KE

“K” hərfinin və bu hərflə işarə olunan samitin adı.
KAZİNO
KECİNMƏK
OBASTAN VİKİ
.ke
.ke — Keniyanın internet kodu.
Dzonq-ke
Dzonq-ke (རྫོང་ཁ་ Wylie: rdzong-kha) (Jong-kă) Butanın rəsmi dilidir. "Dzonq-ke" sözcüyü dzonqda ( əfsanəvi Butan qalası) danışılan dil mənasını verir. == Dil haqqında == Dzonq-ke müasir tibet dili ilə bənzər dil quruluşuna malikdir. Dilin alt növləri bir-birləri ilə tam bağlı olmasa da, bu alt siniflər eyni dil ailəsini təşkil edirlər. Dzonq-ke və tələffüzləri, Butanın 8 fərqli qəbiləsi (Fodranq, Punakha, Thimphu, Qasa, Paro, Ha, Daqana və Çukha) tərəfindən danışılan bir rəsmi dildir. Bunlardan kənarda Butanın digər bölgələrində və ətraf ölkələrdə danışılan dil, ölkədəki bütün məktəblərdə ana dil kimi tədris olunur. Dilin yazım forması, dəyişməyə uğramış Çincəyə bənzəyir.
KE mərmisi
Kinetik enerjili dəlici (həmçinin KE mərmisi kimi tanınır) bir döyüş sursatıdır. Daxilində partlayıcı maddə olmayan və hədəfin içindən keçmək üçün kinetik enerjidən istifadə edən tank əleyhinə mərmidir. Kinetik enerjili mərmilərdən başqa digər tank sursatları kimyəvi enerjidən istifadə edir. Bunlar iki növdür. Birincisi, yüksək partlayıcılı tank əleyhinə mərmi (HEAT), ikincisi yüksək partlayıcı başlıqlı mərmidir (HESH). Bu mərmi növü zirehli texnikaya qarşı hələ də geniş istifadə olunsa da, bugünkü əsas döyüş tanklarının kompozit zirehlərinə və Çobham (Chobham) zirehlərinə qarşı o qədər də təsirli deyildirlər. Adından başa düşüldüyü kimi, kinetik zireh dəlicilər malik olduqları çəkilərinin ilk sürətindən əldə edilən kinetik enerjidən istifadə edərək zirehi deşirlər. İnkişaf etmiş KE silahlarını maksimum dərəcəyə çıxarılan KE və minimuma endirilmiş sahə effektindən faydalanır: Mərmi qüllədən yüksək ilk çıxış sürəti ilə atılır; Konsentrasiya edilmiş qüvvə ilə çox kiçik bir sahəylə toqquşmasına baxmayaraq, kütlə sürətini saxlayır və mərmi sahib olduğu bu güc ilə vurduğu bölgəni dağıdıb keçir. Bu günkü KE mərmiləri eyni ilə bir oxa oxşayırlar. Azaldılmış uran bu sursatların bir hissəsinin tərkibində istifadə olunur.
Ke-an-Şartryoz
Ke-an-Şartröz (fr. Quaix-en-Chartreuse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sent-Eqrev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38328. Kommunanın 1999-cu il üçün əhalisi 740 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 270 ilə 1689 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 8 km şimalda yerləşir.
Ke-an-Şartröz
Ke-an-Şartröz (fr. Quaix-en-Chartreuse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sent-Eqrev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38328. Kommunanın 1999-cu il üçün əhalisi 740 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 270 ilə 1689 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 8 km şimalda yerləşir.
Type 94 Te-Ke
Type 94 Te-Ke (yap. 九四式軽装甲車; Rom: Kyūyon-shiki keisōkōsha) — Yaponiya tanketkasıdır. Tanketka Yaponiya İmperator Ordusu tərəfindən İkinci Çin-Yapon müharibəsinin hərbi əməliyyatları zamanı, Nomonhanda Sovet İttifaqına qarşı və İkinci Dünya müharibəsi dövründə geniş bir formada istifadə edilmişdir. Onlar əsasən sursat daşımaq və ümumi olaraq piyadalara dəstək məqsədləri üçün istifadə olunsalar da, birbaşa döyüşdən çox kəşfiyyat fəaliyyəti üçün nəzərdə tutulmuşdurlar. Asqı sistemi iki təkərli boji olub, əməliyyat mənzili 200 km, maksimum sürəti isə 40 km/saat təşkil etmişdir. Tankın istehsal xərci 1939-cu ilin avqust ayına görə silahlanması istisna olmaqla 25,300 Yaponiya yeni ($6,798 USD) olmuşdur.
"SSRİ dövlət sərhədlərinin keşiyində fərqlənməyə görə" medalı
"SSRİ dövlət sərhədlərinin keşiyində fərqlənməyə görə" medalı — SSRİ Ali Sovetinin 13 iyul 1950-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı
2018-ci il Kemerovo yanğını
"Zimnyaya vişnya" ticarət mərkəzində yanğın (rus. Пожар в торговом центре «Зимняя вишня») — 25 mart 2018-ci ildə Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzində baş vermiş yanğın hadisəsi. == Nəticəsi == Hadisə nəticəsində 64 nəfər həlak olmuşdur.
60 il keşikdə (film, 1977)
60 il keşikdə qısametrajlı sənədli filmi rejissor Musa Bağırov tərəfindən 1977-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolent Azərbaycanda 1920-ci ildə inqilabi qayda-qanunun qorunması üçün yaradılmış milisin keçdiyi tarixi yoldan bəhs edir. == Məzmun == Kinolent Azərbaycanda 1920-ci ildə inqilabi qayda-qanunun qorunması üçün yaradılmış milisin keçdiyi tarixi yoldan bəhs edir.
60 il keşikdə (film, 1981)
60 il keşikdə qısametrajlı sənədli filmi rejissor Musa Bağırov tərəfindən 1981-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan milisinin 60 illik yubileyinə həsr olunmuşdur. Kinolentdə respublikamızda sovet milisinin yaranma tarixindən və ictimai qayda-qanunun keşiyində duranların bugünkü işlərindən danışılır. == Məzmun == Film Azərbaycan milisinin 60 illik yubileyinə həsr olunmuşdur. Kinolentdə respublikamızda sovet milisinin yaranma tarixindən və ictimai qayda-qanunun keşiyində duranların bugünkü işlərindən danışılır.
Abdul Qadir Keyta
Abdul Qadir Keyta (fr. Abdul Kader Keïta; 6 avqust 1981[…], Abican) — cinah hücumçusu mövqeyində çıxış etmiş Kot-d'İvuar futbolçusu. 2000-ci ildən 2012-ci ilə qədər Kot-d'İvuar millisində çıxış edirdi. == Klub karyerası == "Popito" ləqəbli Keyta karyerasına yerli "Afrika Sport" klubunda başladı, daha sonra "Etual dü Sahel" klubuna keçdi. BƏƏ-nin "Əl-Əyn" və Qətərin "Əl-Sədd" klublarında çıxış etdikdən sonra 2005-ci ildə Fransanın Liqa 1 çempionatında çıxış edən "Lill" klubu ilə müqavilə imzaladı. === "Leon" === 31 may 2007-ci ildə "Olimpik Lion"un sədri Jan Mişel Ola klubun həm Keyta, həm də onun komanda yoldaşı Matyo Bodmer üçün təklif göndərdiyini açıqladı. 16 iyun 2007-ci ildə "Lion" hər iki oyunçunun keçidi ilə bağlı açıqlama verdi, Keytanın transfer dəyəri 18 milyon avro təşkil etdi. Klubda keçirdiyi 2 mövsüm ərzində bütün yarışlarda 52 oyuna 5 qol vura bilmişdir. === "Qalatasaray" === 2 iyul 2009-cu ildə "Qalatasaray" Keytanın türk klubuna qatıldığını və 8,5 milyon avroluq üç illik müqavilə imzaladığını rəsmən elan etdi. O, "Qalatasaray" forması ilə ilk qolunu Avropa Liqasının təsnifat mərhələsində "Makkabi Netaniya" klubuna qarşı oyunda (5-ci dəqiqədə) vurdu.
Acacia kempeana
Acacia kempeana (lat. Acacia kempeana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür.
Achillea kellalensis
Achillea kellalensis (lat. Achillea kellalensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Achillea ketenoglui
Achillea ketenoglui (lat. Achillea ketenoglui) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Acita Kesakambala
Acita Kesakambala (sanskr. अजित केशकंबली; ??; e. ə. V əsr) — e.ə. VI—V əsrlərdə yaşamış Qədim Hindistan materialist filosofu. O, Çarvaka məktəbinin öncül alimlərindən olmuşdur. Kesakambalanın Budda və Mahaviranın həməsri olduğu güman edilir. Onun adı birbaşa olaraq «insan saçından hazırlanmış paltara görə məğlubedilməz olan» deməkdir. Kesakambalanın fikirlərinə görə, həqiqi idrak mənbəyi yeganə cismani təcrübədir. O, dinin ümumi qəbul edilmiş normalarını və mənəviyyatı tənqid etmişdir.
Adi kenquru
Adi kenquru (lat. Macropus robustus) — kenquru cinsinə aid heyvan növü.
Adi keçisağan
Adi keçisağan (lat. Caprimulgus europaeus) — keçisağankimilər dəstəsinə aid bir quş növüdür. Uzunluğu 24-28 sm, qanad açığlığı 52-59 sm olan bu quşlar sübh və alatornalıq vaxtı aktiv olurlar. Gün ərzində isə yerdə və ya ağac budağında qonaraq yatırlar. Növün adı keçilərin südünü içdiyi inancına dayanır. Lakin keçisağanlar havada ağızlarını geniş açaraq ovladıqları böcəklərlə qidalanırlar. Bu növ cütləşmə dönəmində axşamlar yüksək səsli uçuşları ilə seçilirlər (səs 1 km-dən eşidilir). Adi keçisağan yuva qurmur, çox vaxt 2 ədəd olan yumurtasını birbaşa torpağa qoyur və üzərinə kürk yatır. Balalar 17-21 gün sonra yumurtadan çıxırlar və növbəti 17 gündən sonra uçmağa başlayırlar. Erkəklər qanad və quyruqlarında olan ağ ləkələrə görə dişilərdən fərqlənirlər.
Adi su keçisi
Adi su keçisi (lat. Kobus ellipsiprymnus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü.
Aechmea kentii
Aechmea kentii (lat. Aechmea kentii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Aechmea kertesziae
Aechmea kertesziae (lat. Aechmea kertesziae) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Aechmea leonard-kentiana
Aechmea leonard-kentiana (lat. Aechmea leonard-kentiana) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Alan Kurtis Key
Alan Kurtis Key (ing. Alan Curtis Kay; 17 may 1940, Sprinqfild[d], Massaçusets) — amerikalı kompüter sistemləri nəzəriyyəsi sahəsi üzrə alim. == Həyatı == 17 may 1940-cı ildə hesablama sistemləri nəzəriyyəsi üzrə amerikalı mütəxəssis, obyektyönümlü proqramlaşdırmanın və qrafik interfeysin ilk tədqiqatçılarından biri, Smalltalk proqramlaşdırma dilinin müəllifi Alan Kurtis Key anadan olmuşdur. Key "Hər uşağa bir laptop" (One Laptop Per Child) layihəsinin müəlliflərindən biridir. 2003-cü ildə müasir obyektyönümlü proqramlaşdırma dillərinin inkişafındakı ideyalarına görə, "Smalltalk" dilinin yaradılmasına və fərdi kompüterlər sahəsinin inkişafına verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Albert Kesselrinq
Albert Kesselrinq (alm. Albert Kesselring‎; 30 noyabr 1885[…] – 16 iyul 1960[…], Bad-Nauhaym[d], Qərbi Almaniya) — alman hərb xadimi, lüftvaffe general-feldmarşalı. Hər iki dünya müharibəsində iştirak edən Kesselrinq Üçüncü Reyxin ən uğurlu komandirlərindən biri olmuşdur, Palıd yarpaqları, qılınclar və almazları olan Cəngavər xaçı ilə mükafatlandırılan 27 nəfərdən biridir. İkinci Dünya Müharibəsinin ən populyar alman generallarından biri olduğu üçün müttəfiqlərdən Gülərüz Albert (ing. Smiling Albert), öz əsgərlərindən isə "Albert dayı" (alm. Onkel Albert‎) ləqəbini aldı. == Hərbi karyerası == Kesselrinq hərbi karyerasına 1904-cü ildə fanen-yunker kimi başlamış, artilleriya silahlı qüvvələrin qolu olmuşdur. 1912-ci ildə kəşfiyyat aerostatına müşahidəçi kimi məzun oldu. Kesselrinq Birinci Dünya Müharibəsinin həm Qərb, həm də Şərq cəbhələrində xidmət etdi, bundan sonra Baş Qərargahda işləmək üçün köçürüldü. Müharibədən sonrakı ordunun azalması Kesselrinqə təsir etmədi, 1933-cü ilə qədər Aviasiya Reyxnazirliyinin inzibati şöbəsinə köçürüldü.
Aleksandr Kerenski
Aleksandr Fyodoroviç Kerenski (rus. Алекса́ндр Фёдорович Ке́ренский; 22 aprel (4 may) 1881 və ya 2 may 1881, Simbirsk – 11 iyun 1970[…], Nyu-York, Nyu-York ştatı) — Rusiya siyasətçisi, Fevral İnqilabının öndərlərindən biri, müvəqqəti hökumətin baş naziri. Rusiya Sosialist İnqilabçı Partiyanın üzvü olub.
Aleksandr Keyt Conston
Aleksandr Keyt Conston – İsveç coğrafiyaçısı. Edinburq yaxınlığında Kirkhilldə anadan olmuşdur. Kral məktəbində və sonra isə Edinburq Universitetinin məzunu olmuşdur. Sonralar isə xarici bir vətəndaşın yanında işləməyə başlamışdır. 1826-cı ildə ağabeyinə üzv olmuş və bir ildən sonra Jonstan adlı kartoqrafiya şirkətinə qurdular. Həyatının davamını coğrafiyaçı kimi olaraq yaşamışdır. Son illər şəxsi şagirdlər yetişdirmişdir. Onun bilikləri Avropa və Amerika alimləri tərəfindən istifadə edilmişdir. O 1871-ci ildə Yorkşirdə vəfat etmişdir.
Alfred Kelbassa
Alfred Kelbassa (21 aprel 1925, Helzenkirxen, Prussiya[d] – 11 avqust 1988, Dortmund, Şimali Reyn-Vestfaliya) ― hücumçu mövqeyində oynamış Almaniya futbolçusu. Karyerasının böyük hissəsini "Horst-Emşer" və "Borussiya Dortmund" klublarında keçirmişdir. O, Qərbi Almaniya millisinin heyətində 6 oyuna 2 qol vurmağı bacarmışdır və 1958 FİFA Dünya Kubokunda iştirak etmişdir.
Alim Keşokov
Alim Keşokov (22 iyul (4 avqust) 1914, Terek vilayəti – 29 yanvar 2001, Moskva) — Sovet, kabardin əsilli şair, nasir. Kabardin-Balkar MSSR xalq şairi (1964). Sosialist Əməyi Qəhrəmanı (1990). 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. == Bioqrafiya == 9 iyul 1914-cü ildə Şaluşka kəndində (indiki Kabarda-Balkariya Respublikasının Çeqem rayonu) anadan olmuşdur. Atası Pşemaho Mirzabekoviç Keşokov (1876–1937) inqilabdan sonra kənd inqilab komitəsinin sədri, kolxoz təşkilatçısı, əvvəllər isə kənd müəllimi işləyib. Anası Kuoz Tliqurovna Keşokova olmuşdur (1897–1973). 1923-cü ildə atasının açdığı ikiillik kənd məktəbini (1924–1926) bitirmişdir. 1926–1928-ci illərdə kabardin ədəbiyyatının banisi Əli Şoqentsukovun dərs dediyi Baksan dairə kənd təsərrüfatı məktəbində (indiki Baksan "Aqro" peşə liseyi) oxumuşdur. Vladiqafqazda İkinci Şimali Qafqaz Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirdikdən sonra (1931–1935) kənd məktəblərində müəllimlər hazırlamaq üçün regional müəllimlər kurslarında kabardin dili və ədəbiyyatı müəllimi işləmişdir.
Alosa kessleri
Alosa kessleri (lat. Alosa kessleri) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. == Yayılması == Qarabel siyənək Xəzərin hər yerində yayılmışdır. Yazda dənizin hər yerində təsadüf edilir (Şimali Xəzərin ən şərq hissəsindən başqa). Qışı Cənubi Xəzərdə, İran sahillərində keçirib, yazda dənizin qərb sahilləri ilə şimala doğru hərəkət edir. == Morfoloji əlamətləri == D III–IV 12–16 (14,2), ümumi sayı 16–20 (18,2), A III 16–20 (18,1), ümumi sayı 19–23 (21,1)-dir. Qəlsəmə dişicikləri iri fərdlərdə yoğun və kobud, ucları qırıq və bəzən tamamilə qırıq olur. Kiçik fərdlərdə qəlsəmə dişicikləri nazik və nisbətən uzun olur. Dişləri yaxşı inkişaf etmişdir. Çənələri bərabər uzunluqda olur, bəzən alt çənə bir qədər önə çıxır və ön tərəfdə altda çıxıntı olur.
Alovlardan keçən ömür (film, 2005)
Alovlardan keçən ömür qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Rza İsrafiloğlu tərəfindən 2005-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film İkinci dünya müharibəsinin iştirakçısı Daniyal Abdullayevdən bəhs edir. == Məzmun == Film İkinci dünya müharibəsinin iştirakçısı, Brest qalasının qəhrəmanı, "Fransa müqavimət hərəkatı"nın döyüşçüsü Daniyal Abdullayevdən bəhs edir.
Alp dağ keçisi
Alp dağ keçisi (lat. Capra ibex) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü.

Digər lüğətlərdə