Kalankat və ya Kalankatuyk — "Alban ölkəsinin tarixi" əsərinin müəllifi olan tarixçi Moisey Kalankatlının vətəni kimi məşhur olan tarixi yaşayış məntəqəsi. Ərəb tarixçisi Əl-İstəxri "Kitab əl məsalik vəl-məmalik" adlı əsərində Bərdə-Dəbil yolunu təsvir edərkən yolun əsas dayanacaqlarından biri kimi Kalkutus kəndini göstərir və onun Bərdədən 9 fərsəx (təxminən 62 km) məsafədə yerləşdiyini qeyd edir.
Kəndin xarabalıqları Tərtər rayonunun Çardaqlı kəndi yaxınlığında yerləşir. Kalankat kəndinin xarabalıqları ətraf kəndlərin əhalisi arasında "şəhərcik" kimi tanınır. Yaşayış yerinin əsasının nə zaman qoyulması və nə zaman tərk edilməsi naməlumdur.
Kalankatın yerləşdiyi ərazini tarixçi öz əsərində təsvir edərkən yazır: "O zaman çoxlu sayda Roma qoşunu gələrək Uti havarındakı Kalankatuyk kəndi yaxınlığında düşərgə saldı. Onlar yanından keçdikləri bağları və gözəl kəndləri tapdalayaraq talan etdilər. Daha sonra onlar başqa istiqamətə yönələrək Trtu çayı sahilindəki Dyutakan kəndi yaxınlığında qərarlaşdılar."[1]
Əsərinin başqa bir yerində isə Moisey Kalankatlı yazır: "Bu haqqda öyrənən düşmənlər qaçqınları izləməyə başladılar və onlardan bəzilərini Uti havarında yerləşən və mənim də əslimin aid olduğu böyük Kalankatuyk kəndi yaxınlığındakı dağın ətəyində ələ keçirdilər."[2]
Həmçinin doğma kəndindən bəhs edən tarixçi yazır ki, V əsrin sonunda baş tutan Aluen kilsə məclisində Kalankatuyk nahapeti Bakur da iştirak etmiş,[3] VIII əsrdə isə Kalankatuykda Persiyanın Staar havarından olan sərkərdə Rostom Varaz Akryan düşərgə salmışdır.[4]
Ərəb tarixçisi Əl-İstəxri "Kitab əl məsalik vəl-məmalik" adlı əsərində Bərdə-Dəbil yolunu təsvir edərkən yolun əsas dayanacaqlarından biri kimi Kalkutus kəndini göstərir və onun Bərdədən 9 fərsəx (təxminən 62 km) məsafədə yerləşdiyini qeyd edir.[5]
Akademik Y. N. Manandyan "Qədim Ermənistanın əsas yolları" adlı kitabnda qeyd edir ki, "…tarixçi Movses Kalankatuatsinin doğma kəndini Utik əyalətində, Trtu çayının (Tərtər çayı) sahillərində axtarmaq lazımdır."[6] Ş. Mkrtçyan isə qeyd edir ki, "Belə ehtimal etmək olar ki, ticarət yolları üzərində yerləşən və çiçəklənən bu kənd müasir Çardaqlı kəndinin ətraflarında yerləşmişdir."[7]
Kalankat kəndinin xarabalıqları ətraf kəndlərin əhalisi arasında "şəhərcik" kimi tanınır.[7] Yaşayış yerinin əsasının nə zaman qoyulması və nə zaman tərk edilməsi naməlumdur.[7]
Torpaq qazıntı işləri zamanı ərazidə çoxlu sayda mülki tikililərin və qala divarlarının, kanallar və dəyirmanların qalıqları, həmçinin ocaq və təndir izləri aşkar edilmişdir.[7]