İzmir parkı

İzmir parkıAzərbaycanın Bakı şəhərinin Yasamal rayonunda yerləşən park. Parkda eyniadlı restoran da fəaliyyət göstərir.

İzmir parkı
Parkdan mənzərə.
Parkdan mənzərə.
Məlumatlar
Parkın tipi park
Ölkə
Yerləşməsi Yasamal rayonu, Bakı, Azərbaycan Azərbaycan
Koordinatları 40°23′11″ şm. e. 49°49′26″ ş. u.HGYO
Sahəsi 7 970 m²
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Park keçmişdə xalq arasında Pojarnıy parkı[a] kimi tanınırdı, çünki keçmişdə yanğından mühafizə xidmətinin bağçası idi.[1] Bakı ilə İzmir şəhərləri qardaşlaşdıqdan sonra parka İzmir parkı adı verilmişdir. Keçmişdə parkın ərazisində ərik, alma, heyva, tut kimi meyvə ağacları da bitirdi. Meyvə ağaclarından bəziləri hələ də parkda qalıb.[1]

2009-cu ilin fevral ayında İzmir parkında əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib və park abadlaşdırılıb. Yenidənqurma işləri may ayında başa çatmışdır.[1]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]
Parkın yaşıllığı.

Bir hektara yaxın ərazini əhatə edən parkda hündürlüyü 8 metr, diametri 14 metr, çəkisi 10 ton olan qranit daşdan və çuqundan hazırlanmış fəvvarə yerləşir. Beş iş rejimi olan fəvvarə 300 lampa ilə işıqlandırılmışdır. Parkın ərazisinə Hindistandan gətirilmiş təbii daşlar və piltələr döşənmişdir. Yaşıllaşdırılmış park ərazisində avtomatik suvarma sistemi quraşdırılıb. Parkın xarici divarları Abşeron daşından, istinad divarları isə xaricdən gətirilən travertinmərmərdən inşa olunmuşdur. Ərazidə yeni yollar salınmış, daş heykəlciklər qoyulmuşdur. Parkın işıqlandırma sistemi isə Almaniya istehsalı olan avadanlıqla təmin olunmuşdur. Parkda 85 orijinal çıraq və 85 rahat oturacaq qoyulmuşdur.[1]

Ərazidə Belçikaİtaliyadan gətirilmiş müxtəlif ağaclar və gül kolları, eləcə də, taksus, banzay və sərv ağacları, qızılgüllər, azaliyalar və digər dekorativ bitkilər əkilmişdir. Zeytun və bir çox iynəyarpaqlı ağaclar yenidənqurma işlərindən əvvəl əvvəl parkın ərazisində bitən bitki növləri idi. Gecələr bu ağaclar işıqlandırılır.[1]

Ətrafda hotel olduğundan bu parka dincəlməyə yerli sakinlərlə yanaşı turistlər, xaricilər də gəlir. Yay mövsümündə İzmir parkında görülən əsas işlər suvarılma, qazonun biçilməsi, qızılgüllərin və bəzi bitkilərin dərmanlanmasıdır.[1]

  1. "Пожарный" sözü rus dilindən tərcümədə "yanğınsöndürmə" deməkdir.
  1. 1 2 3 4 5 6 "İzmir parkı". Bakı Abadlıq Xidməti (az.). Archived from the original on 2021-10-09. İstifadə tarixi: 9 oktyabr 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]