Kalaşlar (kl: کاࣇاشؕا;urdu کالاش) — Pakistanda etnik qrup.
2016-cı ilin aprel ayında Kalaş qızları | |||
Ümumi sayı | |||
---|---|---|---|
4,100 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Kalaş dili | |||
Dini | |||
Kalaşalar Asiyanın aborigenləri hesab olunur, onların əcdadları Cənubi Asiyada uzaq bir yerdən Əfqanıstana köçmüşlər. Pakistanın şimalında, Əfqanıstan sərhəddində yaşayan Kalaşlar nə fiziki baxımdan, nə də ənənələrinə görə qonşularına bənzəyir. Çünki onların keçmişi çox uzaqdan, Makedoniyadan bu torpaqlara gələn Böyük İskəndərin ordusuna dayanır.
Bu gün Əfqanıstanda nə İskəndər, nə də onun Ellin imperiyasından geriyə artıq şey qalıb. Amma İskəndərin nəvələri, ya da başqa sözlə desək, İskəndərin itkin qəbiləsi hələ də Əfqanıstan-Pakistan sərhəddində yaşayır.
Kalaş xalqının mədəniyyəti misilsizdir və bir çox cəhətdən Pakistanın şimal-qərbində onları əhatə edən bir çox müasir İslam etnik qruplarından fərqlənir. Təbiət onların gündəlik həyatında çox mühüm və mənəvi rol oynayır. Dini ənənələrinin bir hissəsi olaraq, bol ehtiyatlarına görə şükür etmək üçün qurban kəsilir və festivallar təşkil olunur.[1]
Kalaşın mifologiyası və folkloru Qədim Yunanıstanın mifologiyası və folkloru ilə müqayisə edilir, lakin Hindistan yarmadasını digər yerlərində olan hindu ənənələrinə daha yaxındır.[2] Kalaş, antropoloqları bölgədəki digər yerlərə nisbətən özünəməxsus mədəniyyətinə görə heyran qoymuşdur.
İskəndərin ordusunda döyüşən əsgərlərin soyundan gəldiyi düşünülən, sarı saçlı, mavi gözlü bu insanlar Asiyanın sanki "ögey" övladlarıdır. Kalaşlar başqa tayfalardan tək fiziki özəlliklərinə görə ayrılmır. Sarı saçları və rəngli gözləriylə fərqlənən Kalaş qəbiləsi içki, əsrar və cinsəlliyə sərbəst yanaşır.
Çitral bölgəsindəki Kalaş vadisinin ucqar yamaclarında yaşadıqları üçün mühafizəkar İslam ənənələrinin hücumundan qurtulan 3 min əhalisi olan xalq özü hazırladığı içkidən içir, yetişdirdikləri çətənədən istifadə edir.
Uşaqlar dindar Yəhudi tərzinə oxşayan buruq saçları və idman papaqları ilə yadda qalırsa, qadınları üzlərinə döymə vurdurub rəngarəng işləməli xələt geyinir.
Kalaşlarda evlilik ərgənliklə birgə başlayır. Kişilər ərgənlik dövrünə çatanda kutlamaq üçün kənddən götürülüb uzaq yaylalara aparılır. Bu yaylalarda qulluq edilən gənc kişi kəndə dönən kimi ərgənliyə çatmış qızların arasından birini seçib onunla evlənir.
Sosial həyatda qadınların da kişilər qədər haqlara sahib olduğu Kalaşlarda arvadını seçmə haqqına sahib olan kişilər istədiyi zaman arvadını boşaya bilmirlər. Qadınların isə istədiyi vaxt ərindən boşanma haqqı var. Ərini dəyişdirmək istəyən qadınlar bəyəndikləri kişiyə məktub yazaraq evlənmə təklifi edir və evliliyin gerçəkləşməsi üçün keçmiş kişiyə başlıq pulu ödəyir. Gözəllikləri ilə məşhur olan Kalaş qadınları geyimlərinə çox önəm verir. Kişiyə cazibədar görünmək üçün rəngli və bəzəkli geyimlər geyinən Kalaş qadınları üzlərinə və əllərinə döymə vurdurur. Gündəlik həyatda rəngarəng muncuqlarla bəzənmiş, işləməli, qara və ya ağ xələtlər geyinən qadınlarını kişilər geyindikləri paltar və paltarın rənginə görə tanıyır.
Digər bölgədə yaşayan müsəlman xalqla eyni paltarı geyinən Kalaşlı kişilər isə papaqlarına taxdıqları quş lələyi və ya çiçəklərlə digər xalqların nümayəndəsindən seçilir.
Kalaşa dili, həmçinin Kalaşa-Mun olaraq bilinən, Hind-Ari dillərinin Dardik qrupunun üzvüdür. Onun ən yaxın qohumu qonşu Xovar dilidir.[3]
Kalaş xalqı əsasən bəzi müşahidəçilərin animizm, digərləri isə "qədim Hinduizm forması" adlandırdıqları ənənəvi Kalaş dininə etiqad edir, lakin buna baxmayaraq böyük bir azlıq İslamı qəbu etmişdir. Sanskrit dilçisi Maykl Vitselin sözlərinə görə, Kalaşın ənənəvi dini "miflərin, mərasimlərin, cəmiyyətin bir çox xüsusiyyətlərini bölüşür və Riqveda dininin bir çox aspektlərini əks etdirir". Kalaş mədəniyyəti və inanc sistemi onları əhatə edən müxtəlif etnik qruplardan fərqlənir.[4]
Müxtəlif yazarlar Kalaşın inandığı inamı müxtəlif yollarla təsvir etmişlər. Roçerster Universitetinin sosial antropoloqu professor Barbara A., "Kalaşlıların dinlərinin bir çox tanrı və ruh tanıyan hinduizmin bir forması olduğunu" və onların Hindistan-Ari dili… Kalaşa dini, Makedoniyalı İskəndər və ordularının dinindən daha çox Hinduizm dininə uyğun olduğunu bildirmişdir. Jurnalist Frud Bejan onların dinini, qədim bütpərəstlik və animistik inanclara malik olan qədim Hinduizmin forması kimi təsvir etmişdir.[5][6]
Çox tanrılı Kalaşlar da 12 peyğəmbərə inanır. Halbuki bu peyğəmbərlər insanlar deyil, təbii hadisələr və insan davranışlarıdır. Xalq 4 fəslin peyğəmbər olduğuna da inanırlar. Şəfqət və sevinc kimi davranışları və hissləri digər peyğəmbərləri də anır. Yalnız ildə bir neçə dəfə təşkil etdikləri festivallarda qapılarını açdıqları məbədlərdə ibadət edərkən, adətən festivallar mövsümi hadisələrə və ay təqviminə görə təşkil edilir.
Ən böyük Kalaş festivalı dekabr ayında keçirilir və qışın gəlməsi şərəfinə keçirilir. Bu festivalda kişilər və qadınlar qurban kəsilərkən rəqs edərək qeyd edirlər. Qadınlar ən gözəl paltarlarını geyinir və bu xüsusi günlərdə makiyaj edirlər. Kalaş xalqını ümumi Pakistanlılardan fərqləndirən digər bir xüsusiyyət də açıq dəriləri və qadınların rəngli geyimləridir. Kalaş qadınları başlarına "şuşhut tekke" dedikləri açıq rəngli papaqlar, taxta və daşlardan düzəldilmiş bəzək əşyaları taxırlar.
Qadınlar saçlarını hörmədən, papaqlarını, "Pirançuvi" adlı naxışlı paltarları və "Patti" adlı kəmərlərini taxmadan çıxmazlar. Kalaş kişiləri isə Pakistanın ənənəvi "kamiz" geyimini və üzərinə tük taxılı bir papaq geyinirlər. Kalaş qadınları, heyvan buynuzlarından və yağlarından alınan mayelərdən ibarət olan bəzi daşlardan istehsal etdikləri tozlarla üzlərinə parlaq parıltılar da vururlar.
Qadının kişilər qədər cəmiyyətin bir hissəsi olduğu bu üç vadidə qohumluq nigahı qadağandır. Qadınlar sadecə doğum dönəmində bir həftəlik ərlərindən ayrılaraq yaşlı bir qadın nəzarətində doğum edənə qədər cəmiyyətdən ayrı qalır. Başalen adlı bir yerdə doğan qadınlar edilən mərasimdən sonra evlərinə qayıda bilərlər. Bu ritualla qadının yenidən saflığını bərpa etdiyinə inanılır.
Dəfn mərasimləri də bir çox xalqlardan fərqlənir. Kalaşlar ölüləri dəfn etmir, çünki ölülərin qayıdacağına inanırlar. İlin çox hissəsinin soyuq keçdiyi vaxtlarda kalaşlar cəsədləri basdırmır, tabutların içərisində saxlayır. Mərhumun yaxşı bir yerə getdiyinə inanıldığı üçün cənazələrdə rəqslər oynanılır və cənazə sahiblərinə pul verilir. Ertəsi gün pulla xalqa paylanacaq yeməyi alarkən bəhanəsiz yeməyə gəlməmək təhqir sayılır. Mərasimlər hər kənddə olan məbədlərdə keçirilir və 3 gün davam edir. Buradakı mərasimdə, açıq yerdə gözləyərkən cənazələr ətrafında rəqslər oynanır.[7]
Cənazənin qəbiristanlığa daşınması və tərk edilməsi prosesi yalnız kişilər tərəfindən həyata keçirilir. Cəsədlərin basdırılmadığı bölgədəki qəbiristanlıqlarda pis qoxu var. Bundan əlavə, tabutların vəhşi heyvanlar tərəfindən məhv edildiyi üçün ətrafdakı sümük parçalarını görmək də mümkündür. Son illərdə bölgə xarici qonaqlar üçün turistik bir məkana çevrildiyi üçün ölülərini basdırmağa başladılar, üzərinə isə hörmə üsulu ilə düzəltdikləri " Çapay"ı qoyurdular.[7]
Kalasha, the religion followed by Kalash community, lies between Islam and an ancient form of Hinduism