-adamlar (ing. X-Men) – Marvel Comics nəşriyyatı tərəfindən 1963-cü ildə yaradılmış superqəhrəman komandası. Komanda ilk dəfə Sten Li və Cek Körbi tərəfindən ərsəyə gətirilmiş "The X-Men" komiksinin 1-ci sayında (sentyabr 1963) təqdim edilmişdir. Zəif satış göstəricilərinə görə 1970-ci ildə komanda haqqında komikslərin nəşri dayandırılmış, 1975-ci ildə yazıçı Kris Klermontun birbaşa nəzarəti altında komanda haqqında komikslərin təkrar nəşrinə başlanılmış və bundan sonra İks-adamlar Marvel Comics nəşriyyatının ən uğurlu franşizalarından birinə çevrilmişdir. Komanda müxtəlif komiks kitablarında, teleseriallarda, Disneyin 20th Century Studiyasının İks-adamlar filmlər seriyasında və video oyunlarda istifadə edilmişdir.
Elektron-şüa borusu
Elektron-şüa borusu (CRT - cathode-ray tube)– televiziya monitorunun və mikrokompüterin standart displeyinin əsas elementi. Belə displey, içərisində elektron şüalar buraxan bir və ya bir neçə elektron top (GUN) olan vakuum borusunun əsasında qurulur; bu şüalar borucuğun qabaq divarının şüalanma zamanı işıqlanan daxili örtüyünə tuşlanır. Monoxrom elektron-şüa borusunda bir elektron top və bir qayda olaraq, ağ, yaşıl və ya sarı rənglər verən bir lüminofor gərəkli olur. Rəngli borucuq üçün isə üç elektron top lazımdır: nadir elementlərlə zənginləşdirilmiş və qırmızı, yaşıl və göy rənglər (qeyri-şəffaf boyalar deyil, işıq gücünün müxtəlif səviyyələri qatışdırıldığından, əsas rənglər olaraq, qırmızı-sarı-göy deyil, qırmızı-yaşıl-göy götürülür) verən üç tip lüminiforun hər birini şüalandırmaq üçün bir ədəd. Hər bir şüa, bir dəfəyə bir üfüqi darama sətri yaratmaqla əvvəlcə soldan sağa, sonra isə yuxarıdan aşağıya hərəkət edir. Şüa elektron-şüa borusunun boğazında yerləşən elektromaqnitlər sistemi vasitəsilə əyilir və borucuğun qabaq divarında olan lüminoforun piksellərini şüalandırmaqla görüntünü çəkir. Titrəməni olmaması üçün elektron şüa ekran görüntüsünü saniyədə 30 və ya daha artıq dəfə təzələyir. Görüntünün aydınlığı (dəqiqliyi) ekrandakı piksellərin sayından asılı olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İks-adamlar (film)
İks-adamlar (ing. X-Men) — 2000-ci ildə Marvel Comics-in eyni adlı obrazları əsasında qurulmuş, super qəhrəman janrında istehsal olunan ABŞ filmidir. Brayan Sinqerin rejissorluq etdiyi filmin əsas rollarında Patrik Stüart, Hyu Cekman, Yan MakKellen, Helli Berri, Famke Yanssen, Ceyms Marsden, Brüs Devison, Rebekka Romeyn, Rey Park, Tayler Meyn və Anna Pekuin rol almışdır. Film kiçik hissəsinin mutantlardan təşkil olunduğu bir dünyanı təsvir edir. Onlar superinsan güclərinə sahib olması normal insanlarda onlara qarşı etibarsızlıq yaradır. Filmdə Professor Xavierin İks-adamlar komandası və Maqnetonun başçılıq etdiyi Mutant qardaşlığı arasındakı münaqişəyə Şimal porsuğu və Roq da cəlb olunur. "İks-adamlar" filminin çəkilişi barədə məsləhətləşmələr 1989-cu ildən Ceyms Kemeron, Ketrin Biqelou və Orion Pictures şirkəti arasında başlamışdır. 1994-cü ildə filmin hüquqları 20th Century Fox şirkətinə verilmişdir. Filmin buraxılışı 2000-ci ilin dekabr ayı üçün nəzərdə tutulsa da, sonradan dəyişiklik edilərək iyul ayında təqdim olunmuşdur. Çəkilişlər Toronto şəhərində 1999-cu il sentyabrın 22-dən, 2000-ci il martın 3-nə kimi davam etmişdir.
Dənizdə şüa (film, 1967)
== Məzmun == Film Gilov adasındakı mayakın işçilərindən, onların xidmətindən, mayakın gecələr balıqçılara, dənizçilərə və neftçilərə yol göstərməsindən danışır.
Ben İks (film, 2007)
Ben İks (ing. Ben X) — 2007-ci ildə çəkilən, Belçika və Hollandiyanın istehsalı olan film. == Məzmun == 2007-ci il istehsalı olan filmin rejissoru Nik Baltazardır. Filmin ssenarisi elə rejissorun “Nothing Was All He Said” romanı əsasında ekranlaşdırılmışdır. Rejissor müsahibələrindən birində qeyd edib ki, romanı real hadisələrə əsaslanaraq yazıb. Mükafat sarıdan kasad olsa da, film çox uğurlu alınıb. Qeyd edim ki, bu rejissor kimi Nikin ilk və hələ ki uzun metrajlı film kimi tək işidir. “Ben X” psixoloji yüklü çox ağır bir filmdir. Film Ben adlı autizm xəstəsi olan bir oğlanın başına gələnlərdən bəhs edir. O ətrafındakı həmyaşıdlarından çox seçilir.
Layihə İks (film, 2012)
Layihə İks (ing. Project X) — Nima Nurizadənin rejissorluğu, Todd Fillipsin müəllifliyi və “Warner Bros. Pictures”in distribütorluğu ilə 2012-ci ildə çəkilmiş ABŞ komediya filmi. Ssenarisi Maykl Bekoll və Mett Dreyk tərəfindən yazılan filmin əsas rollarını Tomas Mann, Oliver Kuper və Conatan Deniel Braun ifa edir. Filmin məzmunu qonaqlıq təşkil edərək məktəbdə məşhurluq qazanmağa çalışan üç dostdan — Tomas (Tomas Mann), Kosta (Oliver Kuper) və C.B.-dən (Conatan Deniel Braun) bəhs edir. == Xarici keçidlər == warnerbros.com/project-x — Layihə X rəsmi saytı Project X — Internet Movie Database saytında.
Malkolm İks (film, 1992)
"Malkolm İks" (ing. Malcolm X) — 1992-ci ildə yayımlanan rejissor Spayk Li tərəfindən çəkilən bioqrafık film. O, zənci əhalinin hüquqları uğrunda mübarizə aparan Malkolm X-dan bəhs edir. 2010-cu ildə film Milli Film Reyestrinə daxil edildi. == Süjet == Film, ABŞ-də qaradərililərin hüquqları uğrunda mübarizə aparan məşhur Malkolm İksın (Denzel Vaşinqton) həyatından və faciəvi taleyindən bəhs edir, onun qara irqçilikdən fərqli irqlər və dinlərin nümayəndələrinin bir arada yaşaya biləcəyi cəmiyyət qurmağın zəruriliyini başa düşməsinə qədər olan mənəvi təkamülünü göstərir. == Mükafatları == 1992 — ABŞ Milli Film Tənqidçilər Şurasına görə ilin ən yaxşı on filmi siyahısında yer aldı. 1992 — Nyu-York Film Tənqidçiləri Cəmiyyətinin Ən Yaxşı Aktyor Mükafatı (Denzel Vaşinqton). 1993 — Berlin Film Festivalında ən yaxşı aktyor mükafatına görə Gümüş Ayı Mükafatı (Denzel Vaşinqton). 1993 — Ən yaxşı aktyor (Denzel Vaşinqton) və ən yaxşı geyimlər (Rut Karter) nominasiyalarında iki Oskar mükafatı. 1993 — Dram Filmində Ən Yaxşı Aktyor nominasiyasında "Qızıl Kürə" nominasiyası (Denzel Vaşinqton).
İks-adamlar (film, 2000)
İks-adamlar (ing. X-Men) — 2000-ci ildə Marvel Comics-in eyni adlı obrazları əsasında qurulmuş, super qəhrəman janrında istehsal olunan ABŞ filmidir. Brayan Sinqerin rejissorluq etdiyi filmin əsas rollarında Patrik Stüart, Hyu Cekman, Yan MakKellen, Helli Berri, Famke Yanssen, Ceyms Marsden, Brüs Devison, Rebekka Romeyn, Rey Park, Tayler Meyn və Anna Pekuin rol almışdır. Film kiçik hissəsinin mutantlardan təşkil olunduğu bir dünyanı təsvir edir. Onlar superinsan güclərinə sahib olması normal insanlarda onlara qarşı etibarsızlıq yaradır. Filmdə Professor Xavierin İks-adamlar komandası və Maqnetonun başçılıq etdiyi Mutant qardaşlığı arasındakı münaqişəyə Şimal porsuğu və Roq da cəlb olunur. "İks-adamlar" filminin çəkilişi barədə məsləhətləşmələr 1989-cu ildən Ceyms Kemeron, Ketrin Biqelou və Orion Pictures şirkəti arasında başlamışdır. 1994-cü ildə filmin hüquqları 20th Century Fox şirkətinə verilmişdir. Filmin buraxılışı 2000-ci ilin dekabr ayı üçün nəzərdə tutulsa da, sonradan dəyişiklik edilərək iyul ayında təqdim olunmuşdur. Çəkilişlər Toronto şəhərində 1999-cu il sentyabrın 22-dən, 2000-ci il martın 3-nə kimi davam etmişdir.
İks-adamlar (filmlər seriyası)
İks-adamlar filmlər seriyası Marvel Comics super qəhrəman komandasının eyni adlı super qəhrəmanlarından ibarətdir. Filmin əsas diqqət çəkən rolları Volverin (Hyu Cekman), Professor Xavier (Patrik Stüart və Ceyms MakEvoy) və Maqneto (Yan MakKellen və Maykl Fassbender) obrazlarıdır. Filmdə Xavier və Maqneto arasındakı münaqişəyə Volverinin cəlb olunması, mutantlarla insanların əlaqələri üzərində olan fikirlər əks olunur. Xavier insanlarla mutantların bir yerdə ola biləcəyinə inanır, ancaq Maqneto mutantların insanlıq üzərində hakim olacağını hesab edir. Filmin altsahələri "Weapon X" və "Dark Phoenix" obrazları əsasında genişləndirilib. 20th Century Fox 1994-cü ildə xarakterlər film hüquqlarını əldə etdi və saysız qaralamalardan sonra Brayan Singer birbaşa "İks-adamlar" filmini yönəltdi və o "İks-adamlar 2" filmi üçün geri qayıtdı. O potensial üçüncü və dördüncü filmləri buraxdı və "Supermen qayıdır" filmini yönəltdi. "İks-adamlar: Son müqavimət" filminə Bret Retner rejissorluq etdi.
İks-adamlar: Birinci dərəcə
İks-adamlar: Birinci dərəcə (ing. X-Men: First Class) — 2011-ci ildə istehsal olunmuş ABŞ filmi. Metyu Vonnun rejissorluq etdiyi filmin baş rollarında Ceyms MakEvoy, Maykl Fassbender və Cennifer Laurens çəkilmişlər.
İks-adamlar: Son müqavimət
İks-adamlar: Son müqavimət (ing. X-Men: The Last Stand) — 2006-cı ildə Marvel Comics-in eyni adlı obrazları əsasında qurulmuş, super qəhrəman janrında istehsal olunan ABŞ filmi. Ssenarisi Saymon Kinberq və Zak Pennə aid olan və rejissorluğunu Brett Ratnerin etdiyi filmin əsas rollarında Hyu Cekman, Helli Berri, Yan MakKellen, Famke Yanssen, Anna Pekuin, Kelsi Qremmer, Ceyms Marsden, Rebekka Romeyn, Şon Eşmor, Aaron Stenford, Vinni Cons, Patrik Stüart və Ellen Peyc rol almışdır. Filmin məzmunu İks-adamların "Qara Zümrüd quşu dastanı" və "İstedadlı" romanlarından əsaslanaraq yazılmışdır. Filmin süjeti insanlar və mutantlar arasında böyük etirazlara səbəb olan "mutant müalicəsi" və eyni zamanda Cin Qreyin ölüb dirilməsi ətrafında dönür. İks-adamlar: Son müqavimət ABŞ və Kanadada 26 may 2006-cı ildə, 2 gün ərzində isə 20-dən artıq ölkədə nümayiş etdirilmişdir. Nümayişə başladığı ilk gündə 45.5 milyon dollar, bir həftə ərzində 103 milyon dollar ümumilikdə isə 459 milyon dollar qazanmışdır. Film ssenarisinə və döyüş səhnələrinə görə əsasən müsbət rəylər qazanmışdır. == Məzmun == Birinci filmdə baş verən hadisələrdən 20 il öncə Professor Çarlz Xavier və Erik Lenşer mutantlar məktəbinə dəvət etmək üçün gənc mutant Cin Qrey ilə ailəsinin evində görüşürlər. Bundan on il sonra zəngin sənayeçi Vortinqton oğlu Uorreni öz qanadlarını kəsməyə cəhd göstərərkən görür və beləliklə onun mutant olduğunu öyrənir.
İks-adamlar (film seriyası)

Amerika əhvalatı İks (film, 1998)
"Amerikan İks tarixi" (ing. American History X) — 1990-cı illəri neonasistləri haqqında 1998-ci ildə çəkilmiş ABŞ kinodraması. Film rejissor Toni Keyinin həm kinorejissor və ssenarist kimi debütüdür. Filmin tənqidçiləri filmin üstünlükləri içərisində baş rolun ifaçısı Edvard Nortonun mahirliklə ifa edilən rolunu qeyd edirlər. Belə ki O, bu filmə görə ən yaxşı aktyor nominasiyası üzrə Oskar mükafatına namizəd olmuşdur. Filmin çatışmamazlıqları arasında isə bəzi lazımsız qəddarlıq səhnələrini göstərirlər.
İks-adamlar 2 (film, 2003)
İks-adamlar 2 (ing. X-Men 2) və ya X2: Birləşmiş İks-adamlar (ing. X2: X-Men United) — 2003-cü ildə Marvel Comics-in eyni adlı obrazları əsasında qurulmuş, super qəhrəman janrında istehsal olunan ABŞ filmi. Ssenarisi Maykl Doqerti, Den Harris və Devid Hayterə aid olan və rejissorluğunu Brayan Sinqerin etdiyi filmin əsas rollarında Patrik Stüart, Hyu Cekman, Yan MakKellen, Helli Berri, Famke Yanssen, Ceyms Marsden, Rebekka Romeyn, Brayan Koks, Alan Kamminq, Brüs Devison, Şon Eşmor, Aaron Stenford, Kelli Hu və Anna Pekuin rol almışdır. Filmin məzmunu İks-adamların "Tanrı sevir, İnsan öldürür" romanından əsaslanaraq yazılmışdır. Filmdə İks-adamlar və onların düşmənləri olan Mutant qardaşlığı mutantlara qarşı soyqırım hazırlamağa çalışan Polkovnik Uilyam Straykerə qarşı birləşirlər. "İks-adamlar 2" filminin çəkilişinin hazırlıqları birinci filmdən dərhal sonra başlamışdır. Devid Hayter və Zak Pen filmin süjet xətti üçün iki fərqli hekayə yazıb onların əsas hissələrini birləşdirmişdirlər. Maykl Doqerti və Den Harris ssenaridə müəyyən dəyişiklər etmişdirlər. Filmdə Vəhşi, Mələk, Keşikçilər və Təhlükəli otağının da yer alacağı düşünülsə də, daha sonra büdcəyə görə bu plan ləğv edilmişdir.
İks-adamlar: Birinci dərəcə (film, 2011)
İks-adamlar: Birinci dərəcə (ing. X-Men: First Class) — 2011-ci ildə istehsal olunmuş ABŞ filmi. Metyu Vonnun rejissorluq etdiyi filmin baş rollarında Ceyms MakEvoy, Maykl Fassbender və Cennifer Laurens çəkilmişlər.
İks-adamlar: Son müqavimət (film, 2006)
İks-adamlar: Son müqavimət (ing. X-Men: The Last Stand) — 2006-cı ildə Marvel Comics-in eyni adlı obrazları əsasında qurulmuş, super qəhrəman janrında istehsal olunan ABŞ filmi. Ssenarisi Saymon Kinberq və Zak Pennə aid olan və rejissorluğunu Brett Ratnerin etdiyi filmin əsas rollarında Hyu Cekman, Helli Berri, Yan MakKellen, Famke Yanssen, Anna Pekuin, Kelsi Qremmer, Ceyms Marsden, Rebekka Romeyn, Şon Eşmor, Aaron Stenford, Vinni Cons, Patrik Stüart və Ellen Peyc rol almışdır. Filmin məzmunu İks-adamların "Qara Zümrüd quşu dastanı" və "İstedadlı" romanlarından əsaslanaraq yazılmışdır. Filmin süjeti insanlar və mutantlar arasında böyük etirazlara səbəb olan "mutant müalicəsi" və eyni zamanda Cin Qreyin ölüb dirilməsi ətrafında dönür. İks-adamlar: Son müqavimət ABŞ və Kanadada 26 may 2006-cı ildə, 2 gün ərzində isə 20-dən artıq ölkədə nümayiş etdirilmişdir. Nümayişə başladığı ilk gündə 45.5 milyon dollar, bir həftə ərzində 103 milyon dollar ümumilikdə isə 459 milyon dollar qazanmışdır. Film ssenarisinə və döyüş səhnələrinə görə əsasən müsbət rəylər qazanmışdır. == Məzmun == Birinci filmdə baş verən hadisələrdən 20 il öncə Professor Çarlz Xavier və Erik Lenşer mutantlar məktəbinə dəvət etmək üçün gənc mutant Cin Qrey ilə ailəsinin evində görüşürlər. Bundan on il sonra zəngin sənayeçi Vortinqton oğlu Uorreni öz qanadlarını kəsməyə cəhd göstərərkən görür və beləliklə onun mutant olduğunu öyrənir.
İks insanlar: Birinci sinif (film, 2011)
İks-adamlar: Başlanğıc. Şimal Porsuğu (film, 2009)
İks-adamlar: Başlanğıc. Şimal Porsuğu (ing. X-Men Origins: Wolverine) — Marvel Comics tərəfindən yaradılmış eyni adlı personajdan bəhs edən və 2009-cu ildə çəkilən 20th Century Fox istehsalı super qəhrəman və fantastika filmi. Film "İks-adamlar" seriyasının 4-cü, Şimal porsuğu haqqında isə ilk filmidir, rejissoru isə Gevin Huddu. Filmin çəkilişləri 2008-ci ilin fevralında başlanılıb. "İks-adamlar: Başlanğıc. Şimal Porsuğu" filminin premyerası 2009-cu ilin aprelin 9-da Avstraliyanın Sidney şəhərində baş tutub. 1 may 2009-cu ildə isə kinoteatrlarda film göstərilməyə başlayıb. == Məzmun == 1845-ci il, Kanada. Gənc Ceyms Xoulet özündə gəribə xüsusi gücləri görür.