KALA²
KALAFA
OBASTAN VİKİ
Alxan-Kala
Alxan-Kala (çeçen. Іалхан-Гӏала) kəndi Çeçenistan Respublikasının Qroznı rayonunda yerləşir. Alxan-Kalinski kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. == Coğrafiya == Kənd Sunja çayının sol sahilində, Qroznı şəhərindən 7 km cənub-qərbdə, Sunja silsiləsinin cənub ətəyində yerləşir. Kəndə yaxın yaşayış məntəqələri: şimal-şərqdə Qroznı şəhərinin Oktyabrskoye kəndi və Zavodskoy rayonu, cənub-şərqdə Alxan-Yurt və Krasnopartizanski kəndi, cənub-qərbdə Kuları kəndi, qərbdə Zakan-Yurt və şimal-qərbdə Krasnostepnovskoye kəndi. == Tarix == Alxan-Yurtovskaya (sonradan Yermolovskaya) kəndi 1851-ci ildə qurulmuşdur. 1860-cı ildə burada Mixaylo Arxangel Kilsəsi inşa edildi. 1914-cü ildə kənddə Uspenski Manastırı, iki illik məktəb və qadınlar üçün bir Kilsə məktəbi olan üç qədim mömin kilsəsi var idi. 1920-ci ilin oktyabrında Sovet rejiminin köçürmə siyasətinə cavab olaraq Yermolovskaya anti-sovet qiyamının mərkəzlərindən birinə çevrildi. 1920-ci il noyabrın əvvəlində qiyam bastırıldıqdan sonra kəndin bütün kazak əhalisi (cəmi 638 ailə, 2704 nəfər) sürgün edildi.
Kala
Kala (gül) — gül növlərindən biri
Kala (şirniyyat)
Kala — Asan və tez hazırlanan vaflili şirniyyat. == Tərkibi == Yumurta - 4 ədəd, şəkər tozu - 200q, ərinmiş kərə yağı - 50q, un - nə qədər apararsa, 1 qabartma tozu, 1 vanil == Hazırlanma qaydası == Kala hazırlamaq üçün yumurta və şəkər tozu birlikdə çalınır, üzərinə ərinmiş kərə yağı əlavə olunub köpüklənənə qədər çalınır. Sonradan həlməşik (orta qatiliqda olan kütlə) şəklə düşənə qədər çalınır, üzərinə qabardıcı toz və vanil əlavə edilir. Alınmış kütlə vafli üçün nəzərdə tutulmuş xüsusi aparat vasitəsilə bişirilir və istənilən şəklə (boru, buket və s.) salınır.
Amblyseius kalandadzei
Amblyseius kalandadzei (lat. Amblyseius kalandadzei) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius kalandadzei Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Aşağı Kalalə (Xudafərin)
Aşağı Kalalə (fars. كلاله سفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 201 nəfər yaşayır (37 ailə).
Davide Kalabria
Davide Kalabria (it. Davide Calabria ; 6 dekabr 1996, Breşiya, Lombardiya) — İtaliyalı peşəkar futbolçu. "Milan" klubunun və İtaliya milli komandasının cinah müdafiəçisi. == Klub karyerası == Futbolçunun peşəkar idman karyerası ancaq "Milan" klubu ilə bağlıdır. Breşiyada doğulmuş futbolçu 2006-cı ildə "Milan"ın futbol akademiyasına qoşulur. 2013-cü ildə "Milan" klubunun gənclər komandasına dəvət edilir. "Milan"ın əsas heyətində debütu isə, 30 may 2015-ci ildə "Milan"ın "Atalanta" klubuyla göruşunə təsaduf edir. 15 iyul 2015-ci ildə daimi olaraq "Milan"ın əsas komandasına keçirilir. 2021-ci ilin iyul ayında futbolçu Milan ilə müqaviləsini 2025-ci ilə qədər uzadır.
Inula kalapani
Inula kalapani (lat. Inula kalapani) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Jelko Kalaç
Jelko Kalaç - futbolçu. == Həyatı == 16 dekabr 1972-ci il tarixində Avstraliyanın Sidney şəhərində anadan olmuş futbol qapıçısıdır.
Kalankat
Kalankat və ya Kalankatuyk — "Alban ölkəsinin tarixi" əsərinin müəllifi olan tarixçi Moisey Kalankatlının vətəni kimi məşhur olan tarixi yaşayış məntəqəsi. Ərəb tarixçisi Əl-İstəxri "Kitab əl məsalik vəl-məmalik" adlı əsərində Bərdə-Dəbil yolunu təsvir edərkən yolun əsas dayanacaqlarından biri kimi Kalkutus kəndini göstərir və onun Bərdədən 9 fərsəx (təxminən 62 km) məsafədə yerləşdiyini qeyd edir. Kəndin xarabalıqları Tərtər rayonunun Çardaqlı kəndi yaxınlığında yerləşir. Kalankat kəndinin xarabalıqları ətraf kəndlərin əhalisi arasında "şəhərcik" kimi tanınır. Yaşayış yerinin əsasının nə zaman qoyulması və nə zaman tərk edilməsi naməlumdur. == Yerləşməsi == Kalankatın yerləşdiyi ərazini tarixçi öz əsərində təsvir edərkən yazır: "O zaman çoxlu sayda Roma qoşunu gələrək Uti havarındakı Kalankatuyk kəndi yaxınlığında düşərgə saldı. Onlar yanından keçdikləri bağları və gözəl kəndləri tapdalayaraq talan etdilər. Daha sonra onlar başqa istiqamətə yönələrək Trtu çayı sahilindəki Dyutakan kəndi yaxınlığında qərarlaşdılar." Əsərinin başqa bir yerində isə Moisey Kalankatlı yazır: "Bu haqqda öyrənən düşmənlər qaçqınları izləməyə başladılar və onlardan bəzilərini Uti havarında yerləşən və mənim də əslimin aid olduğu böyük Kalankatuyk kəndi yaxınlığındakı dağın ətəyində ələ keçirdilər." Həmçinin doğma kəndindən bəhs edən tarixçi yazır ki, V əsrin sonunda baş tutan Aluen kilsə məclisində Kalankatuyk nahapeti Bakur da iştirak etmiş, VIII əsrdə isə Kalankatuykda Persiyanın Staar havarından olan sərkərdə Rostom Varaz Akryan düşərgə salmışdır. Ərəb tarixçisi Əl-İstəxri "Kitab əl məsalik vəl-məmalik" adlı əsərində Bərdə-Dəbil yolunu təsvir edərkən yolun əsas dayanacaqlarından biri kimi Kalkutus kəndini göstərir və onun Bərdədən 9 fərsəx (təxminən 62 km) məsafədə yerləşdiyini qeyd edir. Akademik Y. N. Manandyan "Qədim Ermənistanın əsas yolları" adlı kitabnda qeyd edir ki, "…tarixçi Movses Kalankatuatsinin doğma kəndini Utik əyalətində, Trtu çayının (Tərtər çayı) sahillərində axtarmaq lazımdır." Ş. Mkrtçyan isə qeyd edir ki, "Belə ehtimal etmək olar ki, ticarət yolları üzərində yerləşən və çiçəklənən bu kənd müasir Çardaqlı kəndinin ətraflarında yerləşmişdir." == Xarabalıqları == Kalankat kəndinin xarabalıqları ətraf kəndlərin əhalisi arasında "şəhərcik" kimi tanınır.
Kalanoz
Efaristos Kalanoz (XIII əsr-1287) — Rum komandir və casus. Savcı Qazini şəhid edən qatil. Kalanozu Osman Bəy öldürmüşdür/öldürtmüşdür.
Kalanq
Kalanq (ing. Kallang River, çin. 加冷河) — Sinqapurda çay. Çay öz başlanğıcını Aşağı Pirsa su anbarından götürür. Kalanqanın mənsəbi Sinqapur boğazıdır. Uzunluğu 10 km olan Kalanq Sinqapurun ən uzun çayıdır. == Tarixi == Kolonializm dövrünə qədər Sinqapurun yerli əhalisi bataqlaşmış Kalanqa çayı mənsəbində yaşayırdı. Əsas məşğuliyyəti balıqçılaq olsada nadir hallarda açıq dənizə çıxardılar. 1819-cu ildə adaya Stemford Rafflz yan almış və adanın o zamanlar kı əhalisindən yarısı aborigenlər idi. İlk zamanlar Kalanq çayı Sulavesi adasından olan tacirlərin yük boşaltma yeri idi.
Kalante
Kalante (pol. Calanthe) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, Sintra kraliçası. Pavettanın anası və Sirinin nənəsidir. == Bioqrafiya == Sintra kralı Ryöqnerin həyat yoldaşı və Pavettanın anası olan Kalante gözəl və ağıllı qadındır. O, “Sintranın dişi aslanı” kimi tanınır. Həyat yoldaşını erkən itirən Kalante, qızı Pavettanın on beş yaşı tamam olduqda, iradəsinə zidd olaraq onu, Erlenvaldlı Yoj adlı cəngavərə ərə verməli olur. Sonradan Yoj Nilfqaard imperiyasının taxt varisi olur. Nilfqaardın Sintraya hücumu zamanı, Kalante şəhərin müdafiəsini təşkil edir. Məğlubiyyətin qaçılmaz olduğunu başa düşdükdə isə intihar edir. == Seriallarda == Polşa istehsalı olan “Cadugər” teleserialında Kalante rolunu Yeva Vinyevska oynamışdır.
Kalanxoe
Kalanxoe (lat. Kalanchoe) — daşdələnçiçəklilər sırasının dovşankələmikimilər fəsiləsinə aid bitki cinsi.
Kalaqain
Kalaqain Kutaisi quberniyasının Ozurqet qəzasında kənd adı. == Toponimkası == Kalaqain Kutaisi quberniyasının Ozurqet qəzasında kənd adı. Azərbaycanda Qalayın (Sabirabad rayonu), Gürcüstanda Kain Turkobo və Qain - Kort, Ermənistanda Katar-Kain, Kar əyalətində Kaindərə, Qazaxıstanda üç Kaindi və Kain. Qırğızıstanda Boston Kain, İranda Kain və b. toponimlərlə bir sıradandır. Bu toponimlərlə əlaqədar mülahizə; 1. Toponimlərdə türk dillərində Kayın (qayın) ağac növünün adı əksini tapmışdır. 2. Türkmənşəli Kain (yaxud Qain) tayfa adındandır. Başqırdlarda və Şorlarda Qain adlı tayfa vardır (yenə orada).
Kalara
Kalara — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Kəndin qədim adı Kalalı //Kalaley olmuşdur. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Kelare kimi qeyd edilir . Toponim türk dilində «dayaz dərə» mənasında işlənən kol sözü ilə, «hüdud», «sərhəd» mənasında işlənən ara sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 1. XII. 1949 - cu il fərmanı ilə adı dəyişdirilib Qukasavan qoyulmuşdur. == Əhalisi == Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 6 nəfər, 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır .
Kalatafimi
Kalatafimi (Calatafimi) — Siciliya adasında şəhər.
Kalatalıq
Kalatalıq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ atəşkəs bəyənatına əsasən 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonunun digər məntəqələri ilə birlikdə işğaldan azad edilmişdir.
Kalatsiqi
Kalatsiqi Tiflis quberniyasının Siqnax qəzasında dağ adı. == Toponimkası == Kalatsiqi- Tiflis quberniyasının Siqnax qəzasında dağ adı. "Qalaçiki" adının gürcücə yazılışıdır.Azərbaycanda Qəbələ rayonunda meşədə "Qalaçiki" adlı qala xarabalıqları vardır.Toponim Azərbaycan dilində qala və türk dillərində çik "dar dərə" sözlərindəndir.
Kalaveras qraflığı (Kaliforniya)
Kalaveras — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 40,171 nəfər olmuşdur. Mərkəzi San-Andres şəhəridir.
Kalaverit
Kalaverit — mineral, (Au,Ag)Te2 == Haqqında == Kalaverit - Monoklinik. Kristalları prizmatik, uzununa cizgili. İkiləşmə {010}, {301} və {111} üzrə. Aqreqat: dənəvər. Bürüncü-sarı, gümüşü-ağ. Parıltısı metallik. Sərtliyi 2,5-3. Xüsusi çəkisi 9,4. Sərbəst qızıl, silvanit və başqa tellurid və sulfidlərlə aşağı və orta temperaturlu hidrotermal yataqlarda. Qızılın kalaverit ilə əvəzlənməsi məlumdur.
Kalavun
Əbül-Məali əl-Məlikül-Mənsur Seyfəddin Kalavun əl-Əlfi əs-Salihi (d.1222 — ö. 1290)—Məmlük sultanı (1279–1290). == Həyatı == Qıpçaq türklərindən olub, həyatının ilk dönəmləri haqqında bilgi yoxdur. Monqolların 1244-cü ildə Dəşt-i Qıpçaqı istilası sırasında əsir düşdü. Bir kölə tüccarı tarafından Misirə götürülərək Əyyubi sultanı əl-Məlikül-Adilin məmlüklərindən Əmir Əlaəddin Ağsunqur əs-Sakiyə satıldı. Daha sonra Əyyubi sultanı əl-Məliküs-Salih Əyyuba satılan Kalavun (1249), azad edilərək Ravza adasındaki Bəhriyyə məmlükləri adı verilən yeni əsgəri birliyə daxil edildi. Mənsubu olduğu Bəhriyyə məmlüklərinin liderlərindən Farisəddin Aktayın Məmlük dövlətinin ilk sultanı İzzəddin Aybək tərəfindən öldürülməsi üzərinə bir qisim əmirlər, Baybars və diğər arxadaşlarıyla birlikdə Suriyaya qaçdı (1254). Suriya Əyyubi hökmdarı əl-Məlikün-Nasır Yusifin xidmətində gəçirdiyi üç ilin ardından Kərək hakiminin xidmətində çalışmağa başladı. 1259-cu ildə Suriya Elxanlılar dövlətinin hücumlarına uğrayınca arxadaşlarıyla bərabər Misirə dönüb yeni sultan Qotazın xidmətinə girdi. Kalavun daha sonra, Məmlük Sultanı Qotazı ortadan qaldırıb, taxta keçən I Baybars əl-Bundukdarinin yanında yer aldı.
Kalaxar şiri
Kalaxar şiri (lat. Panthera leo verneyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Kalaxari
Kalaxari — Cənubi Afrikada Botsvana, CAR və Namibiya dövlətlərinin daxilində yerləşən səhra. Son zamanlar, səhralaşma prosesi nəticəsində ərazisi, Anqola, Zimbabve və Zambiya dövlətlərinə qədər genişlənib. Kalaxarinin sahəsi təxminən 600 min km² təşkil edir. Yağıntılar yay aylarında maksimum həddə çatır. Kalaxarinin iqlimi arid iqlimdir , bu iqlim cənub-şərqə tərəf daha da kəskinləşir. Yağıntılar (150-500 millimetrə qədər) yay aylarında (noyabr — aprel) müşahidə olunur. Lakin yağıntılar həm ərazi həm də yağıntının düşmə vaxtı baxımından qeyri-bərabər paylanıb. Kalaxari — Cənubi Afrikanın ən isti rayonlarından biridir. Maksimal orta temperatur — 29 °C, minimal orta temperatur — 12 °C, buxarlanma qabiliyyəti — 3000 mm/il. təşkil edir.
Kalaç
Kalaç — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Kalağaylı
Kalağaylı — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kalağaylı Ağsu rayonunun Padar inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, oykonimin əsli Qalaqayınlıdır, kəndin əhalisinin Sabirabad rayonundakı Qalaqayın kəndindən olduqlarını bildirir. 1917-ci ildə tərtib olunmuş inzibati ərazi bölgüsündə Göyçay qəzasında Kalaqa (İsmayıllı) və Kalaqaylı (Kürdəmir) adlı iki kənd qeydə alınmışdır. Bunlardan biri indiki Qalagah, digəri isə Qalagahlı (Kalağaylı) kəndləridir. Oykonim "Qalagahdan gəlmişlər" mənasındadır.
Kalağaylı bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kalaşlar
Kalaşlar (kl: کاࣇاشؕا;urdu کالاش) — Pakistanda etnik qrup. Kalaşalar Asiyanın aborigenləri hesab olunur, onların əcdadları Cənubi Asiyada uzaq bir yerdən Əfqanıstana köçmüşlər. Pakistanın şimalında, Əfqanıstan sərhəddində yaşayan Kalaşlar nə fiziki baxımdan, nə də ənənələrinə görə qonşularına bənzəyir. Çünki onların keçmişi çox uzaqdan, Makedoniyadan bu torpaqlara gələn Böyük İskəndərin ordusuna dayanır. Bu gün Əfqanıstanda nə İskəndər, nə də onun Ellin imperiyasından geriyə artıq şey qalıb. Amma İskəndərin nəvələri, ya da başqa sözlə desək, İskəndərin itkin qəbiləsi hələ də Əfqanıstan-Pakistan sərhəddində yaşayır. == Mədəniyyəti == Kalaş xalqının mədəniyyəti misilsizdir və bir çox cəhətdən Pakistanın şimal-qərbində onları əhatə edən bir çox müasir İslam etnik qruplarından fərqlənir. Təbiət onların gündəlik həyatında çox mühüm və mənəvi rol oynayır. Dini ənənələrinin bir hissəsi olaraq, bol ehtiyatlarına görə şükür etmək üçün qurban kəsilir və festivallar təşkil olunur. Kalaşın mifologiyası və folkloru Qədim Yunanıstanın mifologiyası və folkloru ilə müqayisə edilir, lakin Hindistan yarmadasını digər yerlərində olan hindu ənənələrinə daha yaxındır.

Значение слова в других словарях