İlhamiyyə Rza

İlhamiyyə Faiq qızı Rzayeva (26 mart 1967, Qazax rayonu) — azərbaycanlı jurnalist, televiziya aparıcısı, prodüser, rejissor.

İlhamiyyə Rza
Doğum tarixi 26 mart 1967(1967-03-26) (57 yaş)
Doğum yeri
Həyat yoldaşı
Fəaliyyəti jurnalist

26 mart 1967-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1974-cü ildə Bakı şəhəri Nəsimi rayonu 42 saylı tam orta məktəbin birinci sinfinə gedib və 1984-cü ildə həmin məktəbi bitirib.

Həmin ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Tələbə ikən "Молодежь Азербайджана" qəzeti ilə ştatdankənar müxbir olaraq əməkdaşlıq edib.

1989-cu ildə universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Televiziyasında işə qəbul edilir. Xəbərlər redaksiyasında müxbir kimi çalışıb. Sonralar ABA TV, Lider TV, Space TV ("Gecə kanalı" verilişi) telekanallarında çalışıb. ANS TV-də "Nəzər nöqtəsi" verilişinin aparıcısı olmuşdur. Hal-hazırda AzTV-də "Nəzər nöqtəsi" verilişinin aparıcısıdır.

Yazıçı, şair, publisist Həmid Herisçinin həyat yoldaşıdır. Bir övladı var.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

"Gündəlik Azərbaycan", "525", "Azadlıq", "Bizim Yol", "Zerkalo" qəzetlərində məqalələri dərc olunub. 100-dən artıq məqalə müəllifidir. Azərbaycan Media Mərkəzi İdarə Heyətinin sədridir. Həsən bəy Zərdabi adına Jurnalistika Milli Mükafatına layiq görülmüşdür. Bir çox nüfuzlu jurnalistika müsabiqələrinin münsiflər heyətinin üzvüdür.

Hazırda müstəqil ekspert jurnalist kimi fəaliyyət göstərir. "SOS" uşaq kəndləri Azərbaycan Assosiasiyasında fandreyzinq və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışır.

"Gecə kanalı" adlı bir kitabın müəllifidir.

  1. Ağ dünya (film, 1995)
  2. Bala-başa bəla! (film, 1995)
  3. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
  4. Fatehlərin divanı
  5. Körpü (film, 2003)
  6. Qayalarda qalan səs (film, 1995)
  7. Qayıdış… (film, 1996)
  8. Nigarançılıq (film, 1998)
  9. Ömürdən uzun gecə (film, 1996)
  10. Salur Qazanın evi talandığı boy (film, 2001)
  11. Yaşıl eynəkli adam-2 (film, 1999)
  12. Yurd yeri 2

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]