Kalante

Kalante (pol. Calanthe) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, Sintra kraliçası. Pavettanın anası və Sirinin nənəsidir.

Kalante
pol. Calanthe
Cadugər romanlar seriyası personajı
İlk görünmə Qiymət məsələsi
Yaradan Andjey Sapkovski
Canlandıran Yeva Vinyevska
Codi Mey
Məlumat
Ləqəb(lər)i Sintranın dişi şiri
Cinsi qadın
Peşə kraliça
Həyat yoldaşı Ryöqner
Uşaqlar

Sintra kralı Ryöqnerin həyat yoldaşı və Pavettanın anası olan Kalante gözəl və ağıllı qadındır. O, “Sintranın dişi aslanı” kimi tanınır. Həyat yoldaşını erkən itirən Kalante, qızı Pavettanın on beş yaşı tamam olduqda, iradəsinə zidd olaraq onu, Erlenvaldlı Yoj adlı cəngavərə ərə verməli olur. Sonradan Yoj Nilfqaard imperiyasının taxt varisi olur. Nilfqaardın Sintraya hücumu zamanı, Kalante şəhərin müdafiəsini təşkil edir. Məğlubiyyətin qaçılmaz olduğunu başa düşdükdə isə intihar edir.

Polşa istehsalı olan “Cadugər” teleserialında Kalante rolunu Yeva Vinyevska oynamışdır. ABŞ istehsalı olan eyni adlı teleserialda isə həmin rolu Codi Mey canlandırmışdır.[1] Personaj Sintra uğrunda döyüşün təsvir edildiyi pilot seriyasında ölsə də, sonradan keçmiş hadisələri göstərən dördüncü seriyada yenidən görünür.

  1. "Кто сыграет в сериале Ведьмак от Netflix". 2019-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-22.