İlhami Cəfərsoy
Cəfərsoy İlhami Yusif oğlu — dilçi-alim, filologiya elmləri doktoru
== Həyatı ==
İlhami Cəfərsoy 1950-ci ildə 24 iyulda Şuşa rayonunun Aşağı Quşçu kəndində anadan olmuşdur. 1968-ci ildə APİ-nin filologiya fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1988-ci ildə "Azərbaycanın türkmənşəli etnohidronimləri" adlı namizədlik, 2010-cu ildə "Türk dilləridə teonim və etnonimlər" (Ön Asiyanın ölü dillərinin onomoloji leksikası əsasında)adlı doktorluq dissertasiyası müdafiə etmişdir. 6 monoqrafiya və tədris vəsaitinin, 80-ə yaxın məqalənin müəllifidir. Məqalə və tezisləri Bakıda, Budapeştdə, Kiyevdə, Moskva, Kazan, Almatı və Daşkənddə nəşr olunmuşdur. Əsas tədqiqat sahələri Ön Asiyanın qədim dillərinin türk leksikasıdır.
İ. Y. Cəfərsoy hal-hazırda Nəsimi adına Dilçilik İnstitutunun "Qədim dillər və mədəniyyətlər" şöbəsinin müdiridir.
== Əsərləri ==
1. Sibirdə Təbriz şəhəri (monoqrafiya). Bakı, 2005, 216 s.