İRAQLIQ
İRANLI
OBASTAN VİKİ
Anabad (İran)
Anabad — İranın Rəzəvi Xorasan ostanının Bərdəskən şəhristanının Anabad bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,968 nəfər və 1,480 ailədən ibarət idi.
Anar (İran)
Anar — İranın Kirman ostanının şəhərlərindən və Anar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,791 nəfər və 3,227 ailədən ibarət idi."Anar", farsca nar deməkdir.
Astara (İran)
Astara — İranın Gilan ostanında yerləşən şəhər. Bu şəhəri Azərbaycan Respublikasında da yerləşən Astaradan, Astara çayı ayırır. Əhalinin əksəriyətini azərbaycanlılar təşkil edir.
Babək (İran)
Babək — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanının Mərkəzi bəxşində şəhər. Bu şəhər Biləsuvar rayonu ilə sərhəddə yerləşir. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 2,656 nəfər yaşayır (760 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Biləsuvar (İran)
Biləsuvar (fars. بيله سوار‎) — İranın Ərdəbil ostanında yerləşən şəhər, Biləsuvar şəhristanının inzibati mərkəzi. Biləsuvar şəhristanı İran-Azərbaycan sərhəddində yerləşir. Məqrib və şimaldan Parsabad şəhəri, şimaldan Azərbaycan Respublikası (Biləsuvar rayonu), cənubdan Germi şəhəri ilə həmsərhəddir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 14,027 nəfər və 3,251 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Böyük İran
Böyük İran və ya Antik İran (fars. ایران بزرگ‎ - İran-e Bozorg və ya fars. ایرانزمین‎ - Irānzamīn) — İranın mədəni təsirinə məruz qalan bölgələri özündə birləşdirən coğrafi ərazi. Adətən bu ərazi indiki İran platosu mərkəzdə olmaqla Qafqazı, Şərqi Anadolunu, Hind çayı boyunca olan torpaqları və Pakistanı əhatə edir. Bu termin Encyclopædia Iranica tərəfindən də istifadə edilməkdədir. Bu anlayış mədəni bir anlayışdır və irani xalqlarının yerləşdiyi sərhədləri təmsil edir. Bu anlayış heç bir siyasi vəziyyətlə bağlı deyil. Bu bölgü Tunc dövrü məskunlaşmasını göstərir, siyasi meydana gəlmələr isə bu mədəniyyətin süqutundan əsrlər sonra meydana gəlmişdir. III əsr kitabələrində Sasani İmperatorluğunun Böyük İran sərhədlərini tamamilə örtən siyasi bir quruluş olaraq bölgəni idarə etdiyi göstərilməkdədir. Bu vəziyyət yalnız mədəni məzmunla əlaqədar olaraq bir İranlı milləti meydana gətirmişdir.
Bəşər (İran)
Bəşər (fars. بشر‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 787 nəfər yaşayır (167 ailə).
Culfa (İran)
Culfa — İran İslam Respublikası, Şərqi Azərbaycan ostanının Culfa şəhristanının inzibati mərkəzi, şəhərdir. == Əhalisi == 2006-cı ildə aparılmış əhalinin siyahiya alınmasına görə əsasında bu şəhərdə yaşayan əhali 4983 nəfər və 1365 ailədən ibarət idi. == Milli tərkibi == Əhalisi tamamilə azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Cənubi İran
Cənubi İran — Zaqros dağları və Mərkəzi İran silsiləsindən, Xuzistan düzənliyindən, Bəsra körfəzinin şimal sahillərindən və Hörmüz boğazından ibarət region. Buraya Fars Kohgiluyə və Boyer-Əhməd Hörmüzgan Buşehr ostanları daxildir. Bəzən: Xuzistan Kirman da bu regiona aid edilir. Ən böyük şəhərləri Şiraz, Bəndər-Abbas, Buşehr, Mərvdəşt, Cəhrüm, Yasuc, Fəsa və Bürazcandır. İranın cənubu etnik cəhətdən müxtəlifdir. Burada farslar, lurlar, bəxtiyarilər, qaşqaylar, əçomilər, basirilər, bəluclar, ərəblər, ermənilər, afroiranlılar və yəhudilər yaşayır. Cənubi İran sakinlərinin əksəriyyəti İrandillidir. Cənubi İran fars xalqının yarandığı yerdir.
Dilican (İran)
Dilican və ya Delican — İranın Mərkəzi ostanınında şəhər, Dilican şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 31,852 nəfər və 8,779 ailədən ibarət idi.Bu şəhərin əhalisi raci dilində danışırlar və şiə müsəlmandırlar.
Dirov (İran)
Dirov (fars. ‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 567 nəfər yaşayır (202 ailə).
Gültəpə (İran)
Gültəpə və ya Kültəpə — İranın Həmədan ostanının Kəbudər Ahəng şəhristanının Gültəpə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,876 nəfər və 469 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Gürgan (İran)
Gürgan və ya Qorqan — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 269,226 nəfər və 73,702 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan əlavə türkmənlər və s...də az sayda bu şəhərdə yaşayırlar. Bu şəhərin keçmiş adı Astrabad idi.
Herat (İran)
Herat-İranın Yəzd ostanının şəhərlərindən və Xatəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,795 nəfər və 2,751 ailədən ibarət idi.
Heşi (İran)
Heşi (fars. هشي‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 146 nəfər yaşayır (41 ailə).
Heşin (İran)
Heşin (fars. هشين‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (538 ailə).
Kaşan (İran)
Kaşan — İranın İsfahan ostanının şəhərlərindən və Kaşan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 248,789 nəfər və 67,464 ailədən ibarət idi.
Keçəl (İran)
Keçəl (fars. كجل‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (127 ailə).
Kiş (İran)
Kiş-İranın Hörmüzgan ostanının Bəndər Lengə şəhristanının Kiş bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,667 nəfər və 6,163 ailədən ibarət idi.
Mehriban (İran)
Mehraban (digər variantları: Məhraban, Mehrevan, Mehravan, Mehrivan) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanının Mehraban bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,000 nəfər və 1,542 ailədən ibarət idi. Bu şəhər öz xalça və fətirləri ilə seçilərək, bu üzdən isə bura Qızıl düyünlər şəhəri kimi də tanınır. Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. Mehriban əhalisi şiə inanclıdır.
Qum (İran)
Qum (farsca: قم) — İranda bir şəhərdir. Qum ostanının mərkəzidir. İranda ən qədim şəhərlərdən biridir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 957,496 nəfər və 241,827 ailədən ibarət idi.
Quşçu (İran)
Quşçu (fars. قوشچی‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Ənzəl bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,832 nəfər və 828 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Qüds (İran)
Qüds (farsca: قدس) — İranda şəhər, Tehran ostanının Qüds şəhristanının inzibati mərkəzi. 2006-cı il siyahıyaalınmasına əsasən əhalisi 230.147 nəfərdir.
Royan (İran)
Royan (fars. رويان‎) — İranın Mazandaran ostanının Nur şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,339 nəfər və 1,708 ailədən ibarət idi.
Seyidan (İran)
Seyidan — İranın Fars ostanının Mərvdəşt şəhristanının Seyidan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,555 nəfər və 1,954 ailədən ibarət idi.
"İranAir"ə aid mülki təyyarənin vurulması
"İranAir"ə aid mülki təyyarənin vurulması — 3 iyul 1988-ci ildə İran Havayollarına (İranAir) aid 655 uşuş nömrəli Airbus A300B2–203 tipli təyyarənin Tehran-Dubay marşrutu üzrə hərəkəti zamanı Fars körfəzində Amerika Birləşmiş Ştatlarına aid Vinsennes raket gəmisi (USS Vincennes (CG-49)) tərəfindən vurulması hadisəsi. Hadisə nəticəsində təyyarədəki 290 nəfər nəfər həlak olmuşdur. Onlardan 16-sı təyyarə ekipaj üzvləri, 274-ü isə sərnişin olmuşdur. Sərnişinlərdən 66-sı uşaq olmuşdur. Hadisə ilə bağlı ABŞ İrandan üzr istəməmişdir.
1946-cı il İran böhranı
1946-cı il İran böhranı və ya Azərbaycan böhranı — İkinci Dünya Müharibəsinin bitməsindən dərhal sonra İran ərazisinin işğalının dəyandırılması bəyanatlarına baxmayaraq Sovet İttifaqı tərəfindən başladılmış böhran. İranın işğalı 1941-ci ildə Sovet ordusu tərəfindən şimaldan və Britaniya ordusu tərəfindən mərkəz və cənub hissədən başladılmışdır. İran müharibə dövründə amerikalılar və britaniyalılar tərəfindən Sovet İttifaqının mübarizə apardığı müharibə ilə əlaqədar mühüm ləvazimatların təchizatı üçün daşıma yolu kimi istifadə olunurdu. 1941-ci ilin avqustunda Amerika Birləşmiş Ştatları bu məsələdə neytral mövqedə dəyanırdı və İkinci Dünya Müharibəsinə döyüşən tərəf kimi hələki qoşulmamışdır. Buna görə də müttəfiqlər kimi tanınan blok prinsip olaraq (Polşa və Fransanın 1939–1940-cı illərdə alman ordusu tərəfindən işğalına müvafiq olaraq) Birləşmiş Krallıq və Sovet İttifaqından ibarət idi. Blok 1941-ci ilin iyun ayında SSRİ-nin qərb ərazilərinin almanlar tərəfindən işğalına cavab olaraq yaradılmışdır. İranın işğalı sonrasında müttəfiqlər qarşıdakı 6 ay ərzində bir-birləri ilə müvcud olan düşmənçiliklərinə son verəcəkləriylə bağlı razılığa gəldilər. Amma 1946-cı ildə bu razılaşmanın bitməsinə az qalmış İosif Stalinin rəhbərliyi altında sovet ordusu İranda qaldı və onun İrandakı tərəfdarları Azərbaycan Milli Hökumətini yaratdı. 1945-ci ilin sonlarında Azərbaycan Milli Hökumətinin ardınca Mahabad Cümhuriyyəti yarandı. Tezliklə kürd və Azərbaycan Hökuməti qüvvələri birlikdə Sovet İttifaqı tərəfindən dəstək alaraq hərbi təlimlərə başladı.
2011-ci il İran iğtişaşları
İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi Daxili İşlər Nazirliyinə müraciət edərək Misir və Tunis xalqlarına dəstək vermək üçün fevralın 14-də paytaxt Tehranda kütləvi yürüş keçirməyə icazə verilməsini istəyiblər.Nazir Mustafa Məhəmməd Nəccara müraciətdə deyilir: "Möhtərəm daxili işlər naziri cənab Nəccar! Bölgədəki xalq hərəkatlarına, o sıradan da hakim istibdada qarşı qiyama başlamış Misir və Tunis xalqlarına dəstək vermək üçün ölkə konstitusiyasının toplantıların keçirilməsinin azad olması ilə bağlı 27-ci bəndini nəzərə alaraq fevralın 14-ü İmam Hüseyn meydanından Azadlıq meydanı istiqamətində xalq yürüşünün keçirilməsinə icazə verilməsini tələb edirik". Misir və Tunisdə hökumət əleyhinə nümayişlərlərlə həmrəylik nümayiş etdirmək üç yürüşə çağırdığına görə müxalifət lideri Mehdi Kərrubini ev dustağı ediblər. Veb səhifədə deyilir ki, Kərrubinin evinin qarşısında dayana təhlükəsizlik qüvvələri onun ailə üzvlərinin evdən çıxmasına icazə verməyib. Dünən İranın baş prokuroru bildirib ki, Kərrubi və digər müxalifət lideri Mir Hüseyn Musəvinin bazar ertəsi nümayiş keçirmək üçün etdikləri müraciət istədiyi iranlılar arasında parçalanma yaratmaq məqsədi güdür. İran İnqilab Keşikçiləri Korpusunun ("Sepah") üzvü, Tehranın "Məhəmməd Rəsulullah" ordusunun komandanı Hüseyn Həmədani fevralın 9-da jurnalistlərə açıqlamasında Tunis və Misir xalqlarının qiyamına dəstək verməyə hazırlaşan müxalifətə qarşı sərt bəyanatlar səsləndirib. Müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi fevralın 7-də Daxili İşlər Nazirliyinə müraciət edərək Misir və Tunis xalqlarına dəstək vermək üçün fevralın 14-də paytaxt Tehranda kütləvi yürüş keçirməyə icazə verilməsini istəyiblər. "Media forum" saytının məlumatına görə, müxalifət rəhbərlərini "cənazə" adlandıran Hüseyn Həmədani onları casusluqda günahlandırıb: "Fitnəçilər cənazədən başqa bir şey deyillər. Biz onların hər hansı bir hərəkətini yerindəcə şiddətlə əzəcəyik. Fitnəçilər bilməlidir ki, biz onları əks-inqilabçı və casus hesab edirik, onlarla çox kəskin davranacağıq".
2017 İran etirazları
2017–2018-ci il İran etirazları — 28 dekabr 2017-ci il tarixində İran İslam Respublikasının müxtəlif şəhərlərində başlayan etiraz aksiyaları dalğası. İranın ən böyük ikinci şəhəri olan Məşhəd şəhərində keçirilən etiraz aksiyasında minlərlə, ölkənin paytaxtı Tehran şəhərində isə yüzlərlə insan iştirak etmişdir. İranın Nişapur, Kaşan, Kirman, Kirmanşah, Kaşmər, Rəşt, İsfahan, Ərak, Bəndər-Abbas, Ərdəbil, Qəzvin, Həmədan, Sari, Amul, Şahinşəhr, Şəhrikürd, Şiraz, Xürrəmabad, Zəncan, Gürgan, Zahidan, Urmiya, Dürud, Yəzd və Şahrud şəhərlərində də göstərişlər keçirilmişdir. İddialara görə etiraz aksiyaları sosial şəbəkələrdə insanların mesajlaşması vasitəsilə təşkil edilmişdir. Etirazda iştirak edənlər tez-tez "Ruhaniyə ölüm" və "diktatora ölüm" şüarlarından istifadə etmişdir. Etiraz aksiyaları ilk olaraq ölkənin iqtisadi problemləri barədə idi, ancaq bu çox vaxt keçmədən etirazçıların İranın Orta Şərqdəki münaqişələrə daxil olması və ölkənin İslamçı hökumətini pisləməsiylə nəticələnmişdir. Bir çox etirazçı "İslam Respublikasına ölüm!" demişdir. Dekabrın 29-dan 30-a keçən gecə mərkəzi İranda gerçəkləşən etiraz aksiyalarında polisin 4 nəfərə atəş açmasıyla etirazlar gərginləşmiş, nəticəsində 3 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır. Yanvarın 2-də baş verən gərginlikdə isə etirazçılardan 21, təhlükəsizlik qüvvələrindən isə 2 nəfər ölmüşdür. == Arxaplan == İran İslam Respublikası 1979-cu ildə Pəhləvi hakimiyyətinə qarşı qalibiyyətli inqilabdan sonra Ayətullah Xomeyni tərəfindən yaradılmışdır.
2018 İran etirazları

2019-cu ildə İranda sel və daşqınlar
2019-cu ildə İranda sel və daşqınlar — 2019-cu ilin mart-aprel aylarında yayılmış sel fəlakəti. İranın geniş sahələrinə və ən çox Gülüstan, Fars, Xuzistan, Luristan ostanlarına təsir edib.
Abbasabad (Astara, İran)
Abbasabad və ya Müridlər (az-əbcəd. عابباس‌آباد‎, fars. عباس‌آباد‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Astara bölgəsinin Mərkəzi kəndistanında, Astara şəhərindən 11 km cənubdadır. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 3,623 nəfər yaşayır (888 ailə).
Azərbaycan-İran Müqavilələri (1918-1920)
== Tarixi == Azərbaycan Xalq Cümhuriyyəti bütün qonşu dövlətlərlə olduğu kimi, İranla da diplomatik münasibətlər yaradılmasına xüsusi diqqət verirdi. Lakin Şimali Azərbaycanda müstəqil dövlətin-Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilk vaxtlar İran tərəfindən soyuq qarşılandı. Azərbaycanın İstanbuldakı nümayəndə heyətinin 1919 ilin iyulunda Cümhuriyyətin yaranması haqqında İran konsulluğuna təqdim etdiyi bəyannamə geri qaytarıldı, İranın Azərbaycan adlı dövləti tanımadığı bildirildi. Lakin bu vəziyyət çox çəkmədi, İranın Azərbaycana münasibətində dəyişiklik yarandı. İran diplomatiyası hər iki ölkənin vahid dövlətdə birləşdirilməsi ideyasını ortaya atdı. İran nümayəndələrinin 1918 ilin sonlarında Bakıda, 1919 ilin yanvarında isə İstanbulda irəli sürdüyü bu ideya müstəqil Azərbaycan dövləti tərəfindən müsbət qarşılanmadı. Bununla belə, Azərbaycan Hökuməti İranla diplomatik münasibətləri yaradılması sahəsində fəaliyyətini davam etdirdi. 1919 ilin yazında İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə İrana fövqəladə missiya göndərildi, orada diplomatik nümayəndəlik yaradılması və b. məsələlər müzakirə edildi. İyulun 16-da İranda Azərbaycan diplomatik nümayəndəliyi təsis olundu.
Azərbaycan-İran futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan-İran münasibətləri
Azərbaycan–İran münasibətləri — SSRİ dağılandan sonra rəsmi şəkildə Azərbaycan və İran arasında ilk diplomatik əlaqələr quruldu. == Tarixi == Azərbaycan–İran münasibətləri dərin tarixi köklərə malikdir. Bu xalqlar əsrlər boyu bərabər yaşayıblar. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib. İranla Rusiya arasında bağlanan 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrindən sonra o vaxt Qacarlar imperiyasının ərazisi olan Azərbaycan ikiyə bölünüb və böyük bir hissəsi indiki İranın tərkibində qalıb. Hazırda İran İslam Respublikasında 30 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının 765 km. uzunluğunda sərhədi var. Bunları nəzərə alaraq Azərbaycan İran İslam Respublikası ilə dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirmək niyyətindədir.
Azərbaycan-İran müqavilələri (1920)

Azərbaycan-İran sərhədi
Azərbaycan-İran sərhədi (fars. مرز آذربایجان و ایران‎) — Azərbaycanla İran arasında dövlət sərhədi. Ümumi uzunluğu 689 km-dir. Sərhəd bir-birinə bitişik olmayan iki hissədən ibarətdir. == Təsvir == === Qərb (Naxçıvan) bölməsi === Azərbaycan-İran sərhədinin qərb (Naxçıvan) hissəsi şimal-qərbdə Araz çayı üzərindəki Türkiyə ilə sərhəd qovşağından başlayır. Bu çay boyunca cənub-şərq istiqamətində, Araz su anbarı vasitəsilə davam edir və Ermənistanla sərhəd qovşağında bitir. === Şərq bölməsi === Azərbaycan-İran sərhədinin şərq hissəsi qərbdən Arar çayı üzərindəki Ermənistanla sərhəddən başlayır və daha sonra bu çayı şimal-şərq istiqamətində izləyir. Sərhəd Bəhrəmtəpənin cənubundakı bir nöqtədə çay yatağından kəskin şəkildə cənub-şərqə dönərək Muğan düzündən Bolqarçay çayına keçir. Sonra bu çay boyunca cənuba uzanır və geniş S şəkilli bir hissə meydana gətirir. Çayın mənbəyi Yardımlı şəhəri yaxınlığında yerləşir.
Azərbaycan (qəzet, İran)
"Azərbaycan" qəzeti (az-əbcəd. آذربایجان‎) — 1945–1946-cı illərdə cənubi azərbaycanlıların milli-demokratik hərəkatına rəhbərlik etmiş, 3 may 1945-ci ildə Təbriz şəhərində təsis edilmiş Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin rəsmi orqanıdır. "Azərbaycan" qəzeti cənubi azərbaycanlıların milli-demokratik hərəkatı nəticəsində 12 dekabr 1945-ci il tarixində yaradılmış Azərbaycan Milli Hökumətinin ictimai, iqtisadi, siyasi və mədəni sahələr üzrə həyata keçirdiyi islahatları, Azərbaycan cəmiyyətinin demokratik əsaslar üzərində qurulub möhkəmləndirilməsi sahəsində fəaliyyətini, bütün İran miqyasında demokratik hüquqlar uğrunda mübarizəsini əks etdirmişdir. == Tarixi və yaranma səbəbləri == Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin rəsmi mətbu orqanı kimi "Azərbaycan" qəzetinin ilk sayı 5 sentyabr 1945-ci il tarixində çap edilərək xalq arasında yayılmış və 12 dekabr 1946-cı il Azərbaycanda milli-demokratik hərəkatın süqutunadək 370 sayı dərc edilmişdir. Qəzetin sonuncu sayı 11 dekabr 1946-cı ildə nəşr edilmişdir. "Azərbaycan" qəzeti öz səhifələrində firqənin şüarlarını, günün siyasi məsələlərini sadə ana dilində izah edir və kütlələri milli azadlıq uğrunda mübarizədə əlbir olmağa çağırırdı. Azərbaycan xalqının tarixini və mədəniyyətini, istək və arzuları uğrunda mübarizə apardığı müqəddəs məqsədini, İran hakimiyyətinin ölkəni uçuruma aparmasını, fəlakət və bədbəxtliklərin səbəblərini, İran xalqlarının demokratiya və azadlıq tələblərini "Azərbaycan" qəzetinin hər bir sayında çox aydın bir şəkildə təqdim etmişdir. 1945-1946- cı illər cənubi azərbaycanlıların 21 Azər milli-demokratik hərəkatlarının şah rejimi və ona himayədarlıq edən xarici imperialist qüvvələrin köməyi və sovetlərin xəyanəti nəticəsində məğlubiyyətə uğradılmasından bir gün öncə də "Azərbaycan" qəzeti xalqı özünün əldə etdiyi milli-demokratik hüquq və azadlıqlarını qoruyub saxlamaq üçün mübarizəyə səsləyirdi. "Azərbaycan" qəzeti son sayında Azərbaycan xalqına belə bir müraciətlə yazır: "Azərbaycan" qəzeti cənubi azərbaycanlıların milli şüurunun formalaşması və inkişafında əvəzsiz rol oynamışdır. == Yazarlar == Azərbaycan qəzeti 1945-ci ildən başlayaraq Təbriz şəhərində gündəlik nəşr olunurdu.
Azərbaycan Xalq Cümhuriyyəti-İran Müqavilələri
== Tarixi == Azərbaycan Xalq Cümhuriyyəti bütün qonşu dövlətlərlə olduğu kimi, İranla da diplomatik münasibətlər yaradılmasına xüsusi diqqət verirdi. Lakin Şimali Azərbaycanda müstəqil dövlətin-Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilk vaxtlar İran tərəfindən soyuq qarşılandı. Azərbaycanın İstanbuldakı nümayəndə heyətinin 1919 ilin iyulunda Cümhuriyyətin yaranması haqqında İran konsulluğuna təqdim etdiyi bəyannamə geri qaytarıldı, İranın Azərbaycan adlı dövləti tanımadığı bildirildi. Lakin bu vəziyyət çox çəkmədi, İranın Azərbaycana münasibətində dəyişiklik yarandı. İran diplomatiyası hər iki ölkənin vahid dövlətdə birləşdirilməsi ideyasını ortaya atdı. İran nümayəndələrinin 1918 ilin sonlarında Bakıda, 1919 ilin yanvarında isə İstanbulda irəli sürdüyü bu ideya müstəqil Azərbaycan dövləti tərəfindən müsbət qarşılanmadı. Bununla belə, Azərbaycan Hökuməti İranla diplomatik münasibətləri yaradılması sahəsində fəaliyyətini davam etdirdi. 1919 ilin yazında İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə İrana fövqəladə missiya göndərildi, orada diplomatik nümayəndəlik yaradılması və b. məsələlər müzakirə edildi. İyulun 16-da İranda Azərbaycan diplomatik nümayəndəliyi təsis olundu.
Azərbaycan Xalq Cümhuriyyəti-İran birgə komissiyası
Azərbaycan Xalq Cümhuriyyəti-İran birgə komissiyası, iki dövlət arasında əməkdaşlıq haqqında müqavilənin əsaslarını hazırlamaq üçün Parisdə yaradılmış işçi qrup (1919, oktyabr). == Komissiyanın tərkibi == Komissiyanın tərkibinə Azərbaycan nümayəndələrindən Mir Yaqub Mehdiyev və Ceyhun Hacıbəyli, İran tərəfindən Zəkov Mülk və Mustan Sarüs-Səltənə daxil idi. == Komissiyanın iclasları == Oktyabrın 29-da komissiyanın ilk iclası keçirilmişdi. Oktyabrın 30–31-i və noyabrın 1-də müzakirələr davam etdirilmiş, Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşovun Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədrinə göndərdiyi məlumata görə, sonuncu iclasda İran nümayəndələri Azərbaycan nümayəndəliyinin təqdim etdiyi saziş layihəsini qəbul etmişdi. == Sazişin şərtləri == Saziş 4 maddədən ibarət idi: Qafqaz Azərbaycanı Azərbaycan nümayəndəliyinin Sülh konfransına təqdim etdiyi tələbnamə və xəritələrdə göstərilmiş sərhədlərdə, Rusiyada dövlət idarəsi və quraluşunun hansı şəkildə və formada quralmasından asılı olmayaraq, qəti və birdəfəlik ondan (Rusiyadan) ayrılır; Qafqaz Azərbaycanının göstərilən hüdudlarında 1918 ilin 28 mayından mövcud olan Azərbaycan Cümhuriyyəti, Bakı şəhəri paytaxt olmaqla, Azərbaycan Hökuməti tərəfindən ümumi seçki hüququ əsasında çağırılan Azərbaycan Müəssislər Məclisinin müəyyən etdiyi qanunlarla fəaliyyət göstərən seçilmiş prezident və parlamentli müstəqil, demokratik respublika kimi tanınır; Azərbaycan Xalq Cümhuriyyəti qonşu İran dövlətilə əsasları və formaları, eyni zamanda, həyata keçirilmə üsulları İran və Azərbaycan Hökumətlərinin hər iki dövlətin parlamentlərinin bəyəndiyi qarşılıqlı razılığına əsasən hazırlanan və müəyyən edilən siyasi-iqtisadi əlaqələr qurar. Bununla birgə xarici işlər sahəsində İran və Azərbaycan Hökumətlərinin fəaliyyətinin birləşdirilməsi arzu olunur; Azərbaycan Cümhuriyyətinin 1-ci və 2-ci bəndlər üzrə yuxarıda göstərilən məqsədlərə çatmaq, Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin tanınması, onun bütövlüyü və müstəqilliyinə, siyasi, iqtisadi, mədəni və hərbi qüvvələrinin inkişafına hər cür təhdiddən təhlükəsizliyinə nail olmaq üçün İrana göstərilən şəkildə İngiltərənin həqiqi köməyinə ehtiyacı vardır. == Nəticə == Məlumatda qeyd edilirdi ki, bütün bu dörd maddə bir-birilə bağlıdır və Azərbaycan nümayəndələrinin özü tərəfindən kimə lazımdırsa, elan edilməlidir. Digər bir qeydə görə, Azərbaycan nümayəndələri ingilis hökumətinin nümayəndələri ilə görüşüb müvafiq izahat verməli idi. Azərbaycan — İran birgə komissiyasının Parisdəki fəaliyyəti az sonra bu ölkələr arasında əməkdaşlığın və işgüzar münasibətlərin yaradılmasında uğurlu başlanğıc oldu. 1920 ilin mart-aprelində Azərbaycan — İran konfransı keçirildi.
Azərbaycan–İran futbol matçları
== Kişilər ==
Azərbaycan–İran münasibətləri
Azərbaycan–İran münasibətləri — SSRİ dağılandan sonra rəsmi şəkildə Azərbaycan və İran arasında ilk diplomatik əlaqələr quruldu. == Tarixi == Azərbaycan–İran münasibətləri dərin tarixi köklərə malikdir. Bu xalqlar əsrlər boyu bərabər yaşayıblar. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib. İranla Rusiya arasında bağlanan 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrindən sonra o vaxt Qacarlar imperiyasının ərazisi olan Azərbaycan ikiyə bölünüb və böyük bir hissəsi indiki İranın tərkibində qalıb. Hazırda İran İslam Respublikasında 30 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının 765 km. uzunluğunda sərhədi var. Bunları nəzərə alaraq Azərbaycan İran İslam Respublikası ilə dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirmək niyyətindədir.
Azərbaycan–İran sərhədi
Azərbaycan-İran sərhədi (fars. مرز آذربایجان و ایران‎) — Azərbaycanla İran arasında dövlət sərhədi. Ümumi uzunluğu 689 km-dir. Sərhəd bir-birinə bitişik olmayan iki hissədən ibarətdir. == Təsvir == === Qərb (Naxçıvan) bölməsi === Azərbaycan-İran sərhədinin qərb (Naxçıvan) hissəsi şimal-qərbdə Araz çayı üzərindəki Türkiyə ilə sərhəd qovşağından başlayır. Bu çay boyunca cənub-şərq istiqamətində, Araz su anbarı vasitəsilə davam edir və Ermənistanla sərhəd qovşağında bitir. === Şərq bölməsi === Azərbaycan-İran sərhədinin şərq hissəsi qərbdən Arar çayı üzərindəki Ermənistanla sərhəddən başlayır və daha sonra bu çayı şimal-şərq istiqamətində izləyir. Sərhəd Bəhrəmtəpənin cənubundakı bir nöqtədə çay yatağından kəskin şəkildə cənub-şərqə dönərək Muğan düzündən Bolqarçay çayına keçir. Sonra bu çay boyunca cənuba uzanır və geniş S şəkilli bir hissə meydana gətirir. Çayın mənbəyi Yardımlı şəhəri yaxınlığında yerləşir.
Baharistan (Astara, İran)
Baharistan (fars. بهارستان‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (15 ailə).
Başməhəllə-i Ləvəndəvil (Astara, İran)
Başməhəllə-i Ləvəndəvil (fars. باش محله لوندويل‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,299 nəfər yaşayır (298 ailə).

Digər lüğətlərdə