Şüa Hüseynov (tam adı: Hüseynov Şüa Hüseyn oğlu; 27 fevral 1939, Kirovabad – 11 noyabr 2024) — 1967–1995-ci ilə qədər Respublika Ağır atletika Federasiyasının prezidenti, Azərbaycan Respublikasının "əməkdar müəllimi", Beynəlxalq dərəcəli hakim.[1]
Şüa Hüseynov | |
---|---|
Doğum tarixi | 27 fevral 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 11 noyabr 2024 (85 yaşında) |
Təhsili | |
Elmi adı | |
Mükafatları |
|
Hüseynov Şüa Hüseyn oğlu 1939-cu il fevralın 27-də Gəncə şəhərində anadan olmuşdur.
2024-cü il noyabrın 11-də vəfat etmişdir.[2]
O, 1952-ci ildə 15 saylı orta məktəbi bitirdikdən sonra Gəncə İnşaat Texnikumuna daxil olmuş, 1956-cı ildə həmin texnikumu bitirmiş, 1958-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstiutuna daxil olub, 1962-ci ildə institutu bitirmiş, həmin ili Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olmuş, 1967-ci ildə universiteti müvəffəqiyyətlə bitirmişdir.
1961-ci ildən Ali məktəbdə işləyir. 1967-ci ildə Azərbaycan DBTİ-da müəllim, baş müəllim 1969-cu ildə, elmlər namizdə 1974-cü ildə dosent (1980), 1994-cü ildən professor adına layiq görülmüşdür. 1978–2015-ci illərə kimi "Ağır atletika və boks" kafedrasının müdiri vəzifəsində çalışmışdır.
50-dən çox elmi əsərin müəllifidir. Bu əsərlərdən 80 çap vərəqi həcmində tədris və tədris-metodiki vəsaitdir ki, idman mütəxəssisləri respublikamızda bu əsərlərldən səmərəli istifadə edirlər.
İdman sahəsində bir mütəxəssis kimi 1955-ci ildən fəaliyyət göstərməyə başlayıb. 1969-cu ilə qədər müxtəlif idman cəmiyyətlərində baş məşqçi işləyib və 15 nəfərdən artıq idman ustası hazırlamışdır. 1974-cü ildə İtaliyada Beynəlxalq Ağır atletika Federasiyasının qərarına əsasən beynəlxalq dərəcəli hakim adına layiq görülmüşdür. 30 ildə bir çox beynəlxalq, Avropa, dünya birinciliyi yarışlarında hakimlik etmişdir. 1980-ci ildə XXII Olimpiya Oyunlarında hakimlik etmiş və xüsusi mükafata layiq görülmüşdür. O, 1955–1957-ci illərdə Gəncə şəhəri çempionu, 1958–1965-ci illərdə Azərbaycan çempionu olmuşdur. 20-dən artıq Respublika rekordu təzələmişdir. Keçmiş SSRİ-nin müxtəlif miqyaslı yarışlarında mükafata layiq görülmüşdür. Ağırlıqqaldırma idman növü üzrə idman ustasıdır.
Ş. Hüseynov 1961–1966-cı illərdə Bakı şəhər Ağır Atletika Federasiyasının sədri və 1967–1995-ci ilə qədər Respublika Ağır atletika Federasiyasının prezidenti, 1995-ci ildən isə fəxri prezidenti olmuşdur.
Prezident olduğu müddət ərzində respublikamızın ağırlıq qaldıranları müxtəlif miqyaslı beynəlxalq yarışlarda yüksək nəticələr göstərmiş, 10 nəfərdən çox idmançımız keçmiş SSRİ, Avropa və Dünya çempionatlarında mükafata layiq yerlər tutmuşlar. Keçmiş SSRİ Xalqları Spartakiadasında 1967-ci ildə Azərbaycanın komandası XVII yerə çıxdığı halda 1986-cı ildə komanda VI yeri tutmuş və 2 idmançı Hafis Süleymanov, Rizvan Həsənov bürünc medala layiq görülmüşdər. 1989-cu ildə H. Süleymanov SSRİ, Avropa və Dünya çempionu olmuşdur.
1991-ci ildən Respublika Olimpiya Komitəsinin üzvü seçilmişdir.
1989-cu ildə Azərbaycan Respublikasında idmanın inkişafında və pedaqoji kadırların hazırlanmasında xüsusi nailiyyətlərinə görə ona Azərbaycan Respublikası Ali Sovetinin qərarına əsasən Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi adı verilmişdir.
2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Tərəqqi medalı ilə təltif olunmuşdur.[3]
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illiyində Azərbaycan Respublikası prezidenti İlham Əliyevin fərmanı ilə " Əməkdar müəllim" adına layiq görülmüşdür.[4]