Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İlhamiyyə Faiq qızı Rzayeva (26 mart 1967, Qazax rayonu) — azərbaycanlı jurnalist, televiziya aparıcısı, prodüser, rejissor.
İlhamiyyə Rza | |
---|---|
Doğum tarixi | 26 mart 1967 (57 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | |
Fəaliyyəti | jurnalist |
26 mart 1967-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1974-cü ildə Bakı şəhəri Nəsimi rayonu 42 saylı tam orta məktəbin birinci sinfinə gedib və 1984-cü ildə həmin məktəbi bitirib.
Həmin ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Tələbə ikən "Молодежь Азербайджана" qəzeti ilə ştatdankənar müxbir olaraq əməkdaşlıq edib.
1989-cu ildə universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Televiziyasında işə qəbul edilir. Xəbərlər redaksiyasında müxbir kimi çalışıb. Sonralar ABA TV, Lider TV, Space TV ("Gecə kanalı" verilişi) telekanallarında çalışıb. ANS TV-də "Nəzər nöqtəsi" verilişinin aparıcısı olmuşdur. Hal-hazırda AzTV-də "Nəzər nöqtəsi" verilişinin aparıcısıdır.
Yazıçı, şair, publisist Həmid Herisçinin həyat yoldaşıdır. Bir övladı var.
"Gündəlik Azərbaycan", "525", "Azadlıq", "Bizim Yol", "Zerkalo" qəzetlərində məqalələri dərc olunub. 100-dən artıq məqalə müəllifidir. Azərbaycan Media Mərkəzi İdarə Heyətinin sədridir. Həsən bəy Zərdabi adına Jurnalistika Milli Mükafatına layiq görülmüşdür. Bir çox nüfuzlu jurnalistika müsabiqələrinin münsiflər heyətinin üzvüdür.
Hazırda müstəqil ekspert jurnalist kimi fəaliyyət göstərir. "SOS" uşaq kəndləri Azərbaycan Assosiasiyasında fandreyzinq və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışır.
"Gecə kanalı" adlı bir kitabın müəllifidir.