Kalavun

Əbül-Məali əl-Məlikül-Mənsur Seyfəddin Kalavun əl-Əlfi əs-Salihi (d.1222 — ö. 1290)—Məmlük sultanı (1279–1290).

Seyfəddin Kalavun
Əl-Malik
Əl-Mənsur
Noyabr 1279 – 10 noyabr 1290
ƏvvəlkiBədrəddin Sulamış
SonrakıSəlahəddin Xəlil
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti monarx, rəhbər
Uşaqları Səlahəddin Xəlil
Nəsrəddin Məhəmməd
Ailəsi Bəhrilər
Dini Sünni, İslam
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qıpçaq türklərindən olub, həyatının ilk dönəmləri haqqında bilgi yoxdur. Monqolların 1244-cü ildə Dəşt-i Qıpçaqı istilası sırasında əsir düşdü. Bir kölə tüccarı tarafından Misirə götürülərək Əyyubi sultanı əl-Məlikül-Adilin məmlüklərindən Əmir Əlaəddin Ağsunqur əs-Sakiyə satıldı. Daha sonra Əyyubi sultanı əl-Məliküs-Salih Əyyuba satılan Kalavun (1249), azad edilərək Ravza adasındaki Bəhriyyə məmlükləri adı verilən yeni əsgəri birliyə daxil edildi. Mənsubu olduğu Bəhriyyə məmlüklərinin liderlərindən Farisəddin Aktayın Məmlük dövlətinin ilk sultanı İzzəddin Aybək tərəfindən öldürülməsi üzərinə bir qisim əmirlər, Baybars və diğər arxadaşlarıyla birlikdə Suriyaya qaçdı (1254). Suriya Əyyubi hökmdarı əl-Məlikün-Nasır Yusifin xidmətində gəçirdiyi üç ilin ardından Kərək hakiminin xidmətində çalışmağa başladı. 1259-cu ildə Suriya Elxanlılar dövlətinin hücumlarına uğrayınca arxadaşlarıyla bərabər Misirə dönüb yeni sultan Qotazın xidmətinə girdi.

Kalavun daha sonra, Məmlük Sultanı Qotazı ortadan qaldırıb, taxta keçən I Baybars əl-Bundukdarinin yanında yer aldı. Baybars tarafından kəndisinə "müqəddəmü əlf" rütbəsi verilən Kalavun, 1272-ci ildə elxanlılara qarşı açılan səfərdə Fərat çayını ilk keçən əmir olaraq adını duyurdu. Kalavun, qızını Baybarsın oğlu və vəliəhdi Bərəkəyə verərək sultanla qohum-əqrabalıq qurdu və durumunu daha da sağlamlaşdırdı. Bərəkənin hökmdarlığı dönəmində ən nüfuzlu komandan mövqeyinə yüksəldi və 1277-ci ildə ermənilər üzərinə göndərilən ordunun başına gətirildi. Bərəkə atasının təcrübəli əmirlərini vəzifədən çıxarınca Kalavun arxadaşları olan bu əmirlərin yanında yer aldı və damadından taxtını buraxmasını istədi. Bərəkə taxtı tərk edərkən yerinə özünün sultan olmasını təklif etdiysə də qəbul etmədi. Taxtın Baybarsın oğullarında qalması gərəkdiyini söyləyərək hələ yeddi yaşındakı Bədrəddin Süləmişin (Səlamiş, Sulamış) taxta çıxmasını sağladı, özü də sultana atabək və müdəbbirül-məmləkə oldu. Kalavun bu görəvə gəlməklə dövlət idarəsini rəsmən əlinə almış oldu. Xütbədə adı xəlifəsultanın adıyla birlikdə oxunmağa, basılan sikkələrin bir üzünə Süləmişin, digər üzünə onun adı yazılmağa başlandı. Kalavun bir tərəfdən da səltənətə əl qoymaq üçün gərəkli hazırlıqları apardı. I Baybarsın Zahiriyyə olaraq adlandırılan məmlüklərinin liderlərini təsfiyə etdi. Arxadaşları olan Salihiyyə-Bəhriyyə məmlüklərinin əmirlərini önəmli vəzifələrə gətirdi. Daha sonra irəli gələn əmirləri toplayarak Süləmişin yaşının kiçikliyini dilə gətirdi və ölkəni ancaq olğun-dolğun, ahıl-ağsaqqal bir sultanın idarə edə biləcəyini söylədi. Özünü haqlı bulan əmirlərin dəstəyiylə və əl-Məlikül-Mənsur ünvanıyla taxta keçən Kalavunun hökmdarlığı İslam dünyasında əskidən bəri mövcud olan bir gələnəğə uyğun olaraq xəlifə tərəfindən təsdiq edildi (26 noyabr 1279).