Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Azərbaycan–İran münasibətləri — SSRİ dağılandan sonra rəsmi şəkildə Azərbaycan və İran arasında ilk diplomatik əlaqələr quruldu.
Azərbaycan-İran münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
İran İslam Respublıkasının Azərbaycan Respublikasındakı səfirliyi | |||||
Səfir | Seyid Abbas Musəvi | ||||
Ünvan | Bakı, B. Sərdarov küç., 4; Şərifzadə küç.,17 | ||||
Azərbaycan Respublikasının İran İslam Respublıkasındakı səfirliyi | |||||
Səfir | Əli Əlizadə | ||||
Ünvan | Tehran, 3-cü Neyestan küçəsi, Rastovan küçəsi, 16 | ||||
Digər | |||||
Quruluş tarixi | 12 mart 1991 | ||||
Dövriyyə | 0,506 mln. doll. (2022) | ||||
Sərhəd | 611 km | ||||
Vikianbarda əlaqəli mediafayllar |
İran bir neçə əsr Azərbaycan imperiyalarının hakimiyyəti altında olub.İranı idarə edən sonuncu Azərbaycan imperiyası Qacar imperiyası olub.[1][2]Qacar İmperiyasının son onilliklərində ardıcıl müharibələr və Qacar sarayına girməyi bacaran farsların xəyanəti nəticəsində bu imperiyanın gücü xeyli azaldı.Bu dövrdə fars millətçiləri Qacar sarayına girərək azərbaycanlıların qeyri-azərbaycan bölgələrinin idarə olunmasında rolunu ciddi şəkildə azalda bildilər.Onlar həmçinin islam və şiəliyi özlərinə prioritet hesab edən azərbaycanlıların köməyi ilə tədbirlər görə bildilər ki, bu da Qacar imperiyasının ağır iqtisadi, siyasi və hərbi zəifliyinə səbəb oldu.[3]
Qacar imperiyasının zəifləməsi və Rusiyanın bu imperiyaya çoxsaylı hücumları ilə farslar və ruslar Qacar padşahlarını Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrini qəbul etməyə məcbur edə bildilər.Bu iki müqaviləyə görə Azərbaycan ərazisi şimal və cənub hissələrinə bölünürdü. Araz çayı bu iki hissə arasında sərhəd kimi müəyyən edilmişdir.Şimal hissəsinin idarəsi ruslara verildi, cənub hissəsi isə Qacarların hakimiyyəti altında qaldı.[4]Sonra farslar Qacar imperiyasının siyasi və hərbi təşkilatlarında öz təsirlərini artırdılar.Azərbaycanlılar öz əhalisinin və torpaqlarının yarısını itirdikləri üçün çox zəiflədilər.Azərbaycanlıların və Qacar imperiyasının zəiflədilməsi prosesinin davam etməsi ilə farslar hərbi çevriliş edərək Qacar imperiyasını darmadağın edə və fars kimliyinə əsaslanan İran ölkəsini qura bildilər.[5]
1991-ci ildə Azərbaycan Respublikasının müstəqillik əldə etməsi ilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər rəsmi olaraq başlamışdır. O vaxtdan bəri İranın Ermənistanın işğalını dəstəkləməsi səbəbindən iki ölkə arasında münasibətlər həmişə gərgin olub. Bu müddət ərzində İran həmişə Ermənistana hərbi, iqtisadi və siyasi dəstək verib. Azərbaycanın işğal olunmuş əraziləri azad edildikdən sonra İran bir neçə dəfə Azərbaycanı hərbi əməliyyatlarla hədələyib.
İranın rəsmi orqanları erməni ərazilərinin və ermənilərin təhlükəsizliyini özlərinin qırmızı xətti adlandırıb. Həmçinin bu müddət ərzində İran Azərbaycanda separatizmi dəstəkləməklə Azərbaycanı zəiflətməyə çalışıb. İran Azərbaycanda ifrat şiəliyi təbliğ etməyə çalışıb. İran Azərbaycanda ekstremist şiələrin mövcudluğu ilə Azərbaycan Respublikasının milli təhlükəsizliyini təhdid etməyə çalışır. İran öz təbliğatında təlqin edir ki, bütün şiələr İranın maraqlarına uyğun hərəkət etməlidirlər, hətta bu hərəkət öz ölkələrinin milli maraqlarına zidd olsa belə. Ümumiyyətlə, İran Azərbaycana qarşı Azərbaycanın hakimiyyətini və milli kimliyini zəiflədə, Azərbaycan Respublikasına hakim ola biləcək siyasətlər həyata keçirib.İran düşünür ki, Azərbaycan zəifləməsə, gələcəkdə Azərbaycan öz cənub hissəsini özünə qaytaracaq.[6]
SSRİ-dən müstəqilliyini geri əldə etdikdən sonra, Azərbaycan Respublikasında əsasən etnik azərbaycanlılar yaşadığı, İranın tərkibində olan Cənubi Azərbaycan bölgəsinə maraq artırmağa başladı. 1995-ci ilinin aprelindən 1996-ı ilin mart ayına qədər aparılan tədqiqat göstərir ki, İran haqqında yazan qəzetlər onun haqqında əsasən Cənubi Azərbaycan məsələsi ilə əlaqəli olaraq yazırdılar.[7]
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Qubernskaya Spasskiy küçəsinin tinində İranın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Saad-ül Vəzirov rəhbərlik etmişdir[8].
Məqalənin bu bölməsinin neytrallığı şübhə doğurur. Tərəf tutmaq və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən fikirlər olduğu iddia edilir. Xahiş olunur bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz. |
İran İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun zabitləri Birinci Qarabağ müharibəsi ərəfəsində Azərbaycan əsgərlərinə hərbi təlim keçib. Əfqan mücahid Gülbəddin Hikmətyarın göndərdiyi silahlılar məhz İrandan keçib Azərbaycana Qarabağda ermənilərlə döyüşmək üçün gəlmişdi.[9]
Həmçinin İran hökuməti Güney Azərbaycanda yaşayan on milyonlarla azərbaycanlını insan haqlarından məhrum edib. Məsələn, İranda azərbaycanlılar ana dilində təhsil almaq hüququndan, eləcə də ana dilini öyrənmək hüququndan məhrum ediliblər. Amma digər tərəfdən İranda ermənilər ana dillərində təhsil alırlar. İranda ermənilərin əhalisi azərbaycanlılarla müqayisədə çox azdır. Bu məsələ mütəmadi Azərbaycan mediasının narahatlığına və etirazına səbəb olub.[10]
1994-cü ildə Xankəndi ərazisində bir İran təyyarəsi erməni qüvvələri tərəfindən vurulmuşdur. Bu təyyarənin sərnişinləri Novruz gecəsi Moskvadan İrana qayıdan İran diplomatlarının ailələri idi. Qəzada təyyarədəki 32 sərnişin öldü və uşaq olan sərnişinlərdən ikisi anaları ilə birlikdə bir məzarda dəfn edilmişdir.[11]
1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycanda da nüfuz sahibi olmaq istəyən İran şiə məzhəbçiliyi vasitəsilə bu istəyini reallaşdırmağa çalışmışdır. İran otuz ildən çoxdur ki, Azərbaycan əhalisinin bir qisminin şiə olmasına görə şiəlik mərkəzli siyasət aparmış, ölkədə müəyyən qədər nüfuz sahibi olmaq və iranyönümlü seqmentin formalaşması üçün illərlə vaxt, maliyyə və insan resursu sərf etmişdir. Bu dövrdə İranın dini-ideoloji təbliğatı və İran modelli şiəlik dindarlara təlqin edilmişdir. Nəticədə, iranyönümlü dindar şiələrin sayı artmışdır. Ölkəyə təyin olunan səfirlərlə yanaşı, hazırkı ali dini rəhbər Əli Xameneinin də nümayəndəsi təyin olunurdu. Bu məsələdə xüsusi rolu əslən Ərdəbildən olan Seyid Əli Əkbər Ocaq Nejad oynamışdır. O, əsasən Hüseyniyyə məscidi kimi tanınan yerdə cümə moizələri, yazdığı və tərcümə etdirdiyi kitabları ilə məşhurlaşmışdır.[12] 2021-ci ilin oktyabrında Daxili İşlər Nazirliyi həmin məscidin fəaliyyəti dayandırmış,[13] bir müddət sonra isə Ocaq Nejadın ölkəni tərk etdiyi xəbəri yayılmışdır.[14]
Ayətullah Xameneinin dini nümayəndəsinin fəaliyyətləri ilə yanaşı İranda təhsil alan azərbaycanlıların bu illər ərzində Azərbaycana qayıtması və ya azərbaycanlılar üçün İrandan fəaliyyət göstərmələri İranın Azərbaycanda möhkəmlənməsi yolunda əsas elementlərdən biri olmuşdur. Azərbaycanda İranın dini nüfuzunun güclənməsi nəticəsində ölkədəki dini mərasimlər illər ərzində İrandakı kimi keçirilməyə başlanmışdır. Azərbaycanlı müstəqil tədqiqatçı Rəşad Bağırov Taleh Bağırzadənin nümunəsində daha radikal iranyönümlü təbəqənin formalaşmasını qaçılmaz hal kimi qiymətləndirmişdir.[12]
İranın şiə məzhəbçilik siyasəti sadəcə Azərbaycanın daxilində deyil, birbaşa İrandan da həyata keçirilir. Azərbaycanda açıq şəkildə ifadə edə bilmədiklərini İranda açılan azərbaycandilli televiziya kanalları vasitəsilə edirlər. Əsasən peyk antennaları ilə yayımlanan həmin televiziya kanallarında xəbərlər və digər siyasi-analitik proqramlarda Azərbaycan bəzən yumşaq, bəzən də sərt formada tənqid edilmişdir. Televiziya verilişləri ilə yanaşı dini seriallar və filmlərlə, o cümlədən tərcümə edilən kitablarla da "məzhəb qardaşı" olan İrana qarşı müsbət fikirlər formalaşdırılmışdır. İnsanlar birbaşa olmasa da, dolayı yolla belə olsa İranı dini müstəvidə yaxın görməyə başlamışdır. Daha radikal iranyönümlü şəxsləri artıq Azərbaycana göndərməyən İran onların olduqları yerdən təbliğat işləri ilə məşğul olmalarına şərait yaratmışdır. Müxtəlif saytlar, sosial şəbəkə və "YouTube" kanalları vasitəsilə Azərbaycan dini dövlət olmadığına görə tənqid edilmiş, İran modelinin orada tətbiqinin vacibliyi vurğulanmışdır, Qərb dövlətləri və İsaril ilə əlaqələr kəskin surətdə tənqid atəşinə tutulur. Tohid İbrahimbəyli və onun ətrafında olanların yaratdığı "Hüseynçilər Müqavimət Hərəkatı" yuxarıda qeyd olunanlara bir nümunədir. Rəşad Bağırov bildirmişdir ki, Qasım Süleymaninin İraqda öldürülməsindən sonra Azərbaycandakı sosial şəbəkə istifadəçilərinin Süleymanini şəhid kimi görməsi və bu mövzu ətrafında ciddi müzakirələrin getməsi İranın məzhəbçilik siyasətinin uğurunun göstəricisi idi.[12]
İran Azərbaycanın işğal olunmuş ərazilərini azad etdikdən sonra Azərbaycan Respublikası ilə sərhədində bir neçə hərbi təlim keçirib.Eyni zamanda İranın hakimiyyət orqanları və mediası Azərbaycan Respublikasını geniş şəkildə hərbi hücumla hədələyib.[15]
2012-ci ildə Azərbaycanın LGBT kütləsi tərəfindən də dəstəklənən Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etməsi ərəfəsində ölkədə ilk gey praydın keçiriləcəyi ilə bağlı məlumat yayılmışdı. Bu məlumat cəmiyyətin bəzi təbəqələrində etirazla qarşılansa da, bəzi insan haqqları müdafiəçiləri bu xəbəri dəstəkləmişdilər.[16] Ölkədə bu müsabiqənin keçirilməsi həm də qonşu İran ilə münasibətlərdə problemə səbəb olmuşdur. İran dini liderləri Ayətullah Məhəmməd Müctəhed Şəbüstəri və Ayətullah Cəfər Sübhani gey praydın keçiriləcəyi təqdirdə Azərbaycanın "anti-İslami davranış" sərgiləyəcəyini bildirmişdilər.[17] Bu, İranın Azərbaycan səfirliyi qarşısında etiraz aksiyalarının keçirilməsinə səbəb olmuş, etirazçılar İranın Azərbaycanın daxili işlərinə qarışmasına qarşı şüarlar qaldırmışlar. Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdi ki, İranın iradlarının heç bir əsası yoxdur və gələcəkdə İranın Azərbaycanın işlərinə qarışmaması üçün xəbərdarlıq səsləndirmişdi.[18] Cavab olaraq İran Azərbaycandakı səfirini geri çağırmış[19], Azərbaycan isə İranın üzr istəməsini tələb edərək[20], Tehrandakı səfirini geri çağırmışdı.[21]
Məqalənin bu bölməsinin neytrallığı şübhə doğurur. Tərəf tutmaq və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən fikirlər olduğu iddia edilir. Xahiş olunur bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz. |
İranın Azərbaycan daxilində apardığı siyasətə baxmayaraq, İkinci Qarabağ müharibəsi vaxtı İranın nümayiş etdirdiyi mövqe azərbaycanlı dindarlarda suallar doğurmuş, İrana qarşı skeptik düşüncə və çaşqınlıq yaratmışdır. Müharibə zamanı İran vasitəsilə Ermənistana silahların daşınması ölkədə qızğın müzakirələrə səbəb olmuşdu. Bu, atəşkəs dövründə yaradılan imicin müharibə dövründə və sonrasında ciddi zərbə və zədələr almasına səbəb olmuşdur. Hacı Şahinin timsalında bəzi dindarlar yerli din xadimlərinin milli maraqlar çərçivəsində başqalarından üstün tutulması üçün çağırışlar etməyə başlamışdır.
İran mediasında Azərbaycan əleyhinə təbliğat son illər kəskin şəkildə artıb.İkinci Dağlıq Qarabağ müharibəsindən sonra İran mediası Azərbaycan əleyhinə ən çox yazı dərc edib.Bu müddət ərzində İran mediasında anti-Azərbaycan məzmunlu yazılar İsrail əleyhinə olan məzmundan dəfələrlə çox olub.İnternetdə iranlı istifadəçilərin siyasi məzmununun böyük hissəsi Azərbaycan Respublikası əleyhinə olub.Farsdilli sosial şəbəkələrdə antiazərbaycan məzmunlu siyasi məzmunlar arasında birinci yerdədir.İran mediası və istifadəçiləri Azərbaycan Respublikasını aşağılamaq üçün “Bakı Respublikası” və “Saxta Bakı Respublikası” ifadələrindən geniş istifadə ediblər.[22][23]
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[24]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Sultan Məmmədov olmuşdur[25]. 4 mart 2016-cı il tarixindən Vasif Talıbov işçi qrupunun rəhbəridir[24].
İl | İxrac | Idxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[26] | 38 485,71 | 300 615,39 | 339 101,1 |
2021[27] | 43 287,15 | 397 523,54 | 440 810,69 |
2022[28] | 29 831,05 | 476 438,40 | 506 269,45 |
Xaqani, Nizami, Nəsimi, Füzuli kimi klassik Azərbaycan şairləri Azərbaycan və bəzən fars dillərində böyük əsərlər yaratmışlar. Təbrizdə toxunan xalçalar hələ orta əsrlərdən dünyada şöhrət tapıb. Londonun Viktoriya-Albert muzeyində saxlanan Şeyx Səfi xalçası Təbrizdə toxunub. Bu xalça dövrünün ən iri və əsrarəngiz xalçası adını qazanıb. 1871–74-cü illərdə M. F. Axundzadənin 6 komediyası fars dilinə tərcümə edilərək İranda yayılıb. Təbriz, Urmiya və Xoy şəhərlərində Ü. Hacıbəylinin məşhur komediyaları tamaşaya qoyulub.
Azərbaycan şairi Seyid Məhəmmədhüseyn Behcət Təbrizi (Şəhriyar) öz əsərlərini Azərbaycan və fars dillərində yazıb. Azərbaycanda onun "Heydərbabaya salam" poeması, "Türkcə divanı" çapdan çıxıb.
2006-cı il dekabr ayının 21-də AMEA Mərkəzi Elmi Kitabxanası və İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin birgə layihəsi çərçivəsində "Azərbaycan-İran elmi-mədəni əlaqələr zalı" açılıb. "Azərbaycan-İran elmi-mədəni əlaqələr zalı" iki ölkə arasındakı elmi-mədəni əlaqələrin, elmi təcrübə mübadilələrinin, elmi-maarifləndirmə işlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi məqsədilə yaradılıb.
Azərbaycanın İranda:
İranın Azərbaycanda:
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |